B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
271
Bu çök
üntülər ilə əlaqədar olan neft-qazlılıq əlamətləri
Duzd
ağ sahəsində qazılmış quyularda qeydə alınmışdır.
Sarmat mərtəbəsinin çöküntüləri Şirvanlı, Bərdə,
Duzdağ sahələrində yaşımtıl-boz rəngli gillərin, müxtəlif
rəngli qumdaşı araqatları ilə növbələşməsindən ibarətdir.
Bərdə sahəsində qazılmış 1, 2, 3 saylı quyularda az qalınlıqlı,
qumlu lay dəstəsindən götürülmüş süxur nümunələrində və
qazma prosesində gilli məhlul üzərində neft-qaz əlamətləri
müşahidə olunmuşdur. Bozdağ sahəsində qazılmış
quyularda Sarmat mərtəbəsi çöküntülərində qumdaşıların
neftliliyi, gillərin çatlarında neft əlamətləri müşahidə olunur.
Bu zonada Orta Sarmat
çöküntüləri kəsilişində qalınlıqları
80-90 m-
ə çatan iki qumlu horizont mövcuddur. Bu qumlu
horizontlardan 6 saylı quyuda qazla birlikdə 75-150 m
3
/gün
su axınının alınması, qumdaşı laylarının kollektorluq
xassələrinin kifayət qədər yüksək olduğunu göstərir. Bu isə
göstərilən qumlu horizontların Yevlax-Ağcabədi çökək-
liyinin struktur-
tektonik cəhətdən daha münasib olduğu
sahələrdə neftli-qazlı ola biləcəyini göstərir.
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq bortunda orta
və üst Miosenin Çokrak horizontu, Sarmat və Meotis
mərtəbələri çöküntülərindən təşkil olunmuşlar. Qum, alevrit
və mergel aratəbəqələrinə malik olan tünd-boz rəngli gillər-
dən ibarət olan bu çöküntülərin ümumi qalınlıqları 250-500
m arasında dəyişilir. Burada neftlilik baxımından Çokrak
horizontunun qumdaşı və mergellərdən ibarət olan az qalın-
lıqlı layları daha çox əhəmiyyət kəsb edir. Bunu Muradxanlı
qalxımının tağ hissəsində qazılmış 18 saylı kəşfiyyat
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
272
quyusunda 2834-
2787 m intervalından perforasiyadan sonra
4 mm ştuserlə 100-110 m
3
/gün hasilatla sənaye əhəmiyyətli
neftin alınması təsdiq edir. Litofasial xüsusiyyətlərinin sabit-
liyi ilə fərqlənən Çokrak çöküntüləri Muradxanlı və onun
qonşuluğunda yerləşən qalxımların tağ hissələrində qazılmış
quyularda da neftli ola bilərlər. Çokrak çöküntülərinin
regional neftli-
qazlı bir obyekt olması heç kəsdə şübhə
doğurmur, lakin Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb
bortunun batım hissələrində və Yevlax-Ağcabədi çökəkliyi-
nin şimal-şərq bortunda bu çöküntülərin qalınlıqlarının 100-
200 m arasında dəyişməsi və kəsilişdə qumdaşı və mergel
araqatlarının az qalınlıqlı olması, onları mühüm neftli-qazlı
obyektlər kimi qiymətləndirməyə imkan vermir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Kür-
Qabırrı çaylararası rayonda və Yevlax-Ağcabədi çökəkliyin-
də neft-qazlılıq Paleogen-Miosen kompleksi kəsilişində əsas
etibarı ilə Eosen, Maykop, qismən də Çokrak və Sarmat
çöküntüləri ilə əlaqədardır. Göstərilən çöküntülərin
karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli sayılan
reduksiyaedici, zəif reduksiyaedici və neytral geokimyəvi
şəraitdə toplandıqları göstərilmişdir. Bu çöküntülərin neft-
qazlılıq potensiallarını qiymətləndirmək üçün paleocoğrafi
və geokimyəvi cəhətdən əlverişli şəraitdə toplanmış çökün-
tü
lərin neftin, qazın generasiyası üçün lazım olan paleotek-
tonik və termodinamik şəraiti araşdırılmışdır. Çöküntülərin
neft-
qazlılıq potensialını təyin etmək üçün yaranmış termo-
dinamik şəraitdən asılı olaraq üzvi maddələrin katagen
dəyişkənliyi müəyyən edilmişdir. Neftin əsas generasiyası
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
273
vitrinitin əks etdirici qabiliyyətinin (R
o
) 0,6-1,15, karbo-
hidrogenlərin maksimum generasiya temperaturunun 435-
465
o
C və ümumi istilik impulsu (
Σ
τ) 60-260 intervallarında
baş verir. Ümumi istilik impulsu
Σ
τ =70-85 arasında olanda
neft generasiyasının əsas fazası, 170-210 arasında olduqda
isə karbohidrogenlərin maksimum miqrasiyası başlanır və
Σ
τ= 380-400 olduqda proses başa çatır. İstilik impulsları daha
yüksək
Σ
τ =550-650 olduqda isə qaz karbohidrogenlərinin
generasiyası baş verir.
Kür-
Qabırrı çaylararası rayonda Paleogen-Miosen çö-
kün
tülərində neftin və qazın generasiya prosesləri göstərilən
meyarlar əsasında bir sıra kəşfiyyat sahələrində öyrənilmiş-
dir. Gürzündağ, Qərbi Gürzündağ, Tərsdəllər, Molladağ,
Ağdərə, Böyük Palantökən sahələrində Orta Eosen çöküntü-
lərində T
max
400-446°C, R°-0,51-0,70 ara
sında Üst Eosen
çöküntülərində isə, T
max
425-453°C, R°-0,43-
0,78 arasında,
ümumi istilik impul
sunun τ =60-80 arasında dəyişməsi gös-
tərilən sahələrdə orta və üst Eosen çöküntülərinin neftin əsas
generasiya zonalarında yerləşdiyini göstərir. Adları çəkilən
parametrlərin qiymətlərinin şimal-şərq istiqamətində mütə-
ma
di olaraq artması, əsas neftəmələgəlmə prosesinin Kür-
Qabırrı çaylararası rayonun şimal-şərq hissəsində, yəni
Eosen çöküntülərinin böyük dərinliklərə gömüldükləri və
da
ha çox qalınlıqlara malik olduqları sahələrdə daha tez baş-
la
dığını göstərir. Çöküntü toplanmanın sürətindən asılı ola-
raq, bu proses müxtəlif sahələrdə, müxtəlif geoloji dövrlərdə
başlanmış və sona çatmışdır. Məsələn, Gürzündağ sahəsində
Alt Eosen çöküntü
ləri Üst Pliosen dövründə (
Σ
τ =80), Orta
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
274
Eosen
çöküntüləri isə Antropogen dövründə (
Σ
τ =65) əsas
neftəmələgəlmə zonasına (ƏNZ) daxil olmuşlar. Tərsdəllər
sahəsində isə Alt Eosen çöküntüləri ümumi istilik impulsu-
nun
Σ
τ =115 olduğu üçün daha tez, yəni Orta Pliosendə
başlanmışdır. Məmmədtəpə sahəsində isə ümumi istilik
impulsu çox az (
Σ
τ=30) olduğu üçün Eosen çöküntüləri əsas
neftəmələgəlmə zonasına daxil ola bilməyiblər.
Maykop lay dəstəsi çöküntülərinin neftəmələgətirmə
xüsusiyyətləri Kür-Qabırrı çaylararası rayonun yalnız Tərs-
dəllər, Ağtəpə və Böyük Palantökən sahələrində öyrənil-
mişlər. Bu sahələrdə vitrinitin əksetdirmə qabiliyyətinin 0,4-
0,45 arasında, maksimal generasiya temperaturalarının 419-
425°C arasında olması, Maykop çöküntülərinin göstərilən
sahələrdə neftin generasiyasının əsas fazasına hələ də daxil
olmadığını göstərir. Maykop və Miosen çöküntülərinin Kür-
Qabırrı çaylararası rayonu ərazisində neftli olmaması, bu
çöküntülərin əsas neftəmələgəlmə zonasına daxil olmadıq-
ları ilə izah oluna bilər. Çatma antiklinoriumunun şimal-şərq
q
anadında Maykop və Miosen çöküntülərində qeyd edilən
neftlilik əlamətləri isə, şimal-şərqdə Gürcüstan Respublikası
ərazisində yerləşən Mirzaani çökəkliyində göstərilən çökün-
tü
lərin əsas neftəmələgəlmə zonasında yerləşdiyini və gene-
rasiya olunan karb
ohidrogenlərin Çatma zonası istiqamətinə
miqrasiya etdiyini göstərir.
Yevlax-
Ağcabədi çökəkliyində üzvi karbonun (C
üzv
)
miqdarının Paleosen çöküntülərində 0,06-0,25%, Eosen çö-
küntülərində 0,14-1,42%, Maykop çöküntülərində 0,16-
|