Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

 
 
84                                                                             fəsil                          
halda, bayatılar «Qatar» muğamı üstə, «Rast» ladında 
improvizə edilir, axırıncı kəlməsi uzadılır. Ağı isə reçitativ 
deklamasiya üslubunda oxunur (126, 58). 
Yeri gəlmişkən deyək ki. bəzən yas mərasimlərində 
kədər ifadə edən layla və oxşamalardan da istifadə olunur. 
Bununla belə, layla və oxşamalar, eləcə  də xoyrat və 
manilər formaca sazlamaqlara bənzəsələr də bu bənzəyiş 
zahiridir. Məzmunca oxşama və laylalarda sevinc, şadlıq, 
arzu-dilək, ümid üstünlük təşkil etdiyi halda, 
sazlamaqlarda qəm, qüssə, kədər, həsrət motivləri güclü 
olu 
TOY MƏRASİM VƏ  NƏĞMƏLƏRİ. İraq-türkman 
folklorunda qədim  ənənəvi mərasimlər arasında  ən geniş 
yayılan, rəngarəngliyi ilə seçilən, böyük intizarla 
gözlənilən, xalqa ən çox nəşə verən toy mərasim və 
nəğmələridir. Onun rəngarəngliyi qədimliyi ilə izah 
olunmur.  İctmai formasiyalar, ailə münasibətləri, iqtisadi 
münasibətlər və s. dəyişdikcə toyla bağlı  mərasim və 
nəğmələrdə də dəyişikliklər olmuş, yeni-yeni nəğmələr və 
onların poetik mətnləri meydana gəlmişdir. 
Toy mərasimi Kərkük dolaylarında da «nişan»la 
başlayır. Lakin nişana qədər «qızgörmə», «elçilik», «şərbət 
içmə» və bir həftə sonra «nişan» olur. Bundan sonra 
«nikah» kəsilir.  Əvvəllər nikah çox vaxt gizli keçirilərdi. 
Bu, qədim inam və etiqadlarla bağlıdır. Məsələ 
burasındadır ki, nikah mərasimi vaxtı kimsə düşmənçiliklə 
bıçaq, qaşıq və ya qayçı  sındırsa, toy gecəsi bəyin 
hərəkətdən düşəcəyinə, yəni bağlanacağına inanırdılar. 
Eləcə də kəbin kəsilərkən kiminsə barmaqları çarpazlaşmış 
olsa, toy gecəsi bəyin bağlana biləcəyi düşünülərmiş. Odur 
ki, hamının barmaqlarını açıq, qollarının yanında olması 
gözlənilərmiş. Bundan başqa, inanılarmış ki, bədxahları 
üstələmək üçün nikah vaxtı, hər ehtimala qarşı, bəyin 
yaxın qohumlarından biri sap və ya ipdən düyün salsa, toy 
gecəsi həmin düyün açılsa bəy hərəkətdən düşməz və 
bununla da sehr batil olar. 
 
Kərkük folklorunun janrları                                            85                     
Bəzən də  gənclər bağlanmasın deyə nikahı bir həftə 
əvvəl gizli keçirir, bundan sonra nikah mərasiminin 
icrasını aşkar elan edirdilər (97, 189-190). 
Nikahdan sonra toya hazırlıq görülür. Gəlinin cehizi 
bəy evinə gətirilir. Toydan iki gün əvvəl «Xına günü»dür. 
«Xına günü»ndən başlamış toyun bütün mərhələləri 
münasib nəğmələrlə müşayiət olunardı. 
Toy mərasimi ilə  əlaqədar nəğmələri aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
a) Toyun müxtəlif anlarında gəlinin tərifinə  həsr 
olunmuş  nəğmələr; b) müxtəlif mərasimlər zamanı, 
məsələn, hamama gedilən zaman və ya xınayaxdı 
keçirilərkən oxunan mahnılar; c) halay vaxtı iki qrup 
tərəfindən icra olunan mahnılar; ç) toy ərəfəsində  gəlinə 
müraciətlə oxunan nəsihətvari nəğmələr. 
«Xınayaxdı» mərasimi hamamla başlayir. Gəlinlə 
rəfıqələri Azərbaycanda olduğu kimi hamama gedər, 
gəlinin sabunuyla yuyunar, meyvə,  şirniyyat və s. yeyər, 
əylənər, mahnılar oxuyardılar (217, 62). Onlar mahnıları 
ya birgə oxuyar, ya da hərə bir mahnıdan istədiyi bəndi 
seçib oxuyardı: 
Evlərində ipəkdən bir xalı var,  
Şəkərlənmiş dodağında balı var.  
Hər kəsin də münasib bir yarı var,  
Qönçə gülün xərmanısan, xarmanı,  
Bu könlümün dərmanısan, dərmanı. 
Döndərmə: 
Öldürün məni  
Sevmişəm səni  
Bülbül dilinə qurban 
 İncə belinə qurban, 
 
Hər gözəldən yar olmaz  
Sevən bəxtiyar olmaz.  
Yarı gözal olanın  
Könlü ixtiyar olmaz. 


86                                                                                 I fəsil                    
 
Su saldım bağa neynim  
Dəуməz yarpağa neynim.  
Yarım ceyran olubdu  
Gəlməz yatağa neynim və s. 
 
О da maraqlıdır ki, üzündə xal olmayan qız gəlin gedəndə 
üzünə xal döydürər və ona münasib mahnılar oxuyardılar. 
Məsələn: 
Yanağın xalı gözəl, 
Dodağın alı gözəl  
Sənnən ayrı düşənin  
Nolacaq halı gözəl?! 
 
Bu xal nə xaldı?  
Xanım, nə xaldı?  
Gözüm, nə xaldı?  
Cözüm, nə xaldı?  
Yanaqda döydürübsən  
Aləmi yandırıbsan. 
Hamamdan sonra gəlin süslənərdi.  Əskidə  gəlin 
çatmaqaş edilib, üzünə kirşan sürtülərdi. Bu işi çox oğlan 
doğmuş, yaxşı günlər, xoşbəxtliklər görmüş bir qadın icra 
edərdi. Gəlini əynində «xınalıq əlbəsəsi» bir ağac üstündə 
oturdardılar. Ayaqları altına bir teşt su qoyardılar, üzünə 
güzgü tutardılar.  Bu  da  aydınlıq demək idi. Qızın bir 
ovcuna  şəkər qoyulardı. Bu da şirinlik demək idi. Onun 
əlinin içi, əl və ayaq barmaqları  xınalanardı. Gəlini 
xınalayandan sonra hamı barmağını xınaya basardı. Bu da 
murad üçün idi. Sonra gəlin ayağa qalxıb hamının  əlini 
öpərdi. 
Gəlinin  əl və ayaq barmaqların xınalanması, belini 
qırmızı bağla sarıması, ayağının altında qoç kəsilməsi, 
qoçun qanından bir damla onun alnına sürtmək, gəlinin 
cehizinin qırmızı lentlə bağlanması, yorğan-döşəyinin 
üzünün qırmızı ipəkdən olması, gərdəyinin qırmızı 
qumaşla bəzədilməsi və s. qədim inam və etiqadla bağlıdır. 
Kərkük folklorunun janrları                                     87 
                            
Bu xeyir-bərəkət gətirən Günəşə  işarə idi. İnanardılar ki, 
beləliklə  şər qüvvələrin qarşısı alınır. Gecəyarısına qədər 
qız evində musiqi çalınar, gəlin rəfiqələri ilə  əylənər
nəşələnərdi. Evdə şamlar yandırılardı. Bu da gəlinin həyatı 
ər evində  işıqlı olsun deyə edilərdi. Toyun əvvəlki günü 
axşam qız evində «həsrət gecəsi» deyilən  şənlik 
keçirilərdi. Qizın rəfiqələri «həsrət gecəsi»ndə  gəlinlə 
bağlı nəğmələr oxuyar, halay təpərdilər:  
 
Həlhələ verin gəlinə,  
Dəstə gül verin əlinə.  
Altun kəmər baglasın  
Gəlin incə belinə. 
 
Bir tabur gögərçinim,  
Xərmandadı, хəгтапdа.  
Hər kimin yarı yoxdu,  
Dərd ondadı, qəm onda və s. 
Qızlar iki yerə bölünər,  şən yumorlu, dialoq şəkilli 
«Ay havar dəyirmançı», «Hacı  Fərəcin qızı, boyun 
görməli», «Oğlan yaylığın hanı», «Çayır çəmənnən gəlir», 
«O yana döndər məni», «Həlhələ verin gəlinə», «Söyləyin 
seyid qızına», «Gözələ bax, gözələ», «Gedib gəlin 
gətirməyə  oğlan anası» və s. kimi «Halay» silsiləsindən 
olan mahnılar oxuyur, rəqs edirlər.  İki qrupa bölünən 
qızlar nəğməni çox vaxt döndərmə ilə - nəqəratla 
başlayırlar. Yəqin bu ona görə edilir ki, oyuna girənlər 
eyni ritmlə oxumağa başlasınlar. Sonra isə bir qrup 
döndərməni oxuyur, о biri qrap isə mahnını özünü. 
Məsələn, «O yana döndər məni» mahnısından verdiyimiz 
nümunədə olduğu kimi: 
Döndərmə: 
 
 
О уаnа döndər тəni,  
Bu yana döndər тəni. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə