Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

96                                                                        I fəsil 
                              
düşsə, gəlinin başını yarar», «Sarımsağı gəlin ediblər, qırx 
gün qoxusu çıxmayıb» və s. kimi deyimlər ortaya çıxır. 
İraq-türkman folklorunda qayınnənə-gəlin 
münasibətlərindən bəhs edən «Can, oğul» və «Bibi su» 
kimi  əfsanələr də vardır ki, onlara eyni ilə Azərbaycan 
folklorunda da təsadüf edilir. 
Təbii ki, söhbət açdığımız qayınnənə-gəlin 
deyişmələri daha çox xalq yumoru xarakteri daşıyır, 
Kərkük dolaylarında nikahın pozulmasına demək olar ki, 
rast gəlinmir. Burada kişi arvadını sevər, qadın ərinə bağlı 
olar, qayınnənə-gəlin arasında pərdə götürülməz. 
Qaymnənə gözəl rəfitarı, gəlin isə oturuşu-duruşu ilə 
özünü saydırar. 
Nəhayət, onu da qeyd etmək yerində olardı ki, toy 
mərasimlərinın müxtəlif anları ilə bağlı bir çox başqa 
mahnılar da vardır. Toy mərasiminın müxtəlif anlarına, 
psixoloji və  səciyyəvi cəhətlərinə  həsr olunan nəğmələr
onların poetik mətnləri  İraq-türkman folkloranu yaradıb-
yaşadan xalqın bədii təfəkkürünü və  rəngarəng adət-ən-
ənələrini  əhatəli  şəkildə  əks etdirir. Toy mərasimlərini 
rövnəqləndirən mahnılar  İraq-türkman folklorunun və 
eləcə  də onun folklor musiqisinin tədqiqində  əvəzsiz 
xəzinəyə çevrilir. 
Göründüyü kimi, mərasim folkloru xalqın düşüncə 
tərzini, həyata baxış  və münasibətini, etik, estetik, etno-
qrafik görüşlərini, adət-ənənəsini, mərasimlərini sistemli 
tərzdə izləmək və  qədim adət-ənənələrin yaranışı  və 
keçdiyi qatlarda nə kimi keyfiyyət dəyişikliyinə uğradığını 
aydınlaşdırmaq baxımından misilsiz dəyər və elmi əhə-
miyyət kəsb edir. 
İKİNCİ 
FƏSİL  
 
LİRIK NÖV 
XOYRATLAR VƏ MANİLƏR. Heyrətamiz poetik 
gücü və  zənginliyi ilə seçilən xoyratlar və manilər  İraq-
türkman folklorunun lirik növünün ən geniş yayılmış  və 
bədii cəhətdən  ən kamil janrıdır. Təsadüfı deyildir ki, 
kərküklü folklorşünas  Əta Tərzibaşı yazmışdır: «Kərkük 
anıldığı zaman xatirə ilk olaraq xoyrat gəlir və xoyrat adını 
duyduğumuz vaxt xəyalımızda Kərkük eli canlanır» (212, 
42). 
XX  əsrin  əvvəllərində  İraqı ziyarət etmiş türkiyəli 
tədqiqatçı Haşım Nahid xoyratların  İraq-türkman 
folklorunda geniş yayıldığının  şahidi olmuşdur: «Dörd 
misradan ibarət olan bu şerlər  о  qədər boldur ki, əgər 
toplatdırıb bir araya gətirsələr cildlər təşkil edər» (234, 
65). 
Demək lazımdır ki, əsrin  əvvəlində olduğu kimi, 
xoyrat və manilər öz mövqeyini bu gün də möhkəm 
saxlamışdır. Bunun səbəbini hər  şeydən  əvvəl onların 
xəlqiliyində, xalq dilindən cövhərlənərək ürəklərə 
asanlıqla yol tapmasında, fikir zənginliyində, 
yığcamlığında, təbiiliyində, mövzu rəngarəngliyində  və s. 
axtarmaq lazımdır. 
Bu baxımdan, Rejioğlunun fikri maraq doğurur: 
«Xalqımızın vicdanı  və dilinə dayandığı  və güvəndiyi 
üçün xoyratlarımız sonsuzluğadək eyni sevgi haləsi içində 
yaşayacaqdır. Çünki onlar ulusal varlığımızın bir simvolu, 
xalqımizın və yurdumuzun ta kəndisidir» (182, 38). 
Ölməz sənət  əsərləri səviyyəsinə yüksələn, xalqın 
dünənini, bu gününü, adət-ənənəsini, həyat tərzini öy- 


 
98                                                                         II fəsil                        
rənməkdə əvəzsiz xəzinə olan xoyrat və manilər cinaslı və 
adi qafiyəli olmaqla iki yerə bölünür. Cinaslılar xoyrat, 
cinassızlar isə mani və ya maani adlanır. Xalq arasında 
«sağ sikkə», «xalis altun» kimi tanınan,  Əta Tərzibaşının 
«könüllərdən fişqıran içli duyğuları min bir sədaqətlə  əks 
etdirən parlaq güzgü» adlandırdığı xoyratlar da tam və 
naqis cinaslı olmaqla iki yerə bölünür. Tam cinaslı 
xoyratlarda cinaslar hərfi-hərfinə uyğun gəlir: 
 
Necə dağlar;  
Qarşıda neçə dağlar,  
Yetim yanağı bilir  
Gözyaşı песə dağlar. 
Naqis cinaslı xoyratlarda isə bəzən cinas əmələ gətirən 
sözə bir-iki hərf əlavə olunur, bəzən hərf düşür, bəzən hərf 
dəyişir, bəzən də hərf özündən əvvəlki sözün sonuna və ya 
özündən sonrakı sözün əvvəlinə əlavə edilir: 
 
Durdu qəm; 
Açdı yaram, durdu qəm, 
Mən miskin olduğumçün 
Üstümə qudurdu qəm. 
 
Qanad ağlar;  
Ох titrər, qanad ağlar,  
Ovum yaralı getdi,  
Boyandı qana dağlar. 
Yüz yol var; 
Yüz təpə var, yüzyol var. 
Xudam bildigin eylər, - 
Sən fəhkə yüz yalvar. 
Doğrudur, Əta Tərzibaşı tam cinaslı xoyratları bəsit və 
mürəkkəb deyə iki yerə bölür və nümunələr verir: 
Кərкüк folklorunun janrları                      99                                            
Yaz belə; 
Bahar belə, yaz belə.  
Katibin nə suçu var,  
-Xudam demiş yaz belə. 
Yara məni; 
Dərd məni, yara məni.  
Ya al, yaradan, canım,  
Ya yetiryara тəni. 
Tədqiqatçı birinci xoyratı  bəsit tam cinaslı, ikinci 
xoyratı isə, «yar» sözü yönlük halda verildiyinə görə 
mürəkkəb tam cinaslı xoyrat kimi göstərmişdir (205, 34; 
212, 66-67). 
Bizcə, hər iki nümunə tam cinaslı xoyrat sayıla bilər. 
Xoyratlarda 1,2,4-cü misralar həmqafiyə, 3-cü misra 
isə sərbəst olur. Göründüyü kimi, qafiyə quruluşu cəhətdən 
xoyrat və bayatılar fərqlənınirlər. Hecaların sayı cəhətdən 
isə  əksər xoyratların 1-ci misrası 3,4 və ya 5 hecalı 
olduğuna görə  Kərkük xoyratları Bakıda ilk dəfə çap 
olunanda onların Azərbaycanda işlənmədiyi və bu 
cəhətdən bayatıların xoyratlardan fərqləndiyi qeyd 
edilmişdi (183, 18). Lakin sonrakı tədqiqatlar göstərdi ki
Azərbaycanın müxtəlif guşələrində folklorşünaslarımızın 
xoyratvari və ya kəsik bayatılar adlandırdıqları xoyratlar 
istənilən qədərdir (53; 62; 224; 236; 31; 54; 55). Hətta 
indinin özündə belə aşıqlarımız xoyrat yazırlar (46, 170). 
Heç şübhəsiz, buna görədir ki, folklorşünas İ. Abbasov 
«Azərbaycan bayatıları» kitabına yazdığı  əhatəli giriş 
məqaləsində qeyd etmişdir: «Kəsik bayatıların - 
xoyratların aуrıса bölmədə verilməsi isə  təsdiq edir ki, 
İraq türkmanları arasında geniş yayılan bu forma 
Azərbaycanda da şöhrət qazanmışdır» (31, 12). 
Belə olmasaydı professor B.Vahabzadə «Bayatı-xoyrat 
janrının eyniliyi yalnız bizimlə  kərküklülərə xasdır» (60, 
151) hökmünü verməzdi. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə