Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

132                                                                           II fəsil                                                                                                                                                  
olunur (6, 52-53; 80, 27). Bu bir yandan qafiyə ilə əlaqədar 
olub, eyni zamanda ritmi saxlamağa, daha doğrasu 
misralara müəyyən ritm verməyə kömək edir. Həmin tip 
təkrarların bir cəhəti də ondan ibarətdir ki, birinci misrada 
ümumi  şəkildə  işlənmiş  və müxtəlif mənalarda anlaşıla 
bilən söz, ikinci misrada təkrarlanarkən dəqiqləşdirilir, 
konkret mənada üzə çıxır. 
Təəssüf ki, tədqiqatçılarımız bəzən bu həqiqətdən yan 
keçirlər: 
Əzizi, gör dügünü,  
Sinəmdə gör dügünü.  
Könül sevdigin istər  
Göz istər gördügünü.  
Namərddə söz əglənməz,  
Мərd deməz gördügünü — 
altılığunın ilk iki misrasını 
Əzizi gördü günü  
Sinəmdə gör dügünü — 
kimi vermişlər (53, 33: 56, 42) ki, bu da əslində müəllifin: 
«Əzizi, düyünə bax, Sinəmdəki düyünə bax» fikrinin təhrif 
edilməsinə, misralar arasında məna bağlılığının 
pozulmasına gətirib çıxarmışdır. 
Maraqlıdır ki, Məhəmməd  Əmani,  Əzizi və s. kimi 
bayatı ustalarının yaradıcılığında belə  təhriflərə  təsadüf 
edilmir. 
Demək lazımdır ki, əvvəllər bayatılarda misralar 
arasında məna bağlılığından danışarkən «çox hallarda 
birinci və ikinci misralarda fikir bəsit olur, sanki sonra 
gələn üçüncü və dördüncü misralar üçün hazırlıq rolu 
oynayır» (61, 160) deyən professor V.Vəliyev sonralar bu 
fıkrindən dönür və qeyd edir ki, sonuncu misraları 
bayatıdan ayrıca götürərək əvvəlki misralara qarşı qoymaq 
düzgün deyil- 
Kərkük folklorunun janrları                                            133 
dir.  Əgər  əvvəlki misra olmasa, sonuncu misraların 
özlüyündə  mənası  о  qədər də  təsirli olmaz. Bayatının üç 
və dördüncü misralarının məna kəsəri və siqləti birinci və 
ikinci misradan asılıdır (64, 129). 
Bu, xoyrat və manilərdə  də belədir. Bu kamil sənət 
əsərlərinin bir çoxunda ilk iki misra, sonrakı iki misrada 
veriləcək poetik fikri fəlsəfi və  məna cəhətdən 
qüvvətləndirmək üçün zəmin yaradırsa da, misralar 
arasında bağlılıq aydınca hiss edilir: 
 
Qanad ağlar;  
Ox titrər, qanad ağlar. 
Ovum yaralı getdi 
Boyandı qana dağlar. 
Fələyin işi düşsün,  
Yaydan kirişi düşsün 
Fələyin də bizim tək 
Namərdə işi düşsün. 
Başqa qisim xoyrat və manilərdə isə bütün misralar 
ayrıca məzmuna malik olur. Üçüncü manidən göründüyü 
kimi, hətta birinci və ikinci misralar sonrakı misralardan 
daha dərin fəlsəfi əhəmiyyət kəsb edir: 
 
Əkmə bitmiyən yerə,  
Саn vər itmiyən yerə. 
Ayaqlar necə varsın  
Könül getmiyən yerə. 
Səhərin vaxtı keşdi  
Bir ulduz axdı keşdi. 
Dünya bir pəncərədi  
Hər gələn baxdı, keşdi. 
Çox geniş  əhatə qüvvəsinə malik olan dördüncü 
nümunədə isə xalqın əsrlərlə topladığı həyat təcrübəsinin 


134                                                                             II fəsil 
nəticəsi «Bir ulduz axdı, keşdi», yəni ulduzun axması ilə 
«dünyadan bir nəfər köçdü» inamı və dərin fəlsəfi məna -
«Dünya bir pəncərədi, hər gələn baxdı, keşdi» çulğaşır. 
Burada misralar bir-biri ilə  sıx vəhdət təşkil edir ki, onu 
yaradan sənətkarın ecazkar qüdrəti sayəsındə kamil sənət 
nümunəsi səviyyəsinə qalxır. 
Misralar arasında məna 
əlaqəsi məsələsində 
folklorşünas Q.Namazovım fikri də maraq doğurur. Onun 
fikrincə xoyrat və bayatıda hər misranın öz vəzifəsi, öz adı 
vardır. Tədqiqatçı 
Belə bax; 
Kəmər düşdü, belə bax, 
Qocaldım, günüm keşdi 
Pünhan oldum, belə bax  
kəsik bayatını misal göstərir və qeyd edir ki, bayatının ilk 
başlarığıc misrası imla, ona həmqafiyə quruları ikinci 
misra inşa, mətləbi-ideyanı ifadə edən üçüncü misra - 
məlum,  şeri tamamlayan dördüncü misra məxrəc adlanır 
(158,40-41). 
Maraqlıdır ki, professor Cəfər Xəndan misralar 
arasında qarşılıqlı əlaqə məsələsinə tamam başqa cəhətdən 
yanaşmışdır. Görkəmli  ədəbiyyatşünasın fikrincə  «İki 
əvvəlinci misrada çox zaman həyat, təbiət və yaşayış 
haqqında təsəvvür verilir, Son misralarda isə lirika, hiss, 
həyəcan, bir şəxsiyyətin daxili vəziyyəti verilir» (254, 
165). 
Demək olar ki, eyrıi fikrə professor Musa Adilovda da 
təsadüf edilir. Tədqiqatçının fikrincə  hər bir bitkin, kamil 
bayatı iki paralel hissədən ibarətdir. Birinci hissə  əvvəlki 
iki misranı  əhatə edir və burada cansız aləmdən söhbət 
gedir, ikinci hissə isə iki son misranın əhatə edir və burada 
canlı aləmdən söhbət gedir (260, 617). 
Tədqiqatçı sonralar bu fikrini daha da inkişaf etdirərək 
yazır: «Müstəqil və bütöv bir əsər olan hər hansı bayatı iki 
paralel hissədən təşkil edilir. Həmin paralel tərkiblərin biri 
cansızlardır, ikincisi isə canlılardan bəhs edir, can- 
Kərkük folklorunun janrlar                                              135 
sızlara aid hissə ilə sonra gələn canlılara aid hissə bayatıda 
ardıcıl gəlir, yanaşı yaşayır, paralel şəkildə mövcud olur. 
Hər hansı bir bayatıda bu ümumi cəhəti görmək 
mümkündür» - deyir və doğru olaraq: «İkinci misralar əsas 
fikri məna və ritmik cəhətdən qiymətləndirməyə xidmət 
edir» qənaətinə gəlir (6, 51, 52). 
Həcmcə kiçik, mənaca böyük olan, xalqın yaradıcı 
dühasından xəbər verən, əsl sənət nümunələri olan xoyrat 
və manilər qonşu xalqlar arasında da geniş yayılmışdır. 
Bu baxımdan da xoyratlar və bayatılar fərqlənmirlər. 
Doğrudan da «hər birində bir mənzumədəki qədər fıkir və 
duyğu ifadə edilən» Azərbaycan bayatılarının da sehri 
qonşu xalqları ram etmişdir (70, 6; 67, 65-84). Bayatıları 
istər yaşlı, istərsə də cavanlar olsun, hamı sevir. Adamlar 
qəm, qüssə, kədər, hüzn, sevgi-məhəbbət, istək, dilək, 
arzu, həsrət, narazılıq və s. hisslərini bayatılar vasitəsilə 
bildirirlər. Matəm mərasitnində onlardan istifadə edirlər. 
Nəhayət, fikir və duyğularını bayatılarla izhar edirlər. 
Təsadüfi deyildir ki, Azərbaycan dili Qafqazda ümumi 
folklor dili olub (70, 6). 
Azərbaycan folklorundan qidalanan, onu «zəngin 
xəzinə» adlandıran qonşu xalqların 
ədəbiyyat 
klassiklərinin xoyrat və manilərə müraciət etməsi də 
deyilənləri təsdiqləyir. Məsələn: 
Keşdi ömrüm; 
Gör necə keşdi ömrüm. 
Harayladım dönmədi, 
Elə bil heşdi ömrüm. (69, 175) 
Oda düşən mənmişəm, 
Yanıb oda dönmüşəm. 
Od olub işıq verdim  
Işıq verib sönmüşəm. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə