Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə121/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   117   118   119   120   121   122   123   124   ...   132

451

   


        

İthaflar


Bəhruz. Ağlamayın, Eteri. Mən sizin gülüşünüzü çox sevirdim.

Eteri. Elədir, çox sevirdiz.

Bəhruz. Bir də oxuduğunuz “Suliko” mahnısını.

Eteri. Elədir. 

Bəhruz. Sizdən bir ricam var, oxuyun “Suliko”nu. Heç olmasa bir bəndini.

Vaso (Eterinin tərəddüd etdiyini görərək). Oxu, Eteri.

Eteri (Kədərli bir ahənglə):

Çox çəkmişəm həsrətini,

Çox görmüşəm möhnətini.

Gəl bir gözüm görsün səni

Hardasan, mənim Sulikom!

Bəhruz.  Hardasan,  mənim  Sulikom  (pauza).  Görürsünüzmü,  Eteri,  mən  deyirdim  ki,  sizə 

əbədi səadət verməyə qüdrətim çatmaz.



Eteri. Mən sizdən onu gözləmirdim, yoxsa yadınızdan çıxıb?

Vaso (irəli gəlir). İstəyirsən mən də oxuyum Kintoların mahnısını.

Bəhruz. Nə deyirəm, oxu. 

Vaso.

Mən neylirəm sərvəti, 

Ver mənə bir afəti.

Yox, oxuya bilmədim. Kökdən düşmüşəm. Sənin də o halın deyil. Bəhruz, mən istəyirəm səni 

özümlə Tilisə aparım. Gedək bizimlə, yaxşıca müalicə eləyərlər. Doğrudur, Tilisdə indi it yiyəsini 

tanımır. Amma belə qalmaz.



Bəhruz. Hələlik siz qalın burada.

Şirin. Gözümüz üstə yerimiz var. Bəhruz da sizə baxıb şad olar (Eteriyə). Qalarsanmı, qızım?

Eteri. Bir müddət qonaq kimi qalaram.

Bəhruz. Eteri, başa düşürəm sizi. Siz mənim xatirimə əzab-əziyyətə qatlaşırsız, amma bəlkə 

gedəsiz? Salamon sizi çox sevirdi. Siz... Siz...



Eteri. Salamon Parisdədir. Ülfəti qaçırtdıqdan sonra işdən çıxardılar. Bir müddət Kaxetiyaya– 

öz kəndlərinə getdi. Axır vaxtlarda isə qaçdı.



Bəhruz. Sizsiz?

Eteri. Qaçmaq nicat yolu deyil. Yaşamaq, fənalığa qarşı vuruşmaq lazımdır.

Vaso. Mən də heç yana gedən deyiləm. Qurban olum Tilisin yazına da, qışına da, şərabına 

da, kababına da. Çəkdiyin portreti də Tilisdən heç yerə aparan deyiləm. Amma səni aparacağam!



Bəhruz. Yox, gedə bilmərəm, Vaso! Mən sənə dünyanın hər guşəsində xoşbəxtlik arzu edirəm. 

Qaldı ki, mənə... Bizdə gözəl bir məsəl var: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı...”.



Şirin. Parçalama ürəyimi, ay bala!


 

452


İthaflar

Bəhruz. Mən sənə bir yadigar vermək istəyirəm. Bu albomu.

Vaso (albomu əlinə alır). “Naxçıvan yadigarı”.

Bəhruz. Bəli, orada mənim sizdən ayrılandan sonra çəkdiklərim yığılıb. Lazım bilsən, sərginin 

bir bucağında saxlarsan.



Vaso. Bu mənim üçün böyük yadigardır, Bəhruz!

Bu vaxt arxadan top səsi gəlir.



Şirin. Bu nədir, ay bala?

Bəhruz (qulaq asır). Odur, onlardır!

Vaso. Kimlər?

Bəhruz.  Ülfət,  Ülfətin  dostları,  Qafqaz  alayının    döyüşçüləri.  Fırçam  haradadır,  anacan, 

haradadır kağızlarım?



Şirin. Neylirsən bu dar vaxtda, a bala?

Bəhruz. Mən onları görməyə gedirəm, o xilaskar əsgəri görməyə gedirəm. Gedək, Eteri! Siz 

də gəlin.



Evdən çıxırlar.

Şirin. Bəhruz, hara, dayan!

                               



İşıq sönür

YEDDİNCİ ŞƏKİL

Naxçıvan. 1920-ci ilin payızı.Sovet hakimiyyətinin ilk ayları. Böyük bağ. Burada Bəhruzun 

əsərlərindən ibarət sərginin açılışına hazırlıq gedir. Bəhruz öz şəkillərini asır.  

Vaso ona kömək edir. 

Bəhruz. Sağ ol, Vaso, daha bəsdir, yoruldun. Qalanını özüm asaram. 

Vaso. Belə işdən adam yorular?

Bəhruz. Get, bir az dincəl. Axşam çağı gəlib yenə baxarsan. 

Vaso. İndiyəcən heç yerdə belə şey görməmişəm. Qiyamətdir.

Bəhruz. Bunlar nədir ki, Vasocan, sən hələ çox gözəl sənətkarlar, çox gözəl sənət əsərləri 

görəcəksən. 



Vaso. İnanmıram səndən yaxşısı ola. Ver onu aparım asım.

Bir şəkil götürüb çıxır. Bəhruz başqa bir şəkli əlinə alır.



Bəhruz. Bunu təzə qurtarmışam. Bu etüdü də sağalandan sonra çəkmişəm. Pis deyil. Hansı 

bir alimsə deyib ki, sənətkarın öz əsərindən aldığı zövqü padşah öz taxt-tacından almır.

Yasəmən gəlir.

Yasəmən. Dadaş, ay dadaş!

Bəhruz. Yasəmən!

Yasəmən. Muştuluğumu ver, sənə bir müjdə verim!

Bəhruz (təəccüblə). Müjdə?

Yasəmən. Vallah, Bəhruz dadaş, muştuluğumu verməsən, deməyəcəyəm.



453

   


        

İthaflar


Bəhruz (gülümsəyir). Müştuluğun gözüm üstə, danış.

Yasəmən. Bu gün yenə rəsm dərsimiz vardı. Müəllim bizə xeyli rəsm çəkdirdi. Gül, at, uşaq. 

Mən də çəkdim. Qar altında ölən qardaşımın şəklini (Çantasından şəkli çıxarıb Bəhruza göstərir). 

Al, bax, vallah, lap oxşayır (Bəhruz şəklə baxır, gülümsəyir). Xoşuna gəldi?

Bəhruz. Sən rəssam olmaq istəyirsənmi, Yasəmən?

Yasəmən (ürkmüş). Rəssam? Müsəlman aləmində şəkil çəkməyi haram buyurublar, dadaş! 

Xüsusən qız uşaqlarına. 



Bəhruz. Sən hardan bilirsən bunları?

Yasəmən. Necə haradan bilirəm? Mollalardan eşitmişəm. Məsciddə. Lap öz kəndimzidə.

Bəhruz (onu bağrına basır). Ay mənim şirindil, ağıllı bacım! Boşdur bütün bu sözlər, əfsanədir 

bütün bu deyilənlər. Sən rəssam olsan bilirsən nə gözəl olar?



Yasəmən. Yəni çəkdiyim şəkil o qədər xoşuna gəlib?

Bəhruz. Çox. Sənin zərif barmaqların, həssas ürəyin xoşuma gəlib, Yasəmən.

Yasəmən. Elə isə vur mənim çəkdiyim şəkli özününkülərin yanına. Qoy gəlib görsünlər ki, 

böyük rəssamın kiçik bacısı da özündən pis deyil. 



Bəhruz. O da gözüm üstə.

Onu qucaqlayır, bu vaxt Şirin gəlir.



Şirin. Ay oğul, belə də iş olar, sən tutursan?

Bəhruz. Nə olub, anacan?

Şirin. Daha nə olacaq? Səhərin gözü açılandan evdən çıxansan. Dilinə bir şey də vurmamısan.

Bəhruz. Səbr elə, anacan! Qoy bu sərgini açaq, sonra yanından heç yana tərpənməyəcəyəm.

Şirin. Sən?

Bəhruz. İnanmırsan?

Yasəmən. Dadaşım nə vaxt yalan danışıb, ay ana?

Şirin.  Sən  də  onu  dilə  tutub  evə  gətirməkdənsə,  başlamısan  min  dərədən  söhbət  açmağa. 

(Əlindəki bağlamanı açır). Gəl bir az ye, dərdin mənə. Axı zəyifsən!

Bəhruz. Ac deyiləm, ana!

Şirin.  Ac  olmasan  da  gərək  yeyəsən.  Sonra  bədənin  zəyiləyər.  Bu  qədər  işin  qabağında 

yeməsən tablaşa bilməzsən, ay oğul!



Yasəmən. Dadaş, sən mənim canım ye, istəyirsən lap mən də bir tikə götürüm.

Onlar bağlamadan hərəsi bir parça götürürlər, yemək istəyərkən Ülfət gəlir.



Ülfət. Axır ki, gözlədiyimiz gün gəlib çatdı. Bəhruz Kəngərlinin sərgisi. Doğma şəhərdə, 

qədim Naxçıvanda.



Şirin. Sənin də çox köməyin dəydi, ay bala!

Ülfət. Səbr elə, hələ bu sərgini Bakıya da aparacağıq. 

Yasəmən.  Ay  ana,  gəl  gedək  görək  sərgi  necədir...  Səbrim  çatmır  ey  (Şirinin  qolundan 

yapışaraq aparır). 

Bəhruz. Bir şeyə oxşayır? Düzünü de, yaman nigaranam.

Ülfət. Nə danışırsan, burada qoca Şərqin sənətinin ətri var. Buradan Bəhzadın nəfəsi gəlir.

Bəhruz. Bir iki sənin kimi təriləyənim olsa, tarixin qızıl səhifələrinə düşərəm (gülüşürlər).

Yaxşı, sənin işlərin necədir? Teatrda nə var?




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə