353
İthaflar
var. Özü də onu yataq otağımda, çarpayının üstündəki divardan asmışam. Bildiniz hansı rəsmi?!
Uzaqda görünən dağları... Haça dağı... Mən gimnaziyanın yanında, pansionda yaşayıram, bax,
bu rəiqələrimlə birlikdə. Buyurun, qonaq gəlin, dostlarınızı da götürün, indicə bizimlə görüşən,
Çiaurelini də, kimi istəsəniz... hələlik, Bəhruz, gözləyəcəyəm!
– Sağ olun, Narınc, gələcəyəm.
Bəhruz qızları küçəyə qədər ötürdü, küçədə isə onları fayton gözləyirdi. Faytona minəndə,
Narınc bir an geriyə– qapı ağzında dayanan Bəhruza baxdı – hələlik – deyə əlini qaldırdı, Bəhruz
da eyni hərəkətlə cavab verdi. Narıncın üzündəki təbəssümü, sönməyən işığı ürəyində qaldı. Fayton
daş küçədə səs sala-sala uzaqdlaşdı. Dərslərdən sonra Bəhruz yenə Tilisi gəzməyi qət etmişdi. Odur
ki, Qolovanski küçəsindən keçə-keçə hansı tərəfə getmək haqqında ikirləşirdi, birdən qarşısına
çıxan Olqinski küçəsinə döndü. Hər iki tərəi kərpic hasar olan, qarşısından iri rəngli darvazalar,
qapılar çıxan bu küçə dağ ətəyinə doğru uzanırdı. Bəhruz arxasında səliqə-səhmanlı,həyət, həyətin
başında ikimərtəbəli, şərq üslubunda, uzun eyvanlı bir bina olan qara rəngli dəmir hasarın qarşısında
dayandı. Sıra-sıra düzülmüş uzun dəmirlərin– hasarın arasından hər şey görünürdü: həyətdəki
ağaclar, qızılgül kolları, payız çiçəkləri, ikinci mərtəbəyə qalxan, üstü örtülü pilləkan, naxışlı,
bəzəkli sürahilər, uzun eyvanın sütunları, sütunlar arasındakı şəbəkələr... Kimsə, hardasa tar çalırdı,
bu səsin həzinliyi altında Bəhruz tələsə-tələsə qaralamalar çəkirdi. Böyründə kiminsə dayandığını
duydu, üzünü tük basmış, gözləri hədəqəsindən çıxmış, əcaib bir adam əyilə-əyilə onu başdan-
ayağa, sonra da ayaqdan-başa süzdü. Bəhruz qorxdu, gözlərini ondan– şalvarı əzik-üzük, ayaqları
yalın, başı qırxılmış bu adamdan çəkə bilmədi. Bu adam əllərini bir– birinə vura-vura qələtən
elə dəli qəhqəhə çəkdi ki, Bəhruzun tükü ürpəşdi. Elə bərkdən gülə-gülə də uzaqlaşdı. Bəhruz
yuxarı məhəllədən enəndə axşam düşmüşdü. Saray küçəsinə gəlib, Banovski teatrının önündən
keçdi. Bir də gördü ki, “simpatiya” restoranındadır. Stolların yanınan ötüb küncdəki stolda başını
qolları arasına qoyub mürgüləyən bir adamın qarşısında əyləşdi. Albomu açıb onu bu vəziyyətdə
çəkməyə başladı. Mürgüləyən adam yavaş-yavaş başını qaldırdı. Yorğun, əzgin, yuxulu olsa da,
diriləşən, canlı gözləri Bəhruza dikildi. Bəhruz albomu örtüb özünü itirdi, ancaq qarşısındakı
adamın gözlərində qəzəb yox, mülayimlik, yazıqlıq görüb sakitləşdi.
– Kimsan?! – gürcücə soruşdu.
– Tələbəyəm. – Bəhruz da gürcücə cavab verdi.
– Rəssam olmaq istəyirsən?!
– Bəli!
– Duxanların divarlarındakı şəkilləri görmüsən?!
– Görmüşəm.
– Xoşuna gəlir?!
– Çox!
– Hansıları daha yaxşıdır?
– Şahzadə Tamara... Bir də, bir də Orta Çala gözəlləri...
Bəhruz müsairinin çallaşan saçlarına, qırışlar basmış geniş alnına, düşüncəli, ikirli-kədərli
sifətinə diqqətlə baxdı. Qısa söhbətdən sonra bu adam xəyala daldı, dodağında solğun təbəssüm
doğdu və azca keçməmiş itdi. Sonra kədər içində yenə başını qolları üstünə qoydu, mürgüləmək
354
İthaflar
istəyirdi ki, şvesar gəlib, onu silkələdi, zorla, darta-darta götürüb apardı. Bəhruz baxa-baxa qaldı,
bilmədi ki, bayaq qarşısında dayanan adam əsərlərinə heyran olduğu böyük gürcü rəssamı Niko
Pirosmanidir.
5
Yay gəldi, Bəhruz bu dəfə Naxçıvana yox, tələbə dostları ilə müəllim Toidzenin rəhbərliyi
altında təcrübə məşğələsinə – Krıma yola düşdü. Ömründə ilk dəfə idi ki, dəniz görürdü, sahildə
dayananda üzündə elə qəribə heyrət doğdu ki, ona baxan dostlarını gülmək tutdu. Onlar uzun
müddət bu barədə deyib-gülüb zarafatlaşırdılar. Krım təbiətini çəkmək Bəhruz üçün vətən təbiətini
çəkmək demək idi. Hər rəngdə doğma torpağının nəfəsini duyur, işlədikcə Naxçıvan, Araz, Haçadağ
xəyalından çəkilmirdi. O vaxt Krımda Bəhruzun bütün tələbələrlə və müəllim Toidze ilə birlikdə
çəkdirdiyi foto-şəkil indi incəsənət muzeyində yadigar kimi qalır.
Krımdan qayıtdıqdan sonra çətin və qızğın günlər başlandı. Təzə əsərlərin müzakirəsi, həm
gündüz, həm axşam məşğələlər, Əliqulu Qəmküsarın narahatlığı, atası Şirəlibəyin, daha sonra
babası Əşrəfbəyin gəlməsi, başqa hadisələr yuxu kimi keçib getdi. Əsərlərin müzakirəsi zamanı
Toidzenin və Lonqonun onu təqdir etməsinin sevinci uzun müddət qəlbində soyumadı.
İndi italiyalı müəllim Lonqonun dərsi idi. Arıq, üzünün əzələləri aydın görünən, qupquru
bir adam olan Lonqo rus dilini gözəl bilməsə də şirin danışığı, zəngin məlumatı, biliyi, ciddiliyi
və yumoru ilə tələbələrin məhəbbətini qazanmışdı. Lonqo təmiz, səliqəli və gözəl geyinməyi
bacarırdı, həmişə, eyni cür geyinməz, paltarlarını tez-tez dəyişərdi. Bu tələbələrin xoşuna gələr,
onun geyimlərini izləyər, səliqəsində və zövqündə ciddi nöqsan tapa bilməzdilər.
Bəhruz bu dəfə Mariyanın yanında əyləşmişdi.
– Burda niyə?! – Mariya etirazını bildirmişdi – axı Kostanın yeridir.
– Səninlə söhbətim var.
– Dərs vaxtı?!
– İmkan olanda.
– Lonqonun dərsində belə imkan ola bilməz.
– Bəlkə oldu?!
– Bilmirəm, qoy Kosta öz yerinə keçsin.
– Kostadan narahat olma. Ketovanın yanındadır.
Lonqo adəti üzrə yenə kitablarla gəlmişdi. Danışdığı mövzü üzrə mütləq şəkil göstərir, izahat
verirdi. Həm də söhbətini elə qurur, elə aparırdı ki, şəkil göstərmək göydən düşmə olmur, zəruri
tələbdən, dərin maraqdan və istəkdən doğurdu. Müəllim indi Rafael sənətindən danışır, arabir arıq
qollarını qaldırır, coşurdu. Bütün sinif diqqət kəsilmişdi. Bəzi rus sözlərini düzgün tələffüz edə
bilmədiyi üçün yüngül gülüş qopdu. Həmin anda da kəsildi. Müəllim eyni həvəslə söhbətinə davam
etdi. Bir azca keçmişdi ki, dərsin ən şirin və sakit yerində top atəşi gurladı, həmişəki kimi Lonqo
diksindi. Uşaqlar gülüşdülər. Çünki hər gün, eyni vaxtda atılan bu top atəşi çox zaman lonqonun
dərsində baş verirdi və hər dəfə də müəllim qorxub diksinirdi.
Bundan sonra saatına baxırdı, çünki bu top atəşi düz saat on ikinin olduğunu bütün Tilisə