Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə30/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

124                                                                           II fəsil 
Bir çox xoyrat və bayatılar eyni dastanlardan, eyni 
qəhrəmanlardan, eyni toponimlərdən söhbət açır: 
Bağdad yolu Gəncədi;  
Gülü pəncə-pəncədi.  
Demə sizdən irağam, - 
Bu sevda ölüncədi (212, 453). 
Gənc Əlidi;  
Bir qolu qönçəlidi.  
Harda bir qərib görsən  
Elə bil gəncəlidi (212, 114). 
Saysız-hesabsız bayatılarda Bağdad, Fərat,  İraq, 
Məndəli, xoyratlarda isə Qarabağ, Gəncə, Şəki, Şirvan və 
s. kimi coğrafi adlara rast gəldikcə yazıçı Elçinin sözləri 
göz önünə  gəlir: «Bu coğrafi adlar bu gün xalq 
ədəbiyyatında rəmzi məna daşımağa başlayıb. Nisgillə 
dolu olan bu sözlərdə  əlçatmazlıq, ünyetməzlik var. 
Ayrılığın ağrısı, acısı var» (90). 
Kərküklü folklorşünas  Əta Tərzibaşı da bu məsələyə 
öz münasibətini bildirınişdir: «Bizim xoyrat və 
manilərimizin ilgisi, ən yaxın olarnı mühəqqəq ki, azəri 
olanlarıdır» (205, 140; 212, 40). 
Professor M.Quluzadə  İraqda yazıb-yaradan dahi 
şairimizin yaradıcılığı ilə məşğul olarkən təbii ki, Füzulini 
yetirən, ona qol-qanad verən xalqın,  İraqda yaşayan 
azərbaycanlıların - türkmanların folklorunu da izləmiş  və 
yazmışdır: 
«Xoyratlar öz dil xüsusiyyətləri, üslub və ifadə 
tərzləri, obraz və  bədii təfəkkürün xarakteri etibarilə 
Azərbaycan bayatılarının ayrılmaz bir hissəsi, müəyyən 
variantlarıdır» (86, 9). 
Uzun müddət Azərbaycanda tədqiqat aparan kərküklü 
alim Sinan Səid də xoyrat və bayatıların bir xalqa mənsub 
olduğunu, fərqləmnədiyini qeyd edir: «Xoyrat və 
bayatıların 
Kərkük folklorunun janrları                                             125 
kökü və  əsli birdir, daha dəqiq desək bunlar iki ayrı isim 
daşıyan bir ədəbi vahiddir» (197, 209). Xoyratlar uzrə 
tədqiqat aparan Məhəmməd Mehdi Bayat da təbii ki, bu 
məsələyə öz münasibətini bildirmiş, haqlı olaraq onların 
eyni xalqın ədəbi məhsulu olduğunu göstərmişdir: «Əcəba, 
xoyratlar azəri və ya bizimdir? ... iştə  hər iki ölkədə 
xoyratlar baba malı kimi ortaqlı bulunur» (80, 189). 
Bu baxımdan Mustafa Ziya ilə birgə xoyratlarla 
bayatıları müqayisəli  şəkildə 382 səhifədən ibarət kitab 
halında çap edən, vaxtilə Azərbaycanda aspiranturanı 
qurtararaq elmlər namizədi adına layiq görülən iraqlı 
tədqiqatçı , Əli Bəndəroğlunun gəldiyi nəticə  də maraq 
doğurur: «Görünür ki, bayatı, xoyrat və mani elliklə yapı və 
mövzu baxımından ortaqdır, hətta eynidir» (56, 7). 
Xoyratlar və manilər, ümumiyyətlə  İraq-türkman folkloru 
ve eləcə də dialekti barədə türk alimlərinin də rəyi maraq 
doğurur. Kərküklü folklorşünas Molla Sabirin üç hissədən 
ibarət «Kərkük müntəxəb xoyratları» kitabının  əlyazması 
ilə tanış olan türk alimləri Kərkük dialektinin Azərbaycan 
dialekti olduğunu, xoyratların isə bayatılardan heç cür 
fərqlənmədiyini göstərmişlər (129, 176-178). Mir oğlu 
Cəmil yazır: «Molla Sabirin «Kərkük müntəxəb 
xoyratların»ndan görünür ki, dilləri Türkiyə, yəni qərb 
türkcəsinə  ən yaxın türk ləhcəsi olan azəri ləhcəsindən 
həmən-həmən fərqsizdir» (131, 140). 
Türkiyənin  Əskişəhər institutunda müəllim işləyən 
Vahabi Aşqun Molla Sabirin kitabının II və III qismini 
oxuyaraq,  İstanbulda çıxan «Dünya» qəzetinin 5 mart 
1954-cü il tarixli nömrəsində  və kitabda yazırdı: «İlk 
kitabda olduğu kimi bu kitabdakılar da azəri 
ləhcəsindədir» (131,67).  
Vahabi: 
 
Axşam arada qaldı 
Xəncər yarada qaldı 
Mənim bedasıl yarım 
Вilməm harada qaldı - 


 
126                                                                              II fəsil 
bayatısını göstərir və: «Şu deyişlər azəri lahcəsinin 
özlügünü taşımaqdadır» (131, 67) hökmünü verir. 
Türkiyə Dil Qurumunun direktoru Ömər Asimin fıkri 
də xoyratlar barədə gəldiyimiz qənaətə dayaq olur: «Böyük 
bir diqqət və uzun bir səbr və əmək məhsulu olan kitabını 
bən və arqadaşlarım zövq və istifadə ilə oxuduq. Azəri 
ləhcəsində gözəl örnəkləri olan bu xalq şerlərində bizim 
dövrləmələrə  sıqı-sıqıya bağlı  kəlimələr, təbirlər vardır» 
(131, 57). 
Doğrudur,  Əta Tərzibaşı xoyratın Qaraqoyunlu və 
Ağqoyunlu türkman dövlətləri zamanı  İraqın türkman 
bölgələrində yaranıb Türkiyə  və  İranın  şimalında  əhalisi 
türkman olan Təbriz və Rusiyada əhalisinin  əksəriyyəti 
türkman olub, azəri və ya azərbaycanlı adlanan 
Azərbaycana yayıldığını qeyd edir (74, 8). 
Kərküklü tədqiqatçı Sinan Səid və folklorşünas Ayaz 
Vəfalı Əta bəyin bu qənaətinə etiraz edirlər (197, 206: 68,  
12-13). 
Həqiqət naminə demək lazımdır ki, Əta Tərzibaşı da, 
Sinan Səid, Əli Bəndəroğlu, Məhəmməd Mehdi Bayat və 
başqa  İraq-türkman tədqiqatçıları kimi, xoyrat, bayatı  və 
maniləri ortaqlı sayır. Məhz buna görə  də Azərbaycan 
bayatılarına dair təsnifatı bütövlükdə xoyrat və manilərə də 
aid etməyi məqbul hesab etdik. Mövzuya görə xoyrat və 
maniləri: təbiət və  təbiət gözəlliklərini tərənnüm edən, 
əmək-zəhmət, sevgi-məhəbbət, ictimai məzmunlu və 
məişət xoyrat və maniləri ümumi başlıqları altında 
qruplaşdırmaq olar. 
Xalqın ictimai həyatının bütün sahələrinə sirayət edən, 
onun mənəviyyatını, dünyagörüşünü, bəşəri duyğularını 
göstərən, hiss və həyəcanını, sevinc və möhnətini, gərdişə 
münasibətini, sevgi-məhəbbət və nifrətini, həyat və mühitə 
münasibətini, arzu və istəyini, həyat eşqi - yaşamaq 
həvəsini, intizar və  həsrətini, daxili aləmini, mübarizə  və 
dözümünü, xoşbəxtlik və ləyaqətini, inam və eti- 
Kərkükf olklorunun janrları                                            127 
qadını, ar-namus və qeyrətini, hünər və şücaətini, saf əməl 
və vicdanını, təmiz adını, zülm-zorakılıq və haqsızlığa 
qarşı mübarizəsini, ah-nalə, üzüntü-nigarançılıq və 
iztirabını, vəfa-sədaqət və etibarını,  əzab-əziyyətini, 
vətənə, xalqa bağlılığını, vətən torpağının toxunulmazlığı 
və müqəddəsliyini, vətən həsrətini, ayrılıq-hicran və 
fəraqını, yad el - qürbət hisslərini, mərdlik və igidliyini, 
insan-pərvərliyini, insana münasibətini,  şikayət və 
narazılığını, qəzəb və hiddətini, ümid və arzularını, əməyə-
zəhmətə münasibətini, sayıb-sayılmağını, gün-güzəranını, 
bəxt-tale, yoxsulluq və ehtiyacdan umu-küsü və giley-
güzarını, ifitixar, məğrurluq, dostluq, iradə, nikbinlik 
hisslərini, təsəlli və nisgilini, ağrı-acılarını, sıxıntısını, 
tənə-qaxınc, məzəmmət və töhmətini, öyüd-nəsihət və 
hikmətini, həyat təcrübəsini, ailə-məişət münasibətlərini və 
s. poeziyanın sehrkar dililə ifadə edən ölümsüz xoyrat və 
manilər İraq-türkman folklorunun çələngidir. 
Göründüyü kimi, həyatın elə bir sahəsi yoxdur ki, 
xoyratlarda öz əksini tapmasın. Bu təbiidir. Təsadüfi 
deyildir ki, V.Q.Belinski yazırdı: «Poeziya həyatın 
təcəssümüdür, daha doğrusu həyatın özüdür. Hələ bu 
harasıdır. Poeziyada həyat həqiqətdə olduğundan daha 
həyatidir» (274, 169). 
Demək lazımdır ki, epik növdə xalqın dilək və arzuları 
müəyyən  əfsanəvi ünsürlərlə qarışdığı halda, lirik növdə, 
xüsusən də bayatı, xoyrat və manilərdə bu dilək və arzular 
tamamilə real ünsürlərdən ibarət olur. Buradakı sevgi də, 
nifrət də, kədər və ələm də həyatiliyi ilə seçilir(51, 14). 
Xoyratları fərqləndirən ən başlıca cəhət hər birində bir 
dünya fikir olan, hər misrasına bir dünya ürək döyüntüsü 
sığan, hər biri ayrı-ayrılıqda bitkin bədii əsər olan bu kiçik 
parçalarda məna ilə  bərabər, fəlsəfi fikrin yığcamlığı, 
əxlaqi və ictimai anlamların dərinliyidir. Hələ bu az imiş 
kimi, xalq yeri gəldikcə öz ürək sözünü daha 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə