Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə122/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   118   119   120   121   122   123   124   125   ...   132

 

454


İthaflar

Ülfət. İnqilab komitəsi bizə çox kömək edir. Adamlar da həvəslə işləyirlər.

Bəhruz.'>Bəhruz. Eşidirəm, səsiniz gah kənddən gəlir, gah yaylaqdan.

Ülfət. Elədir. Konsert veririk. Şeir oxuyuruq. Bəhruz, demə çox sevirmiş xalq bu sənəti, hə, 

yadıma düşdü, istəyirik “Nadir şah”ı hazırlayaq.



Bəhruz. Gözəl ikirdir. 

Ülfət. Tərtibatı da sənin boynuna.

Bəhruz. Məmnuniyyətlə. Mən Nərimanın sənətinə pərəstiş edirəm. Öz aramızdır. Eteri səni 

Metexdən qaçırtmasaydı, bu arzular gözündə qalacaqdı ha...



Ülfət. Rəssamın məhəbbəti artisti ölümdən xilas etdi. Böyükdür məhəbbətin gücü. 

Bəhruz. Təkcə artisti yox, üsyançını, inqilabçını.

Bu vaxt Eteri əlində bir dəstə qızıl gül gəlir.



Ülfət. Xoş gördük, Eteri xanım! 

Eteri. Sağ olun.

Ülfət. Yaxşı, mən gedim, görüm, sərgidə nə var?

Çıxır.

Bəhruz. Eteri!

Eteri. Mən sizi təbrik etməyə gəlmişəm. 

Gül dəstəsini ona verir.



Bəhruz. Qızıl gül, məhəbbət rəmzi.

Eteri. Xoşbəxtsinizmi?

Bəhruz. Bilmirəm.

Eteri. Siz böyük sənətkarsız.

Bəhruz. Amma bədbəxt adamam.

Eteri. Bu nə sözdür?

Bəhruz. Mən sizi xoşbəxt eləyə bilmədim. Bəlkə də qürbətdə Salamon məni hər gün lənətləyir. 

Eteri. Onun buna haqqı yoxdur.

Bəhruz. Axı, siz...

Eteri. Mən uşaq deyiləm, Bəhruz. Məhəbbətin mənası yalnız vüsalda deyil. Sizin eşqinizlə, 

həsrətinizlə keşən illər, mənim ömrümün ən gözəl səhifələridir. 



Bəhruz (həyəcan və riqqətlə). Mənim sevincim, mənim gözəllik ilahəm (Eteri gülür). Niyə 

belə gülürsüz?



Eteri. Müctəhid bağındakı ilk görüşümüz yadıma düşdü. 

Bəhruz. Mən onda sizi itirmişdim, indi tapmışam. Amma indi...

Eteri. Məni itirməkdən nə yaman qorxursuz?

Bəhruz. Qorxuram, Eteri, çox qorxuram. Axı mən ürəyimdə yalnız sizin eşqinizi, dodaqlarımda 

yalnız sizin adınızı gəzdirmişəm.



Eteri. Biz ki, bir yerdəyik. Bundan sonra mən heç yerə getməyəcəyəm.

Bəhruz. Amma mən... Oxu Eteri, şirin, ürək açan bir mahnı oxu, özü də gözlərini mənə dik.

Eteri onun sinəsinə sığınır və gözlərini ona zilləyərək oxuyur, bu vaxt Vaso və Oğulbəy gəlir.



Oğulbəy. Afərin dostuma, əhsən...


455

   


        

İthaflar


Vaso. Sən sərgidən danış, sərgidən.

Oğulbəy. Gözüm üstə. Amma bir şərtlə? 

Vaso. sən dedin, nə də biz eşitdik, eləmi?

Oğulbəy. Yox, bunu mən deyim, qoy bütün aləm  eşitsin (Bəhruza lap yaxın gəlir, sevinc 

və həyəcanla). Afərin dostuma, əhsən. Bu Oğulbəy canı, öz sənətinin Fərhadısan sən. Rənglərin 

qəlbimə yatdı, nə gözəl sərgi yaratdın?! Olacaq çəkdiyin hər lövhəyə heyran, neçə min türfə gözəl, 

mehriban oğlan. Biləcək şöhrətini kənd də, şəhər də, çəkdiyin hər bir əsərdə duzu var Naxçıvanın. 

Təkcə  bir  Naxçıvanın  yox,  Şəkinin,  Lənkəranın,  Gəncənin,  Zəngilanın,  müxtəsər  yurdumuzun, 

arzumuzun ətri gəlir hər əsərindən, sənə əhsən, yenə əhsən, yenə əhsən, yenə əhsən.

Bu vaxt Yasəmən səhnəyə çıxır.

Yasəmən. Ay dadaş, gəl gedək. Camaat sərgini açmayıb, səni gözləyir, gedək!

Bəhruz. Gedək!

Onlar əl-ələ verib səhnədən çıxmaq istərkən Bəhruzu öskürək tutur, əlindən fırça yerə düşür. 

Eteri. Bəhruz, nə oldu, Bəhruz!

Bəhruz. Mən... Mən yaşamaq istəyirəm... Zəhmət, arzu, ümid dolu günlərlə, xüsusən indi. 

Görürsünüzmü günəşin şəfəqlərinini, eşidirsinizmi gülüşləri?!



Eteri. Sən yaşayacaqsan, Bəhruz! Hələ çox yaşayacaqsan.

Bəhruz. Yox... Sizdən bir xahişim var. Yasəməndən muğayat olun, oxutdurun onu! Qoyun o, 

gözəl bir rəssam olsun.



Yasəmən. Mən? (Bəhruzun yerə düşmüş fırçasını götürüb ona vermək istəyir). Al, ay dadaş! 

Axı hələ o çəkdiyin  böyük şəkil yarımçıqdır!



Bəhruz. Yox Yasəmən! O yarımçıq şəkli sən tamamlayacaqsan...Sən bu fırça ilə insanlara 

gözəllik, sevinc, məhəbbət bəxş elə!



Diz üstə çökür. Eteri onu qucaqlayır. Yasəmən qolundan yapışıb qaldırmaq istərkən...

Pərdə


 

456


İthaflar

Zaur Vedili

HƏMİŞƏ YAŞARDI BƏHRUZ

 

Gözəl rəssam Bəhruz Kəngərlinin



unudulmaz xatirəsinə.

Rənglər dünyasına qərq olan gündən,

O sirli aləmə baxmayıb gendən.

Ömrünü vədəsiz bürüsə də çən,

Yenə hər fəsildə bahardı Bəhruz.

Heyif, az yaşadı o sənət zəri,

Çox vaxtsız bağlandı ömür dəftəri.

Qədim Nuh yurduna illərdən bəri,

Rənglər dünyasında vüqardı Bəhruz.

Ona ilham verdi əlvan boyalar,

Ona paklıq verdi çaylar, dəryalar.

Ona vüqar verdi dağlar qayalar,

Kəmkidi, Murovdu, Qoşqardı Bəhruz.

Bəxtindən xoş günlər olsa da sürgün,

Heç onu unutmaq olarmı mümkün?

Otuz yaş nədir ki,bir insan üçün?!

Gözdə nur, ürəkdə qubardı Bəhruz.

Rənglərin gözüylə baxıb cahana,

Hər rəng bəxş eləyib bir ömür ona.

Mümkün deyil çata bu ömür sona,

Ölməyib, həmişə yaşardı Bəhruz.



457

   


        

İthaflar


Turə Dünyamalıyeva. “Bəhruz Kəngərli”. Toxuma. 50x40. 2002

Bəhruz bəy Kəngərli tələbəlik illərində


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə