Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

110                                                                            II fəsil 
О yaram: 
Köz-köz olub о уаrат 
                          Bir göz bir gözə xain baxsa 
Barmaq sallam oyaram (212, 63). 
Əzizinəm, gözü yandı, 
Kababın közü yandı, 
Oğul öldü, göz çıxdı 
Qız öldü,, elin bir üzü yandı (108, 31). 
Əta Tərzibaşı bunu oxuyanın naşılığının nəticəsi kimi 
qiymətləndirir və əslində üçimcü misra «Bir göz yara xor 
baxsa» şəklində olmalıdır - deyir. 
Bizcə, burada oxuyanın naşılığından daha çox ifa 
məqamında musiqi qəlibinin  əsas poetik qəlibin 
hüdudlarını pozaraq mətni öz qəlibinə tabe etməsindən 
danışmaq yerində olardı. 
Əmin Abid maraqlı bir məsələdən də söhbət açır və 
göstərir ki, dördüncü misranın  əvvəlinə «ay bivəfa» 
artırlır: 
Sən gedəli il oldu
Yandı bağrım kül oldu, 
Sən ilən uçan quşlar 
Ay bivəfa, oxudu bülbül oldu (108, 31). 
Görkəmli bəstəkar Ü.Hacıbəyovun fikri Əmin Abidin 
sözlərini təsdiqləyir: «Aşıqlar dəxi  şikəstə  və bayatının 
başında «əzizim, a balam» və axırında da «ay nənəm 
qurban», «ay ölürəm» və qeyri kimi sözlər artırırlar» 
(230,188). 
Bu xüsusiyyətə  mətni xoyrat və mani olan İraq-
türkman xalq mahnılarında da təsadüf edilir. 
İraq-türkman xoyratlarından söz düşəndə  ən çox 
mübahisəyə  səbəb olan məsələlərdən biri, bəlkə  də 
birincisi xoyrat sözünün etimologiyasıdır. Türkdilli 
xalqlardan azərbaycanlılarda - bayatı; qaqauzlarda - mani; 
özbəklərdə - aşulə, kuşik; türklərdə - hoyrat, ayaqlı mani, 
kəsik mani və s. adlarla tanınan xoyratlar (108, 12; 205, 
22: 212, 38-39; 160, 92) İraq-türkman folklorunda dörd cür 
 
Kəkük folklorunun janrları                                              111 
tələffüz edilir; xoyrat-xoryat: qoyrat-qoryat. Əta 
Tərzibaşının yazdığına görə bunlardan xalq arasrada ən 
çox tutulanı «xoyratdır» (205, 20: 212, 47). Xoyrat 
sözünün etimologiyasından danışarkən qeyd edilməlidir ki, 
Osman Məzlum 1951-ci ildə Bağdadda çap etdirdiyi 
«Kərkük xoyratları» adlı kitabının girişində qocaman 
Kərkük şairi Hicri Dədədən eşitdiyi məlumatı çap etmişdir. 
Hicri Dədənin də keçmiş ağsaqqallardan eşitdiyinə görə nə 
vaxtsa bəzi gənclər Kərkük küçələrində boş-boşuna gəzib 
mahnı oxuyarlarmış. Onlara pis nəzərlə baxar, «xori» 
adlarıdırarmışlar. Bu gün belə  İraq türkləri arasında boş-
boşuna, avara, sərsəri gəzən adama «xori» deyirlər. Xoryat 
və xoyrat sözləri də bununla əlaqədar yaranmışdır (135, 3-
4). 
Tədqiqatçı İbrahim Daquqlu da bu fikrə tərəfdar çıxır: 
«Xoryat ləfzi isə  qərib, fəqir, başıboş  mənalarına gələn 
türkmanca «xori-xor» kəlməsindən alınmışdır. Zira 
sərxoşlar və  əyyaşlar gecə  məhəllərində bu rübailəri 
oxuyar və gecənin gec saatlarında insanları ralıatsız edər-
lərdi»(117, 97). 
Bir qisim yazarlar isə bu sözün Kərkükün Qorya 
(Koriya) məhəlləsinin adı ilə  əlaqədar yarandığını isbata 
çalışırlar.  Əta Tərzibaşı göstərir ki, İraqın tanınmış dilçi 
alimi Tofiq Vəhbi «Altun köprü» məqaləsində «xoryat» 
(qoryat) sözünə toxunur və bu sözün uyğurca «kor», başqa 
türk ləhcələrində «xor» - aşağı, alçaq, dəyərsiz - mənasına 
gəldiyini yazır ki, buradan da «xor baxmaq» - aşağı nəzərlə 
baxmaq və «xoryat» sözləri meydana gəlmişdir (212, 50). 
İraqlı yazarlardan Siddiq əl-Qadiri göstərir ki, uyğurlar 
karvan gedərkən xoyrata bənzər «xiravat» - mahnı 
oxuyurlar. Qazan tatarları  və başqırdlarda da rübai 
biçimində «xor» adlı mahnının olduğunu qeyd edir (131, 
154-155). Türkiyə Etnoqrafiya Muzeyinin direktoru 
Həmid Zubeyr Qoşa Ay Molla Sabirin «Kərkük müntəxəb 
xoyratlan» kitabına yazdığı «Ön söz»də V.Radlovun 
«xoryad-xoyrad»ın«köylü» və «qaba» mənasında işlənərək 
əslində 


112                                                                             II fəsil 
yunanca «xoyratus» sözündən olduğu fikrinə qarşı çıxır və 
xoryad sözünün türk mənşəli olduğu fıkrini irəli sürür 
(131,61). 
Həmid Zubeyr Qoşa Ayın bu fıkri ilə əlaqədar demək 
lazımdır ki, qədim kitabəmiz «Dədə Qorqud»un Drezdən 
nüsxəsində xoyrad, Vatikan nüsxəsində - xoryad kimi 
işlənən (212, 53) və qaba, namərd, tərbiyəsiz mənasını 
verən bu söz bütün türk dillərində özünü göstərir.  О da 
maraqlıdır ki, V.Radlov xoryad sözünü Osmanlı türklərinə, 
xoyrat sözünü isə ümumiyyətlə, türkdilli xalqlara aid etdiyi 
halda (323, 1705), Kərkük folklorunda olduğu kimi, 
Azərbaycan folklorunda da bu sözün hər iki variantına 
təsadüf edilir: 
 
Qızıl üzük qınanmaz,  
Bu qədər yar sınanmaz. 
Əhdimə vəfadaram,  
Xoyrat ona inanmaz. 
(Azərbaycan bayatısı) 
Tərk eyləyib zimistanı, 
Çıxıbsan bahara, bülbül. 
Nə yanırsan, ay biçarə, 
Nə ölkəyə səs salırsan. 
                             Gül gəzir xoryad qolunda, 
Bu hicranda sən qalırsan (155, 158). 
Folklorşünas  Əta Tərzibaşı «xoyrat» sözünün 
etimologiyasından danışarkən bu sözün bayatılara 
sonradan verilən ad kimi işləndiyini göstərir (212, 54). 
Bizcə,  Əta Tərzibaşının bu fikrinə  və «xoyrat» 
sözünün  İraq-türkman folklorunda etimologiyası barədə 
Hicri Dədə, Osman Məzlum və İbrahim Daquqinin gəldiyi 
qənaətə haqq qazandırmaq doğru olardı. Məlumdur ki, 
feodal-patriarxal din xadimləri insanları  şer, nəğmə, rəqs 
kimi mənəvi qidadan məhrum etməyə çalışmış, mahnını, 
rəqsi,  şeri,  о cümlədən də xoyrat və bayatıları günah 
saymış, bunların tərcümanı olan el sənətkarlarını 
Kərkük folklorunun janrları                                             113 
təqib etmişlər. Şübhə yoxdur ki, neçə-neçə yüzilliklər boyu 
ən kiçik daşına, uzaq ulduzuna qədər dinlə bağlı olan  
İraqda və eləcə  də  Kərkük dolaylarında da bu belə 
olmuşdur. Burada mahnı oxuyan, xoyrat çağıran adama 
keçmişdə bizdə olduğu kimi (227, 11), aşağı  nəzərlə 
baxmış, özlərini «xori» - avara, sərsəri adlandırmış, oxu-
duqları xoryad mahnılarına «xoryat» adı vermiş, özlərini 
günahlandırmışlar ki, о dünyada onları ağır cəza gözləyir. 
Məhz bu səbəbdən çoxları bu sənətə  qədəm qoymağa 
cəsarət etməmiş, bəziləri isə bu sənət aləmindən 
ayrılmışlar.  Əta Tərzibaşı Muçala, Yolçu və Müxalif 
xoyrat üsullarını oxumaqda şöhrət qazanan məşhur 
kərküklü müğənni Məhəmməd Gülboydan söz açır. O, 
1964-cü ildə Həccə gedərək tövbə edir ki, bir daha xoyrat 
və mahnı oxumayacaq. Beləliklə, Kərkükün məşhur 
müğənnisi sənətdən ayrılır. 1965-ci ildə isə Bəşiri, Yetimi, 
Nobatçı, Dəllihəsəni xoyrat üsullarının və Azəri mənşəli 
«Qarabağı» havasının ən usta oxuyucusu Rəşid Kölə Raza 
Həccə gedərək bir daha xoyrat və mahnı oxumayacağı 
barədə tövbə edir ki, günahından keçilsin. Beləliklə,  о da 
bu gözəl sənət aləmindən ayrılır (212, 61-62). 
Üzeyir bəy Hacıbəyovun yazdığına görə keçmişdə 
Azərbaycanda da «xanəndə və sazəndələr belə «haram» bir 
əməli özlərinə peşə etdiklərino görə, kəffareyi-günah üçün 
məhərrəmlik zamanı  məscidlərdə növhə  və  mərsiyə 
oxuyarlar, yaxud ziyarətə gedib hacı  və  məşədi olarlardı 
ki, günahlarından keçilsin» (230, 185). 
Əta Tərzibaşının «Kərkük xoyratları  və maniləri» 
kitabında tədqiqatçının özünün nədənsə  dərinliyinə 
varmadığı, lakin nəzəri cəlb edən vacib bir cəhət də vardır 
ki, «xoyrat» sözünün etimologiyasının 
dəqiqləşdirilməsində müəyyən qənaətə  gəlməkdə  gərəkli 
ola bilər. Tədqiqatçı göstərir ki, əski şairlər xoyrat və mani 
yazarkən az-çox təxəllüslərini göstərınişlər. Lakin sonralar 
xoyrat və mani yazmaq ayıb hesab olunduğuna, istehza və 
təhqirə məruz 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə