Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

56                                                                         I fəsil                           
durasan;  Ələt süpürsün! (Taun aparsın); Pərkəm tutasan! 
(Partlamaya düşəsən!); Yaman yara çıxarasan! və s. 
Təbii ki, iraq-türkman folklorunda rast gəlinən bəd-
duaların  əksəriyyətinə bu və ya başqa deyim tərzində 
Azərbaycanda da təsadüf edilir. Lakin elə bəddualar da var 
ki, yalnız İraq-türkman folkloruna aiddir. Məsələn: 
Səni Soğançı Əhməd tükanı önündə görrəm, inşallah! - 
dedikdə «Səni dar ağacından asılmış görrəm» anlamı göz 
önünə  gəlir. Məsələ burasındadır ki, Kərkük  şəhərinin 
bazar meydanında Soğançı Əhmədin tükanı önündə günahı 
olanları dar ağacından asarlarmış.  İfadə bununla əlaqədar 
yaranmışdır. 
Altunuvuz yez (mis) olsun, kətanuvuz bez olsun! -
qarğışı isə  Kərkükdə Qala və Qorya məhəllələri arasında 
yarı hənək, yarı gerçək narazılıqlardan ortaya çıxan söyüş, 
istehza və s. anlamını verən aşağıdakı misradan 
yaranmışdır: 
Sığır ətu yeyən, atlası bez, qalalılar, 
Quyu suyu içən, altunu yez, qalalılar (133, 71). 
İraq-türkman folklorunda bəddualarla - qarğışlarla 
bağlı yaranmış çoxlu xoyrat və manilər də vardır (133, 66-
69). Məsələn: 
 
Bağçada sərdim kiliт,  
Gəl əyləş mənim gülüm.  
Nə dedim, küsdün yenə, 
 Lal olsun mənim dilim. 
 
Yaman yara;  
Yaman dərd, yaman yara. 
Yamanlar yaxşı oldu  
Biz olduq yaman, yara.  
Məni yardan edəni  
Çıxartsın yaman yara və s. 
Demək lazimdır ki, təbiətdə baş verən hadisələrdən bir 
çox hallarda insanların baş aça bilmədiklərindən, on- 
Kərkük folklorunun janrları                                          57                      
larda sözün gücünə, sehrinə inam qarğışlarla bağlı güclü 
olmuşdur. «Kitabi-Dədə Qorqud»dan gəlmə «01 zəmanda 
bəglərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcəb 
olardı» (136, 52), inam və etiqadı  İraq-türkman 
folklorunda da dərin izlər buraxmışdır. Bunu biz astral 
görüşlərlə dolu olan «Arzu-Qəmbər» dastanında aydınca 
görürük. Xalq həyata keçirmək istədiyi arzu və diləyini 
qarğışlar vasitəsilə vermiş, beləliklə 
qəhrəmanın 
məqsədinə çatacağına inanmışdır: 
«Gəldilər tatkili qızın diləkçiliginə. Al etdilər, ver 
etdilər. Qız verildi. Yolu gəldi, kəbini kəsildi. Qızın cehizi 
alındı, xınalandı, qız getmək üstə oldu. Arzunun nənəsi 
dedi: «Getsin boynumnan olsun, Qəmbər qalsın hə belə 
yana-yana». 
Toyun tədarükü bitənnən sonra gəldilər qızı 
bəzətməğə. Qız ağlayır, oğlan ağlayır. Sağ  aşiq 
olduqlarınnan gözlərinnən qan gəlir. Oğlan da qapıda 
durub boynun burur. Bir dənə  gəldi qızın  əsbabın 
geydirsin, bəzətsin. Oğlan dedi: 
 
Həy hökülsün, hökülsün, 
Qatlı dağlar sökülsün. 
Arzunu bəzədənin  
On barmağı sökülsün. 
Arvadın on barmağı yuvı-yuvından düşdü. Sağ  aşığın 
duası keçdi. О dedi: bu gəlini kim bəzəsin? Bu dedi: bu 
gəlini kim bəzəsin? Bir dənə qalxdı: «Yaalla, yaalla, mən 
bəzədərəm. Qəmbər nədi, sözü belə keçsin?» Qalxdı gəlini 
bəzətsin. Döndü Qəmbər dedi: 
 
Мən Qəmbərəm dağ kimin
Titrərəm yarpaq kimin. 
Arzunu bəzədəni  
Qərə geysin zağ kimin. 
Xəbər gəldi. Dedilər: qalx, damun düşüb, dörd oğlun 
və kişin altında qalıbdı. Əli belli, dəli belli leş çıxardırı. 


58                                                                              I fəsil                      
Arvad gəlini yerində qoydu, hurbi basdı, qoydu qaçdı» 
(40, 19-20; 41, 23). 
Təəccüblü olsa da xalq arasında bədduaların gücünə 
əvvəllər olduğu kimi, indi də inananlar çoxdur. Onu da 
demək vacibdir ki, bəddualara daha dərindən nəzər 
saldıqda onların bir çoxunun lap qədim dövrlərlə, açıq-
aydın özünü büruzə verən adət-ənənələrlə bağlı olduğunun 
şahidi oluruq. Məsələn, «Saçı  kəsilmiş», «Saçın kəsilsin» 
qarğışları  qədim inam və adətlərlə  əlaqədar yaranmışdır. 
Keçmişdə  Kərkük dolaylarında böyük günah işlətmiş 
adamların saçını  qırxmaqla onu xalq arasında bədnam 
edərdilər. Məsələn, Azərbaycanda olduğu kimi, bakirə 
çıxmayan gəlinin saçını kəsib atası evinə qaytarmaq adəti 
Kərkük dolaylarında da olmuşdur (255, 42). 
Tədqiqatçı  İbrahim Daquqi bu münasibətlə yazır: 
«Əskidən toplumun dilinə düşən, lənətinə  uğrayan hər 
gənc qızın aləmə ibrət olması için saçı  kəsilirdi» 
(117,147). 
İndinin özündə belə, ana qızına qəzəblənəndə, acığını 
soyutmaq üçün «Saçın kəsilsin», «Saçı kəsilmiş» qarğışını 
edir ki, bu da qədimdən qalma həmin adətlə bağlıdır. 
«Kitabi-Dədə Qorqud»da məsəl vardır: «Toy gecəsi 
bakirə ol!» (136, 153). Göründüyü kimi, Oğuzlar dövründə 
də bu məsələ çox ciddi qoyulmuşdu. 
Bundan  əlavə, burada günahı  və suçu olan adamın 
başını  qırxar, üzünə qatıq sürtər, eşşəyə  tərsinə mindirib 
küçələrdə  gəzdirər, biabır edərlərmiş. Xalq arasında indi 
də  işlənən «Görürəm eşşəyə  tərsinə mindirilmək 
istəyirsən» deyimi həmin adətlə əlaqədar yaranmışdır. 
Tədqiqatçılar belə bir fikrə  gəlmişlər ki, saçın 
qırxılması, yaxud kəsilməsi guya ömrün azalması 
deməkdir. Məhz buna görədir ki, folklorşünas 
B.Abdullayev «Dilimizdəki qarğış mahiyyətli «Saçı 
kəsilmiş», «Saçın kəsilsin» ifadələri də bu baxımdan şərh 
olunmalıdır» (2, 7) qənaətinə gəlmişdir. 
Yeri gəlmişkən qeyd edək ki, İraq-türkman folklo- 
Kərkük folorunun janrları                                              59                    
runda yer alan «Saçın  ələk olsun» bədduası - qarğışı 
tədqiqatçı B.Abdullayevin fikrinə dayaq olur. Məlumdur 
ki, vaxtilə  ələk düzəldərkən at quyruğundan,  əsasən də 
ölmüş atın quyruğundan istifadə edərmişlər. Çünki sağlam 
atın quyruğunu onun sahibindən intiqam almaq, onu xalq 
arasında rüsvay etmək, hörmətdən salmaq, ona sataşmaq 
üçün qırxardılar. 
Professor C.Abdullayev xalq şairi S.Vurğun 
yaradıcılığına folklorun dərin təsirindən söz açarkən bu 
məsələyə xüsusi diqqət yetirmiş, atalar sözünün poetik 
konkretliyindən istifadə ilə qəhrəmanın keçirdiyi psixoloji 
anı, sarsıntıları  şairin böyük məharətlə verdiyini qeyd 
etmişdir (4, 318). 
S.Vurğun oxucuya müraciətlə yazmışdı: 
Oxucu, bəlkə sən 
Özün bilirsən: 
Ki, bizim yerlərdə bir papaq, bir at, 
  Bir də hər kişinin aldığı arvad 
Namusdan sayılır... 
Bunu  İ..Şıxlının tarixi faktlar əsasında yazılmış «Dəli 
Kür» romanında da aydın  şəkildə görmək olur. Belə ki, 
Cahandar ağadan qisas almaq üçün düşmənləri onun atının 
quyruğunu qırxırlar. Bu hadisə heç vaxt dəyanətini 
itirməyən bəyi sarsıdır (258, 333). 
Odur  ki,   Cahandar  ağa  sirdaşı  hesab  etdiyi,  dar 
gününün harayçısı Qəməri qayanın başına çəkib güllə ilə 
vurur ki, camaatın bu biabırçılıqdan xəbəri olmasın. Elə 
bilsinlər ki, at qayadan uçub Kürə düşüb, Kür atı aparıb. 
Burda diqqəti cəlb edən bir cəhəti - «Xalq yaradıcı- 
lığı nümunələrinin müasir ədəbi prosesdə çox fəal iştirak 
etdiyini» (85, 1) göstərmək də yerində olardı. 
   O da məlumdur ki, hələ qədim zamanlardan mötəbər 
şəxs, adlı-sanlı cəngavər, əziz övladı öləndə, zəmanəmizdə 
olduğu kimi, saçını yolmaq adəti olmuşdur ki, əslində 
onun özü də «özünə ölüm istəmək» məqsədilə 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə