Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

128                                                                            II fəsil                                                                                                                                   
dəqiq, daha tutarlı, daha inandıncı demək üçün xoyratlarda 
çoxlu atalar sözündən də istifadə edir. Bu da təbiidir. 
Xoyrat və manilər, eləcə  də bayatılar  şifahi xalq 
ədəbiyyatının başqa növ və janrları, xüsusən də qafıyələn-
mənin ilk baş verdiyi janrlardan olan atalar sözü və  mə-
səllərlə sıxı bağlıdır. 
Bəzi tədqiqatçıların fikrincə, bayatı ilə  işlənən atalar 
sözləri və  məsəlləri qədim bayatılarda axtarmaq lazımdır 
(264, 170). 
Rus folklorşünaslığında da bəzi atalar sözlərınin xalq 
mahnılarından yarandığını göstərənlər vardır (296, 220: 
301, 161). Bunun əksinə olaraq M.Ştokmar qeyd edir ki, 
«Ənənəvi mahnılardan yaranan bir dənə  də atalar sözü 
yoxdur...» Atalar sözləri qafiyələnən xalq yaradıcılığının 
ilk poetik janrıdır (336, 151, 163). 
Göründüyü kimi, tədqiqatçı atalar sözlərinin daha 
qədim olması fikrini ortaya atır. 
Buraya onu da əlavə edək ki, Kərkük dolaylarında təzə 
yazmağa başlayan gənc  şairlər də, orta və yaşlı  nəsil də 
xoyratlarda hər addımbaşı atalar sözü və  məsəllərdən 
istifadə edirlər. Ümumiyyətlə, xoyratlarla işlənən atalar 
sözləri çoxdur: Əyri ağac düz olmaz, rəndə vursan yüz 
yerdən; Dəyirınan işin görər, çaqçağa baş  ağrıdar; Qılınc 
kəsınəyən əri bir quru söz öldürər; Divarı nəm yıxar, insanı 
qəm; Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər; Düşənin 
dostu olmaz; Bilənə bir söz yetər, bilməyənə yüz oxu; 
Tərəzin əyiləndə, hər gələn bir daş atar; Ayağını yorğanına 
görə uzat və s. kimi onlarca atalar sözü göstərmək olar. 
Atalar sözləri xoyratlarda böyük ustalıqla işlədilir. 
Məsələn: 
Bir daş atar; 
Bir kirəс, bir daş atar. 
Tərəzin əyilndə 
Hər gələn bir daş atar. 
Кərкüк folklorunun janrları                                            129 
Arzular gedər;  
Qəmbər - Arzular gedər. 
Bəsləmə yad ördəgin  
Vətən arzular gedər. 
Göründüyü kimi, bir tərəfdən atalar sözləri və 
məsəllərdə müdrikliklə, yığcam  şəkildə deyilmiş ifadələr 
xoyratların bədii dəyərini artırır, digər tərəfdən də 
xoyratlar atalar sözü və məsəllər kimi bədii söz xəzinəsini 
daha da zənginləşdirir, onların daha geniş yayılmasına 
kömək edir. 
İraq-türkman xoyratlarının səciyyəvi 
xüsusiyyətlərindən biri də  əksər xoyratlarda misralar 
arasında məna bağlılığının olmasıdır.  Əta Tərzibaşı bu 
münasibətlə yazır: «Xoyrat və manilərimizin başlıca 
vəzifələrindən biri də bunların  ən çox qanadları arasında 
məna bağlılığının mövcudluğudur» (212, 41). 
Tədqiqatçının müqayisə üçün verdiyi xoyrat və 
manilərdə misralar arasındakı bağlılıq göz qabağındadır: 
Dolandı gün;  
Döndü gün, dolandı gün.  
Mən sənə daldalandım  
Sənə də dolandı gün. 
Avçılar av tutmasın  
Çaxmağı qav tutmasın.  
Səni vuran avçının  
Qolları yay tutmasın. 
Əta Tərzibaşı xoyrat, mani və bayatıları misralar arası 
məna bağlılığı baxımından müqayisə edərək başqa bir 
münasibətlə yazmışdır: «Xoyrat qanadları arasında məna 
bağlıbğının mövcudiyyəti haqqında ilk dəfə olaraq 
tərəfimizdən irəli sürülən görüşü doğru bulan azərbaycanlı 
professor M.H.Təhmasib azəri bayatıları üçün də bunu 
eynən qəbul etməkdədir ki, bu baxımdan Kərkük xoyratları 
ilə Azərbaycan bayatılarının biri-birindən ayrılmadığını 
önə sürür» (212, 74). 


130                                                                              II fəsil 
Həqiqət naminə demək lazımdır ki, bayatilarda sətirlər 
arasında məna bağlılığının olduğuna biz hələ 1943-cü ildə 
M.H.Təhmasibin çapına müvəffəq olduğu «Bayatılar» 
kitabına yazıçı M.Hüseynin yazdığı sanballı giriş 
məqaləsində  təsadüf edirik: «Elə bayatılar var ki, 
yaradıcının məharətindən asılı olaraq sətirlər arasındakı 
əlaqə son dərəcə sənətkaranə gözlənilmişdir: 
Əzizim, aydın olsun, 
 Ay doğsun, aydın olsun. 
Gəl yardan xəbər verim, 
Gözlərin aydın olsun — 
deyərkən, ayın doğması ilə şad xəbər arasındakı əlaqə 
olduqca üzvi və təbiidir. Lakin hər vaxt belə olmur: 
Mən aşiqəm, ya xannan,  
Ya sultannan, ya xannan.  
Bir dəstə gül olaydım, 
Asılaydım yaxannan. 
Burada birinci hissə ilə ikinci hissə arasındakı  əlaqə 
çox uzaqdır. Lakin ən yaxşı bayatılar üçün birinci təsadüf 
daha xarakterikdir» (51, 16). 
Doğrudur, Əta Tərzibaşı da bütün xoyrat və manilərin 
misraları arasında məna bağlılığı olduğunu təsdiq etmir. 
Əksinə, tədqiqatçı «bununla bərabər qanadları arasında 
məna bağlılığı bulunmayan xoyrat və manilərimiz də yox 
deyildir» (212, 41) qənaətinə gəlir. 
Təəssüflə qeyd etməli oluraq ki, son vaxtlara qədər 
əksər tədqiqatçılarımız bayatı-xoyrat və manilərin birinci 
və ikinci misralarının ümumiyyətlə formal xarakter 
daşıdığını və sonrakı iki misradakı fikir üçün bir növ zəmin 
hazırladığını qeyd edirdilər. 
Tədqiqatçı Ayaz Vəfalı bunun çox zərərli olmasını 
ürək ağrısı ilə qeyd edir: «Bu səyin az qala ümumi bir 
Kərkük folklorunun janrlar                                            131 
şəkil alması bununla nəticələnmişdir ki, bayatılarımız 
ciddi zəhmət bahasına ümumittifaq miqyasına çixarılarkən 
kitabın müqəddiməsində elə  о cür də  təqdim edilmişdir. 
Beləliklə, xalq şerinin bu əvəzsiz mimunələri, 
folkloramuzu orijinaldan öyrənmək imkanı olmayan 
oxuculara istəsək də, istəməsək də, bədii cəhətdən qeyri-
mükəmməl kimi nişan verilmişdir.  İndi bu «ənənəvi» 
fikrin 
əleyhinə 
çıxanların səsi daha ucadan 
eşidilməkdədir» (69, 173). 
Elə buradaca göstərmək lazımdır ki, bəzi bayatıların 
çap variantında misralar arasında məna bağlılığının 
olmamasında, onların qeyri-mükəmməl səviyyəyə 
endirilməsində  tədqiqatçıların diqqətsizliyi və eləcə  də 
bəzilərinin naşılığı az rol oynamamışdır. Təcnislərlə 
cinaslı bayatıları qarışdırmışlar. Bayatılarda işlənən cinas 
qafiyələr  şerə xüsusi gözəllik, oynaqlıq və musiqi ahəngi 
verir (78, 27). Odur ki, bayatılardan cığalı  təcnislərdə  də 
istifadə edilmiş, yəni təcnis yaradan sənətkar qoşmanın, 
müxəmməsin və s. arasına dörd və hətta altı misralı bayatı 
şəklində incilər - cığalar daxil etmişdir (250, 83). Bu, həm 
melodiyanı, həm də poetik tutumu gücləndirmişdir. 
Bayatılarda olduğu kimi, təcnislərdə də cinas qafiyələr 
işlənir. Məsələn: 
 
Lazım olur yoxsul üçün bircə mal,  
Leyli isən göstər тəпə bir camal.  
Laf eyləmə, var saqidən bir cam al.  
Leysan çeşmim məni eylər sənə mal. 
Lakin göründüyü kimi, bütün misralarda cinaslar 
mürəkkəb formadadır. Təcnislərdən fərqli olaraq 
xoyratlarda birinci misra ilə ikinci misradakı cinas 
sözlərdə daxili bölgü hərfı-hərfinə uyğun gəlməlidir. 
Professor Musa Adilov və iraqlı tədqiqatçı Qasım San 
Kəhiyənin haqlı olaraq göstərdikləri kimi, birinci misrada-
kı qafiyə əmələ gətirən söz ikinci misrada mütləq təkrar 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə