Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

40                                                                       I fəsil 
                             
dəmirlə döyəcləyərək iynə-sancağı hazır tutardıq ki, «Hal» 
zahı qadının ürək və ya ciyərini çıxarıb suda yuya və yeyə 
bilməsin. Bununla inanırdıq ki, zahı qadının ölümdən 
qurtarmasında bizim də  «əməyimiz» vardır. Bir çoxları 
kimi, biz də  «əlbəttə patoloji proseslə bağlı olan bu 
məsələnin tibbi mahiyyətini dərk edə bilmədiyimizdən 
doğan qadının çoxlu qan itirməklə halsızlaşmasına, huşunu 
itirməsinə Alın səbəb olduğuna inanardıq» (2, 78). 
Kərkük dolaylarında doğuş zamanı halsızlaşan, huşunu 
itirməkdə olan qadının ağzına dəmir qaşıq soxardılar ki, Al 
nənəsi dəmir nəsnədən qorxub yaxın gəlməsin. Bundan 
əlavə onun saçını dartışdırar, küreklərinin arxasına bərk 
əşyalar qoyardılar. Al nənəsi qadının ciyərini yuyub 
yeməsin deyə evdə olan üç ocaq daşından birini su 
quyusuna və ya hovuza atar, qadının ərinin və övladlarının 
adını  çəkərdilər. Filankəs gəldi-deyə  qışqırardılar. 
İnanardılar ki, Al nənəsi bunu eşidib suya yaxınalaşmaqdan 
qorxacaq və ananın ciyərini qaytaracaq (255, 56). 
Maraqlıdır ki, şər qüvvələrin dəmir və ondan düzəl-
dilmiş nəsnələrdən qorxması inamı о qədər güclü olmuşdur 
ki, indinin özündə belə bir çoxlan uşaq yatanda balmcın 
altına bıçaq, xəncər qoyur ki, şər qüvvələr qorxub nə uşağa 
yaxın gələ büsin, nə də ona xətər yetirsin (197, 191). 
Bundan başqa, uşağı  bədnəzərdən qorumaq və göz-
dəymənin qarşısını almaq üçün boynuna gözmuncuğu 
asardılar. Bununla belə, uşaq narahat yatsa, tez-tez səksənib 
yuxudan ayılsa, ağlasa, xəstələnsə  uşağı göz nəfsinin 
vurduğuna inanar, üzərliklə bağlı  mərasim keçirərdilər. 
İraq-türkman folklorunda da ovsun kimi tanınan bu məra-
simi yerinə yetirmək üçün bir dəstə üzərlik götürülür, 
uşağın başına dolandınlır, sonra yandırılırdı. Üzərliyin 
tüstüsü uşağa dəydikcə üzərliklə bağlı ayin-mahnı oxuyar 
və uşağın sağalacağına inanarlar: 
Kərkük folklorunun janrları 
 
Üzərliksən, havasan,  Üzərliksən, məzəsən, 
Yeddi dərdə davasan.  Damar-damar gözə sən, 
Allahdan istəmişəm 
О günə qurban olum 
Bu dərdi sən qovasan.  Evimizdə gəzəsən. 
Folklorşünas M.Hatəmi qeyd edir ki, üzərliyi uşağın 
başına dolandırıb oda atmaq, uşağı onun tüstüsünə tutmaq 
və zərərli ruhu uşaqdan qovmaq üçün Azərbaycanda təkcə 
üzərliyin deyil, həm də odun gücünə inanılardı (229, 39). 
Bu inam İraq-türkman folklorunda da eynilə belədir. 
Professor M.Seyidov isə göstərir ki, inama görə 
üzərlik yalnız gözdəymənin qarşısını almaqla qalmır, 
ümumiyyətlə, qada-balanı qovur (190, 95). 
Üzərliklə bağlı  İraq-türkman folklorundan verdiyimiz 
nümunələr də alimin fikrini təsdiqləyir. 
Onu da demək lazımdır ki, yeni doğulmuş uşağa qırx 
gün  ərzində  şər qüvvələrin xətər toxundura biləcəyinə 
inanır və  uşağı ciddi nəzarət altında saxlayırlar. Bütün 
ailənin qayğısı dünyaya yeni gələn körpənin 
salamatlığıdır. Bəzən elə  də olur ki, müəyyən bir ailədə 
uşaqlar doğulduqdan sonra çox yaşamırlar. Bu dərdin 
əlacını xalq arasında geniş yayılmış inancda görürlər. Belə 
ailədə uşaq dünyaya gələndən sonra bir qara toyuq kəsərək 
kəfənə bükür və qəbiristanda basdrırlar. 
Buna bənzər inanca Azərbaycanın bəzi bölgələrində də 
təsadüf edilir. Belə ki, uşağı yaşamayan ailə bu dərdə çarə 
qılmaq üçün onun başına bir erkək quzu dolandırıb kəsir, 
soyduqdan sonra parçalamadan bütöv şəkildə qazanda о 
qədər qaynadır ki, ət öz-özünə sümükdən ayrılır.  Ətı 
yeyir, sümükləri isə  ağa büküb qəbristanlıqda basdırırlar 
(2, 82). 
O da maraqlıdır ki, ay başında doğulan uşağı ay 
basmasın deyə gün batmazdan əvvəl dam başına bir 
çıraq, bir 


42                                                                             I fəsil                      
güzgü, bir sürmədan, bir daraq qoyar və gün batana qədər 
saxlardılar (255, 45). 
Та  qədim zamandan nəsil artırmaq, övlad sahibi 
olmaq, soykökü davam etdirmək, ata-ananın ona çəkdiyi 
əvəzsiz zəhmətin müqabilində övladların zəhmət çəkərək 
həyata borcunu qaytarmaq arzusu daimi və  nəhayətsiz 
olmuşdur. 
Əbədi və  əzəli olan sonsuzluq-soysuzluq dərdi 
bəşəridir. «Kitabi-Dədə Qorqud»da övladsızlıqla bağlı 
qəlb parçalayan bir hadisənin şahidi oluruq: «Xanlar xanı 
xan Bayandır yildə bir kərrə toy edib, Oğuz bəglərin 
qonaqlardı. Genə toy edib, atdan ayqır, dəvədən buğra, 
qoyundan qoç qırdırmışdı. Bir yerə ağ otaq, bir yerə qızıl 
otaq, bir yerə qara otaq qurdırmışdı. «Kimün ki, oğlı-qızı 
yoq, qara otağa qondurın, qara keçə altına döşən, qara 
qoyun yəxnisindən öginə götürün, yersə yesün, yeməzsə 
tursun-getsün», - demişdi. «Oğlı olanı ağ otağa, qızı olanı 
qızıl otağa qondurın. Oğlı-qizı olmıyanı allah-təala 
qarqayıbdır, biz dəxi qarqarız, bəllü, bilsün» - demiş idi 
(136, 34). 
Şübhəsiz, oğul-uşaq sahibi olmaq arzusu insanları 
qədim zamanlardan müəyyən çarələrə  əl atmağa məcbur 
etmişdir ki, bunların bəziləri inanclarda zəmanəmizə qədər 
gəlib çıxmışdır. Hələ «Kitabi-Dədə Qorqud»dan görünür 
ki, oğlu olmayan Dirsə xan qurban kəsmiş, acları 
doydurmuş, yetim-yesiri geydirmiş,  əl tutmuş, borcu 
olanları borcdan qurtarmış, hamıya yaxşılıq etmiş, bir ağzı 
dualının alqışı ilə allah-taala ona bir övlad vermişdir (136, 
35). 
Demək olar ki, bu ənənə  Kərkük dolaylarında övladı 
olmayan kişilər arasında indi də yaşayır. Övladı olmayan 
qadınlar isə indinin özündə belə müqəddəs hesab edilən 
qəbirləri ziyarət edir, dərviş və seyidlərə nəzirlər verirlər. 
Dilək tuturlar, əhd edirlər: «Bir oğlum və ya qızım olsun, 
yeddi qapı dilənərəm» və ya «Bir oğlum olsun, yeddi 
yaşına qədər əlbəsə almıyım» (133, 55). 
Kərkük falklorunun janrları                                       43                         
Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı 
inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir 
dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə 
inanırlar. 
Bu eynilə Azərbaycan folklorunda da belədir: «Uşağın 
dolu dənələrini dişləməsi, yaralayanda isə «mən kəsdim, 
sən də kəs!» - söyləməsi dediklərimizə dayaq olur(2, 134). 
Evlərdə qapının astanasında divara ceyran kəlləsi 
vururlar. Bununla о evi göz nəfsinin vurmayacağına etiqad 
bəsləyirlər. 
Kərkük dolaylarında üzərliyin gözdəyməni götürən, 
dağdağanın gözdəymənin qarşısını alan, çinarın müqəddəs 
sayılan bitki və  ağaclar hesab olunması da bu inam və 
etiqada tapınmanın nəticəsidir. 
Maraqlıdır ki, «xeyir xəbəri» adlanan sağsağan evin 
üzərindən uçanda qarıldasa, yeni xəbər eşidəcəklərinə 
inanırlar. Bu xəbərin xeyirli olması üçün üç dəfə «xeyirli 
xəbər» - deyə təkrar edir və deyirlər: 
Xeyir isən gal bəri, 
Şər isən dön geri (149, 96). 
Qeyd etmək lazımdır ki, qədim dövrlərdən bu yana 
insanın həyatı, əmək fəaliyyəti, real və mifık təsəvvürləri, 
astral görüşləri İraq-türkman folklorunda da inam və eti- 
qadların yaranmasında mühüm rol oynamışdır. Çünki «in- 
sanlar ilkin təfəkkür çağlarında əhatə edildikləri mühitdə 
əksər mövcud məsələlərin mahiyyətinə dair cavab tap- 
maqda, nəticə çıxarmaqda çətinlik çəkmişlər. Onlar hə- 
yatda üzləşdikləri maneələrin səbəbini təbiətdə axtarmış, 
müxtəlif hadisə, nəsnələr arasında, hətta azacıq, cüzi bən- 
zəyişə müəyyən daxili əlaqənin, bağlılığın əlaməti kimi 
baxmışlar. Bunun üçün də mürəkkəb təbiət aləminə təsir 
etmək cəhdi, bununla da arzu, istəyə qovuşmaq meyli 
sınamaların yaranıb yayılmasına, bir janr kimi formalaş- 
masına səbəb olmuşdur» (2, 4). 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə