Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
154
olub, nadir hallarda tünd-boz gilli, qumlu mergel v
ə boz
inc
ə, xırdadənəli qumdaşı laycıqlarına malik boz, açıq-boz,
çatlı, xırda qırıntılı əhəngdaşılardan ibarətdir.
Qusar-D
əvəçi rayonunun mərkəzi
və cənub hissələri-
nin b
əzi zonalarında Kampan mərtəbəsi çöküntüləri yuyul-
maya m
əruz qalıb. Bu sahələrdə Kampan mərtəbəsinin
maksimal qalınlığı 370-375 m-ə çatır.
Rayonun c
ənub-şərq hissəsində Kampan çöküntüləri
boz, yaşımtıl-boz qumlu əhəngdaşı aralaycıqlı yaşılımtıl-
boz, b
əzən açıq-boz gillərin və boz çəplaylı əhəngli
qumdaşılarının fliş növbələşməsindən ibarətdir.
Kəsilişin
alt hiss
əsində karbonatlı gil laylarına təsadüf edilir. Cənub
v
ə cənub-qərb istiqamətində, Şahdağ və Qızılqaya yük-
s
əkliklərində çöküntülərin qalınlığı 90-125 m, şimal və
c
ənub-şərq istiqamətində isə 250-300 m arasında dəyişir.
Kampan m
ərtəbəsi çöküntüləri Şamaxı-Qobustan ra-
yonu
nda da geniş yayılıblar. Burada çöküntülər
demək olar
ki, fliş fasiyadadır. Alt Kampan çöküntüləri Santon
çöküntül
ərindən qırmızı və qonuru gillərin olması ilə fərq-
l
ənirlər. Kampan mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan
ərazisində iki fasiyada özünü büruzə verir.
Şamaxı-Qobustan rayonunun şimal-şimal-şərq hissədə
nadir
əhəngdaşı aralaycıqlarına malik gilli-qumlu, cənub-
c
ənub-şərq hissədə isə karbonatlı-qumlu-gilli
fasiya ilə
s
əciyyələnir. Burada əhəngdaşıları üstünlük təşkil edir.
Şamaxı-Qobustan rayonunda Kampan çöküntülərinin qa-
lınlıqları çox geniş intervalda (150-350 m) dəyişir.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
155
Böyük Qafqazın cənub yamacının şərq hissəsində
Kampan çöküntül
əri içərisində az qalınlıqlı qumdaşı
laycıqları olan boz, tünd-boz əhəngli gil, boz çatlı əhəng-
daşı və mergellərin növbələşməsindən ibarətdir.
Ərazidə
Kampan m
ərtəbəsi çöküntülərinin qalınlığı 315 m-ə çatır.
C
ənub yamacının qərb hissəsində isə karbonatlı çöküntü-
l
ərin qalınlıqları xeyli dərəcədə artır. Kampan çöküntüləri
boz, sarımtıl-boz, zəif qumlu və zəif çatlı əhəngdaşı, mergel
v
ə gillərin fliş növbələşməsindən ibarətdir.
Kampan m
ərtəbəsi çöküntüləri Kiçik Qafqazda və
Naxçıvan MR-də geniş yayılıb. Kiçik Qafqazın şimal-qərb
hiss
əsində, Daşsalahlı kəndi ətrafında Kampan mərtəbəsi
çöküntül
əri əsasən əhəngli və qumlu gillərdən ibarətdir.
Şərq istiqamətə getdikcə əhəngli qumdaşı və əhəngdaşı-
larının qalınlıqları artır. Daha şərqdə Şəmkir rayonu ərazi-
sind
ə əsasən karbonatlı çöküntülərdən ibarətdir.
K.
Qafqazın mərkəzi hissəsinin şimal-şərq yamacında
Kampan çöküntül
əri yaşımtıl-boz gil ara laylı pelitamorf
əhəngdaşı, bentonit gil, iri dənəli əhəngli qumdaşı, qumlu
əhəngdaşılardan ibarətdir. Şərq istiqamətində gil laylarının
sayı və qalınlıqları artır. Daha şərqə getdikcə isə yenidən gil
laylarının sayı və qalınlıqları azalır. Ağdərə rayonu ətrafında
Kampan m
ərtəbəsinin qalınlığı 280-300 m-ə çatır.
Naxçıvan ərazisində
Kampan çöküntüləri məhdud
ərazidə məlumdur. Kəsiliş əsasən əhəngdaşı, qumlu gil,
argillit v
ə qumdaşılardan ibarətdir. Çöküntülərin qalınlıq-
ları Naxçıvan muldasının yamaclarında 80-265 m, mərkə-
zind
ə isə 300-400 m arasında dəyişir.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
156
Kampan m
ərtəbəsi çöküntülərinin (Yunusdağ dəstəsi-
nin üst hiss
əsi) neft-qazlılığı onun kəsilişində iştirak edən
karbonatlı qumdaşıları ilə əlaqədardır. Belə kollektorlar
Yunusd
ağ, Gədisu, Görədil və s. sahələrdə intişar tapıblar.
Şurabad sahəsində 17 saylı quyuda sınaq zamanı
Kampan çöküntül
ərindən qaz təzahürləri qeyd olunmuş, 2
saylı quyuda isə qaz fontanı alınmışdır.
Dostları ilə paylaş: