B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
259
olması, tufogen çöküntülərin kollektor xüsusiyyətlərinin
hövzənin dərin yerlərində də ciddi dəyişikliklərə məruz
qaldığını deməyə əsas verir.
Kür-
Qabırrı çaylararası NQR-in şimal-qərb hissəsində
yerləşən Məmmədtəpə, Sacdağ və Dəmirtəpə-Udabno sahə-
lərində də Orta Eosen çöküntülərindən alınan maye axınları-
nın 0,5 m
3
/gün-
dən 140-150 m
3
/gün arasında dəyişilməsi, bu
çöküntülərin filtrasiya xüsusiyyətlərinin həm sahə, həm də
kəsiliş üzrə dəyişdiyini göstərir.
Kür-
Qabırrı çaylararası rayonunda Maykop çöküntüləri
əsasən gilli litofasiyada yayılmaqla, bəzi hallarda kəsilişdə
qumdaşı, mergel, vulkan külü laycıqlarına da rast gəlinir
(
Qıraq Kəsəmən-Tovuz-Qazax-Xuluflu). Bu laycıqların sayı
və qalınlıqları bəzi sahələrdə artır (Qıraq Kəsəmən, Xuluflu,
Tərsdəllər, B.Palantökən). Qumlu lay dəstələrinin qalınlığı
adətən 1-3 m, bəzi hallarda isə 5-6 m olur. Qeyd etmək
lazımdır ki, Maykop çöküntülərinin bütün kəsilişi boyu
aşağıdan yuxarı qumlu materialların tədricən gillə əvəz
olunması müşahidə olunur.
Paleogen-
Miosen çöküntüləri kəsilişində ikinci neftli-
qazlı stratiqratik obyekt sayılan Maykop lay dəstəsi çökün-
tü
lərinin bazis horizontu olan Xadum horizontunun çökün-
tü
ləri bir sıra hallarda bazal konqlomeratları ilə Eosen-Üst
Taba
şir çöküntüləri üzərinə bucaq və azimut uyğunsuz-
luqları ilə qeyri-uyğun şəkildə yatırlar. Əsasən qumlu-gilli
çökün
tülərdən ibarət olan Xadum horizontunun çöküntüləri
içərisində Gəncəçay, Kürəkçay, Tərtər, Qarqar çaylarının
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
260
vadilərində konqlomerat xarakterli qabadənəli terrigen çö-
kün
tülərdən təşkil olunmuş layların və linzaların varlığı, bu
çöküntülərin eyni adlı qədim çayların vadilərində formalaş-
dığını göstərir. Maksimal qalınlıqları 25,6 m-ə çatan
(Xarxaput kəsilişində) bu konqlomeratlar çökmə, maqmatik
və metamorfik süxur qırıntılarından təşkil olunmuşlar.
Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb bortunda
Maykop
lay dəstəsi çöküntülərinin litoloji tərkibinin layların
uzanması istiqamətində tez-tez dəyişməsi və burada mövcud
olan qumlu horizontların yayılma sahələrinin müxtəlifliyi, bu
qumlu horizontların paylanmasında yuxarıda adları çəkilən
paleoçayların böyük rol oynadığını göstərir.
Az qalınlıqlı qum və alevrit layları çökəkliyin cənub-
qərb bortunun mərkəzi hissəsində yerləşən Dəliməmmədli,
Qazanbulaq, Tərtər, Qızıl Hacılı sahələrinin kəsilişlərində
daha çox yayılmış və I-II Qazanbulaq, I-VI Naftalan neftli-
qa
zlı horizontlarını, Naftalan strukturunun qərb qanadında
isə A, B, C, D, E liter horizontlarını təşkil edirlər. Sonuncu
horizontlar
Kiçik Qafqazqarşısı çökəkliyin Acıdərə və Zeyvə
sahələrində İncəçay horizontları adlanırlar. Göstərilən
sahələrdə Maykop lay dəstəsinin ümumi qalınlığı 2200 m-ə
çatır. Cənub-şərq istiqamətində Maykop çöküntülərinin
əhəmiyyətli dərəcədə gilləşməsi və qalınlıqlarının Beyləqan
sahəsində 1000 m-ə qədər azalması müşahidə olunur.
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq bortunda
May
kop çöküntüləri əsas etibarilə gillərdən ibarət olub,
Eosen çöküntüləri üzərinə uyğun yatırlar. Eosen çöküntü-
lərinə nisbətən daha geniş yayılmaya malik olması sayəsində
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
261
Muradxanlı qalxımının tağ hissəsində və çökəkliyin şimal-
şərq bortunun paleostruktur baxımdan daha yüksək hissələ-
rində Tabaşir çöküntüləri üzərinə yatırlar. Burada Maykop
lay dəstəsinin yalnız alt və qismən də üst hissələrində az
qalınlıqlı alevrit laycıqları mövcuddurlar ki, bunların da zəif
yuyulma sahəsi olan Qaracalı-Saatlı qalxımlar zonasından
gətirildiyi şübhə doğurmur.
Kür-
Qabırrı çaylararası rayonu ərazisində, Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunda olduğu kimi,
qum və alevrit materiallarının paylanmasında Kiçik Qafqaz-
dan O
rta Kür çökəkliyinə axan paleoçaylarla yanaşı, dəniz
sahili axınlarının da mühüm rolu olmuşdur. Tərsdəllər
struktur çıxıntısının şimal-şərq qanadında Maykop lay dəs-
təsində mövcud olan qumlu horizontların və ayrı-ayrı qum
laylarının strukturun tağına doğru tamamilə gilləşməsi, bu
qum
ların dəniz axınları ilə şimal-qərb istiqamətindən gətiril-
diyini göstərir. Hövzəyə qumların nəqli isə başlanğıcını
Şəmkir, Allahverdi qalxımlarından, Bolnisi və Acari-Trialet
tektonik zonalarından götürmüş olan Şəmkirçay, Zəyəmçay,
Ağstafaçay və Xramçay kimi qədim çaylarla olmuşdur.
Kür-
Qabırrı çaylararası rayonunda çöküntütoplanma-
nın sürəti Yevlax-Ağcabədi rayonundakına nisbətən 2 dəfə
az olmuşdur. Çaylararası rayonun Ağtəpə-Böyük Palantö-
kən sahəsində 1 mln. ildə 146 m çöküntü toplandığı halda,
Yevlax-
Ağcabədi çökəkliyində bu rəqəm 290 m olmuşdur.
Bunun nəticəsində Maykop çöküntülərinin maksimal qalın-
lıqları Kür-Qabırrı çaylararası rayonunda 2000 m, Yevlax-
Ağcabədi çökəkliyində 3000 m-ə çatmışdır.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
262
Çöküntütoplanma prosesi Maykop dənizinin başqa
sahələrində olduğu kimi, karbohidrogenlərin əmələ gəlməsi
üçün əlverişli olan reduksiyaedici geokimyəvi şəraitdə
olmuşdur. Maykop çöküntülərində yarozitli gillərin, siderit
konkresiyalarının, piritin olması və üzvi maddələrin (C
üzv
.)
0,5-
1% arasında dəyişməsi bunu təsdiq edir. Belə bir geo-
kimyəvi şəraitdə əmələ gələn Maykop lay dəstəsi çöküntü-
ləri singenetik neftli-qazlı çöküntülərdirlər. Bu çöküntülərin
neft-
qazlılıq perspektivlikləri isə onların kollektor xassələ-
rin
dən və kollektor layların paleo və müasir struktur-tektonik
xüsusiyyətlərindən asılıdır.
Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb bortunda
nis
bətən yüksək kollektorluq xüsusiyyətləri ilə fərqlənən
Maykop lay
dəstəsinin qumlu-alevritli horizontları rayonun
əsas neftli-qazlı obyektləridirlər. Alt Maykop yarımdəstə-
sinə aid olan qumlu horizontlarda Naftalan (I-Mergelli və
III-
VI Naftalan horizontları), Qazanbulaq (I və II Qazan-
bulaq horizontları), Acıdərə (Qaraçinar və Qaraçinarüstü
horizontları), Tərtər (IV, V və VI Tərtər horizontları)
sahələrində kiçik ehtiyatlı neft yataqları kəşf edilib istis-
mara verilmişdir. Bu yataqlarda qazılmış kəşfiyyat və
istismar quyularının ilkin hasilatları 2-3 t/gün, nadir hallar-
da isə 20-30 t/günə və hətta 50 t/günə çatmışdır.
Quyuların hasilatlarının kiçik olması layların neftlə do-
yum
luluğunun aşağı olması ilə deyil, onların keçiricilikləri-
nin az olması ilə əlaqədardır. Belə ki, Maykop lay dəstəsinin
neftli obyektlərinin 85%-i kiçik, 15%-i isə orta məsaməliyə
|