Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə95/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   91   92   93   94   95   96   97   98   ...   132

377

   


        

İthaflar


5

Qaçqınlar xəyalından çıxmırdı.

Bəhruz xaraba evlərin yanından keçib məscidə sarı gedirdi. 

Məsciddən  aralıda  bəylərin,  xanların  keylə,  işrətlə  məşqul  olduğu  balaca,  dəyirmi  bağın 

xiyabanında bir dəstə adam dayanmışdı. Ortalıqda on, on iki yaşında, uzun ətəkli tuman geymiş, 

başına araqçın qoymuş bir qız məzəli hərəkətlərlə rəqs edirdi. Araqçının hər tərəindən sallanan 

pullar  bir  birinə  dəydikcə  cingildəyirdi.  Dəyirmi  sifətli  qızın  yanaqları  od  tutub  yanır,  gözləri 

parıldayırdı. Özündən balaca, yeddi-səkkiz yaşlı bir oğlan isə dəf çalırdı. Oğlanın başındakı araqçın 

iri olduğundan onu gülünc göstərirdi, dəi şövqlə vurduqca necə edirdisə, araqçın başından qalxıb 

düşürdü. Qəribə tərzdə, dəin səsinə uyğun çiyinlərini də əsdirirdi, bütün bunlar qızın hərəkətləri 

ilə həmahəng idi. 

Bəhruz onlara baxıb gülümsünsə də, qəlbinə çökmüş Haçadağ boyda kədərini yüngülləşdirə 

bilmədi.  Bu  uşaqlarla  danışmaq,  onları  evinə  aparmaq  haqqında 

düşünəndə  sağ  çiyninə  bir  əl  toxundu,  geriyə  dönəndə,  irişə-irişə 

dayanmış bir adam gördü.

– Nə lazımdır?– soruşdu.

– Yenə məni tanımadın, eybi yox, Bəhruz bəy, mən Cəfərqulu 

xanın köməkçisiyəm.

– A... buyurun... – Bəhruz onu – Naxçıvanda sərgidə, Tilisdə 

isə pansionatın qabağında və vağzallarda gördüyü daz baş və yaltaq 

adamı indi tanıya bildi. – Mənə aid qulluğunuz?! 

– Cəfərqulu xan sizi görmək istəyir...

– Çox şadam, nə vaxt təşrif buyurum?!

– Nə vaxt istəsəniz...

Cəfərqulu  xan  onu  soyuq  qarşıladı.  Elə  bil  yayda,  sərgiyə 

gələndə gördüyü adam deyildi, ağ köynəyin əvəzində indi əynində 

yaşıl,  ipəkdən  köynək,  köynəyin  üstündən  qoyun  dərisindən  cübbə  geymiş,  cübbənin  yunları 

qoynuna bulud kimi dolmuşdu. Elə bil onu havaya qaldıracaqdı. Bəhruzu altdan yuxarı süzüb bir 

başa mətləbə keçdi: 

– Təvəqqe edirəm ki, qızımın şəklini çəkəsən... 

– Baş üstə, xan, nə vaxt buyurursunuz?!

– Hazırsansa elə indi. 

– Hazıram.

Bir azdan nökərin  müşayiəti ilə Bəhruz uzun dəhlizdən keçib başdan – başa xalılarla döşənmiş 

geniş otağa daxil oldu. Otağın bir yanında dəmir çarpayı, bir yanında beş altı gözlü komod, komodun 

yuxarı  hissəsində,  divarda,  ətrafı  naxışlı  güzgü,  çarpayının  üstündə  isə  xalı,  xalının  üstündə 

Bəhruzun çəkdiyi Haçadağ... Öz əsərini belə bir otaqda görən Bəhruza sanki dünyanı verdilər. Bu 

vaxt qulluqçu ilə birlikdə Narınc içəri girdi, elə bil qəşəng üzü işıq saçdı. 

– Bəhruz, xoş gördük.– deyə əlini uzatdı.– Necəsən, Bəhruz?!



 

378


İthaflar

İlqar Mehdiyev. “Bəhruz Kəngərli doğma Naxçıvanın tərənnümçüsüdür”. 2015.


379

   


        

İthaflar


– Sağ ol, Narınc, pis deyiləm. 

– Sən məni elə indi çəkmək istəyirsən?!

– Elə indi!

– Qoy onda gəlin kimi bəzənim sonra. Bir az gözləyə bilərsən?

– Əlbəttə!

Bir azdan qayıtdı, tanınmaz olmuşdu. Bu nədir, ilahədir, mələkdir, möcüzədir, yoxsa sehrli 

qüvvədən yaranmış gözəllər gözəli?! Ona pəncərə tərəfdə əyləşməyi məsləhət görüb rəng qutusunu 

açdı. Qulluqçu da Narıncın yanında, komoda söykənib dayandı. Bəhruz bir də diqqətlə Narınca 

baxdı.  Çin  qumaşından  olan  zərif  köynəyinin  üstündən  təptəzə  arxalıq  geyinmişdi. Arxalığının 

ətəkləri,  yanları  mənguləli  idi,  qızılı  saplarla  toxunmuşdu.  Boynundan  zümrüd  muncuqlu,  qızıl 

pullu silsilə sallanırdı. Şəfəq saçan boğazaltı isə onun ağappaq boynunu tamam tutmuşdu. Hələ 

sırğaları!  Hələ  naxışlı,  zərli  araqçını.  Bu  gözəl  bəzəklərin  içində  isə  işıq  saçan  qəşəng  üzünün 

gözəlliyi daha qabarıq üzə çıxırdı. Bəhruz çəkməyə başlayanda Narınc soruşdu: 

– Bəs Tilisdə niyə yanıma gəlmədin?! 

– Bir dəfə gəldim.

– Nə vaxt?! – Narınc sadəlövhcəsinə heyrətləndi – heç yadıma gəlmir.

– Çünki səni görə bilmədim...

– Niyə?!


– Çünki pansionatın qarşısında bir kişi – daha doğrusu atanızın köməkçisi məni xəbərdar etdi 

ki, bir daha bu ətrafda fırlanmayım. 

– Onun işi-peşəsi məni güdməkdir, bircə sənin yanına gəlməyimdən xəbər tuta bilməyib. 

– Nə əcəb?!

– Allah bilir, haralarda veyillənirdi. Bəzən atamı da başa düşə bilmirəm. Öz atamı. Az qalır 

məni quş kimi qəfəsdə saxlasın. Deyirəm ki, ata icazə ver, həyətdən bayıra çıxım, heç yerə qoymur, 

üstümə qışqırır. Şəklimi çəkmək üçün səni çağırmaq istəmirdi. Yalvarıb yaxarmışam. Axır ki, bir 

təhər ipə-sapa yatıb. 

Narınc nədənsə kədərləndi, başını aşağı dikib susdu. Bəhruz indi özünü sərbəst duyub, sürətlə 

çəkir, onun bu vəziyyətdəki duruşunu – bu duruşundakı gözəlliyi verməyə çalışırdı. Təbəssümü 

itdiyi üçün üzünün işığı azalmışdı. Göz qapaqları enmişdi. Qızıllar, parıltılar içində zərif, kədərli, 

düşüncəli bu qız daha füsünkar olmuşdu. Bəhruz qaçqınları xatırladı. Onlarla Narınc arasındakı 

dərin uçurumu gördü, nədənsə xəyalında gah Hürnisə, gah Tilisdəki Mixaylovski xəstəxanasında 

rast gəldiyi Pakizə canlandı və birdən hiss etdi ki, Narınc üçün bu bəzəklər, parıltılar yoxdur, bunlarla 

yaşamır, ürəyində tamam başqa duyğular vardır. Bir də gördü ki, Narınc vəziyyətini dəyişmədən 

həzin-həzin şeir oxumağa başladı. Sonra susdu, eləcə ikir və xəyal içində qaldı. Birdən – birə 

Bəhruz onu sırğalarsız, boğazaltısız, silsiləsiz təsəvvürünə gətirdi, bunlarsız da Narınc qəşəng idi. 

Qızın belə ikrə, xəyala getməsi rəssamın sürətlə və inamla işləməsinə kömək etdi. 

Evə gələndə bərk yorğun olduğunu duyub, xalının üstünə sərildi, mütəkkəyə söykənib kədər 

qarışıq bir sevinclə düşünməyə başladı. Dil-dil ötən Şirin xanım yemək gətirdi. Bəhruz yeməyə 

gözünün ucu ilə də baxmadı. 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə