Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

 
 
68                                                                I fəsil 
                                  
Açın anbar ağzını,  
Verin yağış payını;  
Verəni xatın olsun,  
Vermdyən qatır olsun.  
(76, 38; 255, 114) 
Kosaya qapı açılar, ona yağ, düyü, pendir və digər 
nəsnələr verərdilər. Açılan qapılardan və ya damlardan 
Kosanın başına bol-bol su tökərdilər. Açılmayan qapını 
döyər: «Kosa gəldi, qapını qırdı» - deyər və oxuyardılar: 
На dura-dura yorulduq, 
Tütünüvüzdən boğulduq. 
Verəni xanım olsun 
Vermiyən qatır olsun. 
Kosaya pul və  hər cür ərzaq verərdilər. Bəzən 
toplanan  ərzaq  о  qədər çox olardı ki, onu at və ya 
uzunqulaq üzərində daşıyardılar. 
Maraqlıdır ki, «İraq-türkman folkloru» (180) adlı 
mo-noqrafiyamızı redaktə edərkən iraqlı  tədqiqatçı 
Ə.Bəndəroğlu dedi ki, yağış-yağmurla bağlı yaranan bu 
mərasimə Kərkük dolaylarının bəzi bölgələrində «Qodu» 
və ya «Qoduq» adı verilməsi yığılmış ərzağın uzunqulaq 
üzərində daşınması ilə əlaqədar yaranmışdır. 
Professor M.H.Təhmasib isə qeyd edir ki, «Hodu» və 
ya «Qodu» sözünün etimologiyasını  qədim  əsatirdə 
günəş ilahəsi olan «Hindra» yaxud «İndra»da axtarmaq 
lazımdır (214, 80). Folklorşünas alimin fikrincə 
bəzədilmiş gəlinə (kuklaya) Qodu deyirlər (194, 61). 
Bəzi başqa məxəzlərdə isə göstərilir ki, «Qodu» 
bütpərəstlərin hansısa allahıdır: kukla isə bu allahı 
göstərən bütdür. Qodu yox olunca Günəş  də batır (82, 
20). 
Demək lazımdır ki, yığılan pula bir toğlu və ya erkək 
alıb allah rizası üçün qurban kəsər, bişirər və yoxsullara, 
kimsəsizlərə paylayardılar (117, 153). Yığılmış  ərzağa 
gəlincə qeyd etmək vacibdir ki, sabahısı gün məhəllədə 
Кərкüк folklorunun janrları                                          69               
böyük qazan qurular, yığılmış  nəsnələrdən «Yağış  aşı» 
bişirilərdi. Yoldan keçənlər, fəqir-fiiqəra «Yağış aşı»ndan 
yeyib dua oxuyardılar. Dualar məscidlərdə də oxunardı. 
«Kosa gəldi» və «Qodu» ilə  bərabər, «Çəmçələ  qız» 
mərasimi də keçirilərdi. Bu mərasimdə xaçşəkilli bir ağaca 
libas geydirib qapı-qapı gəzdirər və mahnı oxuyardılar: 
 
Çəmçələ qızım aş istər
Allahdan yağış istər. 
Açın anbar ağzını, 
Verin yağış payını. 
Hey Çəmçələ, Çəmçələ, 
Çəmçələm yağış istər, 
Hüseyni yağlamağa, 
Beşigi bağlamağa. 
Verənə allah versin, 
Vermiyənə nə versin. 
Oğlu kürəkən dursun, 
Qızı həlhələ versin. 
Ver allahım, ver, - 
Yağmurunnan sel; - 
Köpəkli xırman, 
Qoç-qoyun qurban. 
Hey Çəmçələ, Çəmçələ! 
Çəmçələm yağış istər,  
Dam-divarı yaş istər. 
Ənənəvi mövsüm mərasimləri və onlarla əlaqədar 
yaranan mərasim nəğmələrinin bir çoxu bu gün də xalq 
arasında qalmaqdadır. 
        Onu da deyək ki, «Çəmçələ qız» termininin 
etimologiyası barədə professor M.H.Təhmasibin qeydləri 
xüsusi şeylərə  kənd cavanları bir çömçəni müxtəlif, «... 
kənd cavanları bir çox şeylərlə bəzəyərək ev-ev gəzdirir, 
nəğmələr oxuyurlar» 
Sonralar bu məsləy professor V.Vəliyev də 
toxunmuşdur: qırmızı parça ilə bəzənmiş kuklaya (adi 
 


 
 
 
 
70 
 
 
      I 
fəsil 
ağac parçası, ya da çömçəyə qırmızı parça dolayar, başına 
qırmızı yaylıq örtərdilər) deyilir» (61, 122
b
). 
Qeyd etməyə dəyər ki, «Çəmçələ qız» bəzən müqəvva 
əvəzinə canlı insan olardı. Onun başını bezlə sanyar, 
boynunun ardında ağız, burun, qaş, göz düzəldərdilər. 
Boynuna bir ip salıb «Çəmçələ  qız»ı oynadar və  nəğmə 
oxuyardılar: 
Сəmçələ qızım yağışdır, 
Hər gələnə bağışdır. 
Açın хəznə (anbar) qapısın, 
Verin allah borcunu. 
Verənlər xatın olsun, 
Vermiyən qatır olsun və s. 
Və ya: 
Çəmçələ gəldi eşigə,  
Oğlanı qoydu beşigə;  
Tanrı bir rəhmət versin, 
Qoyunlara süt versin. 
На dura-dura  
yoruldum, 
Tütünüvüzdən 
boğuldum; 
Açın anbar ağzını, 
 Verin allah borcunu 
(149, 95). 
 
Sonra bir qab buğda, bir qab un, düyü, yumurta, çörək, 
xurma və s. allah verən nəsnələr istərdilər. 
«Çəmçələ  qız» və  ətrafındakıların başına evlərdən su 
tökərdilər. Dilənilən nəsnələrdən «Yağmur aşı» - lətkə 
(ərik qurusu ilə bişirilən plov) bişirilər, fəqirlərə, 
imkansızlara paylardılar ki, yeyib dua oxusunlar. Yeri 
gəlmişkən qeyd edək ki, Kərkükdə son böyük «Yağmur 
duası» 1952-ci ildə olub (255, 113, 114). 
Göründüyü kimi, «Kosa gəldi», «Qodu» və «Çəmçələ 
qız» tamaşaları iki məqsədlə yerinə yetirilərmiş. Bir 
tərəfdən intizar keçirən, qəm, qüssə, kədərə qərq olatı xalq 
kütləsinin fıkrini dağıtmaq, kefini açmaq, başqa bir tərəf- 
Кərкüк folklorunun janrları                                           71                       
dən də imkanlı ailələrdən  ərzaq toplayıb ağır vəziyyətə 
düşmüş kasıblara kömək etmək. 
Yağmur mərasimlərini həyata keçirərkən xalq dram və 
tamaşalarından istifadə edilməsi təbiidir. Çünki onlar 
mərasimlərin özündən doğub inkişaf etmişlər. Professor 
Paşa  Əfəndiyevin qeyd etdiyi kimi, mövsüm və  məişət 
mərasimlərinin hər birində bu və ya digər dərəcədə dram 
ünsürləri gərə bilərik (112, 100). 
Yağış-yağmurla bağlı keçirilən mərasimlər bir tərəfdən 
Kərkük dolaylarında qədimdən bəri insanların həyatı, 
məişəti, dünyagörüşü, etiqadları barədə  əvəzsiz məlumat 
verirsə, digər tərəfdən də  İraq-türkman folklorunun 
Azərbaycan folkloru ilə  qırılmaz tellərlə bağlı olduğunu 
bariz  şəkildə  əks etdirir. Təkcə onu demək kifayətdir ki, 
yağış-yağmurla bağlı qapı-qapı  gəzib  ərzaq məhsulları 
toplamaq, onu bişirib camaata paylamaq, «Kosa gəldi» ilə 
bərabər «Çəmçələ  qız»ın müqabilində bir gəlinciyi 
bəzəyib qapı-qapı  gəzdirmək, qurban kəsmək, dua 
mərasimlərindən sonra yağmur aşı yemək, çaya daş atmaq 
ənənəsi və s. dediklərimizə dayaq olur (111, 80-81; 
162,30-33,2, 123-130). 
Qeyd etməyə  dəyər ki, daşın köməyi ilə yağış 
yağdırılacağına inam təkcə Azərbaycanda və İraq-türkman 
folklorunda deyil, bəzi başqa xalqlarda da vardır. 
Yakutlarda «sata», altaylılarda «yada», qıpçaq qrapuna 
daxil olan bəzi xalqlarda isə «çada» adlı yağış daşı vardır 
(192, 44). 
Yağış daşı türk xalqlarında mifik keyfiyyətli olmuşdur. 
İnama görə ilkin keyfıyyəti yağış yağdırmaq olan bu daş 
at, öküz, кeçi, inək, ayı, qoyun və qurdun qarınında 
olurmuş. «Bu deyilənlər içərisində ən qüdrətli yağış daşını 
qurdun qarınında olması faktı  şübhəsiz, bizi daha çox 
maraqlandırır.Məlum olduğu üzrə qurd tək bizdə yox, 
heyvanlar dünya xalqlarında sayılan, seçilən müqəddəs 
heyvanlar cərgəsində olmuşdur» (2, 129; 192, 44). Qurdun 
müqəddəsləşdirilməsi, ona bu münasibət təbii ki, keçmiş- 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə