Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə92/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   88   89   90   91   92   93   94   95   ...   132

 

370


İthaflar

O qonaqlıqda söhbət ancaq teatrdan getdi. Bəhruz bu söhbətlərə qoşulmur, sakitcə qulaq asırdı. 

Əliqulu Qəmküsarın səsi isə bir an belə kəsilmir, arzularından, Naxçıvan teatrının gələcəyindən, 

ingilislərin Naxçıvandakı ağalığından danışır, qızğın mübahisəyə girişirdi. Şirəlibəy çox təmkinli 

bir adam olsa da, Əliqulu ilə mübahisə də edirdi..

İki-üç tamaşa verdikdən sonra Əliqulu Qəmküsar Tilisə getdi.

                                           

YEDDİNCİ HİSSƏ

1

Naxçıvan qaçqınlarla, cır-cındır, ac-yalavac, xəstə, yorğun, halsız, solmuş uşaqlarla, qızlarla, 

cavanlarla  dolmuşdu.  Köhnə  uçuq  evlərin  divarlarında  sığınacaq  tapan  bu  qaçqınlar  qapı-qapı 

gəzir, dilənirdilər. Bəhruz onlara baxa-baxa keçdikcə ürəyi ağrıyırdı. Bilirdi ki, general Andranikin 

Azərbaycan kəndlərində törətdiyi faciələrin nəticəsidir. 

Bir  gün  yenə  teatrdan  yorğun  çıxanda  xiyabanın  bir  kənarında  ağaca  söykənib  dayanmış, 

yaşmaq  tutmuş,  başında  ağ  çalma  olan  bir  qız  gördü.  Bəhruz  ayaq  saxladı.  Çalma  qızın  alnını 

örtmüşdü. Altından qara gözləri parıldayırdı. Bəhruz onun gözlərinə çox baxa bilmədi. Soruşdu:

– Hardan gəlmisən? 

Sual cavabsız qaldı. Qız üzünü yan tərəfə çevirdi, ya qorxur, ya ondan şübhələnirdi. 

Qız ona tərəf çevrilib çalma altından parıldayan qara gözlərini gözlərinə dikdi:

– Məndən nə istəyirsən?!

– Heç nə... rəssamam, şəkil çəkən... Səni necə başa salım, razı olsan şəklini çəkərəm...

– Niyə?!


– Mənə lazımdır. 

Qız heç nə başa düşmədiyi üçün bir müddət susub dinmədi, sonra qorxa-qorxa soruşdu:

– Mənə yemək verərsən?! 

Bəhruzun ona elə yazığı gəldi ki, imkanı olsaydı elə burada, bu saat ona yemək verərdi. Ani 

sükutdan sonra dilləndi:

– Qorxma hər şey olacaq... Uzaqdan gəlmisən?! 

– Kənddən, dağ kəndindən... 

– Şəhərdə kimin var?!

– Heç kimim.

– Bəs nə edəcəksən?!

– Bilmirəm.

– Onda gedək mənimlə. 

– Hara?!

– Bizə, evə... Anam var, bacım var, atam, qardaşlarım...

– Mən acam...

– Gedək, yemək də verərlər, hər şey, gəl dalımca...




371

   


        

İthaflar


Qızın yeriməyə halı yox idi, asta-asta Bəhruzun arxasınca gəlirdi. Bəzən dayanıb əli ilə başını 

tuturdu.  Həyətə  girəndə,  Bəhruz  onu  Şirin  xanıma,  Hürnisəyə  tapşırdı.  Elə  bu  vaxt  qızın  rəngi 

ağardı, tirtap yerə sərildi. Şirin xanım yüyürüb onu qaldırdı:

– Yazıq qız! – dedi. – Ay Hürnisə, tez su gətir, tez, tez...

Bir azdan qız gözlərini açdı, ilk dəfə Bəhruza baxdı. Onun parlaq qara gözləri işıq içində 

yanırdı. Sonra ona yemək verdilər. Yeməyi gözünə təpirdi, amma Şirin xanım onu çox yeməyə 

qoymadı. 

– Hamısı sənindi, bala,qorxma, hələ bu şərbəti iç...

Sonra bir az ye, yat... durub yenə yeyərsən... zavallı qızcığaz!

Qız yeməkdən sonra təndirəsərin yanındakı balaca otaqda soyunmadan yıxılıb yatdı. Səhər 

Bəhruz şəklini çəkmək üçün qızı öz otağına apardı.

– Buyur, burda əyləş! – dedi – Qorxma, yaxın gəl!

Qız döyükə-döyükə şübhəli– şübhəli yaxınlaşdı, çünki Bəhruzun nə istədiyini hələ anlaya 

bilmirdi, otaqdakı çərçivələr, kətanlar, müxtəlif şəkillər, kağız-kuğuzlar, molbert, fırça qabı, sıxılıb 

bir kənara atılmış tubiklər... onu çaşdırmışdı.

– Nədən qorxursan?!

– Axı...

– Nə axı, gəl, burda əyləş, vəssalam, daha səndən heç nə istəmirəm.. Keç!

Qaçqın qız qorxa-qorxa kürsüdə əyləşdi. Bəhruz karandaş götürüb çəkmək üçün ona tərəf 

baxdı, birdən– birə çəkə bilmədi, çünki qız gözəl idi: xüsusilə gözləri! Bunu ilk dəfədən görüb 

duymuşdu.  Qızın  gözəlliyində  təbiətin  özündən  doğan  sığallanmamış  bir  məlahət  gizlənmişdi, 

gözlərinin qaralığından süzülən xoş, sakit bir parıltı bu məlahəti təzə təravət verə-verə elə bil üzə 

çıxarırdı. Bəhruz bu gözlərin sirayətedici, nüfuzedici parıltısından təsirlənib soruşdu:

– Adın nədir?

– Afər.

– O... Nə yaxşı addır. Kim verib bu adı sənə?!



– Atam.

– Sağdı?!

-Yox, beş il qabaq ölüb.

– Afər, başını bir azca yuxarı qaldır, hə, bax, belə, azca da yana əy... yaxşıdır, bax beləcə, 

dayan, tərpənmə!

Bəhruz onu çəkə-çəkə sorğu-suala tutdu, qız da başına gələnləri qırıq-qırıq danışdı. Nişanlısı 

mərd və qoçaq oğlandı, kənddə oğlanın düşmənləri çoxdu. İntiqam almaq üçün Afərin bəkarətinə 

toxunmaq  istəyiblər.  Oğlan  xəbər  tutub,  iki  nəfəri  öldürüb,  qaçıb.  Qız  da  gedib  başqa  kənddə 

yaşayıb. Orda da qırğın düşüb. O da başqa qaçqınlara qoşulub, Naxçıvana gəlib çıxıb. Yollarda 

əziyyət çəkib.

Beləliklə, Bəhruz bir həftədən çox Afərin portretini yaratmaq üçün çalışdı. Səhər tezdən durub 

fasilələrlə gün batana qədər işlədi. Qız əvvəlcə rəssamdan qorxur, çəkinir, utanırdı. Tez– tez qapıya 

baxır, Bəhruz hansı vəziyyətdə dayanmasını yaxınlaşıb başa salanda hürkür, gözləri qorxu, həyəcan 

içində böyüyürdü. Hər ikisi yorulanda durub çölə – həyətə qaçırdı. Bəhruzu gülmək tuturdu, bəzən 

qıza acıyır, kədərlənirdi. Afər get-gedə ona öyrəndi, isinişdi, inanmağa başladı.



 

372


İthaflar

Bəhruz əvvəl Afəri başı açıq istədi, dil töksə də, yalvarsa da, buna heç cürə nail ola bilmədi, 

çalmanı başından açmadı ki, açmadı. Təkcə üzünü yana çevirib, saçlarından üç nazik hörük çıxardı, 

sinəsinə saldı. Zil qara, uzun hörüklər işıq saçırdı. Afərin güllü köynəyi, ayaqlarına qədər uzanan 

gen-bol  tumanı,  mənguləli  məxmər  arxalığı  içində  bəlkə  də  qeyri-adi  bir  gözəllik  gizlənmişdi. 

Ürəyində onu lüt çəkmək arzusu doğdu: paltarlarını tamam soyuna, saçlarını aça, çiyinlərinə tökə, 

elə o kürsüdəcə əyləşə! Bu arzu dərhal ürəyindəcə söndü, çünki bihudə iş idi, saçlarını açmağa razı 

olmayan bir qız onun qarşısında lüt soyunardımı?! Heç vaxt! Ətini şişə çəksəydilər də! Bəhruz 

təşəbbüs belə göstərmədi, Afərin bu cəhətinə görə qürur hissi duydu.

– Afər, səni istəyən olsa ərə gedərsən?

– Yox.

– Niyə?


– Nişanlım var, onu sevirəm, başqa heç kəsə ərə getmərəm, heç kəsə...

– Bəlkə səni məcbur etdilər?! 

– Yox, ölərəm, ancaq getmərəm.

– Əgər nişanlını tapmasan, onda necə?!

– Tapacağam!

Bəhruz onun bu inamına, bu qətiyyətinə heyran qala – qala, həvəslə, ilhamla işləyib, gözəl 

bir portret yaratdı. Hələ heç zaman belə daxili bir eşqlə yanıb-yaxılmamış, belə yüngüllük, xoşluq, 

rahatlıq duymamış, belə asan, belə sürətlə şəkil çəkməmişdi. Ona elə gəlirdi ki, portret təkcə özünün 

yox, hansısa sehrli bir qüvvənin gücüylə meydana çıxmışdı. Ağ çalmanın altından od saçan qara 

gözlər, həyatda olduğu kimi dolğun, parlaq və canlı alınmışdı. Afər özü də yaxınlaşıb şəklə baxdı, 

güldü və gözlənilmədən soruşdu:

– Bunu neyləyəcəksən, qardaş?

Sadəlövhcəsinə verilən bu sual Bəhruzu sarsıtdı, doğurdan da bu əsəri nə üçün, kimin üçün 

yaratmışdı, qəribədir, bu barədə heç zaman düşünməmişdi. Odur ki, sual cavabsız qaldı. Bəhruz onda 

bilmirdi ki, gözəl qızın özü həyatın girdablarında itəcək, portreti isə əbədi qalacaqdır. Qəzetlərdə, 

jurnallarda çap olunacaq, sərgilərdə göstəriləcək, R.Musayev adına incəsənət muzeyində göz bəbəyi 

kimi saxlanılacaqdır. Bəhruz indi bunlardan bixəbər idi, sualına cavab vermək əzəvinə Afərə baxıb 

özü sual verdi:

– Xoşuna gəlirmi?

– Gəlir. Yaxşıdır. Gözləri qəşəng çəkmisiniz...

– Afər... 

– Bəli.


– Sən sabah getmək istəyirsən?

– Bəli.


– Mənim bir xahişim var...

– De...


– Bəlkə getməyəsən, həmişəlik qalasan...

– Yox, yox! Nişanlım var, onu sevirəm, axtarmağa, tapmağa gedəcəyəm. 

– Yaxşı, Afər, necə istəyirsən, o cür hərəkət elə, amma sənə çətin olsa qayıda bilərsən.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə