Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə91/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   87   88   89   90   91   92   93   94   ...   132

 

368


İthaflar

diqqətlə qulaq asan Bəhruzun bir gözü Nazlının əri Ziya bəydə idi. Ziya bəyin dünya vecinə deyildi, 

Əliqulu Qəmküsarın nitqinə heç qulaq asmadı, amma qədəhi dərhal başına çəkdi. Nə söhbətlər, 

nə mübahisələr onu maraqlandırırdı. Dalbadal içir, bəzən atmaca atır, şit-şit gülürdü. Əkbər bəy 

özünü son dərəcə təmkinli aparırdı. Danışığında, rəftarında yüksək nəzakət və mehribançılıq vardı. 

Bəhruz tanıdığı vaxtdan hələ onun hirsləndiyini, qışqırdığını görməmişdi. İndi məclisə müraciətlə 

söz  aldı,  ayağa  qalxıb  Naxçıvan  ziyalılarının,  o  cümlədən  şair  Əliqulu  Qəmküsarın  və  rəssam 

Bəhruz Kəngərlinin şərəinə badə qaldırmağı təklif etdi. Hamı səs-səsə verdi.

Kimsə söz arası Zöhrə xanımın gözəl şeir oxumasına işarə vurdu, bu, kifayət oldu ki, hamı 

ona sarı çevrilsin. Zöhrə xanım özünü naza qoymadan, həvəslə ayağa qalxdı, oxumağa başladı. 

Əvvəlcə Füzuli səsləndi. Bəhruz bu qəzəlləri onun ifasında ikinci dəfə dinləsə də, yenə məftun oldu. 

Qulaq asa-asa Zöhrə xanıma baxırdı. O, uzun ətəkli göy paltar geyinmişdi, bu paltara, uyğun gələn 

sırğaları, boyunbağısı, qolbağı, barmağında füruzə qaşlı iri üzüyü, mavi rəngdə bərq saçırdı. Sonra 

Zöhrə  xanım  Xətaidən,  daha  sonra  Heyran  xanımdan  oxudu.  Heyranın  zəriliklə  dolu  qəzəlləri 

onun məlahətli ifasında hamının ürəyinə yatdı. Bəhruz isə Zöhrə xanımın həm zahiri, həm daxili 

gözəlliyinə heyran qalıb, ürəyində portretini yenə işləmək haqqında düşündü. İndi məclisdə çıxış 

edən bu qadının gözəl aktyorluq qabiliyyəti göz qarşısında idi, ancaq səhnə söhbəti olsaydı hələ 

Əkbər bəy bir yana, özü buna razılıq verməzdi. Əliqulu Qəmküsar bu heyrətini, məftunluğunu 

gizlədə bilmədi. Məclisin gözəlliyini təkcə Ziya bəyin hıçqırığı pozurdu. Əliqulu Zöhrə xanımın 

ünvanına xoş sözlər deməkdən çəkinmədi, hər dəfə Ziya bəy hıçqıranda sözünü kəsib azacıq sükut 

edir, ona tərs-tərs baxırdı. Ziya dolu badəni başına çəkib Əkbər bəyin qulağına nəsə pıçıldadı, çıxıb 

getdi. 


Bəhruz evə gec gəldi, otağı yenə tər-təmiz, səliqəli, sahmanlı idi. İş stolunun üstünə yumşaq, 

naxışlı,  döşəkçə  qoymuşdu.  Döşəkçənin  üstündə,  qızılı  saplarla  “B”  həri  yazılmışdı.  Xalının 

üstündə axşam süfrəsi açılmışdı. Eləcə də qalmışdı. Güllü çaydan hələ soyumamışdı. Bəhruz çay 

süzdü, mütəkkəyə söykənib çayı içə-içə düşündü. Bilirdi ki, bütün bunlar Hürnisənin işidir. Bəhruz 

ona hörmət, mərhəmət duyğuları bəsləsə də, bircə damcı da olsun məhəbbəti yox idi, həm də ona 

acıyır, yazığı gəlirdi. Qəribə o idi ki, Mariyanı da sevmirdi, ancaq hardasa Mariyaya laqeyd də 

deyildi. Hürnisə isə böyüdükcə, yaşa dolduqca yaxşılaşsa da, məlahətləşsə də yenə Bəhruz üçün 

soyuq və uzaq idi. 

Əkbər bəyin məclisindən sonra, yeni teatr uğrunda mübarizə daha da qızışdı. Əliqulu Qəmküsar 

yenə odlu çıxışlar edirdi, gah məktublar, gah da həcvlər yazırdı. Nəhayət, mübarizə qələbə ilə başa 

çatdı. Padşahlıq bağındakı bina teatra verildi. Bu isə əsl bayrama çevrildi. Bəhruz yeni tapşırıq aldı: 

teatrın səhnə tərəində Ağrı dağın şəklini çəkmək! O biri tərəindən də, Əliqulu məşqləri qurtarmağa 

çalışır, Bəhruzu tələsdirirdi. “Hacı Qara” tamaşasına onun sürətlə çəkib hazırladığı şəkilləri görəndə 

Əliqulu Qəmküsar xeyli müddət baxa-baxa qaldı, sonra balaca dostunu qucaqlayıb bağrına basdı. 

Tamaşa günü göz qırpımında gəlib çatdı. Əliqulu Qəmküsar yerə-göyə sığmır, pərdə arxasından 

zala baxır, aktyor dostlarını  həvəsləndirir, uzun, qara papaqda, əbada, əlində təsbeh, Hacı Qara 

kimi  ciddi  bir  halda  gəzişir,  dekorasiyaları  fərəhlə  gözdən  keçirir,  bir  yerdə  sakit  dayanmırdı. 

Pensneyə öyrəşdiyi üçün onsuz lap darıxırdı. Axı indi özü deyildi, özünü unutmuşdu. Hacı Qara 

kimi hirslənir, onun ədaları, hərəkətləri ilə davranırdı. Hamı onu bir rejissor kimi yox, Hacı Qara 



369

   


        

İthaflar


kimi görürdü. Tamaşaya gələnlər başdan-başa kişilərdən ibarət idi. İşıqlar sönəndə Əliqulu gizlicə 

zala baxdı, müxtəlif formalı papaqların yaratdığı mənzərə onu qorxutdu, bir vahimə basdı. Sən 

demə,  Bəhruz  bayaqdan  elə  bu  papaqları  çəkirdi.  Həm  də  tamaşanın  başlanmasını  səbirsiliklə 

gözləyirdi. Bu, onun teatrda ilk işi deyildi, amma nədənsə ona ayrı cür məhəbbət, ayrı cür maraq 

bəsləyir, hətta gizli, daxili bir həyəcan varlığını bürüyürdü. Bütün səhnəni yaxşı görsün deyə ilk 

cərgələrin  tən  ortasında  əyləşmişdi.  Pərdələr  açılanda  karandaşını,  kağızını  gizlədib  gözlərini 

səhnəyə zillədi. Səhnənin tam quruluşunu görən kimi tamaşaçıların arasında heyranlıq doğuran 

uğultu dalğa kimi ötüb keçdi. Bəhruzun bayaqkı həyəcanını indi sevinc əvəz etmişdi. Naxçıvanda 

keçən teatr tamaşalarını xatırladı, xüsusilə Hacı Nəcəf Zeynalovun evində verilən, sonralar “El 

güzgüsü” adlı dram cəmiyyətinin “Rüşdiyyə” məktəbində göstərdiyi tamaşaları! Bu yeni tamaşanı 

onlarla müqayisə etmək heç düzgün deyildi.

Bəhruzun indi baxdığı tamaşa isə əsl və gözəl tamaşa idi. Hadisələr get-gedə inkişaf edir, bir 

çay kimi axıb keçir, camaatda isə maraq güclənirdi. Əliqulu Qəmküsar elə gözəl, elə təbii oynayırdı 

ki, sanki səhnədə Hacı Qaranın özü idi. O həm də tamaşaçıları güldürməyi bacarırdı. Kişilərin 

qəhqəhəsi az qalırdı teatrın binasını uçursun. Hər dəfə belə qəhqəhə qopanda Əliqulu elə bil göyə 

qalxırdı.

Şirəlibəy bu tamaşadan bir gün sonra Əliqulu Qəmküsarı evinə qonaq çağırdı. Həyətə girən 

kimi alça ağacını görüb duruxdu, yaxınlaşıb dedi:

– Şirəlibəy, yadındadır, bu ağac?!

– Niyə yadımda deyil, bapbalaca idi. Bizim  Bəhruz kimi. Ağac da elə bizim Bəhruz kimi 

böyüyüb.

– Elə bil dünənki ağac deyil.

– Hər şey dəyişir, Əliqulu.

– Bəhruz da elə dünənki Bəhruz deyil. Bəh, bəh yenə Naxçıvan plovunun ətri külli-aləmi 

götürüb.

– Keç içəri, Əliquli, təki həmişə sən gələsən, bizim evdən də Naxçıvan plovunun ətri gəlsin.

Onlara Bəhruz xidmət göstərirdi. Bacısı Tahirə hər şeyi qapıya gətirir, orda Bəhruza verirdi.  

Bəhruz bunları gətirib səliqəylə süfrəyə qoyurdu. Bütün işləri qurtarıb, keçib özü də Əliqulunun 

yanında əyləşdi. Şirəlibəy qəşəng kostyum geyinmişdi, qara saqqalını səliqəylə təzəcə vurdurmuşdu. 

Qısa saqqal onu cavan, təravətli və təmkinli göstərirdi. Əliqulu diqqətlə Şirəlibəyi süzüb: 

– Göz dəyməsin, bəy, yaxşı qalmısan! – dedi. 

– Sən də pis deyilsən, Əliqulu! Dünənki tamaşan da qiyamətdir. Bütün Naxçıvana səs salıb, 

hamı ondan danışır. Camaat yaman bəyənib. Teatr yaxşı şeydir. 

– Həm də camaatın gözünü açır. Hələ bu harasıdır, Şirəlibəy, bundan on qat yaxşı tamaşalar 

hazırlayacağam. Həvəsim çoxdur. Təki sağlıq olsun.

– Hər şey sağlıqla bağlıdır, Əliqulu! Sən bizim xalqa çox lazımsan. Ölmək haqqında düşünmək 

hələ tezdir.

– Mərhəba! Mən də bu ikirdəyəm, ölmək olmaz. Sən öz gözünlə görəcəksən ki, mən nələr 

eləyəcəyəm! 

– Sənə inanıram, Əliqulu, çox inanıram!




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə