Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə88/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   84   85   86   87   88   89   90   91   ...   132

361

   


        

İthaflar


 – Otuz beş ildir çalıram, bala! Bütün toylarda! Buyur, gəl, keç, yanımda əyləş! 

Sağ olun, usta, minnətdaram. 

– Bəs nə əcəb, qadan alım?!

–  Usta,  şəkil  çəkmək  istəyirəm...  Zibanın...  əgər  icazə  versən...  gəlsin  elə  sənin  yanında 

dursun... Mən də baxıb çəkim. Usta, sənə nə oldu?! 

Eyvazın gözləri dolmuşdu, dinmədən sakitcə Bəhruza baxırdı. Bəhruz çaşıb qalmışdı. Nəhayət:

-Yaramı təzələdin, ay oğul! – deyə ağlamsına-ağlamsına dərdini danışdı:– Qızımı köçürtmüşəm, 

Ziba uçub gedib, pis adama qismət olub! Asıb kəsən, özündən deyən bir adama! Qorxumdan səsimi 

çıxartmadım, verməsəydim külümü göyə sovurardılar. Bilirəm Zibanın günü qara olacaq, çünki o 

köpəyoğlu adam deyil, heyvan ondan yaxşıdır! 

Bəhruz Zibanın taleyinə acısa da, rəng çamadanından albom, karandaş götürüb dedi:

– Usta, xahiş edirəm, sən çal, bayaq mən gələndə necə çalırdınsa elə çal!

–  Gözüm  üstə!  –  deyən  Eyvaza  sanki  dünyanı  verdilər.  Gözünü  yumub  çalmağa  başladı.  

Dərdini  bir  adamla  bölən,  azca  yüngülləşən  zurnaçı,  daha  böyük  həvəsə  gəlmişdi.  Bu  səs  indi 

daha çox yandırıb-yaxırdı, daha güclü, daha hərarətli idi. Get-gedə özünə elə qapıldı ki, nəfəsindən 

qopan səsi həzin ləpələrində qanad çaldı. Bəhruz isə dinləyə – dinləyə çəkir, bir insanın öz sənətinə 

dəlicəsinə vurğunluğuna heyran qalırdı.

Evə  qayıdanda  da  bu  səs  qulaqlarında  qalmışdı.  Otağına  girəndə  heyrətlə  ətrafına  baxdı. 

Otaq süprülmüş, çirkli qablar yuyulmuş, təmizlənmişdi. Bir səliqə-səhman vardı ki, olmayan kimi. 

Bununla onun otağı beş-altı dəfə idi ki, beləcə təmizlənir, səliqəyə salınırdı. Bunları kim edir? 

Şirin xanım?! Onun uşaqlardan heç başı açılır ki? Hürnisə?! Hə, olsa-olsa ancaq onun işidir. Belə 

düşündüyü vaxt Hürnisə qapıda göründü: 

Bəhruz dadaş, sizi istəyirlər. 

– Kimdirsə, buyursun içəri.

Hürnisə çölə çıxan kimi Əkbər bəy içəri girdi, əlini uzadıb Bəhruzla görüşdü. Əkbər bəy 

yaraşıqlı, nazik bığlı, düz qamətli, gülər üz,  sadə bir gəncdi. 

– Nə var, nə yox, Bəhruz?! –deyə Əkbər bəy mehribanlıqla söhbətə başladı. – Tilisdən nə 

vaxt gəlmisən?! Bu yaxında eşitdim, bir az soyuq adamsan, Bəhruz! Belə olmaz canım, gəl, get, 

əlaqə saxla, qorxma, ziyanımız dəyməz.

– Bilirəm, Əkbər bəy, mənim də sizə hörmətim az deyil. 

– Onda sabah bizə təşrif gətirin, günorta namazından sonra gözləyəcəyəm. 

Baş üstə, bəy, sabah qulluğunuzda hazır olaram.

Əkbər bəy gedəndən sonra Bəhruz bərk acdığını duydu, Şirin xanımdan yemək istədi. Qadın 

mehribanlıqla:

– Get otağına, indi göndərərəm – dedi, bir az keçməmiş Hürnisə içəri girdi. Xalının üstünə 

süfrəni salıb, iri  dəyirmi məcməyidəki çörəyi, qabları süfrəyə düzdü. Bəhruz süfrəni səliqəyə salan 

Hürnisədən soruşdu:

– Otağı sən silib-süpürürsən?!

– Nə olub ki?!– Hürnisə həyəcanlanıb üzünü ona tərəf çevirdi.– Bəlkə yaxşı iş görməmişəm?!

– Yox, bu nə sözdür?! Yəqin Şirin bacı tapşırıb. 




 

362


İthaflar

Hürnisə cavab vermədi, qızardı. Bəhruz onun əməlli başlı böyüdüyünü indi gördü. Qarayanız 

sifəti təravətlənmişdi, elə bil ki, bir azca ağarmışdı, qısa, nazik hörükləri, qalın çatma qaşları vardı, 

güllü kəlağayısını elə örtürdü ki, az qala çadra kimi! Məcməyini götürüb getmək istəyəndə Bəhruz 

dedi:

– Hürnisə, dayan! 



Hürnisə mıxlanmış kimi yerində qalıb, nə deyəcəyini gözlədi. Bəhruz arxa tərəfdən yaxınlaşıb 

ona çatan kimi çevrildi, Hürnisə ilə üzbəüz dayandı. Qız gözlərini yerə dikmişdi, kəlağayının ucları 

sinəsini örtsə də qabağa çıxmış iri döşlərini gizlədə bilmirdi. Qızı nə üçün saxladığı özünə aydın 

deyildi, odur ki, çoxdan öyənmək istədiyi bir şeyi soruşdu.

– Hürnisə, Nazlını heç görmüsən?! 

Qız diksindi, geri çəkildi, yavaş-yavaş gözlərini qaldırıb Bəhruza baxdı. Bu gözlərdə açıq bir 

qəzəb parıldayırdı. Dərhal gözlərini gizlətdi, sözünü mülayimcəsinə:

– Görməmişəm – desə də, kobud və hirsli səsləndi. Daha dayanmayıb, keçib getdi. Bəhruz 

süfrəyə yaxınlaşıb yerə çökdü.

                                                             



5

Əkbər bəy onu mehriban qarşıladı, qolundan tutub, naxışlı, yaşıl qapıdan keçirib böyük otağa 

apardı. Otaq başdan-başa xalılarla döşənmişdi. Divardakı xalıların üstündən isə müxtəlif şəkillər 

asılmışdı. İri pəncərələrdən ipək pərdələr sallanırdı. Tavandan isə büllur qəndil düz ortadakı dəyirmi 

stolun az qala üstünə düşürdü. Bəhruz Naxçıvanda belə evlər görmədiyi üçün heyran qalmışdı. 

Gah ipək pərdələrə, gah qəndildəki şamlara, gah divardakı şəkillərə baxırdı. Əkbər bəy şəkildəki 

adamların kim olduğunu izah edirdi, kəlağayılı, arxalıqlı mehriban bir qadının şəkli önündə dayandı:

– Bu mənim nənəmdir. Şair Natəvan!

– Natəvan?! – Bəhruzun heyrət dolu səsi eşidildi. Natəvan hara, Naxçıvan hara?! 

– Görürsən, Bəhruz, həyatda nələr olur...

– Görürəm, bəy.

– Natəvanın qızı mənim anamdır, Bəhruz! Onların evlənməsi Naxçıvanda böyük hadisəyə 

çevrilib. Toy mərasimləri çox uzanıb, həm Qarabağda, həm də Naxçıvanda...Bu toylarda butun 

camaat olub, uşaqdan böyüyə kimi hamı... Bəylər də, xanlar da, adicə adamlar da... İstəyirəm sən 

onların şəkillərini çəkəsən, yaxşı bir xatirə qalsın.

– Mən hazıram, bəy! 

– İndisə buyurun, əyləşin stol arxasında. 

Bəhruzun  gözü  qəndildə  qalmışdı.  Dəyirmi  qəndil  ağ  taca  oxşayırdı.  Dövrəsindəki  eyni 

biçimdə qızılı rəngdə şamdanlar bərq saçırdı. Onlara uyğun gələn, ucu itilli, çiçəklərə bənzəyən 

sapsarı şamlar düzəlmə olsa da, əsl şamlardan fərqlənmirdi. Əkbər bəy nökərinə xanımı çağırmasını 

tapşırıb, Bəhruza sarı çevrildi:

– Deyəsən qəndil xoşuna gəlir?!

– Qiyamətdir. 

– Onu Parisdən gətirmişəm. Gəzməyi çox sevirəm, Bəhruz. Elə yerlər görmüşəm ki, nə deyim, 

bir aləmdir.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə