Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

200                                                                            III fəsil 
axmaq cavab verməklə həm özünü gülünc vəziyyətə salır, 
həm də  sınaqdan çıxa bilmir. Arzusuna çata bilmir. Eyni 
vəziyyətə «Yola nərdivan ataq» nağılında da təsadüf edilir. 
Müasir həyatdan bəhs edən bu real, inandırıcı nağılda 
Azərbaycan məişət nağıllarına xas olan bir çox 
xüsusiyyətlərə təsadüf edilir. Burada da qız sevdiyi oğlanın 
ağlını, düşüncəsini tapmacalar vasitəsilə yoxlayır. Oğlan 
kasıb olsa da, qız onun ağlını hər şeydən üstün tutur. «Ağlı 
varsa var-dövlət qazanacaq, ağlı yoxsa, olanı da 
dağıdacaq», - deyərək onu imtahana çəkir. Burada da oğlan 
qızın suallarına doğru cavab verərək onun məhəbbətini 
qazanır. 
Bu nağılda xalq qadını  sədaqəti, təmkini, tədbiri ilə 
seçilən vəfalı yoldaş, insanları valeh edən gözəl bir varlıq 
kimi tərənnüm edir. 
Ümumiyyətlə, «Odunçu qızı», «Xayın vəzir», «Palançı 
qızı» və s. İraq-türkman nağıllarından da göründüyü kimi, 
patriarxal dünyagörüşürtdən fərqli olaraq Xalqın qadına 
münasibəti həmişə müsbət olmuşdur (133, 145, 150, 155). 
Burada qadınlar ağıllı, cəsarətli, iradəli, mətin, vəfalı, 
sədaqətli, namus və şərəfini hər şeydən üstün tutan varlıq 
kimi göstərilirlər ki, bu xüsusiyyətlər onları Azərbaycan 
nağılları ilə doğmalaşdırır. 
Demək lazımdır ki, qadına müsbət münasibət  İraq-
türkman folklorunda təkcə nağıllarda deyil, atalar sözü və 
bayatılarda və eləcə  də «Arzu-Qəmbər» və başqa 
dastanlarda da özünü bariz şəkildə göstərir. 
M.Qorkinin qeyd etdiyi kimi, çox qədim zamanlardan 
bəri yorulmadan öz xüsusi yolu ilə tarixə yoldaşlıq edən 
folklorun epik növünün nağıl janrında müxtəlif təbəqələrin 
mübarizəsi qəribə bir tərzdə öz əksini tapmışdır. Bu 
baxımdan, igidlik nağılları «Məhəmməd Çələbi», «Sığır 
oğlu» və xüsusən də Keçəllə bağlı  İraq-türkman nağılları 
fərqlənirlər. M.H.Təhmasib baş  qəhrəmanı Keçəl olan 
nağıllardan danışarkən göstərmişdir: «Nağıllar öz təması, 
Kərkük folklorunun janrları                                            201 
öz qəhrəmanı  və bu qəhrəmanın təqib etdiyi məqsəd, 
daşıdığı ideologiya etibarı ilə müəyyən bir təbəqə ilə 
bağlıdır. Bu qəhrəmanlardan birisi muzdur-nökərdir. 
Qəhrəmanı muzdur-nökər olan nağıllar Azərbaycan 
nağılları içərisində  ən xarakterik nağıllardır. Bu 
qəhrəmanlar Keçəl adlanırlar. Keçəl Azərbaycan nağılının 
mübariz qəhrəmanıdır» (213, 137). 
Bu,  İraq-türkman folklorunda da eynilə belədir.  İraq-
türkman məişət nağılları arasında geniş yayılan və xalq 
tərəfındən çox sevilən nağıllar keçəllə bağlı olanlardır. 
Keçəl  İraq-türkman nağıllarında da, Azərbaycan və  bəzi 
türk xalqlarının nağıllarında olduğu kimi, əzmindən 
dönməyən, haqsızlığa dözməyən, ağlı, zəkası ilə nahaqqı 
damğalayan, çətinliklərdən çəkinməyən qoçaq, qorxusuz 
mübarizdir. Ona girişmək, onu hiylə ilə aldatmaq mümkim 
deyil. Ona yalnız oğuzların «kiçik ölüm» adlandırdığı 
yuxuda olarkən qalib gəlmək, onu tələyə salmaq olar. Odur 
ki, xalq arasında keçəllə bağlı deyirlər: 
Qaçsa tutulmaz, 
Oynasa udulmaz. 
Günnən əvvəl bəlkə aldanar 
Gün çıxsa aldanmaz (149, 98). 
Keçəllə bağlı iraqlı  tədqiqatçı  Məhəmməd Xurşidin 
fikri də maraq doğurur: «Keçəl oğlan bəzi masallarda 
keçən tanınmış bir şəxsiyyətdir.  İlkin sönük olaraq 
önəmsiz bir rolu olur. Masal irəlilədikcə doğruluğu və 
igitliyini göstərməyə başlar. Paşa və padşah qızını alar. 
Xoşbəxt yaşarlar» (149, 135). 
Dünya xalqlarının folklorunda keçələ  bənzər 
qəhrəmanlar çoxdur. Məsələn, ruslarda ağıldankəm  İvan, 
hindlərdə pinti yetim, Skandinaviya ölkələrində peçin 
üstündə yatan və s. belələrindəndir (306, 213-255). Lakin 
həmin qəhrəmanlar istəklərinə başlıca olaraq sehr 
vasitəsilə nail olurlarsa, keçəl göstərdiyimiz kimi, istəyinə 
ağlı, zəkası ilə çatır. 


202                                                                          III fəsil 
Keçəllə bağlı 
Kərkük nağıllarında, Keçəlin 
Azərbaycan nağıllarında olduğu kimi (193, 105). həmişə 
müsbət planda verilməsi bizcə  hər  şeydən  əvvəl bununla 
bağlıdır. Keçəl mübarizdir. Onun mübarizəsi ictimai 
həyatın hər bir sahəsində özünü göstərir. Bu mübarizə 
bəzən sadəcə olaraq mübarizə xatirinə edilirsə, çox vaxt 
ictimai-iqtisadi ziddiyyətlərin zəruri nəticəsi kimi 
meydana çıxir. 
Ümumiyyətlə, Keçəllə bağlı nağıllarda öyüd-nəsihət, 
həyat təcrübəsi və s. qabarıq şəkildə özünü göstərir. 
İraq-türkman folklorunda Keçəllə bağlı nağıllar 
arasında uşaqların yaş xüsusiyyəti, psixologiyası  nəzərdə 
tutularaq yaradılan nağıllar da yox deyildir. Bunların  ən 
yaxşı nümunəsi «Keçəl oğlan» nağılıdır. 
Bu kiçik həcmli nağılda uşaqlara insanlar, sənət və 
sənətkar, heyvanlar, təbiət və  təbiət hadisələri, bitkilər, 
meyvələr və s. haqqında məlumat verilir. Nağıl onların 
dünyagörüşünün inkişafına, nitqlərinin rəvanlaşmasına, 
təkrarlar hesabına uşaqların yaddaşlarının möhkəmlən-
məsinə kömək edir. 
Bütün  İraq-türkman və eləcə  də Azərbaycan 
nağıllarında irəli sürülən ideya xeyrə  rəğbət,  şərə nifrət 
aşılamaqdadır. Bu baxımdan, «İki keçəl» nağılı xüsusilə 
fərqlənir. Bu nağılda ağıl, zəka, düşüncə, yumor, 
hazırcavablıq və s. təqdir edilir. Paxıllıq, acgözlük, 
tamahkarlıq və s. kimi sifətlər isə pislənir. 
İraq-türkman ağız  ədəbiyyatında da Azərbaycan 
nağıllarında olduğu kimi, keçəllər yazıq, çirkin olur, 
həmişə gülməli vəziyyətə düşürlər. Onlar uçuq-sökük 
daxması, bircə anası  və ya nənəsi, var-dövlətdən vur-tut 
bircə danası, cöngəsi və ya xoruzu olan kimsəsiz yoxsullar 
kimi təsvir edilirlər. 
Lakin hadisələrin gedişində onun əsl siması üzə çıxır. 
Xalqın arzu və istəyini ifadə edən keçəllər, ağlı, zəkası, 
hazırcavablığına görə xalqın sevimlisinə çevrilmişlər. 
Azərbaycan nağıllarına xas olan baş qəhrəmanların 
Kərkük folklorunun janrları                                          203 
ümumiyyətlə, ideallaşdırılması - ilahi gözəlliklərə, yüksək 
insani keyfiyyətlərə malik olmaq, ağıl, kamal, rəftarda 
tayı-bərabəri olmamaq və s. xüsusiyyətlər eyni ilə  İraq-
türkman nağılları üçün də səciyyəvidir. 
Epik növün çox geniş yayılmış janrı olan nağılların 
bədiilik cəhətdən böyük əhəmiyyəti vardır. Süjetli olmaları 
və başqa janrlara bu istiqamətdə  təsiri, onları başqa 
janrlardan müsbət mənada fərqləndirir. 
Xalq təfəkkürünün  əvəzsiz xəzinəsi, «xalqın 
psixologiyasını öyrənmək üçün vacib və lazım olan əsl 
xalq yaradıcılığı nümunələri» (302, 610) sayıları nağıllar, 
о cümlədən də  İraq-türkman nağılları Xalqın milli xüsu-
siyyətlərini, adət-ənənəsini, məişət tərzini, ümumiyyətlə, 
mədəniyyətini öyrənmək baxımından nə  qədər uzaq 
keçmişlərlə bağlı olsa da, bu gün də öz əhəmiyyətini 
itirmir. 
ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR 
Atalar sözləri və məsəllər başqa janrlarla bərabər onu 
yaradan Xalqın tarixini, inkişaf mərhələlərini, həyat tərzi-
ni, dünyabaxışını, inam və etiqadını, adət və ənənəsini və 
s.  əks etdirən müstəsna dəyərə malik bir xəzinədir. Bu 
xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, adət-ənənələrə, 
hətta unudulub getmiş, hafızələrdən silinmiş tarixi 
həqiqətlərin güclə sezilə bilən izlərinə belə  təsadüf edilir. 
Odur ki, tədqiqatçılar bu mənəvi incilərə istinad edir, 
onların vasitəsilə müəyyən hadisələrin izlərini və köklərini 
axtarırlar. Tarixçi atalar sözü və  məsəlləri qədim tarixə, 
tarixi hadisələrə dair məlumat baxımından, hüquqşünas 
onları xalq həyat yazılmamış qanunları baxımından, 
etnoqraf atalar sözü və  məsəlləri unudulub getmiş adət-
ənənələrin hifz olunub saxlarıdığı  mənəvi dəyərlər 
mənbəyi baxımından qiymətləndirir. Filosof atalar sözü və 
məsəllər vasitəsi ilə Xalqın düşüncə  tərzini öyrənməyə, 
məntiq aləmində yerini dürüstləşdirməyə can 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə