Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

76                                                                               I fəsil                       
Folklorşünas  Şakir Sabir Zabit Kərkük dolaylarında 
baharın gəlməsini fevralın ortalarından hesablayır və yazır: 
«1957-ci ildə gözəl bir bahar günü yüz metrə qədər az bir 
parça yerdə rəngləri ауrı, qoxulu-qoxusuz, 25 çeşid gül və 
çiçəyi mən saymışdım» (255, 23). 
Tədqiqatçı sözünə dayaq olsun deyə məşhur kərküklü 
şair Abdulla Safinin bahara həsr etdiyi və fevral ayının 16-
da Kərkük dolaylarında gül-gülü, çiçək-çiçəyi çağırdığını 
göstərən şerindən bir parçanı nümunə vermişdir (255, 23). 
DİNİ BAYRAM VƏ  NƏĞMƏLƏR. Dini mərasim-
lərdən danışarkən ilk növbədə göz önünə Qurban bayramı, 
Aşura, Peyğəmbərin ad günü və Ramazan bayramı  gəlir. 
Bunların arasında  ən çox yayılanı Ramazan bayramıdır. 
Ramazan bayramını uşaqlar böyük səbirsizliklə gözləyir və 
nəğmələr oxuyurlar: 
 
Gənə gəlldi Ramazan, 
Mollalar oxur azan
Barmaqların tökülsün  
Yarı ‘sgərə yazan. 
Eləcə də: 
Ramazan, qarnı bir qazan, - 
Əlində kəfkir, qapılar gəzən. 
Və ya: 
Gənə gəldi Ramazan, 
Əlində kəfkir-qazan,  
Нər gecə bir ev gəzər,  
Hanı nemətim yazan. 
Demək lazımdır ki, Kərkükdə dini bayramların 
yaddaşlarda qalması üçün bir sıra tədbirlərə əl atılır. Təkcə 
onu demək kifayətdir ki, Ramazan və Qurban 
bayramlarının hər biri dövlət tərəfindən üç-dörd gün 
istirahət günü elan edilib. 
Azərbaycanda Novruz bayramında olduğu kimi, 
Kərkük dolaylarında da, xüsusən adlan çəkilən bayramla- 
Кərкüк folklorunun janrları                                         77                        
ra böyük hazırlıq işləri aparılır,. Evlərdə  şərbətlər 
hazırlanır, xurmalı,  şəkərli, cövüzlü, badamlı külçə 
bişirilir. Azərbaycanda Novruz bayramı zamanı bişirilən 
halvaya qara istiot, darçın, mixək, razyana, cövüz, zəncəfil, 
hil və s. qatıldığı kimi, Kərkük dolaylarında da bişirilən 
yeməklərə, xüsusən də külçəyə müxtəlif ədviyyələr qatılır. 
Bunu uşaqların oxuduqları nəğmələrdən də görmək olur: 
 
Bayrama qaldı bir həftə,  
Hilli, bibərü küftə. 
Bayramda növbənöv yeməklər hazırlanır. Süfrənin 
şahı hesab edilən,  ərik qurusu ilə hazırlanan lətgə  aşının 
(plov) süfrədə olması isə mütləqdir. 
Maraqlıdır ki, bütün İraqda olduğu kimi, Kərkük 
dolaylarında da adamlar bayram ərəfəsində deyil, bayram 
sabahı bir-birlərini təbrik edirlər. Qadınlar bəzənir, 
düzənir, daha gözəl görünməyə çalışırlar. Bayram vaxtı 
böyüklər uşaqları öpür, onlara hədiyyələr verirlər; uşaqlar 
onlara alnıan təzə paltarı geyir və böyüklərin  əllərini 
öpürlər. Uşaq-böyük üç gün seyrana çıxır, bir-birləri ilə 
bayramlaşırlar. 
Kərkükdə keçmişdə  Cıdır meydanına yığışıb yarışa 
baxar, zurna və nağaraların sədaları altında seyrangahlarda 
rəqs edərlərmiş. Hər yan buğda və qarğıdalı qovurğası, 
qovurulmuş qabaq, qovun və qarpız çərtdəkləri ilə dolu 
olardı. 
Bayram axşamı indinin özündə belə, qadınlar 
qəbiristanlığı və müqəddəs yerləri ziyarət edirlər. Qurban 
bayramında ikinci və üçüncü gün qoç və cöngələri qurban 
kəsər,  ətini qonşu və kasıblara paylarlarmış. Bayram 
xeyirli və  şən olsun deyə mövludlar keçirərmişlər.  Ən 
yaxşı mügənnilər gecədən xeyli keçenə qədər oxuyardılar. 
Axırda xoyrat və mahnılar da oxuyardılar. Bir sözlə, dini 
Byramların yaddaqalan səviyyədə keçirilməsi Kərkük 
dolylarında ənənəvi xarakter almışdır. 


78                                                                             I fəsil                        
MƏİŞƏT MƏRASİM VƏ  NƏĞMƏLƏRİ.  İraq-
türkman folklorunda məişətlə bağlı  mərasim və  nəğmələr 
xalqın mənəvi həyatının ayrılmaz hissəsi olmaq 
baxımından böyük əhəmiyyət kəsb edir. Burada da məişət 
mərasim və  nəğmələri «xalqın məişət həyatında mühüm 
yer tutmuş, onlarda xalqra çoxəsrlik adət-ənənəsi, 
dünyabaxışı ifadə olunmuşdur» (162, 48). 
Xalqın həyat təcrübəsi, adət-ənənəsi, inam və 
etiqadları  əsasında yaranan, insan həyatının hər bir 
mərhələsini özünəməxsus bir tərzdə  əks etdirən məişət 
mərasim və  nəğmələri, hər  şeydən  əvvəl, qədimliyi ilə 
seçilir.  İraq-türkman folklorunda da məişət mərasim və 
nəğmələri xalqın keçdiyi tarixi yolu, onun poetik təfəkkür 
tərzini, irəliləyişinin səmtini aydınlaşdırmaqda böyük 
əhəmiyyət daşıyır (2, 66). 
Bununla belə, M.H.Təhmasibin göstərdiyi kimi, toy və 
yas adətləri, eləcə  də onlarla əlaqədar olan məişət 
nəğmələri mərasim və mövsüm nəğmələrinə nisbətən daha 
sonrakı dövrə aid olan bir növdür. 
Məişət mərasim və  nəğmələrindən danışarkən göz 
önünə ilk olaraq yas və toy mərasim və nəğmələri gəlir. 
YAS MƏRASİM VƏ  NƏĞMƏLƏRİ.  Kərkük do-
laylarında kimsə  vəfat edəndə  təziyə qurulur və ölünün 
üçünə  qədər davam edir. Məclisi tərk edərkən təziyə 
sahibinə «Başın sağ olsun», «Qalanlar sağ olsun», «Allah 
əfv etsin» kimi sözlərlə təsəlli verirlər. 
Kişilər kimi qadınlar da üç gün ərzində yas saxlayır. 
Azərbaycanda olduğu kimi, qadınlar avaz ilə  mərhuma 
münasib ağı deyir və acı-acı ağlayırlar. Azərbaycanda ağı, 
Türkiyədə ağıt adlanan bu mərasimə Kərkük dolaylarında 
sazlamaq deyirlər ki, bu da sızlamaq sözündən 
yaranmışdır(212,90). 
Əzizi, çox yaxını ölmüş qadınlar sifətlərini 
cırmaqlayır, sinə  yırtır, saçlarını yolur, başlarına çamur 
sürtürlər (255, 53). Saçını yolmaq, başına çamur yaxmaq 
adətləri- 
Kərkük folklorunun janrları                                       19                         
nin çox qədim inam və etiqadlarla əlaqədar olduğu barədə 
yuxarıda  ətraflı danışdığımızdan, burada onların üzərində 
xüsusi dayanmağa lüzum görmürük. Lakin onu da qeyd 
etmək yerində olar ki, başa döymək, sinə yırtmaq, dizlərini 
döymək, sifəti cırmaq, saç yolmaq və s. adətlər 
Azərbaycanda da özünü göstərir (221, 23). 
Onu da demək vacibdir ki, yas məclislərinə 
Azərbaycanda ağıçı (111, 82), Kərkük dolaylarında 
sazlayan (205, 90) adlanan peşəkar qadınlar dəvət 
olunurlar. Çoxlu ağı və sazlamaq bilən bu qadınlar yanıqlı 
səslə  məclisdə  əyləşənlerin qəlbinə od salır, fəryadla 
xalqın təskinlik tapdığı nəğmələri oxuyurlar. 
Yeri gəlmişkən deyək ki, əziz bir şəxs öləndə yas 
məclisinə peşəkar «yuğçu» - «yığçı»ların dəvət olunması, 
onların dedikləri ağıların təsiri altında göz yaşı töküb 
ağlamaq qədimdənqalma adətdir» (228, 392). 
Bununla əlaqədar qeyd etmək əhəmiyyətlidir ki, İraq-
türkman folklorunda indinin özündə belə, «ağlamaq» 
sözünün yalnız qədim «yığlamaq» forması özünü göstərir 
ki, «yuğçu» və ya «yığçı» da həmin sözdən yaranmışdır. 
Əslində «ağı» sözü də «yuğ» sözündən yaranmışdır 
(228, 392; 304, 391). 
Demək lazımdır ki, sızlamaq sözündən yaranan 
sazlamaqlar (212, 90) ailənin məruz qaldığı  fəlakəti, az 
öncə sönən həyatı, ailənin çəkdiyi  ələm və acıları 
canlandırır. 
Qadınlar ailəyə baş vermiş kədərlə bağlı sinələrini 
yırtır, saçlarını yolur, üzlərini cırır, «Vay balam, vay» 
deyərək sazlamaya başlayırlar. Sazlamaqdan əvvəl rəh-
mətə gedənin yaşına, peşəsinə, həyatda tutduğu mövqeyi-
nə, mənsəbinə, əxlaq və gözəlliyinə, boy-buxununa, qəh-
rəmanlığına, səxavətinə, şan-şöhrətinə və s. uyğun sözlər 
sadalanır, sonra sazlamaqlara keçilir.  
Məhz buna görədir ki, sazlamaqlar İraq-türkman fol-
klorunda həm nəsr,həm də nəzm şəklində olur. Nəzm 
şəklində olanlar əksəriyyət təşkil edir. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə