Hindistan etnoqrafiyası
15
“Brahman” bütün yaşayan və yaşamayan dünyanı əhatə edən
əsrarəngiz mahiyyət (öz) sayılır. “Maitri Upanişad”a görə, “bü-
tün bu canlıların doğulmalarında, yaşamalarında və son olaraq
bir-birlərinə qarışmalarında var olan Brahmandır”. “Briha-
daranyaka Upanişad”da günəş, ay, göy, yer, gündüzlər, gecələr,
aylar, illər, dənizlər, çaylar və s. kimi öz qayda-qanunları olan-
lar, öz yolları ilə gedənlər Brahmanın düzənində mövcuddurlar.
Müdriklər Yacnavalkya ilə Vidaqdha arasında uzun müzakirədən
sonra Brahmanın tək başına kainatin Tanrısı olduğu nəticəsinə
gəlinmişdir. Brahman sonsuzdur. Batini olduğu qədər, zahiridir.
“Şvataşvatar Upanişad”da Tanrı eyni ilahidə batini və zahiri ola-
raq birlikdə tanımlanmışdir: “Tanrı səssizcə göydə oturur, yenə
də bütün kainat onunla doludur”. Kenopanişadda tanrı “qulaq-
ların qulağı, ağılların ağlı, səslərin səsi və həyatların həyatı” kimi
çağırılır. Taitdiriya Upanişadda isə, “Zehnin, danışmaq ilə bir-
likdə hasıl etdiyi və çata bilmədiyi şey ən son gerçəklikdir, ən
uca Brahman “ananda”, “turiya” halında ortaya çıxan atman-
dır”-deyilir .
“Atman” təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşün-
cəsi deyil (brahmanın simvolu), eynilə Brahmanın özüdür. Brah-
manla atman arasında vəhdət irfan sahəsinə daxil olur nəfsi ka-
milləşdirmək üçün nirvana mərhələsi başlayır. Yəni, insanın ruhu
dünyəvi ruhla vəhdət təşkil edib, brahma ilə birləşir, bu birlik bir
növ cazibə, coşğunluq və məftunluq yaradır. İnsan mütləq mər-
hələsinə çatdığı üçün səadət və ləzzətə nail olur. Bundan sonra
arif şəxs brahmaya qovuşmuş sayılır. Brahmanizmə görə, zahir-
də bütün aləm çoxluqlardan təşkil olunsa da gerçəkdə belə deyil.
Çoxluqlar varlıq aləminin həqiqətindən ayrı və əksliklərin təza-
hürləridir. Əgər bu müxtəliflik və çoxluq olmasaydı onda əzab-ə-
ziyyətin, çətinlik və kədərin mənası olmazdı. Buna görə də insan
nirvana mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtarır, qurtuluş,
səadət, xoşbəxtlik və kamala çatır.
Bəhmən Əliyev-Ayvazalı
16
Brahmanların etiqadına görə, “atman” (yəni, varlığın ruhu
və məğzi, insani mahiyyəti və batini) əzəli və əbədidir. Yaradı-
lış və xilqətin bir dövrünə şamil edilən dünya dövranlarından hər
biri (“karpa”) bir gün sona çatacaq. Həmin gün bütün varlıqla-
rın ruhu öz cəsədlərindən ayrılacaq, asılı və sükunətdə olacaq.
Uzun müddət sonra “pralaya” adlandırılan sükunət, yoxluq başa
çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm
təzədən yaranacaq. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyə-
tindən çıxacaq, yenidən hərəkətə keçəcək, canlanacaqlar. Bütün
kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və ilahilərin hamı-
sı - yeni bədənlərdə öz həyatına başlayacaq. Varnalar yenidən
təşəkkül tapacaq və yeni “karpa” başlanacaq. Bu dövr də özünün
yekun nöqtəsinə doğru hərəkət edəcək. Beləliklə, dünyanın möv-
cudluq tarixi əzəli, əbədi şəkildə yeniləşir, təkrarlanır.
Brahmanların etiqadına görə, nöqsan, şər və əzab-əziyyət yol
tapmamışdır. Bu nöqsan, şər və əzab-əziyyət insanın rəftarındakı
əməllərin nəticəsi, yaxud “karma”dır. Karma və reinkarnasiya
inancları ilk dəfə e.ə. VIII əsrdə “Brihadaranyaka Upanişad”da
detallı şəkildə açıqlanmışdır.
Bu etiqada əsasən insan murdar və pis əməllər törətməsə, öl-
dükdən sonra ruhu brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər
çirkin və yaramaz əməl törətmiş olsa, onun ruhu heyvan və ya in-
sanların cisminə keçərək yenidən həyat sürəcək. Bu proses termi-
nologiyada “sansara (yaxud “tənasüh” və ya “hülul”) adlandırılır.
“Karma” prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun
olaraq ölümündən sonra özündən yuxarı və ya aşağı “varna”ya ke-
çir və nəticədə öz əməlinin bəhrəsini görür. Yəni aşağı “varna”ya
məxsus yaxşı əməl sahibi olan insanın ruhunun ölümündən sonra
brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin
bədəninə keçməsi mümkündür və bunun əksi də ola bilər.
Brahmanizmə, eləcə də hinduizmə görə, “karma qanunu”
kainat nizamıdır, insanın taleyinə (başına gələcək işlərə) tə-
Hindistan etnoqrafiyası
17
sir еdir. Əgər insanın vəziyyəti pisliyə doğru gеdirsə, bu onun
vaxtilə еtdiyi pis əməllərin, yaxşılığa doğru gеdirsə, еtdiyi yaxşı
əməllərinin qarşılığıdır.
Hinduizmə görə, insanın başına gələn fəlakətlərin tanrı ilə
əlaqəsi yoxdur, tanrı heç bir şəkildə pisliyə və fəlakətə səbəb ol-
maz. Tanrı təbiət qanunları kimi, karmanı da yaratmışdır, insan
isə öz taleyini özü yazır. Lakin əgər dərindən, səmimi-qəlbdən
istənilsə, “sevgi”, yəni tanrı, insanların karmalarına müsbət şəkil-
də təsir göstərə bilər.
Hinduizmdə karmanın üç növü vardır: “Sançita karma”,
“Prarabdha karma, “Kriyamana karma”. “Prarabdha karma”
dəyişdirilməyən hissədir, dolayısıyla, “nəticədir”, insan onu ya-
şamaq, ona qatlanmaq məcburiyyətdir. Bu yaydan çıxan oxa bən-
zəyir, artıq ox uçub getmişdir. Görüləcək yeganə iş “Kriyamana
karma”nı yəni mövcud vəziyyətin karmasını ən yaxşı şəkildə qur-
maq, yeni oxunu daha səmərəli şəkildə istifadə etməkdir. Bütün
karmalar təmizlənənə və ruh təkamülü tamamlanana qədər insan
doğum və ölüm arasında (“sansara”) qalır, artıq öyrəniləcək, in-
kişaf etdiriləcək bir şey qalmayanda “mokşa”ya çatır, “sansara”
mərhələsi yekunlaşır.
Brahmanizmdə nicat və qurtuluş yalnız “mokşa” vasitəsilə
mümkündür. “Mokşa” maddiyyatı tərk edib “nirvana”ya çat-
maqdan ibarətdir. İnanca görə, insan var-dövlət sevgisi və dünyə-
vi istəklərdən əl çəksə, brahmana qovuşar və əbədi rahatlıq tapar,
aləmdəki daimi dəyişikliklərdən və köçmələrdən, “sansara”nın
qeyri-ixtiyari həyat dəyişmələrindən həmişəlik xilas olar.
Brahmanizmdə ən mühüm dəyişikliklərdən biri e.ə. VIII əs-
rin sonlarından başlayaraq, “varna” sisteminin formalaşması
idi. Bu sistemə “brahmanlar” (ruhanilər və kahinlər), “kşatri”
və ya “kşatrya” (hökmdarlar, döyüşçülər), “vayşa”, yaxud “vi-
şiya” (əkinçilər, tacirlər və sənətkarlar), “şudralar” (qeyri-ari
xalqlardan olan qara dərililər, qullar, nökərlər) daxil idi.
Dostları ilə paylaş: |