Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə89/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   85   86   87   88   89   90   91   92   ...   132

363

   


        

İthaflar


İçəri uca boylu, bərbəzəkli, yaraşıqlı bir qadın girəndə Əkbər bəy onu Bəhruza təqdim etdi:

– Mənim övrətimdir– dedi – Zöhrə xanım...

Zöhrə xanım nəzakətlə əlini uzatdı:

– Sizi yaxşı tanıyıram, Bəhruz bəy! Ağam məni sərginizə də aparıb... Gözəl şəkillərdi. Bir qız 

şəkli isə daha gözəldi. İstədim ki Əkbər bəy onu sizdən alsın. Siz də, nədənsə, satmamısınız.

Bəhruz pərt olsa da dərhal, dilləndi:

– Ona görə inciməyin, Zöhrə xanım, çünki o mənim üçün çox əziz bir şəkildir. 

Başa düşürəm, Bəhruz bəy... 

– Çox şadam, xanım!

Əyninə gen tuman, güllü ipək köynək geyən qulluqçu qadın gümüş məcməyidə çay gətirdi, 

büllur qablarda mürəbbələr, müxtəlif şirniyyat düzdü. Çaydan sonra, axşamın düşdüyünü görən 

Bəhruz getmək üçün ayağa qalxmaq istədi, amma Əkbər bəy qoymadı:

– Tələsmə,– dedi – hələ tezdir.

Çay süfrəsini yemək süfrəsi əvəz etdi, buğlana-buğlana stola qoyulan Naxçıvan plovunun 

təkcə ətrindən doymaq olardı. Nökər qəndilin şamlarını bir-bir yandırdı, sonra qapının yanında, 

pərdə arxasındakı qoşa ipləri çəkdi, qəndil yuxarı qalxdı. İndi əvvəlkindən yüz qat gözəl oldu. Necə 

düzəlmişsə, hər şamın ucunda qızaran işıq güzgüdə olduğu kimi, qızıllarda, billurlarda əks edir, 

başdan-başa alova bürünmüş kimi yanır, otağın hər tərəini bürüyürdü. 

Bəhruz  ömründə  ilk  dəfə  idi  ki,  belə  zəngin  süfrə  görürdü;  içi  gül-çiçək,  kəpənək  şəkilli 

qablar, gümüş qaşıqlar, müxtəlif çini, saxsı nimçələr, büllur qədəhlər, naxışlı, əlvan, zərif incanlar 

stolu bəzəyirdi. 

Əkbər bəy ona plov çəkdi, qabını qarşısına qoyub:

– Qalanını özün götür, Bəhruz! Nəyi könlün istəyirsə, hər şey var; toyuq, qovurma, səbzi, 

kişmiş, albu xara...

-Təşəkkür edirəm, bəy!

– Rusiyada böyük inqilab dalğası qopub! – deyə Əkbər bəy söhbətə başladı. Axa-axa hər yerə 

yayılır. 

– Bizə gəlib çatmayıb – Bəhruz dilləndi. 

– Naxçıvanın üstündə hələ türk bayrağı yellənir– Zöhrə xanım söhbətə qarışdı.

– Müvəqqəti yellənir– deyə Əkbər bəy etiraz etdi -Eşitdiyimə görə türklər çıxıb gedəcəylər.

– Elə şey ola bilməz! – Zöhrə qətiyyətlə dedi.

Əkbər bəy arvadının bu hökmlü sözlərindən incimədi, əksinə, ləzzətlə güldü:

– Mən də elə düşünürdüm, Zöhrə xanım – Əkbər bəy sakitcə vəziyyəti izah etməyə çalışdı 

– Türklərin indiki halda nüfuzu azalıb. Müharibəni uduzub, ölkədə hərcmərclik artıb. Ənvər paşa 

başını itirib, ona görə də heç Naxçıvan yadına düşmür. Naxçıvana göz dikən başqa bir ölkə var: 

İngiltərə!

– Demək istəyirsən ki, türklər getsələr ingilislər gələcəklər?!

– Bəli.


– Vay onda Naxçıvanın halına!

– Rusiya inqilabı Naxçıvanda baş verməsə, bizim vəziyyətimiz heç zaman düzəlməyəcək. 

Yəqin ki, Bəhruz bəy, bunlardan xəbərsiz deyil?!



 

364


İthaflar

– Bəli, var! Tilisdə olanda eşitmişəm. Orada tez-tez tətillər, nümayişlər olurdu. Öz gözlərimlə 

görmüşəm. 

– Mən Parisdə təhsil almışam. İnqilab beşiyində. Ordan çoxlu kitablar gətirmişəm. Onların 

arasında böyük rəssamların da kitabları var.

– Göstərə bilərsinizmi?! 

– Lütfən. Zöhrə xanım yerini bilir, bu dəqiqə gətirər. 

Yeməkdən sonra çay süfrəsi açıldı, Zöhrə xanım qucağı dolu kitab gətirdi; Rafaelin, Leonardo 

Da Vinçinin, Rubensin, Rembrandtın, Enqrin əsərlərindən ibarət kitablar! Bəhruz onları vərəqlədikcə 

Tilisdə keçən şən tələbəlik illərini xatırlayırdı. 



6

Qış gəldi, özü ilə təkcə soyuq, qar, tufan gətirmədi, həm də iğtişaş, həyəcan, bəla, qan-qada 

gətirdi. Naxçıvanın ağır, çətin günləri üçün bu qış sanki yol açdı. Hamı uzaqda qaralan topa-topa 

buludları görürdü,bilirdi ki, gec– tez bu buludlar axacaq, göy üzünü bürüyəcək, leysana, fırtınaya 

çevriləcəkdir. 

Belə qış günlərinin birində Bəhruz şəhəri gəzirdi. İki gün bundan qabaq adamı qılınc kimi 

kəsən  sazaq  yoxa  çıxmışdı,  hər  halda,  hava  isti  də  deyildi,  əvvəl  mülayim,  bir  az  keçdikdən 

sonra sərt olurdu. Bəhruzun bu gəzməkdən ciddi məqsədi yox idi, çünki son vaxtlar Əkbər bəyin 

sifarişini yerinə yetirirdi. Əvvəlcə Zöhrə xanımın portretini işlədi və bu müddətdə heç nə haqqında 

düşünmədi. Zöhrə xanım təkcə gözəlliyi ilə yox, həm də nəzakəti, mehribanlığı, ağlı, zövqü ilə 

Bəhruzu heyran etmişdi. Natəvanın qəzəllərini əzbər deməyi sevirdi. Bir dəfə Puşkinin şeirini rus 

dilində söylədi,bir dəfə isə Füzulinin bir neçə qəzəlini dalbadal, həzinliklə, ürəklə, özünü unuda-

unuda, şövqlə oxudu. Bəhruz onun sehrindən çıxa bilmədi və belə zərif qadının portretini yaratmaq 

üçün çox əlləşdi. Zöhrə xanımın qulaqlarındakı qoşa gümbəzli qədim sırğaları, boğazındakı qızıl 

pullu silsiləni, əynindəki mənguləli, qiymətli saplarla işlənmiş bənövşə rəngli arxalığını da canlı 

verməyə çalışdı. Bu işini hələ qurtarmamış hesab etmir, yenə ona qayıtmaq istəyirdi. Əkbər bəyin 

o biri sifarişlərini sürətlə başa vurdu, çünki bunlar yaradıcılıq deyildi. İndi Əkbər bəyin özünün 

portretini yaratmağa başlamışdı. Bir– iki gün fasilə verdiyi üçün şəhəri gəzməyi qət etmişdi. 

İndi gözəlliyini ürəyində yaşatdığı, bayaqdan önündə dayandığı, Möminə xatın məqbərəsindən 

ayrılıb  asta-asta  bazara  tərəf  addımladı.  Körpünün  o  tərəindəki  sahil  boyu  evlər  ağarırdı. 

Məsciddən  sonra  daş  və  kərpic  evlərin  cərgəsi  uzanırdı.  Bəhruz  bərk  üşüdüyünü  duyub,  azca 

qızınsın deyə qarşısına çıxan parça dükanına girdi. Dükançı qara papaq qoymuş bığlı, orta yaşlı bir 

kişi idi. Əlində arşın tutmuşdu, arşını tez-tez qarşısındakı topa-topa güllü parçanın üstünə qoyurdu. 

Piştaxtanın iki qaramtıl sütunlarından sayğac, əski əlifba ilə yazılmış qiymət cədvəli, qədim təqvim 

asılmışdı. Tez-tez çadralı qadınlar girib çıxırdılar. Bəhruz isti dükanda ləngidi, küncdə, piştaxtaya 

söykəndi. Bu vaxt çadralı bir qadın içəri girdi, Bəhruzu görüb diksindi, – Bəhuz! – deyə bir kəlmə 

dillənib susdu. Çadranı açanda Bəhruz qarşısında dayanmış Nazlını görüb dik atıldı. Nazlı daha da 

arıqlamışdı, iri, işıqlı, dəcəl gözləri parlaqlığını itirmiş, yanaqlarının totuqluğu yoxa çıxmış, qızlıq 

təravəti  solmuşdu.  Qulağında  qızıl  sırğalar,  boynunda  qırmızı  muncuq,  mirvari  silsiləsi  olsa  da 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə