Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   2   3   4   5   6   7   8   9   ...   74

Hindistan etnoqrafiyası
15
“Brahman” bütün yaşayan və yaşamayan dünyanı əhatə edən 
əsrarəngiz mahiyyət (öz) sayılır. “Maitri Upanişad”a görə, “bü-
tün bu canlıların doğulmalarında, yaşamalarında və son olaraq 
bir-birlərinə  qarışmalarında  var  olan  Brahmandır”.  “Briha-
daranyaka Upanişad”da günəş, ay, göy, yer, gündüzlər, gecələr, 
aylar, illər, dənizlər, çaylar və s. kimi öz qayda-qanunları olan-
lar, öz yolları ilə gedənlər Brahmanın düzənində mövcuddurlar. 
Müdriklər Yacnavalkya ilə Vidaqdha arasında uzun müzakirədən 
sonra  Brahmanın  tək  başına  kainatin  Tanrısı  olduğu  nəticəsinə 
gəlinmişdir. Brahman sonsuzdur. Batini olduğu qədər, zahiridir. 
“Şvataşvatar Upanişad”da Tanrı eyni ilahidə batini və zahiri ola-
raq birlikdə tanımlanmışdir: “Tanrı səssizcə göydə oturur, yenə 
də bütün kainat onunla doludur”. Kenopanişadda tanrı “qulaq-
ların qulağı, ağılların ağlı, səslərin səsi və həyatların həyatı” kimi 
çağırılır. Taitdiriya Upanişadda isə, “Zehnin, danışmaq ilə bir-
likdə hasıl etdiyi və çata bilmədiyi şey ən son gerçəklikdir, ən 
uca Brahman “ananda”, “turiya” halında ortaya çıxan atman-
dır”-deyilir .
“Atman” təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşün-
cəsi deyil (brahmanın simvolu), eynilə Brahmanın özüdür. Brah-
manla atman arasında vəhdət irfan sahəsinə daxil olur nəfsi ka-
milləşdirmək üçün nirvana mərhələsi başlayır. Yəni, insanın ruhu 
dünyəvi ruhla vəhdət təşkil edib, brahma ilə birləşir, bu birlik bir 
növ cazibə, coşğunluq və məftunluq yaradır. İnsan mütləq mər-
hələsinə çatdığı üçün səadət və ləzzətə nail olur. Bundan sonra 
arif şəxs brahmaya qovuşmuş sayılır. Brahmanizmə görə, zahir-
də bütün aləm çoxluqlardan təşkil olunsa da gerçəkdə belə deyil. 
Çoxluqlar varlıq aləminin həqiqətindən ayrı və əksliklərin təza-
hürləridir. Əgər bu müxtəliflik və çoxluq olmasaydı onda əzab-ə-
ziyyətin, çətinlik və kədərin mənası olmazdı. Buna görə də insan 
nirvana mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtarır, qurtuluş, 
səadət, xoşbəxtlik və kamala çatır. 


Bəhmən Əliyev-Ayvazalı
16
Brahmanların  etiqadına  görə,  “atman”  (yəni,  varlığın  ruhu 
və məğzi, insani mahiyyəti və batini) əzəli və əbədidir. Yaradı-
lış və xilqətin bir dövrünə şamil edilən dünya dövranlarından hər 
biri (“karpa”) bir gün sona çatacaq. Həmin gün bütün varlıqla-
rın  ruhu  öz  cəsədlərindən  ayrılacaq,  asılı  və  sükunətdə  olacaq. 
Uzun müddət sonra “pralaya” adlandırılan sükunət, yoxluq başa 
çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm 
təzədən yaranacaq. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyə-
tindən çıxacaq, yenidən hərəkətə keçəcək, canlanacaqlar. Bütün 
kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və ilahilərin hamı-
sı  -  yeni  bədənlərdə  öz  həyatına  başlayacaq.  Varnalar  yenidən 
təşəkkül tapacaq və yeni “karpa” başlanacaq. Bu dövr də özünün 
yekun nöqtəsinə doğru hərəkət edəcək. Beləliklə, dünyanın möv-
cudluq tarixi əzəli, əbədi şəkildə yeniləşir, təkrarlanır.
 Brahmanların etiqadına görə, nöqsan, şər və əzab-əziyyət yol 
tapmamışdır. Bu nöqsan, şər və əzab-əziyyət insanın rəftarındakı 
əməllərin  nəticəsi,  yaxud  “karma”dır.  Karma  və  reinkarnasiya 
inancları ilk dəfə e.ə. VIII əsrdə “Brihadaranyaka Upanişad”da 
detallı şəkildə açıqlanmışdır.
Bu etiqada əsasən insan murdar və pis əməllər törətməsə, öl-
dükdən sonra ruhu brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər 
çirkin və yaramaz əməl törətmiş olsa, onun ruhu heyvan və ya in-
sanların cisminə keçərək yenidən həyat sürəcək. Bu proses termi-
nologiyada “sansara (yaxud “tənasüh” və ya “hülul”) adlandırılır. 
“Karma” prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun 
olaraq ölümündən sonra özündən yuxarı və ya aşağı “varna”ya ke-
çir və nəticədə öz əməlinin bəhrəsini görür. Yəni aşağı “varna”ya 
məxsus yaxşı əməl sahibi olan insanın ruhunun ölümündən sonra 
brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin 
bədəninə keçməsi mümkündür və bunun əksi də ola bilər. 
Brahmanizmə, eləcə də hinduizmə görə, “karma qanunu” 
kainat  nizamıdır,  insanın  taleyinə  (başına  gələcək  işlərə)  tə-


Hindistan etnoqrafiyası
17
sir еdir. Əgər insanın vəziyyəti pisliyə doğru gеdirsə, bu onun 
vaxtilə еtdiyi pis əməllərin, yaxşılığa doğru gеdirsə, еtdiyi yaxşı 
əməllərinin  qarşılığıdır.
Hinduizmə  görə,  insanın  başına  gələn  fəlakətlərin  tanrı  ilə 
əlaqəsi yoxdur, tanrı heç bir şəkildə pisliyə və fəlakətə səbəb ol-
maz. Tanrı təbiət qanunları kimi, karmanı da yaratmışdır, insan 
isə öz taleyini özü yazır. Lakin əgər dərindən, səmimi-qəlbdən 
istənilsə, “sevgi”, yəni tanrı, insanların karmalarına müsbət şəkil-
də təsir göstərə bilər. 
Hinduizmdə  karmanın  üç  növü  vardır:  “Sançita  karma”, 
“Prarabdha  karma,  “Kriyamana  karma”.  “Prarabdha  karma” 
dəyişdirilməyən hissədir, dolayısıyla, “nəticədir”, insan onu ya-
şamaq, ona qatlanmaq məcburiyyətdir. Bu yaydan çıxan oxa bən-
zəyir, artıq ox uçub getmişdir. Görüləcək yeganə iş “Kriyamana 
karma”nı yəni mövcud vəziyyətin karmasını ən yaxşı şəkildə qur-
maq, yeni oxunu daha səmərəli şəkildə istifadə etməkdir. Bütün 
karmalar təmizlənənə və ruh təkamülü tamamlanana qədər insan 
doğum və ölüm arasında (“sansara”) qalır, artıq öyrəniləcək, in-
kişaf etdiriləcək bir şey qalmayanda “mokşa”ya çatır, “sansara” 
mərhələsi  yekunlaşır.
 Brahmanizmdə nicat və qurtuluş yalnız “mokşa” vasitəsilə 
mümkündür.  “Mokşa”  maddiyyatı  tərk  edib  “nirvana”ya  çat-
maqdan ibarətdir. İnanca görə, insan var-dövlət sevgisi və dünyə-
vi istəklərdən əl çəksə, brahmana qovuşar və əbədi rahatlıq tapar, 
aləmdəki  daimi  dəyişikliklərdən  və  köçmələrdən,  “sansara”nın 
qeyri-ixtiyari həyat dəyişmələrindən həmişəlik xilas olar. 
Brahmanizmdə ən mühüm dəyişikliklərdən biri e.ə. VIII əs-
rin sonlarından başlayaraq, “varna” sisteminin formalaşması 
idi. Bu sistemə “brahmanlar” (ruhanilər və kahinlər), “kşatri” 
və ya “kşatrya” (hökmdarlar, döyüşçülər), “vayşa”, yaxud “vi-
şiya” (əkinçilər, tacirlər və sənətkarlar), “şudralar” (qeyri-ari 
xalqlardan olan qara dərililər, qullar, nökərlər) daxil idi. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə