Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

52                                                               fəsil 
                                        
Qadanı alım, önündə ölüm. 
Sözünü şəkərdən kəsim.  
Qan etdim, qapma gəldim. 
Böyüyümsən, ağamsan.  
Məni əliboş qaytarma. 
İlk baxışda adi görünən «Qurbanın olum», «Başına 
dolanım», «Önündə ölüm», «Böyüyümsən, ağamsan» və 
eləcə  də «Sənə  fəda olum», «Ayağının altında ölüm, 
ağamsan» ifadələrinin hər birinin arxasında bir dünya 
məna durur. 
Xalqın keçmişinin çox dərin qatları ilə sıxi bağlı olan 
bu ifadələrin məna tutumu adamı heyrətə  gətirir. 
«Qurbanın olum» ifadəsi xəstələnən adaın, xüsusən də 
uşağın başına qurbanlıq heyvan dolandrıb kəsməklə, 
bununla da şər qüvvəyə  əvəz verdiklərinə, uşağın 
sağalacağına, qada-bəlanın, ağrı-acının qurban deyilən 
heyvana keçməsinə inamla əlaqədar yaranmışdır.  İndinin 
özündə belə Azərbaycanda olduğu kimi, övlad-uşaqla 
bağlı müəyyən arzu-diləyin yerinə yetirilməsi ilə əlaqədar 
qurban deyilmiş toğlu və ya qoçu kəsərkən mütləq onu 
uşağın başına dolandırıb kəsirlər. İraqlı tədqiqatçı İbrahim 
Daquqi bu münasibətlə yazmışdır: «Türkmanlar çocuq 
xəstələndiyi zaman və ya başına bir hadisə gəldiyi zaman 
ortaya  əti yeyilən bir heyvan qoyurlar. Uşağın  ətrafinda 
dolandırıb kəsirlər. Sonra ətini fəqir-fliqəraya, qonşulara 
paylayırlar. Beləliklə xəstə şəfa tapır» (117, 81). 
Azərbaycanda olduğu kimi, Kərkük dolaylarında da 
bir adam xəstənin başına dolansa, xəstənin sağalacağına, 
onun isə öləcəyinə, kiməsə qurban və ya fəda olacağına 
inanırlarmış. Beləliklə, «Başına dolanım», «Qurbanın 
olum», «Sənə  fəda olum» kimi ifadələrin ilkin mənasının 
müəyyən inanc və etiqadlarla əlaqədar yarandığı aydın 
olur. 
Hətta kiçik uşaqlardan kimsə oturan bir şəxsin 
ətrafında oynayarkən, onun dövrəsinə  fırlansa, uşağın 
başına 
Kərkük folklorunun janrları                                     53                             
bir hadisə  gələcəyini zənn edərək, onun hərəkəti  əks 
istiqamətdə yerinə yetirməsini məsləhət görərdilər. 
Beləliklə, uşağın xəta-bəladan sovuşduğuna inanardılar. 
О ki, qaldı «Ayağının altında ölüm, ağamsan», 
«Önündə ölüm, böyüyümsən, ağamsan» dualarına, qeyd 
etmək lazımdır ki, onlar daha qədim zamanlarda özünü 
göstərən mərasimlə  əlaqədar yaranmışdır. Təəssüf ki, son 
əsrdə müəyyən tarixi-ictimai-siyasi səbəblər üzündən 
Azərbaycanda bu dualara xüsusi məna verən «ağamsan», 
«böyüyümsən» sözləri dualardan atılmış, nəticədə dualara 
ilkin yaranışının araşdırılmasında müəyyən çətinliklərə 
gətirib çıxarmışdır. Məsələ burasındadır ki, dua mənasında 
işlənən bu ifadələr «ağa», «böyük», «başçı» sözləri ilə sıxı 
əlaqədə yaranmışdır. 
Şifahi və yazılı  ədəbiyyatdan görünür ki, qədimlərdə 
əşirət başçısı və ya çox mötəbər bir şəxs vəfat etdikdə qul 
və xidmətçilərindən öldürüb onun ayaq ucunda 
basdırarlarmış. 
Azərbaycan yazıçısı Y.V.Çəmənzəminlinin «Keçmişlə 
bağlı olan adət və ayinlərin təsvirini... keçmişimizə aid 
müəyyən fikirləri bədiiliklə  və  yəqinliklə verən» (244, 7) 
«Qızlar bulağı» romanında belə bir mənzərənin  şahidi 
oluruq: 
«O biri gün şahzadənin dəfn mərasimini keçirdik. 
Qullar iyirmi addım uzunu və iyirmi addım enliyində iki 
adam boyu bir yer qazdılar. Dibinə söyüd yarpaqları 
döşəndi.  Şahzadənin çadırı bütün müxəlləfatı ilə buraya 
yerləşdirildi. Meyidi geyindirib, silahlarla bərabər 
yatağına uzatdılar, çadıra gətirdilər. İrəliki gün diz çökən 
on səkkız qız Aliatay adlı çopur bir cəllad tərəfindən bir-
bir boğulub öldürülmüşdü. Bunları da şahzadənin ətrafına 
düzdülər» (245, 90). 
Əsasən başqa bir yerinə oxuyuraq: «Vəliəhd xüsusi bir 
təntənə ilə  dəfn olundu və doqquz bakirə  qız boğulub 
qəbrinə qoyuldu» (245, 99). 


54                                                                   fəsil                                    
Demək lazımdır ki, «bunlar ölən adamın yenidən 
dirilməsi etiqadına inamın nəticəsidir və bu səbəbdən 
öldürülüb basdırılanlar guya dirilib öz ağalarının 
qulluğunda duracaq, ona xidmət edəcəklər» (2, 59). 
Bu inam qədim misirlilərdə  də mövcud olmuşdur 
(245, 27). 
Qeyd edək ki, dua və  bəddualar xeyir və  şər 
təsəvvürlərlə, inamlarla əlaqədar meydana gəlmişlər. 
İnsanlar inanmışlar ki, dua uğura, bəddua isə uğursuzluğa 
səbəb olur. Bu gün belə  işlənən duaların  əksəriyyəti 
insanların arzu və istəklərini  əks etdirmək baxımından 
maraq doğurur: 
 
Evindən ev törəsin! (Oğul-qız toyu görəsən!)  
Yeddi oğlan babası olasan!  
Cigərin yanmasın! (Övlad dağı görməyəsən!)  
Ömründən doyasan! (Ürəyincə, doyunca yaşayasan!) 
Dualar bir çox hallarda bir neçə duanın 
birləşməsindən ibarət olur. Arzu-dilək ifadə edən, anaların 
qız və  oğluna müraciətlə söylədiyi dualar bu baxımdan 
səciyyəvidir: 
Ağ baxt, 
Altın taxt; 
Şəri şeytannan, 
Quru böhtannan; 
Qara xəlayiq, 
Bayaz əkməkçi; 
Siyah kölə 
Dilərəm qızıma. 
Həyasız arvaddan, 
At şərinnən; 
Od şərinnən, 
Ərz və asiman şərinnən; 
Yıxılmış divardan, 
     Qudurmuş köpəkdən; 
      Bəkliyəsən, saxlıyasan 
Oğlumu, ay allah! (201, 16) 
Kərkuk folklorunun janrları                                      55 
                         
İraq-türkman folklorunda xoyrat və manilərin böyük 
bir qismi dualarla bağlı yaranmışdır: 
 
Qurbanam qaşına yar! 
Qoy dönüm, başına yar! 
 Məni bu qəmdən qurtar, 
Dolandır başına yarl 
 
Ocağın; 
Daim yansın, ocağın;  
Övladın qeydinə qal,  
Kor olmasın ocağın və s. 
Təkcə elə bu fakt duaların xalq arasında nə  qədər 
geniş yayıldığına dəlalət edir. 
BƏDDUALAR. Bəddualar da inanc və dualar kimi 
İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. 
Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik 
görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi 
əhəmiyyət kəsb edir. 
Professor A.Nəbiyev Azərbaycan folklorunda 
qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: 
mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı 
yaranan qarğışlar (162, 58). 
Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən 
bədduaları da təxminən üç qrupa bölmək olar: 
1.
 
Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. 
2.
 
Mərasimlərlə bağlı yaranan bəddualar. 
3.
 
Məişətlə bağlı yaranan bəddualar. 
Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəd-
dualar daha çoxdur (133, 63-65). 
Bədduaların bir çoxu keçmişdə mövcud olmuş, yavaş- 
yavaş yaddan çıxmaqda olan xəstəlikləri xalqın hafızəsin- 
də saxlamaq baxımından maraq doğurur. Belsarma olasan! 
(Belinsınsın); Qırran qırsın (Taun tutsun!); Yaman sancı 
tutasan; Gözünə qara su ensin; Gözünə mil çəkilsin; Qu- 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə