Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

48                                                                           I fəsil                           
sında belə bir inam var ki, körpənin ilk saçı və dırnaqları 
atılsa, о tez-tez xəstələnər, huşsuz, zəif və gücsüz olar. 
Ümumiyyətlə, bütün bu deyilənlər bir daha sübut edir 
ki, xalqın keçmişini, adət-ənənələrini, həyat tərzini 
öyrənməkdə inam və etiqadların əhəmiyyəti az deyil. 
YEMİNDLƏR. Kərkük folklorunda bu qədim janr 
gah «and», gab. «yemind», gah da «qəsəm» kimi tanınır. 
Bunu «Arzu-Qəmbər» dastanından da görmək olur: «Yox 
vallah: nənə, bunca and, bunca yemind tez gəlləm» 
(133,164). 
Tədqiqatlardan belə  qənaətə  gəlmək olur ki, «and» 
sözü «qan qardaşı» mənasında işlənən monqolca «anda» 
sözündəndir. Məsələ burasındadır ki, qədim türk və 
monqollarda adətə görə başqa-başqa qəbilədən olan kişi və 
gənclər dostlaşmaq və qardaşlaşmaq üçün damarlarını 
kəsib axan qanı bir qaba yığar, südə qatıb yarıbayarı içər-
lərmiş. Beləliklə qardaş olarlarmış. And sözü əslində 
buradan yaranıbdır (5, 26). 
Bununla belə,  İraq-türkman folklorunda mənşəcə  ərəb 
kəlməsi «yəmin»dən olan «yemind»lər daha çox işlənir. 
Maraqlıdır ki, bu sözə Azərbaycan  ədəbiyyatında da 
təsadüf edilir: «Oxları  sındırmaq yəmin etmək deməkdir: 
hər kəs özüııü xaqanın yolunda qurban edəcəyinə and 
içirdi» (245, 94). 
Qeyd etmək lazımdır ki, andlar ilk dövrlərdən indiyə 
kimi müqəddəs sayılmış, andı pozan adama alçaq nəzərlə 
baxmış, yalançı kimi tanımış, belə adamların xalq arasın- 
da hörməti olmamışdır. Buna görədir ki, andı namus, qey- 
rət,  şərəflə bərabər tutmuş, onu pozmaqdansa ölümü 
üstün saymışlar. Aşağıdakı misallar dediklərimizi təsdiq- 
ləyir: «Ölümüm görəsən», «İki gözüm kor olsun», «Top- 
puğum yerə dəymiş olsun» - Yəni yalan desəm, ölüm, 
«Əsgər qaçağı olum» - yəni yalan desəm, çöllərə düşüm, 
ömrüm boyu qorxu, əzab-əziyyət içində yaşayım. 
Hətta əziz və müqəddəslərin də canına, məzarına and 
içirlər ki, andımı pozsam, qoy mənə qənim olsunlar. 
Kərkük folklorunun janrları                                        49                       
Professor A.Nəbiyev andlardan danışarkən haqlı 
olaraq göstərmişdir: «Şifahi nitqdə yaşamaqda olan hər bir 
andın özünəməxsus tarixi, etimoloji kökü, əsası vardır. 
Onların hər birinin arxasında xalqımızın müəyyən tarixi 
inkişaf mərhələsindəki həyatı, məişəti,  əxlaq və  təfəkkür 
tərzi dayanır. Böyük yüzilliklər arxasından süzülüb gələn 
bu şölələrin, şəfəqlərin hər birində bir əsrin, bir qərinənin 
sirləri gizlənməkdədir...» (165, 22, 23). 
Azərbaycan folklorunun çox zəngin və qüdrətli qolu 
olan  İraq-türkman folklorunda da bu belədir. Demək 
lazımdır ki, İraq-türkman folklorunda da andların ilkin 
olanları  zərdüştilik və insanın hələ  dərindən dərk edə 
bilmədiyi təsəvvürlərlə bağlı yarananlardır.  İnsan Aya, 
Günəşə, oda, suya, göyə, yerə müqəddəs varlıqlar kimi 
baxmış və nəticədə andlar meydana gəlmişdir: «Bu Günəş 
haqqiyçi», «Bu Günəşə kor baxım», «Ocaq haqqiyçi», 
«Pirə yemind edirəm» və s. 
İkinci qism yemindlər islam dini ilə  əlaqədar 
yaranmışlar: «Allah haqqiyçi», «Peyğəmbərin başıyçi», 
«Quran haqqıyçi», «İmam haqqıyçi», «Dinimdə», 
«İmanımda» və s. 
Sonrakı qism yemindlər Azərbaycan folklorunda 
olduğu kimi, bərəkət və qüdsiyyətlə bağlı yaranmışlar: 
«Duz-əkmək haqqiyçi», «Nemət haqqiyçi», «Bərəkət 
haqqiyçi». 
Nisbətən sonralar isə insan təsəvvürləri dəyişdikcə 
köhnə andlarla bərabər yeniləri də meydana gəlməyə 
başladı. Bunların arasında ata-ana, qardaş-bacı, övlad, 
əmi, dayi, xala, bibi və bu kimi əziz və yaxın adamlarla, 
namus, qeyrət,  şərəf və s. ilə bağlı andlar daha çoxdur: 
«Mərd başıyçin», «Namusumda», «Şərəfimdə», «Canıva 
yemind olsun», «Adına qəsəm olsun», «Babamın 
canıyçin», «Qardaşımın canıyçin» və s. 
Göründüyü kimi, İraq-türkman folklorunda xalq 
ədəbiyyatının ilkin janrlarından olan yemindlər qədim 
zamanlardan müqəddəs, sonralar isə qismən də  əziz 
saydıqları insan və varlıqlarla əlaqəli yaranmışlar. 


50                                                                            fəsil                         
DUALAR VƏ  BƏDDUALAR. Dualar və  bəddualar 
İraq-türkman folklorunda ən geniş yayılan qədim janrlar-
dandır.  İndinin özündə belə onları  hər an xalq arasında 
danışıq əsnasında eşitmək olur. Та qədim zamanlardan dua 
(alqış) və  bəddualar (qarğış) xalqın həyatında mühüm rol 
oynamış, onların mənası böyük olmuşdur. Şübhəsiz, buna 
görədir ki, dua və bəddualar folklorun bayatı, nağıl, dastan, 
oxşama, ağı  və s. kimi janrlarında geniş yer almışdır. 
İnsanlarda belə bir inam yaranmışdır ki, qarğış adamı 
tutur, onun başına pis hadisə  gəlməsinə  səbəb olur. Bu 
baxımdan hal-hazırda da qarğışlardan çəkinərək pis 
əməllərə yol verməməyə çalışırlar. Xeyirxah işlərə can 
atırlar ki, onlara dua etsinlər. 
Kərkük dolaylarında xalq pisə nifrətini, yaxşıya 
rəğbətini ifadə etmək üçün alqış  və qarğışlardan geniş 
istifadə edir. Başqa sözlə desək, insanlar alqış  və qarğış-
larda sözün əfsunkar qüvvəsinin təsiri ilə istəklərinə nail 
olmağa can atırlar. 
Bir çox türkdilli xalqlarda arxaik hesab edilən, lakin 
Kərkük dialektində bu gün də  işlədilən sözləri mühafızə 
edib saxlayan «Kitabi-Dədə Qorqud»dan məlum olur ki, 
dua və  bəddualar lap qədimdən mövcud imiş  və onlara 
inam da möhkəm olmuşdur. Məsələn, Basatın Təpəgözü 
öldürdüyü boydan görünür ki, Təpəgözün Pəri anası Oğuz 
elinə  bədbəxtlik, bəla gətirmək üçün onun barmağına bir 
üzük keçirib: «Oğul, sana ox batmasun, tənüni qılıc kəs-
məsün» - deyə xeyir-dua etdiyindən onun bədəninə nə ox 
batır, nə  qılınc kəsir. Basat Təpəgözün bədənindəki 
«Axilles dabanı»nın yeganə gözü ilə  əlaqədar olduğunu 
aydınlaşdırır və eli bəladan qurtarmaq üçün onun gözünə 
odda qızdırılmış süngü soxur. 
Təpəgöz yeganə gözünü itirdikdə bunu elədiyi pis 
əməllərin nəticəsində ona edilən qarğışda görür və inanır 
ki, onu qarğış tutub. Öz-özünə deyir: 
Ağsaqqallı qocaları çoq ağlatmışam, 
Ağsaqqallı qarğışı tutdu ola, gözüm, səni? 
Кərкик folklorunun janrları                          51                                
Ağbirçəkli qarıçuqları çoq ağlatmışam, 
Gözi yaşı tutdı ola, gözüm, səni?  
Bığcığı qararmış yigitcikləri çoq yemişəm 
Yigitlikləri tutdı ola, gözüm, səni? 
Sonra isə Təpəgöz Basata qarğış edir: 
 
Ala gözdən ayırdın yigit, məni!  
Tatlu candan ayırsun qadir səni! - 
deyir və Basatı aldatmaq istəyir: «Mağarada iki qılınc var, 
biri qınlı, biri qınsuz. Ol qınsuz kəsər mənim başımı. Var, 
götür, mənim başımı kəs» (136, 102). 
Basat qılıncın sehrini öyrəndikdən sonra onu əldə edir. 
Təpəgöz inanır ki, qarğışı Basatı ona görə tutmadı ki, öz 
günahları böyük olub. 
DUALAR. Dualar xeyir-dua vermək, alqışlamaq, uğur 
arzulamaq məramı ilə bağlı yaranmış, ayrı-ayrı erkən 
inamları ifadə etmişdir. Duanın  əsasında dayanan alqışda 
başlıca cəhət yaxşılıq və uğur diləməkdir (164, 79). 
Dualar  İraq-türkman folklorunda da eynilə bu amala 
xidmət edir. Eyni zamanda onu da qeyd edək ki, insana 
yaxşı keyfıyyətlər aşılamaq, onu xeyirxah işlərə sövq 
etmək, pis əməllərdən çəkindirməkdə alqış  və qarğışların 
əhəmiyyəti böyükdür. İndinin özündə belə, insan ağır bir 
işdən, bəladan, faciədən qurtaranda inanır ki, hər hansı bir 
xeyirxah  əməlinə görəsə bu bəladan qurtardı. Odur ki, 
kiminsə duasının müstəcəb olduğunu göz önünə  gətirir. 
Bundan başqa xeyir-dua insanlar arasınada müəyyən 
münasıbətlərin yaranmasında və eləcə  də onların 
əhvallarının yaxşı olmasında müsbət rol oynayır. Xeyir-
dua, demək olar кi,  İraq türkmanlarının danışıqlarının 
bəzəyidir. Hər hansı iş üçün birinin yanına gedən qadının 
danışığında təqribən aşağıdakı sözləri eşitmək olar: 
 
Qurbanın olum, başına dolanım.  
Gözünə heyran, boyuna qurban.  
Allah sağ olasan,dünya durduqca durasan. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə