449
İthaflar
Oğulbəy qəzeti açıb oxuyur.
Oğulbəy. “Cavan rəssamımız doğrudan-doğruya gələcəkdə mayeyi-iftixarımız olacaqdır.
Şayan təşəkkür burasıdır ki, nohəvəs rəssamımızın qələmə aldığı rəsmlər öz həyatımızdan
götürülmüş milli rəsmlərdir. Arabir əcnəbi həyatından alınmış lövhələr də görünməkdədir. Bəhruz
bəy cənablarının bundan daha da gözəl, bundan daha da artıq rəsmlər yaratmağa nail olmasını arzu
edirik.” Hə, necədir? Dərman yaxşıdır, ya bu qatı açılmamış xəbərlər? (Bəhruz gülümsəyir. Onu
sevindirmək məqsədilə Oğulbəy yenə bir şey eləmək istəyir, sonra əlini alnına qoyub qızdırmasını
yoxlayır). Bu gün çox yaxşısan,bir neçə günə yataqdan tamam durarsan, sonra istəsən düzəldərik
lap Suxuma, Batuma bir yerə gedərsən.
Bəhruz (təşvişlə). Suxuma?
Oğulbəy. Qara
dəniz sahilinə, lap yolüstü Tilisə də dəyərsən.
Bəhruz. Tilisə?
Oğulbəy. Yaxşı, daha sənə çox baş ağrısı verdim. Gedim, bir-iki şikayətim var, onlara ərzi-hal
yazım. Axşam çağı yenə dəyərəm.
Şirin. Sağ ol. Əksik olma.
Oğulbəy. Borcumdur
(ayağa qalxır, qapıya tərəf gedir. Bəhruz onun dalınca baxır, Oğulbəy
geri dönür). Amma bu sözü nə mən dedim, nə siz eşitdiniz.
Bəhruz gülümsəyir, Oğulbəy çıxır. Yasəmən qapını örtür.
Bəhruz həyəcanla.
Bəhruz. Qara dəniz sahilinə. Mən ora niyə gedim? Niyə?
Şirin (onu sakitləşdirmək üçün). Getmə, dərdin mənə, heç yerə getmə. Oğulbəy elə-belə,
sözgəlişi dedi. Kimdir səni oralara göndərən ki?
Yasəmən. Ay dadaş, bir dəfə sən özün deyirdin ki, oralarda da indi bizim Naxçıvan kimi
qatmaqarışıqlıqdır. Hökumət yaxşı deyil.
Bəhruz. Elədir, deyirdim.
Yasəmən. Onda kim səni buraxar pis hökumətin yanına. O əziz canın üçün özüm gedib
faytonun qabağını saxlaram.
Bəhruz. Qoçaq qızsan, bilirəm, saxlarsan.
Yasəmən. Dayan hələ,
ay dadaş, toyunda bir süzəcəyəm ki.
Bəhruz. Bir oyna görüm bacarırsan?
Yasəmən. İndi? Elə-belə, çalğısız-zadsız?
Şirin. Oyna qızım, qoy qardaşının ürəyi açılsın.
Yasəmən ağzında zümzümə eləyib, oynamağa başlayır. Bəhruz onun olduqca zərif, lakin naşı
hərəkətlərinə baxır, gülümsəyir. Bu vaxt arxadan fayton zınqırovlarının səsi eşidilir, səs getdikcə
yaxınlaşır, Yasəmən dayanır.
Bəhruz. Gələn var.
Şirin. Yəqin Oğulbəydir. Yadına nə düşübsə qayıdıb.
Yasəmən qapını açır,əvvəl Eteri, sonra Vaso içəri girirlər.
Yasəmən (təəcüblə). Kimi istəyirsiniz?
Vaso. Bəhruz Kəngərli burada olur?
450
İthaflar
Yasəmən. Səni
istəyirlər, ay dadaş!
Bəhruz (qapıya tərəf dönür, onları görür). Vaso,
əziz dost (Qucağlaşırlar) Eteri!
Eteri (ona əlini uzadır). Bəhruz!
Bəhruz. Xoş gəlmisiniz. Bağışlayın, kasıb evidir.
Şirin. Niyə ayaq üstə durmusuz, əyləşin
(onlar Bəhruzun yanında əyləşdilər). Yəqin ki,
Bəhruzun yoldaşlarısınız?
Vaso. Dostlarıyıq, anacan, Tilisdən gəlmişik.
Şirin. Tilisdən?
(Nə isə başa düşür, zənn ilə Eteriyə baxır). Xoş gəlmisiz, gözümüz üstdə
yeriniz var.
Eteri (Bəhruza diqqətlə baxır, çox həyəcanlanır, ancaq qorxusunu, təlaşını gizlədir, özünü ələ
almağa çalışır). Heç dəyişməmisiz, Bəhruz. Tilisdə gördüyüm kimisiniz.
Bəhruz. Siz də.
Şirin (bayaqdan heyranlıqla Eteriyə baxan Yasəmənə). Ay qızım, gedək qonaqlara çaydan-
çörəkdən düzəldək.
Yasəmən (özünü saxlaya bilmir). Nə gözəl qızdır, ay ana? Elə bil ay parçasıdır.
Şirin. Gedək!
Onlar çıxır. Eteri Bəhruzdan gözlərini çəkə bilmir.
Bəhruz. Yenə siz məni axtarıb tapdız.
Vaso. Eteri səni görmək istəyirdi, tək qoymadım. Deyən kimi Bəhruzun yanına getmək
istəyirəm, dedim gedək,çəkərəm cəfanı.
Bəhruz. Zəhmət çəkmisən, ancaq mən...
Eteri. Siz sağalacaqsınız, Bəhruz.
Bəhruz. Bundan sonra bəlkə...
(pauza) Sənin
işlərin necədir, Vaso?
Vaso. Mənim işim heç vaxt pis olmayıb, Bəhruzcan. Doğrudur məndən məşhur rəssam olmadı,
amma indi Tilisdə, Qolonovski küçədə əmiri bir rəsm salonu açmışam, dünyanın bütün böyük
rəssamlarının əsərlərini yığmışam ora. Lap başda da sənin çəkdiyin portret durur, Eterinin portrerti.
Bəhruz. Mən ki, böyük rəssam deyiləm.
Vaso. Böyük, kiçik. Sən gəl bu kefcil dostunun sözlərinə yaxşı qulaq as. Böyüklüyü hərə bir
cür başa düşür. Bir də bu zəmanədə kimdir oğru ilə doğrunu ayıran? Görürsən istedadsız bir adamı
qaldırdılar göyün yeddi qatına, nə var, nə yox, ilan knyazın bacısı oğludur, yaxud ilan mülkədarın
nəvəsini alıb. Orada tərif, burada tərif. Amma əslində ortada heç nə yox. Ürək yox, istedad yox...
Eteri. Təzə bir şey çəkmisizmi, Bəhruz?
Bəhruz. Çəkmişəm, budur
(Yaxındakı mizin üstündən bir albomu götürüb ona verir).
Buyurun, lakin burada gözəllik ilahəsi yoxdur. Qaçqın var, dilənçi, xarabəliklər, yanan zəmilər.
Bunlar mənim vətənimin fəryadıdır, Eteri!..
Yenə öskürək tutur.
Eteri. İcazə verin, Bəhruz, sizə baxım. Axı, mən...
Bəhruz. Bilirəm. Doktorsuz. Mən portretinizi çəkəndə Peterburqda oxuyurdunuz.
Eteri. Mən o vaxt sizin üçün Rembrandtın Saskiyası olmaq istəyirdim.
Ona baxır, həyəcanı getdikcə artır,bir kəlmə danışmır, amma qəhər onu boğur, ixtiyarsız
olaraq gözlərindən yaş axır, Bəhruz bunu görür.