Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

92                                                                             I fəsil                        
lanmazdan əvvəl başlayır və iyirmi dəqiqəyə qədər davam 
edir(149, 182). 
«Atlı qarınca» isə yalnız toylarda özünü göstərir. Bu 
tamaşa da iki gənc və ya kişi tərəfindən icra olımur. 
Onlardan biri qırmızı bir kəmər bağlayır. Allı-pullu paltar 
geyir. Buna Qarınca xanım deyirlər. Xalq arasında «Bu iş 
təmiz və namuslu qadınların işi deyildir» inamı  qəbul 
olunduğuna görə  Kərkük dolaylarında xalq tamaşaları 
göstərilərkən qadın rolunu da kişilər oynayırlar. Qarınca 
xanımın tərəfmüqabili başına böyük bir papaq qoyur. Uzun 
bığ  və pambıqdan böyük saqqal düzəldir. Yekə  şalvarını 
boğazına qədər çəkib bağlayır. Kiçik uşaqlar kimi uzun 
qamış  ağac iki paçası arasında  əlindəki qamçı ilə 
tamaşaçıları  hədələyir ki, Qarınca xanımın sərbəst 
oynaması üçün yer versinlər. Qarınca xamın nağara-
zurnanın müşayiəti ilə müxtəlif rəqslər ifa edir. Rəqsin 
şirin yerində özünü incimiş kimi göstərib oynamır, 
nazlanır. Pambıq saqqallı camaatdan pul yığır ki, Qarınca 
xanım oyunu davam etdirsin. 
Göründüyü kimi, Kərkük dolaylarında da «toy adi 
evlənmə  mərasimi çərçivəsindən çıxaraq, xüsusilə  kənd 
yerlərində ictimai-mədəni bir əyləncəyə çevrilir» (39, 4). 
Keçmişdə  gəlin evə girərkən qayınana bir əlinə 
çömçə, bir əlinə kəfgir alıb: 
Ev sənin, eşik sənin, 
Dördəki beşik sənin,  
deyərək gəlinin önündə oynayarmış. Səhərisi gün isə gəlin 
ehtiram və itaətini bildirmək üçün qayınata və 
qayınnənəsinin əlini öpərmiş. Bəy də öz növbəsində gedib 
qayınatasının və qayınnənəsinin əlini öpərıniş. 
Əskidə toydan sonra üç gün qız evindən yeməklərlə 
dolu «sini» göndərilərdi. Birinci gün gələn yeməklər 
arasında duzlu yeməklər olmazdı. Toyun yeddinci günü 
qohum-əqrəba qadınları  hədiyyələrlə  gəlini görməyə 
gələrdilər. 
Kərkük folklorunun janrları                                            93                     
Ortaya cecim salınardı. Bir tərəfdə  oğlan anası, üzbəüzdə 
qız anası oturardı.  İlk olaraq öz hədiyyəsini oğlan anası 
cecim üzərinə qoyardı, sonra qız anası. Sonra isə  qıza 
hədiyyə vermək istəyənlər qız anasının hədiyyəsinin 
üstünə öz hədiyyələrini, oğlana hədiyyə vermək istəyənlər 
oğlanın anasının hədiyyəsinin üstünə  hədiyyə qoyardılar. 
Verilən hədiyyələr adbaad dəftərə yazılardı. Qız üçün 
toplananlar qıza verilir, oğlan üçün toplanan hədiyyələr 
borca sərf edilərdi. 
Kərkük dolaylarında da gəlin ata evinə 
Azərbaycandakı kimi bir il sonra gedərmiş. Orada da buna 
«ayaqaçdı» və ya «ayağı açıldı» deyərdilər. 
Əgər qismətində varsa, bir il sonra gəlin beşik 
sallamağa başlar. Laylalar oxunar: 
 
Leyla edim yatınca,  
Gözlarəm ay batınca;  
Gözümə şiş batırram  
Sən hasilə yetincə.  
Leyla balam, leyla,  
Leyla quzum, leyla. 
Leyla edim yatasan,  
Qönçə gülə batasan.  
Qönçə gül daldan olsun, 
Kənarında yatasan.  
Leyla, gülüm, leyla,  
Leyla ömrüm, leyla. 
Laylalar bəzən kədərli olurlar: 
 
Qız idim, sultan idim, 
Adaxlandım, budaxlandım;  
Gəlin oldum, məlum oldum,  
Beşik qurdum, zəlil oldum. 
Deməli, gəlin qara günə düşmüş, aradığını tapmamış, 
qayınanası ilə dolana bilməmişdir. Bu məsələyə cüzi 
fərqlə Azərbaycan folklorunda da təsadüf edilir: 


94                                                                         1   fəsil             
 
Qız idim, sultan idim, 
Nişanlandım, xan oldum.  
Ərə getdim, qul oldum  
Tazılara çul oldum (43, 76). 
Və ya: 
Qız idim, geydirdüər əhdü vəfa köynəyini, 
Nişanlandım, geydirdilər zövqü səfa köynsyini;  
Gəlin oldum, geydirdilər cövrü cəfa köynəyini 
(110, 30). 
Demək lazımdır ki, İraq-türkman folklorunda 
qayınana-gəlin münasibətləri özünü qəribə bir tərzdə 
göstərir. Burada həm dərin yumor, həm də gözəl şeriyyət 
vardır. Gəlin evə təzə gələndə: 
Ev sanin, eşik sənin, 
Dördəki beşik sənin  
deyən qayınana aradan bir müddət keçəndən sonra söz-
söhbətə, dedi-qoduya başlar. Gəlin də tərbiyədən kasadsa, 
ondan geri qalmaz. Bununla belə, qayınnənə  nəvəsini 
hamıdan çox istər. Uşağı əzizlər və öz-özünə oxuyar: 
Sarımsağım, soğanım, 
Yad qızınnan doğanım, 
Babana canım qurban, 
Nənın olsun qurbanım. 
Və ya: 
Yarısı balam balası, 
Yarısı ilan balası və s. 
Gəlin də öz növbəsində: 
  
Qayınnənə ilandı,  
Hər nə desə yalandı. 
Kərkük folklorunun janrları                              95                               
Gəlin çöldə çiçəkdi,  
Hər dediyi gerçəkdi - 
deyə ağız qovğasına girişər. Qayınana həddini aşmış gəli-
ni təhnizlər: 
 
Afərin, nazlı gəlin, 
Gərdani sazlı gəlin.  
Top-tüfəngin doludu, 
Barıdın azdı, gəlin. 
Gəlin danlar, yanıb-yaxılar: 
 
Damdan düşəsən, qayınnənə 
Təpəyəcən şişəsən, qayınnənə. 
Oğlun gələnə qədər  
Dildən düşəsən, qayınnənə. 
Lakin qayınnənə  nə dildən düşər, nə  də dili şişərdi. 
Qayınbaba gəlinin tərəfini saxlar, qarısını təhnizlər: 
Kirli, pasak, pis pinti, 
Arvadların qəhəti - 
sözləri ilə «ömrümdən bir gün də qalıbsa, vallah gərək 
üstünə arvad alıb, səni yandırıb-yaxam» - deyər. 
Qayınnənənin dili şah arşını tək uzanar, kişisinə deyər: 
 
Boyun boylardan uzun, 
Nə dadın var, nə duzun 
Üzün döndər bir baxım 
Əzrayıl yumsun gözün və s. 
Qız və  oğlan tərəfin adamları  məsələdən halı olarlar. 
Qizın zavallı. qayınnənənin günahkar və ya əksinə 
olduğunu göstərmək üçün «nə gəlində dil var, nə də qayın-
nənədə iman», «Qayınnənə pambıq iplik olsa, rəfdən 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə