148
II fəsil
sözləri miyan saymamışlar. Onlara görə əsl miyan xoyratın
sonunda gələn nəğməli sözlərdir ki, xoyrat üsulu onunla
bitir(212, 162).
Onu da demək lazımdır ki, bəzi xoyrat üsulları elə
xoyratın özü ilə bitir.
Bu baxımdan musiqişünas alim Ə.İsazadənin fıkri
maraq doğurur: «Xanəndələr mahnıların bir qismində
bayatılardan olduğu kimi, digər qismində isə onların
mətninə kiçik bir əlavə ilə istifadə etmişlər. Mətni bayatı
olan xalq mahnılarının əvvəlinə və ya sonuna artırılan,
«bala neynim», «ay aman», «gülüm ey», «ay balam», «ay
gözəl» və s. sözlər, nəqəratlar şübhəsiz ki, mətnə ifaçıların
motivə uyğun etdikləri əlavələrdir» (125, 6).
Burada maraqlı bir məsələ də üzə çıxır. Məlumdur ki,
xoyratların birinci misrası üç-beş hecadan ibarət olur. Əta
Tərzibaşı buna öz münasibətini belə bildirınişdir:
«... boşluqlar isə xoyratın nəğməylə söyləniş əsnasında
«baba, bu gün», «ağam-ağam», «dədəm-dədəm», «gözüm»
və başqa bir taqım basmaqəlib sözlərlə doldurulmaqdadır»
(212, 115).
Göründüyü kimi, bu məsələdə Əta Tərzibaşı ilə
mübahisə etmək olar. Əvvəla, əgər müəyyən sözlər
xoyratlarda yalnız boşluğun doldurulması xatirinə
işlədilirsə, bəs kəm misrası olmayan bayatı və manilərdə
bu sözlər niyə işlənir?
Digər bir tərəfdən də aşıq sənətindən az-çox məlumatı
olanlar yaxşı bilirlər ki, aşıqlar qoşma, təcnis və s. havalar
oxuyarkən xoyratlar da oxuyurlar. Burada birinci misra
kəm hecalı olduğu halda, boşluğu
doldurmaq üçün heç bir
əlavə sözdən istifadə edilmir. Deməli, bu məsələdə
Azərbaycan alimlərinin fikri ilə razılaşmaq olar.
Musiqişünas alim, professor M.İsmayılovun fikrincə
bu sözlərin mahnıların daxili inkişafında böyük əhəmiy-
yəti olmaqla yanaşı, onların mahnının orta hissəsində və
yaxud sonunda tamamlayıcı xarakter daşıyan melodik ifa-
Kərkük folklorunun janrları 149
dələr də həmin sözlər vasitəsi ilə əmələ gəlir (127, 31).
İraq-türkman folklorunda miyan adlanan belə sözlərə
Azərbaycanda lirik xalq mahnılarınada təsadüf edildiyi
halda, Kərkük dolaylarında xoyrat havalarında işlənir, lirik
xalq havalarında isə əsasən bütöv misralar təşkil edən
döndərmələr (nəqəratlar) yer alır (133, 251-296).
Xoyrat havalarının
sonunda gələn miyanlar lap
çoxdur. Onlardan aşağıdakıları göstərmək olar:
Bəşiri:
«Ey yar, ey yar, ey yar, ey yar
Gözün şirindi neynim».
Muçala və Yetimi:
«Ax mən, yox sən,
Ölürəm bu gündə mən».
Yetimi:
«Yengi canbaz olubsan,
Dədənin evi xarab».
Yıxma dədəm evini,
Dədənin evi xarab.
Dədəm nedim, ömrüm nedim
Uçubdu könlüm quşu.
Neynən könlüm şad edim
Cümlə canım xarabdı
Dərmana kimə gedim,
Matarı:
Gəhdə bir, həftədə bir
Gözündən öpsəm nə var.
İldə qurban bir olar
Hər gün qurbanın olsam nə var.
150 II fəsil
Atıcı:
Güvənmə budağa
bülbül
Yel gələr yuvan yıxar.
Görsən nə bərbad eylər
Eylər gözün, eylər.
Nobatçı:
Нə dedin bağımnan gül dərmək olmaz,
Çamur başına bülbül,
Mən bağından gül dərdim.
Malalla və Yolçu:
Di gəl, ağam, di gəl, aşam
Di gəl, öz bəyim, ağam oğlu.
Qızıl:
Mən özüm, özüm, özüm
Dağı əridər sözüm.
Od sənnən, odun mənnən
Yandırım özüm özüm.
Dəllihəsən:
Bağbanım olsun bülbül
Malalla:
Gəl getmə yad bağına
Muxalif:
Hə dolan, bizim bağa gəl
Şərifə:
Aman əlindən, cavan əlindən
Kərkük folklorunun janrları 151
Muxalif:
Aman... aman...a man.
Ağam, Ağam:
Aman, aman əlindən
Muxalif və başqaları:
Нес bilməm hara gedim.
Mən
özüm ziyhmirəm
Dərd dərdd dayər ziylər.
Qoy ölsün əcəld borclu canım
Qurtulsun vah demədən.
Di gəl о bəlalı başına dönüm
Di gəl, ağam, ey yar, yar, yar...
Di gəl, heyran olum,
О boya dönüm.
Hə dedin səninəm, sənin
Qoynunda bu yad nədi?
Hə dedin bəу mənəm, adil mənən
Köyündə bu dad nədi?
Hə dedin «malım, mülküm, əmlakım»
Heç demədin ölüm var.
Mən sənə bəyim deyərəm
Bəyim daim bəy olar.
Aman, aman, aman, aman
Qoy dolaşım bir zaman.
Ağa neynim, paşa neynim
A belə neynim.
Kürdü:
Bax bu mürvətsiz yara,
Al geyib nə sallanır.
Nə bəzənir, nə düzənir.
Мənə deyir gəl getmə.
Bu gündə qal
Bu dəmdə qal.
Di gəl ağam, di gəlpaşam,
Mən qəribəm yol tanımam.
Özün bəzm, özün düzən, özün gəl,
Мənə zülm edən öz ağam oldu.
152 II fəsil
Göründüyü kimi, hər hansı bir miyanın istənilən
üsulda oxunması çox vaxt xoyrat çağıranın arzusundan
asılı isə, bəzi miyanlar müəyyən xoyrat üsullarına mənsub
olub, yalnız о üsulla oxunur.
Demək lazımdır ki, əski xoyrat çağıranlar «Kürdü»
xoyrat üsulunu xoyrat havası deyil, təcnis sayırlar (208,
34).
Kərkük dolaylarında xoyrat üsullarının hər birinin
müəyyən bəstələri var ki, üsulun sonunda oxunur. Hər
maninin kəsb etdiyi mənasına uyğun nəqəratı - döndərməsi
olur. Bəstələrdə döndərmə (nəqərat)
xoyrat tərzinin əksinə
olaraq xor tərəfindən yerinə yetirilir. Mani -dördlük isə
solo halında tək bir şəxs tərəfindən - bəstə deyən oxucu
tərəfindən söylənir. Döndərmə, yuxarıda göstərdiyimiz
kimi, bu qrup tərəfindən təkrarlanır. «Bu xal nə xaldı,
gözəl, nə xaldı, yanaqda dögdürübsən. Canım nə xaldı,
gözüm nə xaldı, aləmi yandırıbsan» bəstəsində olduğu
kimi. Bu döndərmə hər dördlükdən sonra təkrarlanır.
Məsələn:
Evlərində xalı var,
Dodağında balı var.
Mən öz yarım tanıram
Yanağında xalı var.
Sonra isə xorla yenidən döndərmə oxunur.
Azərbaycanda da bir çox xalq mahnılarında bayatı
mahnının əsasını təşkil edir. Hər bayatıdan sonra
döndərmə təkrar olunur. Məs.:
Bu dağda maral gəzər
Telini darar gəzər və s.
oxunur və bayatı bitən kimi döndərməyə keçilir:
Dağlarda çiçək, ay Güləbatın,
Hamıdan göyçək ay Güləbatın
Doldur ver içək, ay Güləbatın -
Kərkük folklorunun janrlar 153
gəlir və mahnının ritmi dəyişir, rəngarənglik yaranır,
dinləyicinin qəlbini oxşayır.
Xalq havaları və onların döndərmələrinin hansı
məqamda, necə işlənməsi və s. barədə «Xalq türküləri»
bölməsində ətraflı danışılır.
Burada isə onu demək yerində
olardı ki, xoyrat üsullarını və eləcə də xalq türkülərini
oxuyarkən müğənniləri: zurna, zurnaba, meytər (davul),
dümbələk, qaşuq, çarpara, dəf, zilli dəf, zil, dumbulbas,
ney, bəlul, saz, santur, ud, kaman və s. kimi xalq musiqi
alətləri ilə müşayiət edirlər.
XALQ TÜRKÜLƏRİ
Kərkük xalq mahnıları da xoyrat havaları kimi şifahi
xalq ədəbiyyatının həm musiqi, həm də ədəbi janr olmaq
baxımından, bədii-estetik gücünə və tez qaranılmasına
görə çox geniş yayılmış lirik növüdür. Xalq mahnıları son
dərəcə rəngarəng və ürək oxşayandır. Bəziləri oynaq, şux,
digərləri melodik və axıcıdırlar.
Təsadüfı deyildir ki, görkəmli Azərbaycan bəstəkarı
Qara Qarayev xalq mahnılarından söz salaraq yazırdı:
«Sadə lirik mahnıların məlahəti, muğam strakturunun
qəşəngliyi arxasında yalnız
estetik yox, həm də məntiqi
mahiyyətli həssas bir sistem və gözəllik vardır» (295, 11).
Xalqın ümid və arzularını, keçmişini, bu gününü,
məhəbbətini, yaşamaq eşqi və adət-ənənələrini orijinal
surətdə əks etdirən, kütlələrin ideya-estetik tərbiyəsində
əvəzsiz rol oynayan (29, 3) xalq mahnıları Azərbaycanda
olduğu kimi (227, 11), şəriət tərəfindən vaxtilə günah
hesab edilsə də, xalq tərəfindən həmişə sevilmiş,
Kərkük
dolayiarında geniş yayılmışdır. Xalq arasında «bəstə»,
«mahnı», «xalq türküsü» kimi tanınan havaların həm sözü,
həm də havası xalqa mənsubdıır. Odur ki, xalq
mahnılarının və bəstələrin əksəriyyətinin mətninin baya-
tılardan ibarət olması təəccüb doğurmur.