Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə51/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

216                                                                           III fəsil 
simi xüsusilə  fərqlənir.  Şair demək olar ki, bütün 
şerlərində atalar sözü və  məsəllərdən məharətlə istifadə 
edib, ölməz əsərlər yaratmışdır: 
Çün hər nə kim əkərsən, axır biçərsən anı.  
Söz bilənə yetər bu söz, özgə sualə düşməsin.  
Ey Nəsimi, aqibət verər yelə,  
Bivəfa ilə yeyən nanü nəmək. 
və s. atalar sözləri bu qəbildəndir (166). 
İraq-türkman atalar sözləri və  məsəllərinin folklorun 
başqa janrlarında və eləcə  də  bədii  ədəbiyyatda gen-bol 
işlədilməsi, onların başqa janrlar arasında tutduğu yeri 
dərk etmək üçün müəyyən təsəvvür yaradır. 
Kərkük dolaylarında Molla Nəsrəddindən əlavə, başqa 
tarixi  şəxsiyyətlər və hadisələrlə bağlı yaranmış çoxlu 
atalar sözü və  məsəllər də vardır. Məsələn: «Altunu yez 
(mis), atlası bez qoyralılar», «Cümə daşı atmaq», 
«Həmavinın kor bəgiri kimi axır gətirmək»; «Həsən-
Hüseyn üçün deyil, həlim üçün şivən edir»; «Qaçanı tut, 
qalan malımızdı»; «Qalxdın öz evini yıxdın, düşdün xalqın 
evini yıxdın»; «Lolo, lolo, mənə də lolo!», «Əhməd ağaya 
anlat»; «Türkman oğlu köç eylədi, seyran bunun 
sonundadı»; «Saqqalını  təraş etdi, əlinə güzgü verdi»; 
«Həm satar, həm su qatar, həm də  bərabər atar» və s. bu 
qəbildəndir. 
Bu atalar sözü və  məsəllərin yaranına yolu, yeri və 
münasibəti  Əta Tərzibaşı  və  İhsan Vəsfmin kitablarında 
az-çox öz əksini tapmışdır (209, 80). 
Bununla belə, demək lazımdır ki, atalar sözləri və 
məsəllərin mənşəyini xronoloji şəkildə müəyyən etmək 
mümkün deyildir. Bunun əsas səbəbi xalq ədəbiyyatının 
başqa növləri kimi, atalar sözlərinın də dəyişkən olmasıdır 
(118, 36). Ona görə ki, müxtəlif inkişaf mərhələlərində 
onlar müxtəlif forma və mazmun kəsb edirlər. Lakin bu о 
demək deyildir ki, hər yeni inkişaf mərhələsində atalar 
sözləri başdan-başa dəyişir. Əksinə, atalar sözləri 
Kərkük folklorunun janrları                                            217 
arasında uzaq keçmişlərlə bağlı saysız-hesabsız nümunələr 
vardır. Belə olmasa idi atalar sözlərinin qədimliyi və 
yaranma yolları barədə söz açmaq, nəticə  çıxarmaq 
mümkün olmazdı. Bu və ya digər Xalqın fikir tarixini, 
keçdiyi yolu, inkişaf mərhələlərini aydınlaşdırmaqda atalar 
sözləri və  məsəllər tədqiqatçının köməyinə çatır, ona bir 
növ bələdçilik edir. Məsələn: 
«Altunu yez, atlası bez» - ələ salmaq, başa qaxmaq 
anlamında işlənən bir məsəldir. Xasa çayı Kərkükü iki yerə 
bölür.  Şəhərin Qala hissəsində yaşayanlara qalalılar, 
qarşıyaxada yaşayanlara qoyralılar deyirlər. Belə  nəql 
edirlər ki, keçmişdə bu iki yaxada yaşayan sakinlər arasın-
da tez-tez mübahisə, söz-söhbət olarmış. Qoyralıların yarı 
hənək, yarı gerçək, bir az da istehza ilə qalalıların ünvanına 
dedikləri yuxandakı ifadə xalq arasında bir məsəl kimi 
qalmışdır. 
«Qalxdın öz evini yıxdın, düşdün Xalqın evini yıxdın». 
Bu atalar sözü, bir şəxs həm özünə, həm də başqalanna 
ziyan gətirən bir hərəkətə yol verəndə  işlənir. Belə  nəql 
edirlər ki, Osmanlılar dövründə türk polisləri Kərkükə 
yaxına Bayat köylərindən olan Bəşir kəndinə bitişik bir 
tarlada gəzərkən birdən qarşılarından bir dovşan qalxır» 
Dovşanı ovlayır və kəndin muxtarı Nuralla Qayanın evinə 
gətirərək qovurmalarını arzu edirlər. Səfəvi türklərindən 
olan kənd xalqı  şiə olduğundan və dovşan  şiələrə görə 
haram buyrulduğundan Nurulla kişi odla su arasında qalır. 
Türk polislərinin sözünü yerə salmaq xatalı iş idi. Odur ki, 
naçar qalan ev sahibi dovşanın qulağından yapışıb mətbəxə 
tərəf sürükləyərkən «Qalxdın öz evini yıxdın, düşdün 
Xalqın evini yıxdın» - demiş ki, bu kəlam indi də xalq 
arasında məşhurdur. 
Sırf yerli mübitlə bağlı yaranmış, ölkəşünaslıq elmi 
baxımından böyük əhəmiyyət kəsb edən atalar sözləri və 
məsəllərə  də  İraq-türkman folklorunda bol-bol təsadüf 
edilir: 


218                                                                          III fəsil 
 
Нələb ordasa, arşını burdadı.  
Kərkükü yalan, Ərbili siçan, Bağdadı seyları apardı. 
Kərkükün qalası var, yerlisinə bəlası var.  
Yuxarı Zivədə dilənər, Aşağı Zivədə paylar (Kərkükdə 
məhəllə adları). 
Balı olanın çibini Şamdan gələr. 
Bağdad hmin şəhər, qardaş kimin yar olmaz. 
Bağdada girən peşman, çıxan peşman. 
və s. atalar sözləri və məsəllər nəinki coğrafi. tarixi yerləri 
və s. öyrənmək baxımından, eləcə  də tarixi həqiqətləri 
bilmək, dərk etmək yolunda əvəzsiz xəzinəyə çevrilir. 
Bəzi atalar sözləri və məsəllər insanın qüdrəti, iradəsi 
xaricində olan məntiqi davamiyyət, labüd həqiqətlərin 
nəticəsi kimi yaranmışdır: 
Əgər xoruz baynamasa da sabah olur. 
Yaş yetmiş, iş bitmiş. 
Səksən, doxsan, aqibət bir gün yoxsan. 
Gənclik bir quşdu, uçdu tuta bilməzsən. 
Dünya bir pancərədi, hər gələn baxar gedər və s. 
Bir çox atalar sözləri və  məsəllər müəyyən adət-
ənənələrlə  əlaqədar yaranmış, zaman keçdikcə öz əvvəlki 
mənasını dəyişmiş, yeni məzmun kəsb etmişdir. Məsələn: 
Mən bismillah deyincə, о əlhəmdullah dedi: 
Naxırçılıq edir, əkmək yığmaq eybinə gəlir və s. 
İraq-türkman atalar sözlərinin məzmun xüsusiyyət-
lərindən danışarkən hər şeydən əvvəl qeyd edilməlidir ki, 
Azərbaycan folklorunda olduğu kimi, burada da «atalar 
sözləri bir yaradıcılıq məhsulu olmaq etibarı ilə heç bir 
bağlı həqiqəti açmır, əksinə. kəşf edilmiş həqiqətləri ifadə 
edir. Bilavasitə mövcud olan həqiqətlərin hər hansı şəkildə 
ifadə edilməsi isə həyatın müşahidə və sınaqla- 
Кərкüк folklorunun janrları                                           219 
rından doğur. Başqa cür desək, atalar sözü müşahidə  və 
sınaq yolu ilə dərk edilmiş bu və ya digər gerçəkliyin ifadə 
vasitələrindən biridir» (119, 152). 
Saqqalını  dəgirmanda ağardıb; Gül tikansız olmaz; 
Doimada bir şey yoxsa nişin sarınır?; Dəvəquşu kimi 
gizlənmək istəsə başını quma soxar; Lalın dilini nənəsi 
bilər; Sel önündən kötük tutulmaz; Sözü ya uşaqdan, ya 
dəlidən al. 
Doğradan da atalar sözü və  məsəllərin məna və 
məzmununa fikir verdikdə onların müşahidə  və ya sınaq 
yolu ilə yaranmış olduğunu açıqca görmək olur. Məsələn: 
Ağacdan maşa olmaz, çingənədən (qaraçı) paşa, 
Qudurmuş köpəyin ömrü qırx gündü və s. 
Birinci atalar sözü öz mənşəyini sınaqdan, ikincisi isə 
müşahidədən almışdır.  İkinci misalda maraq doğuran 
cəhətlərdən biri də «qırx» sayı ilə bağlıdır. Kərkük 
folklorunda bu ədədin işləndiyi başqa atalar sözlərinə  də 
təsadüf edilir. Məsələn: 
 
Qırxınnan sora saz alışır. 
Ver qırxı, çəkmə qorxu. 
 
Gözdllikdən qırx gündə doyulur, gözəl xoydan qırx 
ildə doyulmaz və s.«Qırx»  ədədi ilə bağlı olan atalar 
sözlərinin məcazi mənasını bir yana qoyaraq, onların 
həqiqi mənasından çıxış etsək, qəribə bir mənzərənin 
şahidi oluruaq.  
Qudurmuş köpəyin qırx gündə ölməsi, it dişləyən 
adama hər gün bir iynə hesabı ilə  qırx gün ərzində iynə 
vurulması, xəstələnmə  təhlükəsinin qırx gün davam et-
məsi, ölünün qırxının ənənəvi mərasim kimi qeyd edilmə-
si, zahı qadının və  uşağın qırxı  çıxana qədər kənar  şəxs-
lərlə təmasda olmasının təhlükəsi və s. kimi məsələlərin, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə