Bəhmən Əliyev-Ayvazalı
12
1.1.2. Brahmanizm dönəmi
Miladdan əvvəl XI-VIII əsrlərdə brahmanlar (dini xadimlər)
veda dinində dəyişikliklər etdilər. Bu təlimin ardıcılları özlərini
xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı tanrılara si-
tayişdən, onlara qurban verməkdən üz döndərərək bütün əşyaların
vəhdətinə inam yaratmağa meyl etdilər. E.ə.X əsrdə qurbanvermə
mərasiminin dərkində, qurbanvermənin mahiyyəti ilə bağlı təsəv-
vürlərdə dəyişikliklər baş verdi.
Müqəddəs mətnlərin dəqiq məzmununu
bilən ruhanilər yara-
danın bütöv konsepsiyasını formalaşdırdılar, sonradan bu “
Brah-
ma” adlandırılmağa başladı. Həmin konsepsiyaya görə, “Brah-
ma” özü dünyanın yaranmasına qədər digər tanrılara qurban
edildi və onun bədənindən kainat yarandı. Beləliklə, qurbanver-
mə aktı həmin ilk qurbanvermənin təkrarı, yenilənməsidir. Əgər
qurbanvermə müntəzəm şəkildə həyata keçirilməsə, inkişaf daya-
nar, kainatın sonu çatar, yenidən xaos başlayar. Ruhanilər sülhü
qoruyan, saxlayan, düşməni marasimlər, cadular yolu ilə məhv
etməyin yollarını bilən, ən əsası isə hökmdarlardan da qüdrətli
insanlara çevrildilər. Bu şəkildə hind cəmiyyətində ruhanilərin
üstün qüvvəyə çevrildiyi dövr başladı
. Veda dövrü öz yerini brah-
manizm mərhələsinə verdi.
Dini təlim olaraq, “Dharma Sutra” və “Dharma Şastra”da ək-
sini tapan brahmanizmin təşəkkül tapdığı dövrdə ikinci dəyişiklik
isə “varna” sisteminin formalaşmasıdır. Bu quruluşda brahmanlar
ən yüksək ictimai mövqeyə sahib oldular. Brahmanizmdə veda
kitablarının əvvəlki dəyərini saxlamasına baxmayaraq, əsas me-
yar
“Brahmana”, “Aranyaka” və “Upanişad”lar idi. Ümumiy-
yətlə, brahmanizmin batini, ruhani həqiqətləri müqəddəs kitablar
sayılan “Vedalar” və
“Upanişadlar”da, xarici kult isə
“Purana-
lar”da əksini tapmışdır.