Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə20/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

80                                                                                 I fəsil                     
Demək lazımdır ki, rəhmətə gedənin məziyyətlərini 
sadalayıb ağı demək adəti Azərbaycanda və başqa 
xalqlarda (319, 272-273) da olmuş  və indi də qalır. 
Məsələn: «Açılmayan tüfəngin, siyrilməyən xəncərin öz 
canına qurban. Ay kimi doğdun, gün kimi batdın, minəndə 
at bağrı yardın, düşəndə yer bağrı yardın, saydığına salam 
verdin, saymadığına yan verdin, düşməninə dirsək 
göstərdin, qəniminə qan uddurdun. Altının bədöv atına, 
çiyninin süzən tüfənginə, tərkinin dolu xurcununa, ağzının 
kəsərli sözünə anan qurban ay...» (39, 3; 18, 17). 
Kərkük dolaylarında da buna bənzər təsirli sözlərdən 
sonra zəmanədən, gərdişdən, fələkdən, ictimai həyatdan
ayrılıqdan və s. bəhs edən, qəm üstə  qəm gətirən, yasa 
yığılan qadınları haldan-hala salan, ürəklərinə od salıb dil-
dil ağladan sazlamaqları avazla söyləyirlər. 
 
Burda ölüb bir cavan,  
Gəlsin cavanı yuvan, 
Necə kəfən tikərlər? 
Necə qəbrə qoyarlar?  
Barmaqların tökülsün,  
Cavan gözünü yuman. 
 
Bundan sonra mütləq bir neçə yanıqlı xoyrat deyilir: 
Bala vay, 
Bal yemədim, bala vay,  
Çöp yığdım, yuva qurdum, 
Uçurtmadım bala, vay. 
Verən san, 
Alan sənsən, verən sən. 
Gah evlər bəzədirsən, 
Gah edirsən veran sən
Sazlamaq davam edir. Dünyadan köçmüş övladın 
anasının dilindən təqribən belə söylənilir: 
Kərkük folklorunun janrları                                   81 
                        
 
Musallanın (məzar) cim daşı,  
Yandı ürəgim başı.  
Bir yoldaşın görəndə  
Tökərəm gözüm yaşı. 
Qənşərdə bütxana var, 
 Lali, yaqutxana var.  
Gedirsən işıq apar,  
Orda zülmətxana var. 
Yenə xoyratlar deyilir və dünyasını dəyişmiş gəncin 
arvadının adından sazlamaqlar deyilir: 
Mən ölürəm bir cavan, 
Gəllsin cavanı yuyan. 
Yetitm balası qalan, 
Doğluşu heyrət olan: 
Xanası bərbad olan, 
Barmaqların tökülsün 
Cavan gözünü yuman. 
 
Çiriq qura bilmədim, 
Qurub bura bilmədim. 
Ayrılıq çox  
üclüymüş

 Qarşı dura bilmədim. 
Vəfat etmiş gənc gəlinin anasının dilindən söylənilən 
sazlamalar, əsasən belədir: 
 
Dəvələr düzdə qaldı 
Yükü Təbrizdə qaldı.  
Balam baş aldı getdi,  
Balası bizdə qaldı.  
Düzülü yataqları,  
Cehiz dolu boğçası,  
Qiymətli əlbəsəsi,  
Tərk etdi, bizdə qaldt. 
Gül üzüvə:  
Səpərəm gül üzüvə, 


82                                                                             I fəsil                   
Yalvarram qarıncaya 
О gözəl gözlərivə, 
О uzun kiprigivə, 
О qaytan dodağıva, 
Uzun çinar boyuva, 
     Düşməsin gül üzüvə (331, 23). 
 
Bəzən də sazlamaqlar həm ananın, həm də Azərbaycanda 
olduğu kimi mərhumun dilindən deyilir. İnsanın gözü 
qarşısında onun yetim qalan körpəsi, həyat yoldaşı, onun 
ağrısı-acısı canlanır: 
 
Bağçamız heyva verdi, 
Nar verdi, heyva verdi. 
Sən mənnən itap etmə 
 Balanı yetim edən, 
Gənc ömrüvü kəm edən 
Fələkdən itap elə 
Bəlaları о verdi. 
 
Baxçada barım qaldı, 
Heyvayla narım qaldı. 
Eyzalım, qəddar fələk, 
Mən sənə nə etmişdim? 
Beşikdə körpə balam 
Yataqda yarım qaldı (117, 141) 
Evlənməmiş  gənc dünyadan köçəndə onun taleyinə 
uyğun sazlamaqlar seçilir: 
Öz nənəm; 
Qarnı dolu köz nənəm. 
El ağlar, yalan ağlar, 
Qoy ağlasın öz nənəm (197, 226). 
Mən getdim, anam qaldı, 
Oduma yanan qaldı. 
Nə dünyadan xeyir gördüm, 
Nə bir nişanam qaldı (133, 8) və s. 
Kərkük folklorunun janrları                                         83                       
Göründüyü kimi, sazlamaqlar yas mərasimlərində 
ağrı, qəm, qüssə, kədəri ifadə etmək üçün istifadə olunan, 
yalnız qadınların yaradıcılığının məhsulu olan bir janrdır. 
Kərkük dolaylarında geniş yayılan bu janr təəssüf ki, 
sovet həyat tərzinin nöqsanları üzündən Azərbaycanda və 
keçmiş Sovet İttifaqının başqa xalqları arasında yavaş-
yavaş aradan çıxirdı (270, 429). 
Professor P.Əfəndiyev Azərbaycanda yas və  dəfn 
mərasimlərindən danışarkən mərasim nəğmələrinin sayca 
çox, məzmunca rəngarəng olduğunu qeyd edir və bunu yas 
mərasimlərinin bütün ölülər üçün keçirildiyi ilə 
əlaqələndirir(111, 82). 
İraq-türkman folklorunda da sazlamaqlar sayca çox, 
məzmunca rəngarəngdir. Məhz buna görə  də yuxanda 
verdiyimiz nümunələr təqribi xarakter daşıyır. 
Etiraf etmək lazım gəlir ki, öz poetik tutumuna görə 
sazlamaqlar xoyrat və manilərlə müqayisədə bir az sönük 
görünsələr də, qəm, qüssə, kədər, göz yaşı, dərin həsrət 
motivləri, bədbinlik  əhval-ruhiyyəsi bu janrda məqamına 
görə çox təsirli olur. Məhz buna görə  də sazlamaqlar 
Kərkük dolaylarında da bayatılar, laylalar, oxşamalar 
qədər geniş yayılmışdır. 
Onu da qeyd etmək lazımdır ki, bir çox sazlamaqlar 
formaca xoyrat və manilərə oxşasalar da məzmununa, icra 
yerinə, oxunuş  tərzinə görə onlardan fərqlənirlər. Kərkük 
folklorunda Sazlamaqlar «Segah» muğamından yaranıb.

Müxalif xoyrat havasına da oxşayır (208, 38; 212, 90, 
226). Çünki müxalif xoyrat üsulu öz qəmgin və  həzin 
havacatına görə sazlamaqlan andrır. Odur ki, qadınlar yas 
məclıslərində sazlamaqlan «Segah» və «Müxalif» üstə 
oxuyurlar. Bu, musiqişünasların göstərdiyinə görə elə 
Azərbaycanda da belədir. Azərbaycanda ağılar «Şikəstə» 
kimi,«Segah» muğamı pərdələrində improvizə olunduğu 
1Tuz Xurmatunda sazlamaqlar Ə.Bəndəroğlunun anlatdığına göra «Qarabağı» 
muğamı üstündə oxunur. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə