Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə97/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   93   94   95   96   97   98   99   100   ...   132

 

382


İthaflar

7

Bəhruz  bütün  şübhələrinə,  tərəddüdlərinə  son  qoyub  Hürnisə  ilə  evləndi.  Şirəlibəy,  Şirin 

xanım həyətdə, alça ağacının  böyründəcə kiçik toy məclisi düzəltdilər. Nə təntənə, nə hay-küy, nə 

çığır-bağır, nə də parıltılar, bər-bəzəklər! Bəhruz Hürnisəni xoşbəxt görmək istəyirdi, Hürnisə də 

xoşbəxt idi, amma bu hissini açıq göstərə bilmirdi. Başına ağ, ipək kəlağayı salmış, əyninə uzun, 

güllü paltar geyinmişdi. Bəhruz onu məclisə gətirməyə nə qədər cəhd etsə də, mümkün olmadı. 

Babası Əşrəf bəy də ayağına getdi, Hürnisə bir daşa döndü, yerindən tərpənmədi ki, tərpənmədi. 

Otağın həyətə açılan balaca pəncərəsindən baxıb bütün məclisin neçə şən və gözəl keçdiyini gördü. 

Faytonçu Kərbəlayi Abbas nə oyun çıxartdı, elə bil bədənində sümüyü yoxdu, birdən elə uzanırdı 

ki, qamış kimi olurdu. Birdən də dəyişib qarpız kimi şişir, gah armud, gah buzov şəkli alırdı. Bir də 

görürdün ki, əlləri üstə göyə qalxıb. Bəs o gəlin, o kişi kimdir?! Nə gözəl geyiniblər. Hürnisə Əkbər 

bəylə, Zöhrə xanımı görürdü. Zöhrə xanım Hürnisənin yanına gəldi, onu qucaqlayıb öpdü, boynuna 

mirvari boyunbağı keçirdi. Hürnisə ömründə belə qiymətli, gözəl boyunbağı görməmişdi. Başdan-

başa ətir qoxuyan, gözəllik içində, 

bər-bəzək  içində  sadəliklə  deyib 

gülən  Zöhrə  xanımı  heyranlıqla 

süzürdü.  Sonra  Zöhrə  xanımın 

şeir  oxuduğunu  görəndə  ağzı 

açıla  qaldı.  Bu  ki,  möcüzədir, 

səsi  də,  hərəkətləri  də,  oxuduğu 

şeirin  misraları  da,  özü  də,  gül 

kimi  incədir.  Deyəsən,  bir  az  da 

abırsızdır,  heç  kəsdən  çəkinmir, 

nə utanır, nə həya edir, özünü kişi 

kimi  aparır.  Bir  bax,  təkcə  mən 

yox, hamı ona heyran olub, hətta 

Bəhruz da, yanında oturan kişi də, 

yəqin ki, əridir.

Qonaqlar  dağılandan  sonra, 

Şirin  xanım  da,  Şirəlibəy  də  ya-

xınlaşıb  Hürnisəyə  xeyir-dua 

verdilər. Onu balaca gəlin otağına 

ötürdülər. Hürnisənin gözləri dörd 

oldu: təp-təzə yandırılmış alabəzək 

şamların  işığı  titrədikcə  kölgələri 

divarda,  tavanda  əks  edirdi  və 

xoş bir gözəllik yaradırdı. Birdən 

qapı  açıldı,  Bəhruz  içəri  girib, 

onu görən kimi başını aşağı dikən 

Hürnisəyə  yaxınlaşdı.  Gözlərini 

yuman Hürnisə çevrilib başını onun sinəsinə qoydu... 

Toydan sonra Bəhruz evdən çıxmırdı. Həmişəki kimi, bir küncə çəkilib , şəkillərinin  üzərində 

çalışırdı. Hürnisəni xoşbəxt etmək onun böyük arzusu idi. Bir-iki həftə sonra başa düşdü ki, bu 

həyatı bahasına başa gəlir. Çünki varlığında bir boşluq, bir soyuqluq duyurdu. Ancaq Hürnisənin 

əl-qol açdığını, şənləndiyini, üzünün təbəssümlə dolduğunu görəndə bunları unudub özündən razı 

qalır, hətta sevinirdi. Demək, Hürnisə xoşbəxt idi. Bir hadisə onun bu xoşbəxtliyinə kölgə saldı. 

Günlərin birində, qapı ağzında qara rəngli, təzə fayton dayandı. Qapının çax-çaxı döyüldü, 

Hürnisə çıxıb qapının ağzında gənc, gözəl bir qız görüb, qorxa-qorxa geri çəkildi.

–  Mənə  Bəhruz  lazımdır!  –  qız  dillənəndə,  Hürnisə  ona  bir  də  diqqətlə  baxdı.  Şaşqın  bir 

vəziyyətdə “ Ölmüş nə qəşəng qızdır, kimdir görəsən” deyə xəyalından keçirdi, sonra :

–  Bəhruz  evdədir,  buyurun,  özü  qabağa  düşdü.  Onun  dalınca  qız  həyətə  girdi.  Həyətdəki 

birinci qapının yanında dayanıb, içəri girən Hürnisəni gözlədi. Hürnisənin otağa girib tək bir söz 

deməsi ilə Bəhruzun ildırım kimi yeridən şığıyıb qapıya cumması bir oldu.



383

   


        

İthaflar


Bəhruz nəinki Hürnisəni; bütün dünyanı unutdu, ona görə Hürnisənin necə çıxıb getdiyindən 

xəbəri olmadı. Gözünə inana bilmirdi. Elə hey Narınca baxırdı, sanki qorxurdu ki, Narınc yox 

olar. Bərbəzəklərini taxmamış qızın olduqca gözəl görünən sadə geyimi vardı, otağa keçib ətrafa 

maraqla göz gəzdirdi. Bəhruz elə çaşmışdı ki, uşaq kimi qalmışdı. Birdən birə hörmə stulu Narıncın 

qarşısına qoydu:

– Buyur, əyləş, Narınc!

– Yox, Bəhruz, gedirəm, vaxtım azdır.

– Bura iş otağımdır, şəkillərimi göstərə bilərəm.

–  Başqa  vaxt,  Bəhruz! Atam  bizi  tezliklə  Makuya  göndərəcək.  Fürsət  düşdü,  mən  də  bu 

fürsətdən  istifadə  edib,  yanına  gəldim.  Gəldim  ki,  səninlə  görüşüb  ayrılım.  Şəklimi  qiyamət 

çəkmisən. Onu da özümlə aparacağam, Haça dağı da! Mən də uzaqdakı dağları çox sevirəm, sənin 

kimi! Saatlarla dayanıb onlara baxıram, heç yorulmuram!

– Bəlkə bir az əyləşəsən, çay gətirim...

– Yox, Bəhruz, səni gördüm bəsdir, gəl, məni faytona qədər ötür!



8

Günlər keçirdi. Bəhruz maddi korluq çəkdiyi üçün şəkillərini satmaq ikrinə düşdü. Onların ən 

yaxşılarını seçib bazara gətirdi. Bazarın gur yerində münasib yer tapıb şəkillərinin bir qismini xan 

carçısının kərpic divarı boyunca düzdü. Çərçivəyə alınmış o biri qismini isə dükanların vitrinlərinə 

qoydu. Özü kənarda vaxtını itirməsin deyə gah ayaq üstə dayanıb, gah qatlama kürsüsündə əyləşib 

albomuna  şəkillər  çəkirdi.  Bir  həftə  keçdikdən  sonra  əlində  əsa  tutmuş  qoca  dilənçi  yaxınlaşıb 

divarın  o  tərəində  hıqqana-hıqqana  yerə  çökdü.  Bəhruz  qatlama  kürsünü  götürüb  onun  yanına 

getdi. Qoca başını qaldırıb zəndlə baxdı:

– Kimsən, a bala?!

– Tanımadın, baba, Naxçıvanın tozu, o gün səninlə görüşən adam.

– Hə, indi tanıdım. Nə əcəb güzaranını bura salmısan?!

– Şəkillərimi satıram.

– Satırsan?! – qoca əsəbi-əsəbi soruşdu – onları almağa kimin gücü çatar?! Satma, bala, satma! 

Nə qədər baha satsan, yenə qəpik-quruşdur.

Bəhruz qulaqlarına inana bilmirdi. Qocanın bu sözlərindən sonra indiyə qədər satdığı bütün 

əsərlərinə  görə  təəssüf  duydu,  ağrı  duydu,  başa  düşdüyü  bir  həqiqətin  indi  yoxsul  bir  dilənçi 

tərəindən  deyilməsi  onu  yerindən  oynatdı.  Pambıq  kimi  yumşaq  ağlığın  arasından  quyu  kimi 

dərin, solğun gözləri ilə baxan, qırış-qırış sərt bir sifətin məna ilə dolu ifadəsini anlamaqdan uzaq 

deyildi. Satdığı əsərlər elə bil heç zaman çəkilməmişdi, indi onlar Bəhruz üçün yox idi və bir daha 

olmayacadı. 

Elə bu vaxt qəribə bir hadisə baş verdi. Başına dəyirmi papaq qoymuş, belinə qara toqqa 

bağlamış bir gənc, Bəhruzun üstünə gəldi və dişindən çıxan bütün kobud, acı, təhqiramiz sözləri 

yağış kimi yağdırdı. Bəhruzun döyükə-döyükə təəccüblə baxması onu daha da qəzəbləndirdi, əlini 

dükan vitrininə tərəf uzadıb ağzı köpüklənə-köpüklənə dedi:

– Atamın şəklini çəkib niyə məsxərəyə qoyursan, kimi ələ salırsan, de görüm kimi?! Niyə 

onun şəklini çəkmisən? 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə