Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

88                                                     I fəsil                                             
Sağ yanım yaralıdı, 
Solyana döndər тəni. 
Ürəgimdə yara var, 
Təbibə göndər тəni. 
Mahnıdan bir bənd: 
Çayır qısa biçilməz,  
Su dərindi кеşilтəz.  
Mənə derlər: yardan keç!  
Yar şirindi keçilməz. 
 
«Həsrət gecəsi»ndə nəsihətvari nəğmələr də oxunardı: 
 
Bu gəlin mayalıdı  
Yük-yükə dayalıdı  
Böylə dur, böylə otu,  
Desinlər həyalıdı və s. 
 
Bu gəlin, mama gəlin,  
Gedər hamama gəlin.  
Qayınbaban önündə  
Dişin ağartma, gəlin,  
 
Qonşudan ət gələndə  
Ətin çıxartma, gəlin.  
Al-yaşıl tapmayanda  
Göy, qarayama, gəlin və s. 
Azərbaycanda qızın ata evində qaldığı son gecə ilə 
bağlı «Bu gecə» mahnısındakı kimi (126, 60), bu 
mahnılarda qızın ata evində qonaq olmasından, səhərisi 
gün gəlin gedəcəyindən və ona verilən xeyir-duadan 
söhbət açılır. 
Kərkük dolaylarında toyda zurna, nağara sədaları 
altında halay təpir, bəzən at çapır, qurşaq tutur, tüfəng, 
tapança atır, nişan qurur, yarış keçirirlər. Bunlar bir 
tərəfdən toyu yaddançıxmaz və maraqlı edir, digər tərəfdən 
də qədim inam və etiqadlar gözlənilir. Məsələ burasındadır 
ki, Azərbaycanda olduğu kimi, İraq-türkman folklorunda 
da atəşpərəstliklə bağlı inanclar gərəyincədir. Təkcə onu 
Кərкüк folklorunun janrları                                          89                         
demək kifayətdir ki, Aya, Günə, ocağa, çırağa and içirlər. 
Toy vaxtı zurna, nağara çalınır, sevinclə «lulululu» deyə 
qışqırır, səs-küy salır, gəlinin  ətrafında oynayır, yuxarıda 
qeyd etdiyimiz kimi, tapança və tüfəngdən atəş açırlar ki, 
şər qüvvələr gəlinə yaxın düşüb bir fənalıq törətməsinlər. 
Şübhəsiz, toy vaxtı «sərrast nişan alma» yarışlarının keçi-
rilməsi də öz ilkin başlanğıcını elə bu etiqaddan almışdır. 
Kərkük dolaylarında da toy ərəfəsində və eləcə də toy 
vaxtı  gəlinin yanında güzgü, yanar çıraq və ya şam olur. 
Gəlin bəy evində do güzgü və  şamlarla qarşılanır (133, 
42). 
Bütün bunlar ona görə edilir ki, gənclərin həyatları 
həm nurlu, işıqlı olsun, həm də  şər qüvvələr oddan, 
parıltıdan, işıqdan, işığı  əks etdirən vasitələrdən, silah və 
onun səsindən qorxub gəlinə yaxın düşməsin, ona xətər 
yetirə bilməsin. Yeri gəlmişkən deyək ki, indinin özündə 
belə «toy güzgüsü» göz bəbəyi kimi qorunur, sonralar da 
bu güzgü sınsa evdə bədbəxtlik olacağına, kiminsə başına 
bir hadisə gələcəyinə inanılır. Bu, təxminən Azərbaycanda 
da belədir. «Güzgü sınsa, evdə ölən olar» - deyirlər. 
Demək lazımdır ki, bəy evində toy olanda gəlin evində 
də boş durmazlar. Axşama doğru gəlin evi dəvət olunmuş 
qadınlarla dolar. Gəlinə «toy paltarı» geydirilər və 
bəzədilər. Halaylar qurular, şərbətlər içilər. Gəlinin üzünə 
«duvaq» salınarkən yəni «Duvaq çəkmə» mərasimi 
başlayarkən «Kilavoğlu» gələr və  gəlinə  nəsihətlər ve-
rərmiş. Bu nəsihətli nəğmələrin məğzini, aşağıdakı 
nümunədən göründüyü kimi, gəlinin ər evində özünü necə 
aparmalı olduğu təşkil edir: 
 
Ey gözəl mama, gəlin,  
Gedək imama, gəlin.  
Əsbabın yırtılanda  
Sən özün yama, gəlin.  
Qonşudan aş gələndə  
Öncə sən уеmə, gəlin. 


90                                                               I fəsil                              
Qayınbaban önündə  
Uzanıb yatma, gəlin. 
Qayınnənənin sözünə  
Sən heç söz qatma, gəlin. Kişivin 
sözlərinə  
İnadlıq etmə, gəlin.  
Kişindən də xdbərsiz,  
Evdən şey satma, gəlin.  
Kişin səni vurduysa,  
Kişin getmə, gəlin.  
Evinin sirlərini  
Kimsəyə satma, gəlin.  
İld qonşu döyüşsə,  
Duvardan baxma, gəlin.  
Heç kimsədən izinsiz,  
Nənəvə getmə, gəlin.  
Evinin işlərində  
Tənbəttik etmə, gəlin.  
Qərib qonaq önündə  
Yüngüllük etmə, gəlin. Soqaqda 
səs gəldiysə,  
Qapıya getmə, gəlin.  
Fitnə qonşu sözünə  
Heç qulaq tutma, gəlin və s. 
«Kilavoğlu»nun nəsihətlərindən sonra bəyirı adamları 
gəlini aparmağa hazırlaşırlar. Bu vaxt ağ gün görmüş, 
oğullu-qızlı, xətirli-hörmətli bir qadın gəlinə xeyir-dua 
verər, ona ağ baxt, altun taxt, qara xalayiq, bəyaz əkməkçi, 
siyah kölə diləyərdi. Bundan sonra gəlini yola salardılar. 
Bəyin yaxın qohum və dostları  gəlini apararkən qız evi 
tərəfdən Azərbaycanda olduğu kimi, «yengə» də gedərdi. 
Gəlinin önüncə güzgü ilə bərabər Quran da aparmaq adət 
imiş. 
Əskidən gəlini bəy evinə at üstündə apararmışlar. 
Gəlinin arxasınca bir oğlan uşağını  ağ ata mindirib 
cilovunu tutaraq çəkə-çəkə gedərdilər. 
Buna bənzər hadisəyə Azərbaycanda da təsadüf edilir. 
Кərкüк folklorunun janrları                                  91                               
Bu baxımdan tədqiqatçı B.Abdullayevin məlumatı maraq 
doğurur: «Ekspedisiya zamanı Göyçənin Ağbulaq 
kəndində toy mərasimində  iştirak etdik. Burada gəlinin 
oğlan evinə aparılması məqamı xüsusilə diqqəti cəlb etdi. 
Mərasim iştirakçılarından öndə  kənd cavanlarından iki 
nəfər ağ  və  qırmızı  rəngli at çapırdılar. Məlum oldu ki
burada at səadət, xoşbəxtlik rəmzidir. Qırmızı  rəngli at 
Günəşə  işarədir. Yəni gəlinin yolu aydın, işıqlı, parlaq 
olsun. Ağ  rəngli at isə  uğur simvolu olub, gəlinə yeni 
həyatda ağ gün arzulamaq deməkdir» (2, 42). 
О da maraqlıdır ki, gəlin bəy evinə  gələndə  bəy və 
arxadaşları onun başına Azərbaycanda olduğu kimi (217, 
87),  şirniyyat və  dəmir pul səpərdilər.  Bu  da  gəlinin 
ömrünün şirin və parlaq keçməsi üçün edilirdi. 
Gəlini onun üçün ayrılmış otağa apardıqdan bir az 
sonra bəy dostlarının müşayiəti ilə otağa daxil olur. 
Yengə  gəlinin  əlini bəyin  əlinə verir. «Al amanatı» -
deyir. 
Toy, zurna və davul-meytərlə (nağara, təbil, dəf) 
aparılardı. Zurna və nağaranın sədaları altında halay 
təpərdilər. Davulçu toya gələnləri  şabaş verməyə  təhrik 
etmək məqsədilə müxtəlif şer parçaları oxuyardı. Məsələn: 
Bostanın su basmasın, 
Yarın sənnən küsməsin. 
Di qoy əlin cibinə 
Haqq kisənnən kəsməsin (149, 92-93). 
Onu da deməyi  əhəmiyyətli sayırıq ki, toy 
məclislərində «Qılınc-qalxan» və «Atlı qarınca» 
səhnəcikləri də göstərilir. «Qılınc-qalxan» iki gənc və ya 
kişi tərəfindən ifa olunur. Hər ikisi əlinə qılınc və qalxan 
alır və oyun davul və zurnanın çaldığı ritmə uyğun 
keçirilir. Tamaşa beş hissədən ibarət olur. Hər hissədə 
musiqi də, vuruş da fərqlənir. Bu oyun bayratılarda da, 
şənliklərdə  də, mərasimlərdə  də yerinə yetirilir. «Qılınc-
qalxan» halay baş- 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə