375
İthaflar
– Onda niyə küçədə dayanmısan, keç içəri.
– Tələsmə, Bəhruz.
– Nişanlını tapdın?
– Yox!
– Ümid də yoxdur?
– Yox!
– Bəlkə sağdır?!
– Yox, sağ deyil, yalan, doğru eşitdim ki, öldürüblər. Mənsə buna inanmıram, inanmıram.
Yenə axtaracağam!
Bu nədir? Duman çəkildi, özü ilə bərabər qızı da aparıb getdi. Afər əllərini açıb Bəhruza doğru
can atırdısa da, qüvvəsi çatmır, gedir, uzaqlaşır, yavaş-yavaş dumanla birlikdə qeybə çəkilirdi.
Geriyə çevriləndə Hürnisənin arxasında məzlum-məzlum dayandığını gördü.
– Bəhruz dadaş, keç yerinə uzan...
Bəhruz yatağa girəndə hiss etdi ki bərk yorulub, tər basıb, ayaqlarında, qollarında taqət
yoxdur. Onu dərhal yuxu apardı. Oyananda gördü ki, Hürnisə yenə əvvəlki yerindədir. Kağız, qələm
götürüb çəkməyə başladı. Xalının üstündəki nazik döşəkçədə yun corab geydiyi ayaqlarını uzadıb
əyləşmiş qızın başına örtdüyü güllü kəlağayısının ucları sinəsindən sallanırdı. Onun duruşunda
sadə bir gözəllik vardı.
– Kəlağayını aç başından.
Hürnisə kəlağayını açanda qap-qara, yoğun, qəşəng hörükləri sinəsində görünən kimi, Bəhruz
Şahab məhəlləsində, Südlü nənənin yaxınlığında gördüyü qızı, onun acı taleyini xatırladı. Bu
saçlar Hürnisəni birdən– birə dəyişdi, elə bil qarayanızlılığını, burnunun azacıq kobudluluğunu,
dodalarının solğunluğunu gizlətdi, ilk gənclik təravəti ilə dolu üzünün gözəl cizgilərini üzə çıxartdı.
Yanaqları necə totuq idi və necə qızarmışdı. Yerə baxdığı üçün, yarıörtülü iri göz qapaqlarının
kölgəsi üzündə titrəyirdi. Bəhruz onun hörüklərini çəkirdi.
4
Bəhruz sağaldıqdan sonra, birinci növbədə teatrın divarlarındakı Ağrı dağın şəklini tamam
bitirdi. Sonra Xoylu məhəlləsindəki xaraba evləri çəkdi. “Qaçqınlar silsiləsini davam etdirmək
niyyətilə şəhəri gəzdi. Köhnə, uçuq evlərin divarlarına söykənən, məscid ətrafında dolanan, bazarda
hərlənən, oğurluq edən, küçələrdə gəzən uşaqları, yeniyetmələri, qızları, qocaları bir-bir gözdən
keçirdi. Gəzə-gəzə ən böyük arzusunu – Naxçıvan çaparı haqqındakı əsərini çəkib başa vurmaq
üçün ikirləşdi.
Yenə ürəyinə kədər doğdu; Padşahlıq bağına çatmamış geri qayıtdı, məscidin yanından ötüb
Xoylu məhəlləsinə doğru getdi. Bu tərələrdə cır-cındır içində bir oğlan görmüşdü. Onu axtarıb
tapdı, yanına çağırdı. Oğlanın üzündə heyrət, qorxu ifadəsi doğdu, yerindən tərpənmədi. Bəhruz
özü yaxınlaşıb, məqsədini bildirib fırça qutusunu açdı, qatlama stulunu düzəldib, sulu boya ilə
işləməyə başladı.
– Adın nədir, oğlan?
376
İthaflar
– Qədir.
– Heç kəsin yoxdur?
– Bacım var, axtarıram, tapa bilmirəm. Ölüb, qalıb, nigaranam.
– Necə qızdır?!
– Məndən balacadır, qəşəng, dəyirmi sifəti var, saçlarında nazik hörüklər hörməyi sevir.
Başına qırmızı yaylıq bağlayıb, adı Reyhandır.
– Söz verirəm, əgər mənə rast gəlsə mütləq yanına gətirərəm.
Bəhruz Qədirlə üç gün dalbadal görüşdü, onu xaraba, uçuq evlərin yanında çəkdi. Qədir torba
kimi sallanan cırıq yamaqlı şalvarına uyğun gələn bir köynək, onun üstündən başqa bir şalvar
geyinmişdi. Qırmızı köynəyin ətəkləri cırıq-cırıq idi. Bu vaxt başqa qaçqın bir oğlan yaxınlaşıb
yanında dayandı. Bəhruzun ürəyi yenə sıxıldı, daha ona baxa bilmədi. Cibindən bir manat pul
çıxardıb Qədirə verəndə onun gözləri işıqlandı, pulu demək olar ki göydə “qapdı” və bazara tərəf
qaçdı. O biri oğlan da dalınca getmək istəyirdi ki, Bəhruz yolundan saxladı:
– Dayan, a bala, gəl o daşların üstünə çıx!
– Mənə də pul verərsən?? – Yazıq-yazıq dilləndi – Acam e... Səhərdən acam.
– Yaxşı, verərəm.
Oğlan başını qırmızı yaylıqla bağlamışdı, köhnə əzik-üzük cırıq pencəyinin bir tərəi
olmadığından bir qolu çılpaq qalmış, iri, çirkli qarnı qabağa çıxmışdı. Ayaq üstə dayanmış meyitə
bənzəyirdi. Rəngi-ruhu solmuşdu. Uçuq divarın daşları üstə qalxmağa oğlanın gücü çatmadı,
hıqqanıb, ləhləyib yazıq-yazıq baxdı. Daşlara söykənib qaldı. Bəhruz iki gün dalbadal onu çəkdi,
üçüncü gün də görüşməyi qərara aldı.
Bəhruz üçüncü gün gələndə onu görə bilmədi, soraqlaşdı, axtardı, Qədirə rast gəldi. Qədir
təzə köynək geymişdi, əvvəlkiləri görünür tamam çıxarıb atmışdı. Doğru hərəkət etmişdi, axı köhnə
şeyləri əynində saxlamağın nə mənası vardı?! Qədir də dünənki oğlanı heç yanda görməmişdi.
Birdən nə ikirləşdisə gözlənilmədən uçuq evlərə doğru qaçdı, Bəhruz da onun dalınca getdi.
Evlərin tökülən divarları arasına girən Qədir ora-bura vurnuxdu, səslədi, çağırdı, birdən özü də
itdi, səs-səmir kəsildi. Bəhruz o yan, bu yana baxdı, şübhələndi, istədi ki, Qədiri səsləyə bu vaxt
tükürpədici qışqırıq eşidib yerində dondu. Bəhruz Qədirin hansı tərəfdə olduğunu təyin etməkdə
çətinlik çəkdi, uçuq divarların arasına girib yavaş-yavaş irəlilədi. Bir az sonra onu yarıörtülü bir
otağın küncündə dayanan görüb yaxınlaşdı:
– Nə olub, Qədir?!
Qədir hönkür-hönkür ağlayırdı, əli ilə uçulub tökülmüş qalaq-qalaq daşlardan bir az aralı
ot – ələf üstündə uzanmış oğlanı göstərdi. Bəhruz dik atıldı, rəngi ağardı. Bu dəhşətli səhnədən
Bəhruz özünə güclə gəldi, Qədirin qolundan tutub bu xarabalıqlardan uzağa apardı. Oğlanın göz
yaşları kəsilmək bilmirdi. Bəhruz onu sakit etməyə çalışsa da mümkün olmurdu. O qaçqın oğlanın
ölümündən daha çox Qədirin belə dərdli-dərdli ağlamağı Bəhruzun bütün varlığını yerindən
oynatdı. O gün işləmək istəmədi, daha doğrusu bacarmadı, şəhəri başdan-başa ələk-vələk elədi,
harda qaçqın qız gördüsə onu Qədirin bacısı Reyhana bənzətdi.