Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə101/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   97   98   99   100   101   102   103   104   ...   132

391

   


        

İthaflar


İlqar Mehdiyev. “Gözəllik aşiqinin qayğılı illəri”. 2015.


 

392


İthaflar

– Eşitmisən, Naxçıvana böyük bir ordu gəlir. 

– Nə vaxt?! 

– Heç kim bilmir hələ. Bakı göndərir. Naxçıvanda da təzə hökumət quracaqlar. Şura hökuməti. 

Camaatımız onlara yazıb ki, gəlin, bizi xilas edin... 

– Bəs sənin qanın niyə qaradır?!

– Buna görə...

– Daha sən niyə qorxursan?!

Necə niyə, gül kimi çaparlığım gedəcək əlimdən. Təkcə şəklində çapar qalacağam.

Fikir eləmə, ay Məcid!

– Eh, ikirdən keçib. Bu şəkilin yaman uzandı ha... Çək qurtarsın, getsin də!

“Qurtar” demək asandır, başa vurmaq isə çətin. Bəhruzun özü də onu tez bitirmək ikrində 

idi,  ancaq  yenə  xəstələndi  və  “Naxçıvan  çaparı”  yenə  yarımçıq  qaldı.  Bu  xəstəliyi  müddətində 

onun ətrafında pərvanə kimi dolanan Hürnisə oldu. Bəhruz gözünü nə vaxt açdısa başının üstündə 

əvvəllərdə olduğu kimi onu görürdü. Həkim Əli Mirzə Abbasovun verdiyi dərmanları vaxtında 

içirdir,  yemək– içmək və başqa xidmətləri sürətlə və səliqə ilə görürdü. 

Həkim  Əli  Mirzə Abbasov  ikinci  dəfə  gələndə  Şirəlibəy  onu  əvvəlkindən  qat-qat  böyük 

hörmətlə evə dəvət etdi. Nəzakətli, mülayim, yavaş danışan bu adam bir neçə gün bundan qabaq duz 

– çörəklə Qızıl Ordunun qabağına çıxmış, onu Gorus yaxınlığında qarşılamışdı. Hamı Naxçıvanda 

bunu bilirdi. Odur ki, Abbasovun nüfuzu daha da artmışdı. Şirəlibəy Bəhruzu diqqətlə müayinədən 

keçirən həkimə, indi qeyri-adi adama baxan kimi baxırdı:

– Deyirsən daha Naxçıvanda sakitlik olacaq?!

– Təkcə sakitlik yox, bəy! – deyə Abbasov müayinəni dayandırmadı. – Qayda– qanun, gözəl 

şərait, insanlıq...

– Təki siz deyən olsun, təki!

–  Buna  şəkki-şübhə  eləmə,  bəy!  Təzə  hökumət  ədalətli  hökumətdir,  haqqın,  ədalətin 

tərəfdarıdır. Yoxsulların tərəfdarıdır. Avamlığın, cəhalətin düşmənidir. 

Bu sözlər Bəhruzun ürəyindən idi. Əvvəllər Əliqulu Qəmküsarın, Tilisdəki dostlarının , Yakov 

Nikoladzenin, sonralar Həsən Bektaşının söhbətlərindən belə ədalətli dünya haqqında eşitmişdi. 

İndi belə dünyanın öz torpağında, Naxçıvanda bərqərar olduğunu biləndə sevindi, başını qaldırıb 

həkimin üzünə baxdı. Abbasov gülə-gülə:

– İndi yaxşısan, oğlum! – dedi – On gün özünü möhkəm qorumalısan. Hələ küçəyə çıxmaq 

olmaz.

Bir neçə gündən sonra Bəhruz Narıncdan məktub aldı: “ Salam, Bəhruz. Makuda bərk darıxıram, 



həyət  bacadan  başqa  heç  yerə  çıxmıram.  Makunun  özünü  belə  əməlli  başlı  görə  bilməmişəm. 

Fikrim – zikrim Naxçıvanda qalıb. Doğma yurddan ayrılmaq nə ağırmış! Sənin yanına gəldiyim 

gün  Pakizənin  də  yanına  getmişdim. Yadındadır,  Tilisdə,  xəstəxanada  gördüyümüz  Pakizənin! 

Vəziyyəti yaman pis idi, ondan da nigaranam, atamdan da, başqa qohumlarımızdan da! Yeganə 

təsəllim sənin şəkillərindir, onlara baxanda özümü Naxçıvanda hiss edirəm. Naxçıvan üçün elə 

darıxmışam ki, olmayan kimi, burnumun ucu göynəyir. Kaş tezliklə doğma yerə qayıdardım, kaş! 

Hələlik, Bəhruz! Ümidimi hələ üzməmişəm. Narınc” 

Bəhruz məktubu oxuyub qurtaranda, başını qaldırdı, otağın o tərəində kədərlə, nigarançılıqla 

baxan Hürnisənin qısqanclıqla yanan gözlərini gördü. 



393

   


        

İthaflar


3

Bəhruz  sağaldı,  kağız-qələmini  götürüb  küçəyə  çıxdı.  Naxçıvanın  mərkəzinə  yox,  gəzə-

gəzə Şahab məhəlləsinə gəldi. “Süddü nənənin” yanından ötüb tanış küçə ilə irəlilədi. Bu zaman 

Narıncın məktubu, kərpic hörgülü darvaza, darvazanın önündəki iri daş üstündə əyləşən ağ saçlı 

qoca, hörüklü Pakizə onun yadına düşdü. Tilisdə Mixaylovski xəstəxanasında yaylığını başından 

açıb, “çək, məni, çək!” çılğıncasına dediyini xatırladı. O vaxt Pakizənin zavallı görkəmindən tükləri 

biz-biz olmuşdu. Görəsən, indi yaşayırmı, bəs qoca necə! Son illər bu məhəllədən keçməmişdi,indi 

sanki ayaqları ilə getmir, onu kövrək bir duyğu aparırdı. Hətta bu duyğu kövrək qorxuya dönmüşdü. 

Qocanı görmək arzusunun daha güclu olduğunu duyub, addımlarını yavaşıtdı. Küçədə nə ins vardı, 

nə də cins, hər yan yay bürküsünün sükutunda mürgüləyirdi. 

Həmin qapıya çatıb bir an ayaq saxladı, yenə sükut içində qeyri – adi hadisə gözlədi, elə bildi 

ki, yenə o qapı açılacaq, qoşa hörüklü qız bir an içində görünəcək və yoxa çıxacaqdır. Yox, qapı 

açılmadı, Bəhruz da yolundan qalmadı, eyni yavaş addımlarla, təəssülə, kədərlə uzaqlaşdı. 

Bilirdi ki, bu küçənin qurtaracağı üzü dağlaradır, çoxdan idi ki, Naxçıvanın kənarlarını gəzmir, 

bu dağları yaxından görə bilmirdi. Yenə bu istək qəil dalğa kimi qopub onu dağlara doğru apardı. 

Dağları  görən  kimi  hər  şeyi  unutdu,sürətini  artırdı.  Duman  zirvələrin  üstünə  enmişdi,  günəşin 

şəfəqlərindən yanırdı. Bəhruzun əhval-ruhiyyəsi təzələndi, bu dağlardan doğmalığın nəfəsi axıb 

sinəsinə doldu. Küçə uzanır, sanki birbaşa dağlara doğru gedirdi. Qarşıdan ağappaq, uca bir adam 

gəlir, uzaqdan əcaib görünür, yaxınlaşdıqca əcaiblik daha da artırdı. Bəhruz birdən onu tanıdı, daş 

üstündə əyləşən qoca idi, qar kimi saçı-saqqalı, yaxası açıq, ağ köynəyinin üstünə tökülmüşdü. 

Şalvarı  da  ağ  parçadan  tikilmişdi,  sanki  kəfənə  bürünmüşdü.  Qızaran  gözlərini  bir  nöqtəyə 

zilləmişdi. Ağır-ağır gəlirdi. Bəhruz dayandı ki, onunla söhbət etsin. Qoca isə heç nə görmürmüş 

kimi yanından ötüb keçəndə, qeyri-ixtiyari:

– Baba! – deyə qışqırdı, amma qoca bu səsə də biganə oldu, nə dayandı, nə də çönüb arxaya 

baxdı. Bəhruz üçün hər şey aydın idi; qara hörüklü qız– Pakizə də yaşamırdı. Çevrilib qocanın 

arxasınca baxdı. Elə bil qurumuş, ağappaq bir ağac gedirdi. 

Bir  neçə  gündən  sonra  Bəhruz  şəhərin  mərkəzinə  çıxanda  hər  yerdə  bir  canlılıq,  hərəkət 

gördü. Hamı harasa tələsirdi. Küçələrdə qırmızı bayraqlar asılmışdı. Bəhruz yay günəşinin şəfəqləri 

altında bazara doğru gedəndə ucu şiş papaqlı, sarı köynəkli, toqqalı əsgərlərə rast gəlib maraqla 

onlara  baxırdı.  Bazar  yenə  qaynayıb  daşır,  hamının  dilində  “şura  hökuməti”  sözləri  dolanırdı. 

Məscid divarının yanında yaylıqlı kor dilənçi yenə quruyub qalmışdı. Bərk yorğunluğunu duyub, 

bazar çayxanasına tərəf yollandı. Xəstəlik hələ tamam canından çıxmamış, onu zəyilətmiş, gücdən 

qüvvədən salmışdı. İndi girdiyi çayxana şəhərin ən gözəl çayxanalarından biri sayılırdı. Bəhruz qapı 

yanındakı boş yerdə əyləşib, üzünü iri, sarı samovarın böyründə qurdalanan çayçıya çevirdi. Bu 

vaxt o başda kimsə məlahətli səslə şeir deyirdi. Bəhruz dərhal o tərəfə baxdı. Gödəkboy, qızsifətli, 

zərif bir dərviş gördü, gözləri canlı və iri idi. Tünd şabalıd rəngli yaxası açıq köynəyinə ağ qotazlı 

şərid bağlamışdı. Ürəyə yol açan, məxmər kimi yumşaq səsi vardı. Hamı sükut içində diqqət kəsilib 

onu dinləyirdi. Oxuduğu şeirin sözləri də adama ruh və qanad verirdi. Çayçı özü də iş görmədən, 

piştaxtanın dalından heyran-heyran ona qula asırdı. Şeir sona çatdı, sonra saz çalıb oxudu, yenə 

şeir deməyə başladı. Bəhruz heç zaman nə belə səs, nə də belə mənalı söz dinləmişdi. Ona görə çox 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə