Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə37/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

154                                                           II fəsil 
Demək olar ki, bayatıların mayası musiqidən yoğ-
rulmuşdur. Xalq mahmları ilə məşğul olan tədqiqatçılar 
bunun Azərbaycanda da belə olduğunu qeyd edirlər: 
«Xalq mahm mətnlərinin  əksəriyyəti bayatılardan 
ibarətdir. Bu da təbiidir. Musiqi ahənginə uyğun 
gəldiyindən və onun yıgcamlığı musiqiyə daha münasib 
olduğundan xalq öz mahnılarındakı mətnin demək olar 
ki,  əksəriyyətini bayatılardan almış  və ya yaratdığı  hər 
bir yeni mətndə bavatı formasma əsaslanmışdır» (125, 
6). 
Bizcə «mani» dedikdə göz önünə həm bayatı, həm 
də mahmnm gəlməsi də bununla olaqədardır. XVIII 
əsrin ortalannda yaşayan, Kərkük dolaylarmda böyük 
Füzulinin davamçılanndan olan Şeyx oğlunun: 
 
«Lam» - ləbində limim var,  
Sən yox de, mən deyim var.  
Mütrib qanun üzrə gəl  
Həm mani, 'həm neyim var - 
dordlüyündə də, indinin özündə də xalq arasında ağızlar-
da gəzən: 
 
Mahnı mahnını açar  
Mahnı bilməyən qaçar.  
Mahnı bir belə şeydi 
Qəribyerda dərd açar. 
 
Mani maniyə tuşdu.  
Mani bilməyən heşdi  
 Mani bir belə şeydi 
Qəriblikdə yoldaşdı - 
manilərində (212, 57, 548) də hər şeydən əvvəl diqqəti cəlb 
edən bu cəhətdir. 
Eyni motivə Azərbaycan bayatılarında da rast gəlirik: 
 
Mahnı mahnının başı 
Mahnı bilməyən naşı 
 
Kərkük folklorunun janrlar                                             155                           
Mahnı bilməkyaxşıdı 
    (Və ya: Gəl bura mahnı deyək) 
Qərib yerin yoldaşı (108, 12; 53, 166). 
M.Qorkinin xalq mahnıları haqqında dediyi: «Nəğmə 
yaradıcılığı xalqa cox qədimlərdən bəri dayanmadan və 
özünəməxsus yoldaşlıq edir» (84, 703) kəlamı eyni ilə 
yuxarıdakı parçalarla səsləşir. 
Həm Azərbaycanda, həm də  İraq-türkman folklorun-
da şifahi poeziya janrının bayatı forması xalq mahm yara-
dıcılığında müstəsna rol oynamış və bu funksiyanı indi də 
yerinə yetitməkdədir. 
Mətni bayatı olan mahnılardan başqa, 8, 11, 13, 14 və 
s. hecalı, poetik fikir, intonasiya və bölgü baxımından 
müəyyən simmetriya daxilində olan, biri-birindon fərqlə-
nən bir çox şer şəkillərinə də təsadüf edilir ki, mahnılarda 
ürək oxşayan, məftunedici bir rəngarənglik yaradır. Bun-
dan  əlavə M.İsmayılovun göstərdiyi kimi, xalq musiqisi 
əsas etibarilə birsəsli olduğuna, yəni bir nəfər tərəfindən 
ifa edildiyinə görə melodiyası çox ifadəli və  təsirlidir 
(127, 26). 
Lirik mahnıların  ən çox özünü göstərəni məhəbbət 
mahnılarıdır. Onlar məzmunca yumorlu, şən və  qəmli 
olurlar. Yumorlu mahnılar Azərbaycan xalq mahnılarında 
olduğu kimi, gənc oğlan və  qızın deyişməsindən ibarət 
olur. «Hacı Fərəcin qızı, boyun görməli», «Oğlan yaylığın 
hanı», «Ay havar dəgirmançı» və s. belə mahnılardandır. 
Şən əhval-rahiyyəli və ehtiraslı melodiyası olan mah-
nılarda oğlanla qızın zərif sevgi hisslərinin həyata keçmə-
si, vüsala çatmaq üzrə olması göstərilir, biri-birinə olan 
saf duyğuları  tərənnüm edilir. Bəzi sevgi lövhələri təbiət 
mənzərələri fonunda verilir. Belə hallarda scvgi təbiət 
obrazları vasitəsilə  tərənnüm edilir. Sevgililər biri-birini 
ceyrana, gülə, bülbülə, ahuya və s. bənzodirlər, sevgili 
qızın zahiri gözəlliyi - qaşı, gözü, dişləri, dodaqları, ya-
naqları, qədd-qaməti, baxışı, saçları, yerişi, danışığı və s. 
 


  156                                                                            II fəsil 
tərif olunur. Və  əksinə, məhəbbəti daşa dəyən, ümidləri 
puça çıxan gəncin qəm, qüssə, kədərini göstərən mahnılar 
«ah», «vay» və s. nidalarla səciyyələnir (133, 251-294). 
Onu da demək lazımdır ki, mahnı  mətnlərində rast 
gəlinən «ah», «vay», «ay baba», «aman», «ölləm», «öz 
ağam», «ay nənəm», «mina boylum, evi yanmış» və s. 
kimi  əlavə sözlərin işlədilməsi mahnıların daxili 
intizarında böyük əhəmiyyəti olmaqla bərabər, mahnının 
orta-sında və yaxud sonunda tamamlayıcı səciyyə daşıyır. 
Mahnıdan asılı olaraq misralardakı sözlərdən biri 
təkrar oluna bilər. Bu zaman həmin sözlərın əvvəlinə «ah 
yaman», «vah şirin», «vah gözəl» və s. sözlər artırmaqla 
yeni misra meydana çıxır. Bəzən yaranan misra ortada 
olur, məsələn: 
 
Evlərində şəkərdən bir xalı var, 
Şəkərlənmiş dodağında balı var.  
Ay yaman balı var, vah şirin balı var. 
Hər kəsin də münasib bir yarı var.' 
Bəzən təkrar vasitəsilə yaranan misra axırda olur. 
Məsələn: 
 
Evlərinin önü arpa,  
Arpa biçir qırpa-qırpa  
İki bacı, biri кörрə,  
Nə şirin göyün gözəli,  
Ah nə yaman göyün gözəli. 
Bəzi mətni bayatı olan mahnılarda hər misranın birinci 
sözü təkrar olunmaqla qoşma formada mahnı yaranır. 
1Burada və bundan sonra xalq mahnıları ilə bağlı verəcəyimiz misallara  
aşağıdakı kitablarda rast gəlinir:  Əta Tərzibaşı. Kərkük havaları, Bağdad, 
1961; Kərkük mahnıları, Bakı, Gənclik, 1973; Kərkük folkloru antologiyası, 
Bakı, Azərnəşr, 1987; Təkrar nəşr, 1990; Mahir Naqib. Kərkük türk xalq 
musiqisinin təsnif və təhlili. Ankara. 1991. 
 Kərkük folklorunun janrları                                           157 
Məsələn: 
Gecələr... gecələr zar ağlaram mən.  
Heç bilməz... heç bilməz yar, ağlaram mən.  
Şahsənəm, Şahsənəm bağ-bağçasında  
Çaldı bir, çaldı bir mаr, ağlaram mən. 
Elə mahnılar da vardır ki, döndərmələrində bir neçə 
söz işlədilir. Bu halda həmin sözlər müstəqil nəqərata 
çevrilir. Məsələn: 
 
Boyun boylardan kölə, ağam Süleyman  
Bənzisən qönçd gülə, mən sənə qurban,  
Yıxıbsan babam evin, ağam Süleyman 
Üzümə gülə-gülə, doldur ver fincan. 
Döndərmə: 
 
Ağam Süleyman, paşam Süleyman,  
Evləri   köprü başında, boyuva qurban. 
Təsadyfi deyildir ki, R.İ.Qruber döndərmələrin - 
çoxdəfəli təkrarların  şən mahnılarda  şənliyin, xoş  əhval-
ruhiyyənin, oynaqlığın daha da artmasına kömək etdiyini 
qeyd edir (287, 12-13). 
Göründüyü kimi, Kərkük dolaylarında mahnılar 
döndərmə - yəni nəqəratla oxunur. Bu, mahnını daha da 
oynaq edir. Mahnını  tək bir şəxs oxuduğu halda, 
döndərməni xorla oxuyurlar. Adətən hər beytdən sonra 
oxunan döndərmə başqa məqamlarda da özünü göstərə 
bilər. 
Mətni bayatı olan bəzi mahnıların hər misrasından 
sonra dörd misralıq döndərmənin bir misrası oxunur. Mə-
sələn: 
Səhərdən oyat məni - Sən söylə bağa gəlirəm.  
Sinəvə dayat məni - Boyun görməğə gəlirəm. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə