Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

158                                                                              II fəsil 
Səhər yuxusu şirindi - Sən söylə bağa gəlirəm,  
Opüşdən oyat məni - Səhər yatmağa gəlirəm, 
Bəzən də mahnı  mətninin hər misrasından sonra 
döndərmənin 1-ci misrasının yarısı  gəlir, beyt bitəndən 
sonra bütöv oxunur: 
Ay çıxdı, batar indi - Ay dolanaydı,  
Yar oxun atar indi - Gün dolanaydı.  
Leyli xəstə düşübdü - Ay dolanaydı.  
Məcnun саn satar indi - Gün dolanaydı.  
Ay dolanaydı, Gün dolanaydı,  
Yarın tək-təkyerişi məndə olaydı. 
Mətni bayatı olan mahnıların bəzisində  hər misradan 
sonra iki misralıq döndərmənin bir misrası  təkrar olunur, 
bayatı bitdikdən sonra döndərmənin yalnız ikinci misrası 
təkrar olunur. Məsələn: 
Qara çadır xaraldan - Ölləm, ölləm, mən ölləm necə,  
Boyun seçdim maraldan - Başuva dolannam mən bu gecə  
Nə dərdim var, nə bəlam - Ölləm, ölləm, mən ölləm necə  
Sənsdn тəni saraldan - Başuva dolannam mən bu gecə.  
Başuva dolannam bu gecə, yar, bu gecə. 
Mətni bayatı olan mahnılardan başqa yerdə qalan 
mahnıların hər bəndi  əsasən üç misradan ibarət olur. 
Döndərmə isə mütləq iki və ya dörd misralı olur. Belə 
mahnıların hər misrasında hecaların sayı adətən 8, 11, 13 
və ya 14 olur. İki misralı döndərməsi olan mahnılara daha 
çox rast gəlinir. Döndərmədə hecaların sayı fərqlənir. Hər 
misrası səkkiz hecadan ibarət olan mahnıya nümunə: 
 
Evlərinin önü yonca,  
Yonca qalxıb dam boyunca.  
Boyu uzun, beli incə  
Döndərmə: 
Kərkük folklorunun janrları                                            159 
Ninnə yavrum, ninnə  
Əsmər yavrum,ninnə. 
Hər misrası on bir hecalı olan mahnıya nümunə: 
Qalanın dibində üç ağac incir  
Əlimdə biləkcə, qolumda zincir.  
Zinciri boş bağla həryanım incir  
Atma bu daşları mən yaralıyam  
El-aldm al geyib mən  qaralıyam. 
Az da olsa hər misrası on üç hecadan ibarət mahnılara 
da təsadüf edilir. Belə mahnılarda döndərmə olmur. 
Məsələn: 
Mənim əlvan güllərim var, görməğə gəlin
Gözəllərə mən sataram, almağa gəlin və s. 
Bəzi mahnılarda isə mahnının mətni bir şəkildə, 
döndərmə isə başqa şəkildə olur. Məsələn: 
 
Rəhm eylə mənə, yarı əlimdən əсəl aldı, 
Cananım ilə vəslətimiz məhşərə qaldı,  
Yarın firqəti yaxdı məni dərdlərə saldı. 
Döndərmə: 
Yazıq-yazıq kölgədən düşdüm günə, 
Yazıq-yazıq qocaldım gündən günə, 
Göründüyü kimi, mətnin hər misrası 14 hecalı, dön-
dərmə isə 11 hecalıdır. 
Azərbaycan xalq mahnılarında da istər  əsas 
misralarda, istərsə  də  nəqərat misralarında müxtəlif  şer 
şəkillərindən və heca bölgüsündən istifadə edilir (103, 95). 
Elə mahnılar da var ki, döndərmə hər beytin ikinci və 
dördüncü misrasının təkrarı ilə yaranır: 


160                                                                             II fəsil   
Əndim yarın bağçasına, güldən keçilməz,  
Suları savuqdı, baba, bir diş içilməz.  
Sudan keçdim gəldim, baba, yardan keçilməz.  
Acıdı eşqin şərabı, susuz içilməz,  
Suları savuğdı, baba, bir diş içilməz. 
Onu da demək lazımdır ki, mahnılarla döndərmələr 
məzmunca biri-birini tamamlayır. Bu ən çox da hər misrası 
səkkiz hecadan ibarət olan mahnı və döndərmələrə aiddir: 
 
Fələk açdı dalda yara,  
Kimsəm yoxdu yaram sara.  
Хəbər verin nazlı yara  
Dərdim çoxdu, dərmanım yox, 
Döndərmə: 
Mən ölürsəm qürbət eldə, 
Ağlayacaq bir kimsəm yox. 
Aman-aman, halım yaman, 
Heç gülərmi dərdli olan? 
Kərkük dolaylarında xalq mahnıları ilə bağlı maraqlı 
bir cəhət də özünü göstərir. Bayatıya heç vaxt başqa  şer 
formasının döndərməsi kimi təsadüf edilmir. Ancaq bütün 
başqa  şer formaları bayatının döndərməsi kimi çıxış edə 
bilir. Bayatı isə yalnız mətni bayatı olan mahnının dön-
dərməsi kimi özünü göstərir. Məsələn: 
Evlərində süsəni;  
Barışdırın küsəni.  
Göz açdım səni gördüm,  
Mən istəməm kimsəni. 
Döndərmə: 
Рənсərədən daş gələr, 
Xumar gözdən yaş gələr, 
Kərkük folklorunun janrları                                           161 
Səni mənə vərsələr 
Allaha da xoş gələr. 
Göründüyü kimi, İraq-türkman xalq havalarında 
diqqəti cəlb edən cəhətlər çoxdur. Biz hələ onu demirik ki, 
İraq-türkman xalq mahnılarının musiqişünaslarımız 
tərəfindən tədqiqi bir çox oxşar və  fərqli cəhətləri üzə 
çıxarmaqla, bəzi mahnılarımızın da mətnlərinin 
dəqiqləşməsinə kömək edərdi. Kərkük dolaylarında 
Azərbaycan xalq mahnısı kimi tanınan bir çox mahnılar 
var ki, Xalqın yaddaşında olduğu kimi qalıb. 
Azərbaycanda isə görkəmli bəstəkar Tofiq Quliyevin 
göstərdiyi kimi, bəzi ifaçıların mətnə yersiz müdaxiləsi 
onların süjetində ya məntiqsizlik yaratmış, ya da musiqinin 
ifadə etdiyi bədii-estetik məzmuna xələl gətirınişdir (32, 
5). 
Azərbaycanda «Xumar oldum», İraq-türkman 
folklorunda isə «Yar bizə qonaq gələcək» kimi tanınan 
mahnı mətninə diqqət yetirsək dediklərimiz aydınlaşar: 
Getdim gördüm bagda yatıb, 
Ceyran, mənə bax, bax!  
Maral məmə bax, baxl  
Ay qız, mənə bax, bax!  
Qara tellər gülə batıb  
Gözəl, mənə bax, bax! (32,88) 
Kərkük dolaylarında bu mahnının döndərməsi 
aşağıdakı kimi olur: 
Döndərmə: 
Yar bizə qonaq gələcəğ 
Bilmirəm nə vaxt gələcəğ  
Söz verib sabah gələcəğ. 


162                                                                           II fəsil                                                                                                                                                    
Sonra isə mahnı mətni belə davam edir: 
Getdim gördüm bağda yatır, 
Ay qız mənə bax, bax! 
Siyah zülfü gülə batır,  
Ceyran mənə bax, bax!  
Məni görüb qaş-göz atır,  
Maral, mənə bax, bax! 
Son misra: 
Getdim gördüm bulaxdadı,  
Əl-üzünü yumaxdadı və s. 
Göründüyü kimi, mahnının mətnindən Azərbaycan 
variantında bir misra düşmüşdür. Üçlüyün о biri 
misralarında da beləcə. 
Ü.Hacıbəyov və M.Maqomayevin 1927-ci ildə 
buraxdıqları və sonralar təkrar nəşr olunan «Azərbaycan el 
nəğmələri kitabında da bu mahnının hər bəndi  İraq-
türkman musiqi folklorunda olduğu kimi üç misradan 
ibarətdir(231,58). 
Bu mahnını Azərbaycan bəstəkarı S.Rüstəmov da 
Kərkük dolaylarında olduğu kimi «Yar bizə qonaq 
gələcək» adı ilə vermişdir (231, 67). 
Onu da deyək ki, Kərkük dolaylarında da, Azər-
baycanda da eyni olan bir çox mahnılar vardır. Döndər-
məsi və ya biriki bəndi eyni olanlar da çoxdur. Bu mah-
nılardan: «O yana döndər məni», «Yar bizə qonaq gə-
ləcək», «Pəri», «Ay qara xal yar», «Ay qız heyranın ol-
lam», «Niyə gəlməz oldu», «Dam üstədir damımız», «Qa-
lanın dibində bir daş olaydım», «Nərgizi dəstə bağladım», 
«Kətan köynək dizdən yar», «Evlərınin önü yonca», «Bu 
gələn yar olaydı», «Yeri, yeri, yeri küsmüşəm sənnən», 
«Bu xal nə xaldı», «Gözəllərdən üç gözəl var sevməli», 
«Samavar almışam silənim yoxdur» və başqalarını 
göstərmək 
Kərkük folklorunun janrları                                           163 
olar (231, 63; 208; 80; 119; 130; 32). Bu, təbiidir. Bu 
baximdan Kərkük xoyrat və mahnıları üzərində  tədqiqat 
aparan  Əta Tərzibaşının fıkri maraq doğurur: «Əskidən 
bəri azərilərlə dolu olan Təbriz, Marağa, Qarabağ və daha 
başqa  şəhər və  səmtlərdə musiqi həyatı yüksək bir 
səviyyəyə alınmışdır.  О zaman İraq türkləri ilə bu 
ölkələrdə yaşayan türklər arasında dil, ədəbiyyat və musiqi 
baxımından bulunan yaqın bağlılıq qolaylıqla düşünülə 
bilər. Bu bağlılıq azərilərlə  İraqda yaşayan türkmanlar 
arasında bir dərəcəyə  dəgin qüvvətli bir qaynaşma hasilə 
gətirmişdi. Bununla bərabər, türkmanlar kəndi  şivə  və 
musiqi-lərini az-çox olduğu kimi qoruya bilmişlərdir. 
Bununla bərabər, bir qism havaların dəyişikliklə bir-
birindən alındığını, böyləcə saysız türkülərin meydana 
gəldigini düşünmək qabildir» (208, 8-9). 
Bu baxımdan, yuxarıda qeyd edildiyi kimi, İraq-
türkman tədqiqatçısı Mahir Naqibin gəldiyi nəticə  də 
maraq doğurur: «Sinirlərin (sərhəd) bir-birindən uzaqlığı 
Kərkük türk xalq musiqisi ilə Azərbaycan türk musiqisi 
arasındakı kök bərabərliyini yox edəməmişdir» ( 350,11). 
Yeri gəlmişkən deyək ki, İraq-türkman xalq mahnıları 
İran, Türkiyə və Azərbaycanda da sevilə-sevilə oxunur və 
mahnı yaradıcılığına öz müsbət təsirini göstərir. 
Azərbaycanda  İraq-türkman mahnılarına, eləcə  də 
İraq-türkman folklorunun başqa janrlarına açıq doğmalıq 
münasibəti özünü göstərir. Bu, təbiidir. Öz doğmasını 
sevməmək mümkün deyil. Azərbaycanda bəstəkarlar İiraq-
türkman xoyratlarına musiqi bəstələyir, müğənnilər onları 
və İraq-türkman mahnılarını böyük məhəbbətlə oxuyurlar: 
«Bayatılar», «Evlərinin önü yonca», «Xalidə», «O yana 
döndər məni», «Kətan köynək dizdən yar», «Altun üzük, 
yaşıl qaş», «Mənim ipək yaylığım var, almağa gəlin» və s. 
Azərbaycan radio və televiziyasında tez-tez səslənir. 
Kərkük dolaylarında da Azərbaycan mahnıları oxunur. 
Şairlərimizin sözlərinə musiqi bəstələyib oxuyur və kitab- 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə