389
İthaflar
Hürnisənin qaşqabaq içində, kədər içində susması Bəhruzun diqqətindən yayınmadı, ona
diqqətlə baxıb soruşdu:
– Sənə nə oldu?!
– Sənin mənə də yazığın gəlir, Bəhruz!
– Niyə belə ikirləşirsən?
– Çünki, çünki, məni sevmirsən! Hər şeyi anlayıram, Bəhruz dadaş, mən sənə layiq deyiləm,
o xan qızı əgər əvvəl gəlsəydi, mən sənə ərə getməzdim... Ər-arvad olmaq üçün çox şey lazımdır,
bunlar məndə yoxdur, heç biri yoxdur...Mənim uşağım da olmayacaq.
– Sus, Hürnisə!
– Yox, Bəhruz dadaş, yox, yaxşı oldu ki söhbət düşdü. Özün bilirsən, heç kimim yoxdur. O
qaçqınların elə biri də mənəm, sığınmışam sənə, Şirin xanıma, Şirəlibəyə! Sən, Bəhruz dadaş, hələ
də Nazlını sevirsən, qoz ağacını sevirsən!
– Bəsdir Hürnisə, bunlar hamısı yalandır!
– Yox! Sən həmişə Nazlının şəklini çəkirsən
– Həmişə?!– Bəhruz özündən asılı olmadan əsəbi bir səslə dilləndi – Mən harda, nə vaxt onu
çəkmişəm, de görüm, axı özün şahiddin ki, başqa əsərlər üzərində işləyirəm.
– Düzdür, işləyirsən, Nazlını da həmişə çəkirsən!
– Yox– yox...
– İstəyirsən, gətirib göstərim?
– Gətir!
Hürnisə qalxdı, bürməli kağızların arasını eşələyib, bir neçə şəkil çıxarıb gətirdi. Bəhruz
gözlərinə inanmadı. Həqiqətən Nazlının karandaşla, kömürlə işlədiyi şəkillərini görəndə, demək
olar ki, sarsıldı, bu şəkilləri necə, nə cür, hansı vaxtda çəkmişdi, özü deyə bilməzdi. Necə yaxşı
şəkillərdi.
– Mən onları Nazlıya göstərmişəm.
– Nə vaxt?!
– Çoxdan. Nazlı şəkilləri görəndə ağladı, uşaq kimi ağladı. O da səni sevir, Bəhruz dadaş,
Nazlının dünyada əvəzi yoxdur...
– Toyumuzdan xəbəri var?
– Yoxdur. Bir onu bilirəm ki, Ziya bəy Türkiyəyə köçməyə hazırlaşır...
– Nazlını da aparacaq?
– Onsuz getməz.
– Bəlkə də gediblər çoxdan?
– Yox, Nazlının atası Qulam Heydər ağır xəstədir, bu gün sabahlıqdır. Doktor Abbasovu
çağırıblar, deyib ki, ümid yoxdur.
– Demək, onu gözləyirlər...
– Hə, gözləyirlər. Bəhruz dadaş, çörəyini ye, zorla olsa da ye, mənə ikir vermə, yaxşı, Bəhruz
dadaş?!
Bəhruz sapsarı təndir çörəyini götürdü, yeyə-yeyə gözaltı Hürnisəyə baxanda kədər içində
olduğunu gördü, odur ki, bir əlini uzadıb çiyinlərindən tutdu, mehriban-mehriban özünə tərəf çəkdi,
Hürnisə isə onun mehribanlığına cavab verməyi bacarmayıb, dartınıb qolları arasından çıxmağa
çalışdı.
390
İthaflar
Bir neçə gün sonra qonşu həyətin damında bir mollanın silueti göründü, tükürpədən bir səslə
əzan çəkməyə başladı, bu o deməkdir ki, kimsə dünyadan köçüb. Hürnisə hər şeyi bilirdi. Qulam
Heydər əzab içində gecə keçinmişdi. Onu Naxçıvanın məscidindən götürəcəkdilər. Hamı məscidə
axırdı. Günorta namazına az qalmış Bəhruz məscidə yaxınlaşmaq istədi, adam əlindən iynə atsaydın,
yerə düşməzdi. Uzaqda dayanan Sarvanlar məhəlləsinin hündür yerindən bu izdihama tamaşa
etdi. Məscidə tərəf iki bərbəzəkli fayton gəldi. Çaparlar əl-ayağa düşüb yol açdılar. Kalbalı xanla
Cəfərqulu xan faytonlardan enib məscidə tərəf getdilər. Bu vaxt minarədən müəzzinin məlahətli,
kədərli səsi ətrafa yayıldı. Bu, nə səsdir?! Bütün Naxçıvanı titrədən, təravətlə, qəmlə, həzinliklə
dolu, adamı yerə mıxlayan bir səs! Məscidin həyəti də, qapısının ağzı da, ətraf da qara papaqlı, qara
çadralı adamlarla dolmuşdu. Bunların içində məscidin divarına söykənən, başı ağ yaylıqla sarıqlı
kor dilənçi görünməz olmuşdu.
Bəhruz irəliyə gəldi, adamların ara sın dan keçib, məscidin qapısından içəri girməyə ça lışdı.
Həyətdə qara çadralı qadınlar bir-birinə söykənib dayanmışdılar. Bəlkə kimisə axtarırdı, bəlkə adi
maraq bura gətirmişdi?! İlk dəfə bu məscidə girdiyi günü xatırladı. Qulam Heydər onu “kafər”
deyə məsciddən qov-
muşdu, indi isə dünya-
dan bixəbər yatırdı. Bəh-
ruz daha irəli getməyin
mümkün olmadığını du-
yub qapının yanından ət-
rafa boylandı. Qara çad-
raların içindən nə qədər
işıqlı göz baxırdı! Hamı-
sı da qəşəng gözlər. Bəh-
ruz onları bir-bir nəzər-
dən keçirdikcə gözləri
hovuzun
yaxınlığında
dayanmış tanış bir üzə
dikildi. Deyəsən Nazlı-
dır. Həm oxşayır, həm də
yox! Bircə dəfə çönüb
baxsaydı, bilərdim kim-
dir?! Bəhruz baxışlarını
inadcıl, aramsız halda
tanış üzə dikmişdi. Ya-
vaş-yavaş bu üz ona sarı
çevrildi. İriləşən gözlə-
rin heyrəti böyüdü. Bu
zaman məscidin içindən kişilər çıxdılar. İçəri mərhumun yaxınlarını, qadınları buraxdılar. Onların
içəri girməsi ilə bir vay-şüvən qopdu ki, adamın tükləri biz-biz oldu. İzdiham dalğa-dalğa Bəhruzu
qapıdan uzağa atdı.
2
Bir neçə müddətdən sonra hər yerdə qəribə söhbətlər gedirdi. Hərə bir şey danışırdı. Bakıda
Həsən Bəktaşinin dediyi kimi təzə hökumətin qurulması dalğa-dalğa hər yerə yayılmışdı. Bu
hökumətin nümayəndələri gah aşkar, gah gizlin Naxçıvana gəlir, camaatla qaynayıb– qarışır,
azadlıq, qardaşlıq, bərabərlik, səadət haqqında söhbətlər aparırdılar. Bəhruz görürdü ki, Həsən
Bəktaşi Bakıya getdikdən sonra Naxçıvan təlatümlü və həyəcanlıdır. Küçədə, bazarda o, əcnəbi
əsgərlərinə rast gəlir, onların ədalı, arxayın, şən hərəkətlərinə göz qoyurdu.
Belə günlərin birində Bəhruz yenə “Naxçıvan çaparı” əsərinin üzərində işləyirdi. Məcid
onlara təzəcə gəlmişdi, alça ağacının böyründə əyləşib ikir içində baxçaya baxırdı.
– Nə olub, ay Məcid?