Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə29/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

118                                                                          II fəsil 
olanlar.  Əvvəlki yeddi bölgüyə aid manilər lap çoxdur. 
Misralarda hecaların bölgüsü 1+2 + 3 + 1 olan isə  təkcə 
aşağıdakı manidir: 
 
Sən mənim mürşüdüm, yar,  
Aç qoynun, üşüdüm, yar,  
Dərd söylə, саn deyim mən  
Bir səsin eşidim yar. 
Burada hecaların bölgüsü, daha doğrusu qruplaşması 
etibarı ilə fərqlənən hər bir maniyə aid bir misal verməklə 
kifayətlənəcəyik. 
Misraları 3+2 + 2 və 2 + 2 + 3 şəklində olanlar: 
Bağçayam, baram sənə; 
Heyvayam, naram sənə.  
Könlün fikir çəkməsin  
Olüncə yaram sənə. 
Yağış yağar göllərə;  
Bülbül qonar güllərə. 
Mənim vəfasız yarım  
Salıb məni çöllərə. 
Misraları 3 + 1+3 və 3 + 4 şəklində olanlar: 
Divara daş qoymuşam,  
Uğrunda baş qoymuşam. 
Gözlərimdən qan gəlir  
Adını yaş qoymuşam. 
Əkinim əkiliri,  
Sünbülüm tökülürü.  
Zülfilndən bir tel göndər 
Kəfənim tikiliri. 
Misraları 1+2 + 2 + 2 və 2 + 2+1+2 şəklində olanlar: 
 Kərkük folklorunun janrları                                119 
Ay çıxdı bədir allah, 
 Саn dosta nəzir, allah.  
Ya canım саnа yetir  
Ya саnа səbir, allah. 
 
Qaşın-gözün zil kimin  
Titrər qızıl gül kmin. 
Qapında abdal oldum  
Alıb-satma qul kimin. 
Misraları 2+1+4 və 1+2 + 4 şəklində olanlar: 
 
Bağça bar üstünədi  
Heyva nar üstünədi  
Bu zamanın xoyratı  
Hansı yar üstünədi. 
 
Çöl yerin seyranıyam  
Yar boyun heyramyam 
Hansı yoldan gəlibsən  
О yolun qurbanıyam. 
Misraları 2 + 3 + 2 və 4 + 2+1 şəklində olanlar: 
Oğlan yaylığın hanı?  
Durmaz barmağım qanı. 
 Mənim sevdigim sənsən  
Sənin sevdigin hanı? 
Bülbülümün bağı yox, 
Kəkligimin dağı yox.  
О günnən sən gedibsən  
Ürəgimin yağı yox. 
Misraları 2 + 2 + 2+1   və   2+1+2 + 2 şəklində 
olanlar: 


120                                                                          II fəsil 
Dağlar duman oldu, gəl,  
Halım yaman oldu, gəl.  
Aylara vəda verdin  
İllər tamam oldu, gəl. 
Kabab köz evin yıxar, 
Sürmə göz evin yıxar  
Bir саn, bir canı sevsə 
Axır öz evin yıxar. 
Əta Tərzibaşı da bu məsələyə öz münasibətini 
bildirmişdir: «Xoyrat və manilərin vəzni ümumiyyətlə 4 + 
3 = 7 və 3 + 4 = 7 düzülişinə girınəklə bərabər, bəzən 2 + 5 
= 7 və 5 + 2 = 7 biçimində de bilinməkdədir» (212, 63). 
Tədqiqatçının birinci misrası kəmhecalı olan xoyratları 
misralar üzrə heca bölgüsünə görə qruplaşdırınağa təşəbbüs 
göstərməsinin yanlış olduğunu qeyd etməklə bərabər, manilər 
üzrə yuxarıda verdiyimiz bölgünü musiqiyə yatımlılıq, 
musiqi ahənginə uyğunluq baxımından nəzərdən keçirsək, 
manilərdəki bu daxili bölgü, ritm və ölçünün mahnı 
yaradıcılığında böyük əhəmiyyəti olduğunu görmək о qədər 
də çətin olmaz. Çünki əksər türkdilli xalqların şifahi xalq 
poeziyasında olduğu kimi (103, 16), İraq-türkman şifahi xalq 
poeziyasında da şer misralarının bölgülərə ayrılması, 
alliterasiya, qafiyə və musiqili vurğu ritm yaradan əsas 
vasitədir. 
Azərbaycan,  о cümlədən də  İraq-türkman xalq 
poeziyasında işlənən heca bölgüləri zəngin və 
rəngarəngdir. 
Tədqiqatçı A.Əliyev namizədlik dissertasiyasında bu 
məsələyə xüsusi diqqət yetirmiş  və doğru nəticəyə 
gəlmişdir: «Bayatılardakı daxili bölgü, ritm, ölçü və s. 
fərqlənir: 3 +4: 4 + 3: 5 + 2 və s. olur ki, onlara müxtəlif 
musiqi yazmaq çox asan olur» (264, 162). 
Bundan  əlavə, Azərbaycan  ədəbiyyatı ilə bağlı 
M.Adilovun göstərdiyi kimi (6, 53), bayatı  və manilərin 
birinci  beytinin hər iki  misrasında paralel tərkiblərin, 
Kərkük folklorunun janrları                                           121 
bölüşdürücü bağlayıcıların və ya bağlayıcı funksiyasında 
işlənən say və  əvəzliklərin çox mühüm ritmik rolu və 
emosional təsirindən də söz açmaq olar: 
 
Bağçayam, baram sənə 
 Heyvayam, naram sənə. 
Nə qardaş ol, nə sirdaş,  
Ozün ögənə könül. 
 
Bu günün adamınnan  
Nə küs, nə inci, baba 
 
Həyatın sonu ölüm,  
Istər ağla, istər gül. 
 
Həm təbibdi, həm məlhəm  
Şirin əhbab, şirin dil. 
 
Bir sabah gəl, bir axşam,  
Bir də günorta çağı. 
 
Nə balda, nə şəkərdə  
Bulunınaz bala dadı. 
 
Bülbül gülün itirib,  
Gah çağırar, gah ağlar. 
Kim əkdi, tim becərdi,  
Kim oldu bağ sahibi. və s. 
Heç  şübhəsiz, bu səbəbdəndir ki, Azərbaycanda da, 
Kərkük dolaylarında da bəstəkarlar böyük məmnuniyyətlə 
bayatılara musiqi bəstələyir, müğənnilər onları böyük 
həvəslə ifa edirlər.  О da maraqlıdır ki, hər hansı bir xalq 
mahnısını nəzərdən keçirsək, Azərbaycanda olduğu kimi, о 
mahnının ya özünün, ya da döndərməsinin ancaq manidən 
- bayatıdan ibarət olduğunu görəcəyik. Beləliklə, bayatılar 
bir yandan milli musiqinin, poeziyanın inkişafına 


122                                                                          II fəsil                                                                                                                                                    
təkan verir, digər tərəfdən də musiqi bayatının sözləri ilə 
birləşərək onun təsir gücünü artırır. Musiqi qoşularaq 
oxunan bayatılar xalq poeziya xəzinəsinin  ən qiymətli 
incilərinə çevrilirlər. 
Hamı  tərəfindən sevilən, xalq arasında geniş yayılan 
manilər İraq-türkman folklorunda dastan yaradıcılığına da 
təkan vermişdir. Manilər üzərində qurulan  «Arzu-
Qəmbər» dastanı dediklərimizə sübutdur. 
Bununla belə, qeyd etmək lazımdır ki, xoyratlar və 
manilər Kərkük dolaylarında yalnız XX əsrin ortalarından 
toplarııb sistematik çap olunınağa başlamnışdır (134; 135; 
131; 205; 206; 207; 212). 
Son vaxtlar İraq-türkman xoyrat və maniləri 
Azərbaycanda da dönə-dönə çap olunmuş, onların 
tədqiqinə meyl artmışdır (129; 133; 123; 183; 215, 68). 
Xoyrat və manilər üzərində todqiqat apararkən bir 
yandan bu kamil sənət abidəsinin, onu yaradanların adət-
ənənəsini, dünənini, bu gününü, məişətini, etnoqrafıyasını, 
ictimai həyat tərzini, mənəviyyatını, psixologiyasını, 
dünyagörüşünü, bədii təfəkkürünü öyrənmək yolunda 
əvəzsiz xəzinə olduğu qənaətinə gəlirsən, digər tərəfdən də 
M.H.Təhmasibin «Xoriyatlar bizim bayatılarla tamamilə 
eyniyyət təşkil edir, onlardan heç nə ilə  fərqlənmir... 
bunların hamısı eyni təxəyyülün, eyni təfəkkürün 
məhsuludur» fikrinə  şərik çıxırsan (215, 201-202) 
Folklorşünas Əmin Abidin bayatı və xoyratların müəyyən 
tarixi, siyasi-ictimai səbəblər üzündən  ауrı düşmüş eyni 
xalqın yaradıcılıq məhsulu olduğu barədə fıkrini göz önünə 
gətirirsən: «İraq türkü nümunələri Azərbaycan 
bayatılarının bütün xüsusiyyətləri ilə oralarda yaşadıqlarını 
göstərir» (108, 24). 
Bu baxımdan folklorşünas İ.Abbasovun gəldiyi nəticə 
də maraq doğurur: «İraq-türkman qadınının dilində səslə-
nən layla Azərbaycan qadını üçün də doğma və  əzizdir... 
Bu həm də о deməkdir ki, bayatı-mani-xoyrat xəzinəsinə 
Kərkük folklorunun janrları                                         123 
malik olan xalqlar doğma olmuş, eyni çeşmədən su içmiş, 
eyni qaynaqdan barınmışlar» (31, 7). 
Tədqiqatçıların təkzibolunmaz fıkirlərini nəzərdən 
keçirdikcə istər-istəməz «Nə yaxşı ki, xalqın ellikcə 
yaratdığı  mənəvi sərvət üçün bağlı yollar yoxdur» (90) -
deyə fikirləşir və təskinlik tapırsan. Həqiqətən də nə bağlı 
yollar, nə illər mənəvi ayrılığa gətirib çıxara bilməmiş, 
cismani ayrılıqla kifayətlənməli olmuşlar.  İndinin özündə 
belə bu yaxınlıq, bu doğmalıq yaddaşlardan silinməyib. 
M.Həkimovun Azərbaycanın Qazax rayon sakinləri,  ərəb 
dilini yaxşı bilən yüz on yaşlı  Bəhmən baba və yüz beş 
yaşlı Ayişə  nənədən topladığı bayatılar dediyimizə dayaq 
olur: 
Та İraqa; 
Yol gedir ta İraqa. 
Dost dostun qədrin bilməz 
                        Düşməsə ta iraqa (235, 23). 
Rum mənəm, İraq mənəm,  
Bu yanan çıraq mənəm  
Qul tək əllərə düşdüm, - 
Vətənddn iraq mənəm (236,167). 
İraq türkmanlarının yaşadığı  Məndəli qəsəbəsi ilə 
bağlı bayatı və xoyratların səsləşməsi də bu doğmalıqdan 
söz açır: 
Əzizim Məndəlidən;  
Mən Мəсnun, Məndəlidən 
Ay ellər, Lеуlimə bax,  
Küsübdü mən dəlidən (235, 23). 
Мəndəlidən; 
Gül gdlər Məndəlidən. 
Bu vəfasız yara bax, 
Küsübdü mən dəlidən (212, 365). 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə