B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
263
malikdirlər. Qazanbulaq, Acıdərə, Naftalan, Tərtər neft ya-
taq
ları müəyyən müddət istismar olunduqdan sonra quyula-
rın debiti əhəmiyyətli dərəcədə azalmış və yataqların işlədil-
məsi iqtisadi cəhətdən səmərəli olmadıqları üçün konserva-
siyaya qoyulmuşlar.
Maykop lay dəstəsinin qumlu horizontlarından Dəli-
məmmədli, Borsunlu, Qızıl Hacılı, Şirvanlı, Beyləqan və b.
sahələrdə qazılmış quyularda da qısa müddətli, lakin sənaye
əhəmiyyətli neft axınları alınmışdır.
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq bortunda da-
ha çox gilliliyə malik olan Maykop lay dəstəsi çöküntüləri
daha az neftlidirlər. Az-çox qənaətbəxş nəticələr Zərdab-
Şıxbağı və Muradxanlı sahələrində qazılmış axtarış-kəşfi-
yyat quyularında alınmışdır. Muradxanlı qalxımının cənub-
qərb qanadının tağyanı sahəsində qazılmış 27 saylı quyuda
Maykop lay
dəstəsinin üst hissəsində yerləşən gilli-alevritli
çöküntülərdən 4,2 m
3
/gün hasilatla neft alınmışdır. Zərdab-
Şıxbağı sahəsində isə neftlilik kəsilişin alt hissəsində yerlə-
şən az qalınlıqlı (10-15 m) gilli-qumlu-alevritli “reper” hori-
zon
tundan 3 saylı axtarış quyusunda sınaq işləri zamanı
alınmış 50 t/gün hasilatlı neftlə təsdiq olunmuşdur. Lakin,
qısa müddətli istismardan sonra quyudibinə gələn süxur
qırıntıları tıxac əmələ gətirmiş və quyu geoloji səbəbdən ləğv
edilmişdir. Belə bir vəziyyət gündəlik hasilatı 35-40 t-a çatan
17 saylı quyuda da baş vermişdir.
Yazılanlardan göründüyü kimi, Yevlax-Ağcabədi çö-
kəkliyinin şimal-şərq bortunda Maykop lay dəstəsinin
“reper” horizontunun neftliliyi artıq şübhə doğurmur. Bu
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
264
horizont Zərdab-Şıxbağı sahəsindən başqa, Muradxanlı
sahəsində də geniş yayılmışdır. Onun qalınlığı artaraq bura-
da 30-35 m-
ə çatır və bu horizontun çöküntüləri əlverişli
struktur-
tektonik şəraitdə neftli-qazlı ola bilərlər.
Kür-
Qabırrı çaylararası rayonunda qazılmış axtarış-
kəşfiyyat quyularında Maykop lay dəstəsində neft-qaz axın-
ları alınmamışdır. Yalnız Kür çayı vadisində yerləşən Qaf-
lan
dərə sahəsində qazılmış 33 saylı quyuda sənaye əhəmiy-
yətli qaz axını alınmışdır ki, bunun da struktur çıxıntının
şimal qanadında mövcud olan kiçik qumlu linza ilə əlaqədar
olduğu müəyyən edilmişdir. Lakin qeyd etmək lazımdır ki,
Maykop çöküntüləri Gürcüstan Respublikasına aid olan
hissəsində əsas neftli obyektdir və burada İori-Mart-Kobi və
Satsxenisi kimi neft yataqları mövcuddur. Bu fakt özlüyündə
Maykop lay dəstəsi çöküntülərinin neft-qazlılıq perspektiv-
liyini Kür-
Qabırrı çaylararası rayonun şimal-şərqində yer-
ləşən Çatma antiklinoriumunun mərkəzi və şərq hissələrində
neftin-
qazın yığılıb saxlanılması üçün əlverişli struktur-
tektonik şəraitə malik olan antiklinal qalxımları ilə əlaqələn-
dir
məyə imkan verir.
Orta Kür çökəkliyində perspektivli komplekslərdən biri
də orta və üst Miosen çöküntüləridir. Bu çöküntülər Kür-
Qabırrı çaylararası rayonunda və Yevlax-Ağcabədi çökəkli-
yin
də geniş ərazidə yayılmışlar, lakin onların yayılma sahəsi
Maykop lay dəstəsi çöküntülərinin yayılma sahəsindən bir
qədər azdır.
Kür-
Qabırrı çaylararası rayonunda Tarxan horizontu
sərbəst stratiqrafik vahid kimi ayrılmır və Çokrak horizontu
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
265
ilə birlikdə baxılır. Burada Çokrak horizontu nazik mergel
laycıqlarına malik tünd-boz, təbəqəli gil qatından ibarətdir.
Horizontun maksimum qalınlığı rayonun şimal-şərq hissəsi-
ndə-Sacdağ sahəsində müşahidə olunur (200-250 m).
Kür-
Qabırrı çaylararası rayonda və Yevlax-Ağcabədi
çökəkliyində orta-üst Miosen çöküntülərinin toplanmaları-
nın geokimyəvi şəraitləri çox zəif öyrənilmişdir. Bu rayon-
larda Çokrak çöküntülərində üzvi maddələrin (C
üzv
.) miq
darı
0,32-
dən 0,64%-ə qədər dəyişir ki, bu da onların neytral, zəif
reduksiyaedici və bəzi sahələrdə reduksiyaedici geokimyəvi
şəraitlərdə çökdüklərini göstərir.
Gəncə rayonunda Tarxan-Çokrak çöküntüləri Maykop
çöküntüləri üzərinə uyğun yatır və litoloji tərkibinə görə,
Kür-
Qabırrı çaylararası rayonundakı çöküntülərdən ayrıl-
mırlar. Yalnız kəsilişdə qalınlıqları 1 m-ə qədər çatan zəif
dənəli qumdaşı və az qalınlıqlı mergel qatlarının olması ilə
xarakterizə olunurlar. Qalınlıq 200 m-dir.
Karaqan-
Konk çöküntüləri Yevlax-Ağcabədi çökək-
liyi
nin şimal-şərq bortunda Mil-Muğan gömülmüş qalxımlar
zona
sı istiqamətində genişlənməsi ilə səciyyələnir. Karaqan-
Konk çöküntüləri altda yatan çöküntülərin üzərinə uyğun
yatırlar (hövzənin borta yaxın sahələri istisna olmaqla). Bu
çöküntülər nisbətən dərin gömülmüş sahələrdə gilli-mergelli
litofasiyadan
təşkil olunmuşlar, qalan ərazidə isə əsasən
hövzənin cənub kənarı boyu, konqlomeratlardan,
qumlardan, əhəngdaşılarından ibarətdir. Karaqan-Konk çö-
kün
tülərinin qalınlıqları 50-300 m arasında dəyişir.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
266
Yevlax-
Ağcabədi çökəkliyində (Bərdə, Ağcabədi,
Sovetlər) Karaqan-Konk çöküntülərin qalınlıqları 90-115 m
olmaqla, gilli fasiyada yayılmışlar. Muradxanlı sahəsində bu
çöküntülər, qalınlıqları 2-3 m-ə çatan mergel, əhəngdaşı,
dolomit və qumdaşı laylarına malik boz, tünd-boz rəngli
gillərdən ibarətdir. Carlı və Sor-Sor sahələrində bu
çöküntülərin qalınlıqlarının bir qədər azalması və kəsilişdə
karbonatlı layların seyrəkləşməsi müşahidə olunur.
Karaqan-
Konk çöküntülərində C
üzv
-nin
miqdarı Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunun cənub-şərq his-
səsində yerləşən sahələrində və Kür-Qabırrı çaylararası
rayonda müvafiq olaraq 0,87 %
və 0,49 %-ə çatır. Humus
maddələr isə Çokrak horizontu çöküntüləri kimi, Karaqan-
Konk çöküntülərində də yox dərəcəsindədir.
Sarmat çöküntüləri Kür-Qabırrı çaylararası rayonda
Konk layları üzərinə uyğun yatırlar. Sarmat əsrində çökün-
tülərin toplanma sürəti 60 m/mln.il-ə bərabərdir. Bunun nəti-
cəsi olaraq Kür-Qabırrı çaylararası rayonda hər üç yarım-
mərtəbəsi ilə təmsil olunan böyük qalınlığa malik Sarmat
çöküntüləri toplanmışdır.
Alt Sarmat
çöküntüləri Məmmədtəpə-Quşquna sahələ-
rində əsasən boz, qonuru-boz rəngli bərk qumlu gillərdən və
konqlomerat, mergel laycıqlarına malik kövrək qumdaşı-
larından ibarətdir. Qalınlıq 150-160 m-ə bərabərdir. Maksi-
mal gömülmə zonasında (Ağtəpə, Molladağ, Sacdağ, Ar-
mud
lu və s.) Alt Sarmat çöküntüləri dərin dəniz fasiyasında
təmsil olunur və əsasən mergel laycıqlarına malik tünd-boz,
boz, qonuru rəngli gillərdən ibarətdir. Sacdağ sahəsində Alt
|