Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə93/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   89   90   91   92   93   94   95   96   ...   132

373

   


        

İthaflar


Bir gün sonra Afər həyətdə onlarla görüşürdü; Şirin xanımın əllərindən, Hürnisənin üzündən 

öpdü, Bəhruzun qarşısında dayanıb baş əydi, ağız dolusu təşəkkürünü bildirdi və qapıya tərəf getdi. 

Hürnisə də arxasınca. Yemək dolu bağlamanı Afərə verdi. Afər dönüb bir də onlara baxdı, baş əydi, 

“sağ olun” deyə-deyə qapıdan çıxıb getdi. Bəhruz ağır kədər içində iş otağına girdi, hörmə kresloda 

əyləşib uzun müddət düşüncələrə qapıldı. 

                                                              



2

Gecə Naxçıvan od içində yanan bir hissəsində güllə, hay– küy, qışqırıq səsi aləmi götürmüşdü. 

Xoylu məhəlləsində qırğın gedirdi, döyüş gedirdi. Bir də səhərə yaxın sakitlik çökdü. Ölən ölmüş

qaçan qaçmış, evlər xaraba qalmışdı. Bəhruz bu evlərə baxanda gözlərinə inanmaq istəmədi. Bu 

nə vəhşilikdir?! Evindən – eşiyindən didərgin düşən insanlar, uşaqlar qadınlar, qocalar bəs hanı?! 

Haradadırlar?!  Meyitləri  arabalarla  qəbiristana  daşıyırdılar.  Bu  arabaları  görəndə  Bəhruz  daha 

dayanmadı. Bir baş teatra gəldi. 

Ürəyi bərk ağrıyırdı, bu ağrı ilə Ağrı dağının şəklini başa vurmaq üçün gəlmişdi. Pilləkəni 

divara  söykəyib  yuxarı  hissələrində  işə  başladı.  Əliqulu  Qəmküsarın  qayıtmamağından  nigaran 

qalmışdı. Özünə yer tapa bilmirdi. Kaş gələ Əliqulu, kaş divardakı Ağrı dağını görə: dağın qarlı 

zirvəsini çəkirdi. “heç nə qalmayıb, bir, iki, üç günə qurtaracağam, qoy Əliqulu gəlib  heyrətdə 

qalsın”.  Belə ikirləşdiyi vaxt, aktyorlardan kimsə gəlib Əliqulu Qəmküsarın öldürüldüyünü xəbər 

verdi. Bəhruzun bu xəbərdən başı gicəlləndi, pilləkən qarışıq yerə gəlirdi ki, yüyürüb pilləkəni 

tutdular. Bəhruz elə bildi ki, ona Ağrı dağının zirvəsindən uçuruma atdılar. Gözlərini açdı, hər yeri 

zülmət içində gördü. Zülmətin içindən bir işıq parıldadı, böyüdü, “tezliklə qayıdacağam” deyən gur 

bir səs dalğalandı, sonra işıq da, səs də qeybə çəkildi. Bu nədir?! Bəhruz Əliqulu Qəmküsarın səsini 

aydınca eşidirdi. O ki, uzaqda deyil, hardasa bu yaxındadır. Bəhruz yenə gözlərini açdı, özünü bu 

dəfə aktyorların əhatəsində gördü, ayağa qalxmaq istədi, bacarmadı. Qollarından tutub qaldıranda 

şübhəli-şübhəli soruşdu:

– Deyəsən Əliqulu Qəmküsarın səsi gəlirdi?!

Şaşqın,  heyrət  içində  olan  aktyorların  bir-birinə  baxması  nəzərindən  yayınmadı.  Birdən 

Adilin ona dikilən heyrət dolu, iriləşən gözlərini, böyrünə qısılıb büzüşən Lətiin, qorxudan ağaran 

sifətini gördü. Şüuru özünə qayıtdı. Pilləkənin başında olarkən eşitdiyi xəbər ildırım kimi beynində 

parıldadı; amma bu dəfə böyük çətinliklə özünü ələ aldı.

Evə gələndə bütün bədəni od tutub yanırdı. Şirəlibəy bir həkim kimi Naxçıvanda son vaxtlar 

nüfuz qazanmış Əli Mirzə Abbasovu gətirdi. Onun müalicəsi xeyirli nəticə verəndə; Şirin xanım 

sevinə-sevinə “balam bu həkimin nə sayalı ayağı var” deyə ağız dolusu tərilədi. Bəhruz on gündən 

sonra xeyli yaxşılaşdı. Bu müddət ərzində ona Hürnisə xidmət etdi, bir dəqiqə də olsun yanından 

uzağa  getmədi,  hər  arzusunu  yerinə  yetirib  qulluğunda  dayandı.  O,  hər  dəfə  gözünü  açanda 

böyründə hazır olan Hürnisəni görürdü. Hürnisə çay verir, yemək gətirir, sakitlik yaradır, balaca 

qardaşı  Rüstəmi  içəri  buraxmır,  bəzən  kağız  qələmi  gizlicə  döşəyin  böyrünə  qoyurdu.  Bəhruz 

bunları görəndə kövrəlir, Hürnisənin hər hərəkətini izləyir, gözaltı baxır, ikirləşirdi. Hiss edirdi ki, 

vaxtilə qəlbindəki mərhəmət duyğusunu indi şəfqət duyğusu əvəz etmişdir. Həm də Hürnisə ağıllı, 



 

374


İthaflar

işgüzar qızdır, Nazlı kimi qəşəng olmasa da kiir də deyildir, yaraşıqlıdır, məlahətlidir. Ürəyinə 

damcı-damcı süzülən isti bir duyğu əksilmir, əksinə gündən-günə artır, böyüyürdü. 

Əliqulu Qəmküsarın ölümü Şirəlibəyə daha güclü təsir etmişdi, zarafat deyil, neçə ilin yaxın, 

mehriban dostu birdən-birə həyatdan köçmüşdü. Hadisənin necə baş verdiyini dəqiq bilməsə də, 

eşitdiyini qırıq-qırıq Bəhruza danışmışdı. Həmin gün, yəni martın on dördündə səhər Əliqulunun 

“Al bayraq” qəzetində şeiri çıxmışdı. “İngiltərə” adlanan bu şeir bütün Tilisdə səs-küyə səbəb 

oldu. Şair hara gedirdisə hamı məna ilə süzüb, müxtəlif ikirlərlə, “şir ürəyi yemisən”, “cəsarətə 

bax!”, “qorxmaz adamsan, Əliqulu!” kimi sözlərlə onu təbrik edirdilər. Nə isə... Həmin axşam çox 

gec qayıtdı. Evlərinə yaxınlaşanda qapının yanındaca, arxadan güllələdilər. Şirəlibəy daha heç nə 

bilmirdi, kim və nə üçün vurmuşdu, məlum deyildi. 

Bəhruzu yandıran bu idi ki, Naxçıvan teatrının bir dirəyi uçmuşdu. Əliqulu Qəmküsarsız teatr 

sanki yox idi, quruca binadan; daş divardan, tavandan başqa bir şey deyildi. Çünki onu canlandıran, 

hərəkətə gətirən bir adam daha həyatda yox idi, buna görə teatr susuz dəyirman kimi qalmışdı. 

                                                               

3

Bəhruzun varlığında həmişə bir kədər yaşayırdı. Bu kədərə elə öyrəşmişdi, yəqin ki, onsuz 

işləyə, ikirləşə, düşünə bilməzdi. Bu, adi, boş, mənasız deyildi. Ətraf mühitdən, gördüyü dünyadan, 

insanlardan, özünün həyatla təmasından doğan, göydən, yerdən süzülən, qeybdən gələn bir kədər 

idi, təkcə varlığının dərinliyində qalmırdı, çox zaman zahirində iri, dəyirmi, qarayanız sifətində üzə 

çıxırdı. 

Çəkmək  istəyirdi.  Əliqulu  Qəmküsarla  əlaqədar  ikirlər,  düşüncələr  onu  yormuşdu,  yenə 

bunlardan uzaqlaşa bilmirdi. 

Hürnisə həmişəki kimi otağın o tərəində, qapının yanında, xalının üstündə əyləşmişdi. Bəhruz 

kağız, qələm götürüb özündən xəbərsiz onu çəkməyə başladı.     

Bir şey çıxmadı, darıxıb yenə ayağa durdu, pəncərəyə yaxınlaşdı.  Palçıqlı küçədən tələsə-

tələsə  adamlar  keçir,  tutqun  havada  yağış  damlaları  ağarır,  yaxın  evlər,  həyətlər  bu  tutqunluq 

içində itib batırdı. Birdən... küçənin o biri torpaq hasarının böyrü ilə yavaş-yavaş irəliləyən bir qız 

gördü. Uzaqdan onu tanıya bilmədi. Bəhruzu maraq bürüdü. Qız başını qaldırıb pəncərəyə baxıb 

güldü, sonra o torpaq hasardan aralanıb pəncərəyə doğru gəldi. Bəhruz indi onu tanıdı, Afər idi, 

geyimi dəyişsə də gözəlliyi dəyişməyən Afər! Hələ gözləri, əvvəlkindən işıqlı, əvvəlkindən qəşəng 

olmuşdu. Bu zaman yağış kəsdi, qatı bir duman axmağa başladı. Afər isə pəncərənin qarşısında 

dayanıb Bəhruzun gözlərinə baxıb gülümsündü. Nə isə dedi. Bəhruz heç nə eşidə bilmədi, mənasını 

anladı. Anladı ki, Afər qayıdıb gəlmişdi, özü də həmişəlik! Sürətlə axan duman küçəni bürüyüb 

pəncərəyə,  Afərə  doğru  süründü.  Qız  bu  duman  içində  itmədi,  sanki  duman  onun  gözəlliyini 

artırmaq üçün gəldi. 

– Bu sənsən Afər?!

– Mənəm, Bəhruz!

– Nə əcəb qayıtmısan?!

– Başqa yerim yoxdur.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə