Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə120/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   116   117   118   119   120   121   122   123   ...   132

449

   


        

İthaflar


Oğulbəy qəzeti açıb oxuyur.

Oğulbəy.  “Cavan  rəssamımız  doğrudan-doğruya  gələcəkdə  mayeyi-iftixarımız  olacaqdır. 

Şayan  təşəkkür  burasıdır  ki,  nohəvəs  rəssamımızın  qələmə  aldığı  rəsmlər  öz  həyatımızdan 

götürülmüş milli rəsmlərdir. Arabir əcnəbi həyatından alınmış lövhələr də görünməkdədir. Bəhruz 

bəy cənablarının bundan daha da gözəl, bundan daha da artıq rəsmlər yaratmağa nail olmasını arzu 

edirik.” Hə, necədir? Dərman yaxşıdır, ya bu qatı açılmamış xəbərlər? (Bəhruz gülümsəyir. Onu 

sevindirmək məqsədilə Oğulbəy yenə bir şey eləmək istəyir, sonra əlini alnına qoyub qızdırmasını 

yoxlayır). Bu gün çox yaxşısan,bir neçə günə yataqdan tamam durarsan, sonra istəsən düzəldərik 

lap Suxuma, Batuma bir yerə gedərsən.



Bəhruz (təşvişlə). Suxuma?

Oğulbəy. Qara dəniz sahilinə, lap yolüstü Tilisə də dəyərsən.

Bəhruz. Tilisə?

Oğulbəy. Yaxşı, daha sənə çox baş ağrısı verdim. Gedim, bir-iki şikayətim var, onlara ərzi-hal 

yazım. Axşam çağı yenə dəyərəm.



Şirin. Sağ ol. Əksik olma.

Oğulbəy. Borcumdur (ayağa qalxır, qapıya tərəf gedir. Bəhruz onun dalınca baxır, Oğulbəy 

geri dönür). Amma bu sözü nə mən dedim, nə siz eşitdiniz.

Bəhruz gülümsəyir, Oğulbəy çıxır. Yasəmən qapını örtür. 

Bəhruz həyəcanla.

Bəhruz. Qara dəniz sahilinə. Mən ora niyə gedim? Niyə?

Şirin  (onu  sakitləşdirmək  üçün).  Getmə,  dərdin  mənə,  heç  yerə  getmə.  Oğulbəy  elə-belə, 

sözgəlişi dedi. Kimdir səni oralara göndərən ki?



Yasəmən. Ay dadaş, bir dəfə sən  özün deyirdin ki, oralarda da indi bizim Naxçıvan kimi 

qatmaqarışıqlıqdır. Hökumət yaxşı deyil.



Bəhruz. Elədir, deyirdim.

Yasəmən.  Onda  kim  səni  buraxar  pis  hökumətin  yanına.  O  əziz  canın  üçün  özüm  gedib 

faytonun qabağını saxlaram.



Bəhruz. Qoçaq qızsan, bilirəm, saxlarsan. 

Yasəmən. Dayan hələ, ay dadaş, toyunda bir süzəcəyəm ki.

Bəhruz. Bir oyna görüm bacarırsan?

Yasəmən. İndi? Elə-belə, çalğısız-zadsız?

Şirin. Oyna qızım, qoy qardaşının ürəyi açılsın.

Yasəmən ağzında zümzümə eləyib, oynamağa başlayır. Bəhruz onun olduqca zərif, lakin naşı 

hərəkətlərinə baxır, gülümsəyir. Bu vaxt arxadan fayton zınqırovlarının səsi eşidilir, səs getdikcə 

yaxınlaşır, Yasəmən dayanır.

Bəhruz. Gələn var. 

Şirin. Yəqin Oğulbəydir. Yadına nə düşübsə qayıdıb.

Yasəmən qapını açır,əvvəl Eteri, sonra Vaso içəri girirlər.



Yasəmən (təəcüblə). Kimi istəyirsiniz?

Vaso. Bəhruz Kəngərli burada olur?


 

450


İthaflar

Yasəmən. Səni istəyirlər, ay dadaş!

Bəhruz (qapıya tərəf dönür, onları görür). Vaso, əziz dost (Qucağlaşırlar) Eteri!

Eteri (ona əlini uzadır). Bəhruz!

Bəhruz. Xoş gəlmisiniz. Bağışlayın, kasıb evidir.

Şirin.  Niyə  ayaq  üstə  durmusuz,  əyləşin  (onlar  Bəhruzun  yanında  əyləşdilər).  Yəqin  ki, 

Bəhruzun yoldaşlarısınız?



Vaso. Dostlarıyıq, anacan, Tilisdən gəlmişik. 

Şirin. Tilisdən? (Nə isə başa düşür, zənn ilə Eteriyə baxır). Xoş gəlmisiz, gözümüz üstdə 

yeriniz var.



Eteri (Bəhruza diqqətlə baxır, çox həyəcanlanır, ancaq qorxusunu, təlaşını gizlədir, özünü ələ 

almağa çalışır). Heç dəyişməmisiz, Bəhruz. Tilisdə gördüyüm kimisiniz.

Bəhruz. Siz də.

Şirin (bayaqdan heyranlıqla Eteriyə baxan Yasəmənə). Ay qızım, gedək qonaqlara çaydan-

çörəkdən düzəldək. 



Yasəmən (özünü saxlaya bilmir). Nə gözəl qızdır, ay ana? Elə bil ay parçasıdır.

Şirin. Gedək!

Onlar çıxır. Eteri Bəhruzdan gözlərini çəkə bilmir.



Bəhruz. Yenə siz məni axtarıb tapdız.

Vaso.  Eteri  səni  görmək  istəyirdi,  tək  qoymadım.  Deyən  kimi  Bəhruzun  yanına  getmək 

istəyirəm, dedim gedək,çəkərəm cəfanı. 



Bəhruz. Zəhmət çəkmisən, ancaq mən...

Eteri. Siz sağalacaqsınız, Bəhruz.

Bəhruz. Bundan sonra bəlkə... (pauza) Sənin işlərin necədir, Vaso?

Vaso. Mənim işim heç vaxt pis olmayıb, Bəhruzcan. Doğrudur məndən məşhur rəssam olmadı, 

amma indi Tilisdə, Qolonovski küçədə əmiri bir rəsm salonu açmışam, dünyanın bütün böyük 

rəssamlarının əsərlərini yığmışam ora. Lap başda da sənin çəkdiyin portret durur, Eterinin portrerti.  

Bəhruz. Mən ki, böyük rəssam deyiləm. 

Vaso. Böyük, kiçik. Sən gəl bu kefcil dostunun sözlərinə yaxşı qulaq as. Böyüklüyü hərə bir 

cür başa düşür. Bir də bu zəmanədə kimdir oğru ilə doğrunu ayıran? Görürsən istedadsız bir adamı 

qaldırdılar göyün yeddi qatına, nə var, nə yox, ilan knyazın bacısı oğludur, yaxud ilan mülkədarın 

nəvəsini alıb. Orada tərif, burada tərif. Amma əslində ortada heç nə yox. Ürək yox, istedad yox... 



Eteri. Təzə bir şey çəkmisizmi, Bəhruz?

Bəhruz.  Çəkmişəm,  budur  (Yaxındakı  mizin  üstündən  bir  albomu  götürüb  ona  verir). 

Buyurun, lakin burada gözəllik ilahəsi yoxdur. Qaçqın var, dilənçi, xarabəliklər, yanan zəmilər. 

Bunlar mənim vətənimin fəryadıdır, Eteri!..

Yenə öskürək tutur.



Eteri. İcazə verin, Bəhruz, sizə baxım. Axı, mən...

Bəhruz. Bilirəm. Doktorsuz. Mən portretinizi çəkəndə Peterburqda oxuyurdunuz.

Eteri. Mən o vaxt sizin üçün Rembrandtın Saskiyası olmaq istəyirdim.

Ona  baxır,  həyəcanı  getdikcə  artır,bir  kəlmə  danışmır,  amma  qəhər  onu  boğur,  ixtiyarsız 

olaraq gözlərindən yaş axır, Bəhruz bunu görür.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə