Hindistan etnoqrafiyası
21
rısaldır və bütün kainat ən uca ruhun görüntüsüdür. “Tanrı bizim
içimizdədir, fəqət bizim cəhalətimiz üzündən hər kəs öz dininə
sahibdir. Bundan dolayı, insanın dininə “Manava Dharma”
deyilir. Bu “Manava dharma”, “Sanatana dharma” və ya əzə-
li-əbədi dindir. Bir hinduist öz dinindən uzaqlaşa bilər, fəqət o,
“Manava dharma”nı tərk edə bilməz. “Sanatana dharma” və
ya hinduizm bir ehkam və ya kredoya inanmaz, ancaq o, ruhi
açılma sayəsində Tanrı bilincinə (şüuruna) çatmağa inanır. Bu,
Tanrıya çatmaq (giriş) və tanrı olmaqdır. Bu, mutləq Brahman
olmaqdır. Hinduizm, əzəli və əbədidir, çünkü; dinin mərkəzi
oxu olan Tanrı əzəli və əbədidir”.
Hinduizm və ya Vedanta ehkamlar və ya kredolarla ilgilənmir,
ancaq məntiq və səbəb yoluyla ruhun gerçək təbiətini açıqlayır.
Upanişadlarda bu ruhun, yəni “atman”ın hər şeyi eşidə bildiyi,
reaksiya verdiyi və anladığı vurğulanır. Bu ruh elmi ruhun vücud-
dan ayrı var olub-olmayacağı, indiki doğumdan öncə var olub-ol-
madığı kimi problemləri müzakirə edir. O, azaddır, azad deyil,
məhduddur? Beləcə, o, ruhun ölümsüzlüyü, arzunun özgürlüyü
və köləliyi, karma qanunu və s. mövzularla maraqlanır. Vedanta
dini təliminə ruh elmi (bilimi) deyilir. Modern elmi ehkamlarla
maraqlanmır, insan və ya kitaba inanmaq üzərində israr etmir, an-
caq tamamən doğrunu araşdırmağa yönəldir və təbiətın gerçəklə-
rini, kainatin fenomenini idarə edən qanunları kəşf etməyə çalışır.
Vedanta fəlsəfəsi “Şivatmas” adlanan fərdi ruhların çoxluğunu
qəbul edir və onları ən uca ruhdan ayırır.
Upanişadlar gerçək ruh və görünüşdəki ruh şəklində iki
ruh olduğunu bildirir. Gerçək ruh dünyaya bağlı deyil, o, vücud-
suz və şəkilsizdir, acı və sevincin ötəsindədir, amma görünüşdəki
ruh dünyaya bağlıdır, vücudu və şəkli vardır. Özünün yaxşı və ya
pis əməllərinin nəticəsi olaraq acı və ya sevinç hiss edir. Görünüş-
dəki ruh bu ikilikdən qurtularaq həqiqi ruhda birliyini gerçəkləş-
dirirsə, kədərləri və ya özünə köləliyi ortadan qalxar. Bu iki ruhun
Bəhmən Əliyev-Ayvazalı
22
birliyi vedik ifadələrdə əks olunmuşdur: “Bu sənin sənətindir”,
“Bu, Brahmandır”, “Mən Oyam” .
Veda və brahmanizm dövründə təməlləri atılan hinduizmin
yaranması orta əsrlərə aid edilsə də, bu dini təlim daim inkişaf
etməkdə, islahatlara məruz qalmaqdadır. Buddizmin, caynizmin
qarşısını almaq üçün vedizm və brahmanizmdə baş verən dəyişik-
liklər sonucda hinduizmin formalaşmasına təkan vermişdir.
Hinduizm brahmanizmin ciddi rəqibi olan buddizmi köklü
şəkildə Hindistandan çıxardı, bu dini təlimin bəzi cəhətlərini mə-
nimsədi, caynizmin rolunu zəiflətdi. B.e. ilk əsrlərində xristianla-
rın Hindistana gəlməsi, orta əsrlərdə islamın Hindistan coğrafiya-
sında möhkəmlənməsi, Delhi sultanlığı, Baburşahlar imperiyası,
Vicayanaqar imperiyası və s. çoxsaylı dövlətlərin yaranması, in-
gilis koloniyası dövrü hinduizmə öz təsirini göstərmişdir.
Qərb alimlərinin rəyinə görə, “hinduizm” termini “vahid din”
anlayışına adekvat deyil. “Vişnuizm”, “şivaizm”, “şaktizm” və
s. kimi hinduizm məzhəbləri əslində ayrıca dini təlim kimi qəbul
edilməlidir. Bunların hər birinin özünün tanrısı, müqəddəs yazısı,
ibadət duaları, ibadət formaları, təlimləri öyrədən, yayan brah-
manları (quru parampara), ardıcılları vardır.
Hindistanda vişnuizm (“Srivaishnava”, “Pancharatra”, “Rama-
nandi”, Naqa”, “Tyaqi” və s.), şivaizmə (“Dashanami”, “Natha”,
“Paşupata”, “Aqhori” və s.) aid dini icmalarla yanaşı, sinkretik
(“Smarta”, “Arya Samac”, “Brahma Samac”, “Ramakrişna”, “Vive-
kananda” və s.), missioner quru icmaları (“Sathya Sai Baba”, “Mata
Amritanandamayi”, “Maharishi Mahesh Yoqi və s.) mövcuddur.
Hindiuzmin inkişafında hind mütəfəkkiri, filosof, Veda mət-
nlərinin təfsirçisi, dini reformator, şair Şankara xüsusi rol oy-
namışdır. O, Upanişadlar əsasında “advayta-vedanta” dini-fəlsəfi
sistemi yaratmışdır. Bu təlimə görə, tanrı Brahman başlanğıc və
yeganə varlıqdır, hər şey tanrı Brahmandır, bütün mövcudiyyət
onda cəmlənmişdir.
Hindistan etnoqrafiyası
23
Hindiuzmin ortaq qurucusu yoxdur, hər məzhəbin özünün
əsas bir kitabı vardır. Məsələn, vişnuitlər tanrılara ibadət zama-
nı “Bhaqavatapurana”, şaktianlar “Devi Mahatmya” adlı dini
kitabdan istifadə edirlər. Vedalar, Upanişadlar və “Mahabharata”
dastanının bir hissəsi olan “Bhaqavad Qita” isə bütün hinduist-
lər üçün ortaq müqəddəs kitablardır. Bundan başqa, hindiuzmdə
“sadharanadharma” adlanan qaydalar vardır, bura şiddətdən uzaq
qalma- “ahimsa”, doğruluk-dürüstlük -“satya”, “ksanti”, özünə
hakim olma- “dama”, xeyirxahlıq -“danam”, qonaqpərvərlik-
“ahithi” və s. aiddir. Bunlar bütün hindiustlər üçün ortaq dini
qaydalardır. “Svahdharma” isə müxtəlif varnaların fərqli görəv-
lərinin olduğunu təsdiqləyir. Məsələn, kşatrı varnasına məxsus
döyüşçü müharibə zamanı düşməni öldürməsi dharma qanunu
olduğundan pis iş kimi onun karmasına təsir göstərmir.
Hinduizmin əksər məzhəb və inanclarına görə əbədi cəhən-
nəm və əbədi lənətlənmə yoxdur. Lakin XIII əsrdə vişnuizmin
“dvaita” icmasını yaratmış Madhvanın təliminə görə, əbədi lənət-
lənmə vardır. Madhva ruhları üç yerə bölmüşdür: mokşaya çata
bilən ruhlar (“Mukti-yoqyas”), sonsuza qədər doğum və ölüm
tsiklində qalan ruhlar (“Nitya-samsarins”), sonsuza qədər lənət-
lənən, acı çəkən və sonsuz cəhənnəmə gedən ruhlar (“Tamo-yoq-
yas”).
Teologiya və fəlsəfələrindəki fərqliliklərə baxmayaraq, hin-
duistlər birgə dua edir, dini mərasim, şənlik keçirirlər, bu müasir
hindiuzmdə “fərqliliklər içində birlik” adlandırılır.
Hinduizm inancının çoxformalılığı, çoxtəbəqəli olması bu
dini təlimin monoteist və ya politeist din olması barədə yekun
rəy irəli sürməyə mane olur. Bir tərəfdən hindiuizmin fəlsəfi
sistemləri (“Vedanta”, “Sankhya”, “Mimansa” və s.) sistemli
şəkildə monoteizmin, tanrı Brahma inancının üzərində dayanır.
Hind milli azadlıq hərəkatının ideoloqlarından olan Lacpat Raya
(1865-1928) yazırdı ki, “Hinduizmin müqəddəs kitablarını və
Dostları ilə paylaş: |