Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

44                                                                            I fəsil 
İlkin mərhələdə real həyat gerçəkliyi və  şəraiti ilə 
bağlı olan inanclar böyük mətləblərdən söz açır, yuxarıda 
göstərdiyimiz kimi, xalqın düşüncə tərzini, həyata baxış və 
münasibətini sistemli tərzdə izləmək baxımından böyük 
əhəmiyyət kəsb edir. Azərbaycan folklorunda da özünü 
göstərən bir çox inanclar dediklərimizə dayaq olur. 
Məsələn,  İraq-türkman folklorunda sağ  əlin içi qaşınarsa 
para gələcəyinə inanar, əli üç dəfə öpər və başlarına 
qoyarlar. Eləcə də hamilə qadının bətnində uşaq sağ tərəfə 
meyl etsə  oğlan, sol tərəfə meyl etsə qiz olacağına 
inanılarmış. 
Maraqlıdır ki, Azərbaycan folklorşünaslığında «sağ» 
və «sol»la bağlı  gəlinən qənaət də  İraq-türkman 
folklorundakı inancla səsləşir.  İraq-türkman nağıllarından 
məlum olur ki, padşahın adətən iki vəziri olarmış. Onlara 
sağ  vəzir, sol vəzir deyərdilər. Padşahın sağ  tərəfində 
oturan vəzir baş  vəzir olarmış (133, 312). Bu vəzirə, 
«Ərsalan» nağılından göründüyü kimi, Xeyir vəziri və ya 
xeyir-bərəkət gətirən, günəşin simvolu kimi Şəms (Günəş) 
vəziri, sol tərəfdə  əyləşən vəzirə  şər vəziri və ya Qəmər 
(Ay) vəziri də deyərdilər. İraq-türkman folklorunda təsadüf 
edilən bu hadisə «Kitabi-Dədə Qorqud»da da öz əksini 
tapmışdır.  Əsatiri inamlara görə Bozoklar Oğuz xanın 
səmavi qadınından olan Gün xan, Ay xan, Ulduz xanın 
nəslindən, Uçoklar isə Oğuz xanın ağacın oyuğunda görüb 
evləndiyi qadından olan Göy xan, Dağ xan, Dəniz xanın 
nəslindəndir. Səmavi qadından olan övladlar daha çox 
hörmətli, nüfuzlu sayılmışlar. Odur ki, Oğuz xan onları bir 
qayda olaraq sağ  tərəfdə,  о birilərini isə sol tərəfdə 
əyləşdirərmiş. Beləliklə «sağ» və «sol»la bağlı  məsələnin 
mahiyyəti aydın olur (296, 163). 
İraq-türkman və eləcə  də Azərbaycan folkloru üçün 
səciyyəvi olan və xoruzla bağlı inanc da çox qədim 
dövrlərdən xəbər verir. 
Firdovsinin «Şahnamə»sində göstərilir ki, hökmdar 
Kəyumərsin oğlu Səyaməki divlər öldürür. Kəyumərs 
Kərkük folklorunun janrları                                        45                          
oğlunun intiqamın almağa gedərkən bir xoruzla ilanın 
vuruşduğunun və xoruzun tez-tez banladığının şahidi olur. 
Xoruzun banlamasını  uğurlu hesab edir və ilanı öldürür. 
Xoruzu iqamətgahına gətirir. Xoruz sübh çağı banlayıb 
səhərin açılmasını  xəbər verir. Səhərin açılması günəşin, 
işığın qaranlıq üzərində - xeyirin şər üzərində  qələbəsi 
demək idi. Qələbəni xalqa çatdıran xoruz müqəddəs hesab 
olunurdu. Lakin bir gün Kəyumərs xəstələnir. Onun xəstə 
yatdığı axşamların birində xoruz banlayır. Xoruzun vaxtsız 
banlaması hamnı mat qoyur. Gəlib görürlər ki, Kəyümərs 
ölüb.  О vaxtdan xoruzun axşam banlaması  fəna hesab 
olunmuş  və belə bir inancın meydana gəlməsinə  səbəb 
olmuşdur (5, 38). 
Kərkük dolaylarında indinin özündə belə axşam çağı 
xoruz banlasa, «O, baş yeyər» və ya «Bu şumdar baş 
yeyər» - deyir və xoruzun başını kəsirlər, 
Demək lazımdır ki, İraq-türkman folklorunda atəşpə-
rəstliklə bağlı bir çox başqa inanclar da yaşamaqdadır. 
Zərdüşt fəlsəfəsinə görə kainatın işıq və zülmətin 
mübarizəsindən ibarət olduğu məlumdur. Xalq işığın toran 
düşən vaxt qaranlıqla mübarizədə  məğlub olmasını  şər 
kimi qəbul etmişdir. Odur ki, şər qüvvələri sevindirməmək 
üçün gecə vaxtı güzgüyə baxmaq, gün sanda (qürab çağı) 
işləmək, məğribdə (şər vaxtı) ev süpürmək, yerə qaynar su 
tökmək və s. uğursuz hesab olunarmış. 
Eləcə  də odla bağlı inam və etiqadlar, həmçinin oda 
sitayiş zərdüştiliklə əlaqədar yaranmışdır. Oda xoşbəxtlik
uğur bağışlayan hami kimi baxmış, ona and içmişlər. 
Xristıan dininə etiqad edən ingilislərdə  də od-ocağı 
xoşbəxtlik bəxş edən hami kimi tanıyır, evin, ailənin  şər 
qüvvələrdən qorunması üçün hər evdə buxarı olmasını 
vacib hesab edırlər. Buxarı-ocaq ailə xoşbəxtliyinin rəmzi 
kimi qəbul edilir  
Kərkük dolaylarında, ocağa inamla əlaqədar 
mərasimdə yaranmışdır. Uşaqlar bayram vaxtı tonqal 
qalayırlar 


46                                                                      fəsil                                 
ki,  ətraf işığa qərq olsun, şər qüvvələr qorxaraq evə 
yaxınlaşıb bir fənalıq törətməsinlər. Eyni zamanda mahnı 
охuyurlar: 
Oğlan, oğlan od gəti, 
Oda salavat (etiqad) gəti. 
Nənən plov edibdi
  Yoldaşların yığ gəti (133, 302). 
Xalq arasında oda, ocağa inam Azərbaycanda da çox 
güclü olmuş və bu gün də qalır. 
Demək lazımdır ki, od bütün türk xalqlarında yamanı 
qovan, məhv edən sayılırmış (192, 13). 
Bunuııla belə xüsusi qeyd etməyə  dəyər ki, 
atəşpərəstliyin, о cümlədən də zərdüştiliyin geniş yayıldığı 
ölkələrdən Azərbaycan və  Kərkük dolayları onunla 
fərqlənir ki, bu ölkələrdə neft və yanan qaz oda, günəşə 
sitayiş kultunun başqa yerlərlə müqayisədə daha böyük 
vüsət almasına gətirib çıxarmışdır. 
Atəşpərəstlik bu gün də xalq arasında yaşayır. 
 
Hələ də, hələ də bizim yerlərdə  
Sadə insanların andı çıraqdır.  
Xalqın arasında, kəndə, şahərdə 
 Müqəddəs yerlərin adı ocaqdır - 
deyən Cənubi Azərbaycan  şairi Səhənd bunu bir daha 
təsdiq etmişdir. 
Od, işıq, güzgü, parıltı  və s. ilə  əlaqədar inancların 
atəşpərəstliklə bağlı yarandığı göz qabağındadır. 
Atəşpərəstlik dininə görə dünya guya iki qüvvə tərəfindən 
idarə olunur. Onlardan biri xeyir, digəri  şər qüvvələrdir. 
Guya Hörmüzd işığın, günəşin, ayın, odun, həqiqətin
xeyirxahlığın,  Əhrimən isə  şər qüvvələrin, yəni zülmətin, 
şərin bədbəxt hadisələrin tanrısı imiş. Elə  əslində 
atəşpərəstlik bir din kimi öz başlanğıcını buradan alır. 
Deməli, dünya xeyir və şər qüvvələrin mübarizəsi üzərində 
bərqərar olmuşdur.  Şübhəsiz, buna görədir ki, Kərkük 
dolaylarında 
Kərkük folklorunun janrları                                 47                               
da Azərbaycanda olduğu kimi, Ay və Gün tutulanda 
müəyyən mərasimlər keçirilir. Ay və Gün tutulanda fəlakət 
olacağına, müharibə baş verəcəyinə, bahalıq və aclıq 
olacağına inanırlar. Odur ki, «Div Ay nənəni tutub», «Div 
Gün nənəni tutub» - deyər, haray-həşir salar, evlərdə, 
həyətlərdə, məhəllələrdə  tənəkə çalar, güllə atar, səs-küy 
salarlar (255, 13). Bununla şər qüvvələri qorxudub 
qaçıracaqlarına inanarlar. 
Saçla bağlı inam da maraq doğurur. «Kəsilmiş saçı 
tapdayanın başı ağrıyar». Eləcə də kəsilən saç və dırnaqlar 
gömülməsə günah hesab olunur və qiyamətdə cavab 
verməli olacaqları inancı xalq arasında geniş yayılmışdır. 
Tədqiqatçıların göstərdiyinə görə, bir çox xalqlarda belə 
bir etiqad özünü göstərir ki, guya bütün bədxah qüvvələrin 
sehr etmək bacarığı saçları ilə bağlıdır. Deməli, saçlara 
toxunmaq, saçları  kəsmək, onlara ziyan vurmaq, sehr 
qüvvəsindən məhram etmək deməkdir. 
Başağrısı da guya saçları ayaq altına atıb 
tapdalamağa, yastığın üstünə tayaq basıldığına görə 
bədxah ruhların narahatlığı ilə əlaqədar yaranır. Odur ki, 
kəsilmiş saçların gömülməməsi böyük günah hesab 
olunur, başağrısı bir yana, hətta buna yol verən adamın 
qiyamətdə cavab verməli olacağı inamı meydana 
gəlmişdir. Hətta körpənin bir yaşı tamam olana qədər, bir 
az böyüyüb, ətə-qana gələnə qədər onun ilk saçının 
qırxılmaması da bununla əlaqədardır. О da maraqlıdır ki, 
ilk saç qırxılarkən onu tapdamağa, yerə tökülməyinə 
imkan vermir, hətta körpənin ilk saçını qoruyub 
saxlayırlar. Güman edirlər ki, belə olmasa saç 
ruhları açıqlana və körpəni incidə bilərlər. Eləcə də dır- 
naqlar. İnanca görə uşağın dırnaqları da bir yaşı tamam 
olanda kəsilərmiş. Dırnaqları da atmaz, təmiz bir şeyə bü- 
küb evin divarlarındakı yanqlara və s. qoyarlarmış. Azər- 
baycanda olduğu kimi, İraq-türkman folklorunda da guya 
adamın sağlamlığı, gücü, zehni və s. saç və dırnaqları, 
xüsusən də ilk saç və dırnaqlarla əlaqədardır. Xalq ara- 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə