Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

184                                                                          III fəsil 
Это еще не сказка, а только присказка, сказка впереди 
будет» və s. 
Pişrovdan sonra isə nağılıl başlanğıcı gəlir. Məsələn: 
«Hartdan-hurtdan, sıxması qarpiz qabığı, dügməsi 
turpdan. Aman-zaman içində, qəlbil saman içində, dəvə 
bərbərlik edir, əski hamam içində. Var idi, yox idi, iki 
qardaş var idi» və s. Başlarığıcda qəhrəmanın mənşəyi, 
hadisənin cərəyan etdiyi yer və s. qısa şəkildə nəql edilir: 
«Biri var idi, biri yox idi, darın dünyasında bir padşah 
var idi», «Var idi, yox idi, bir avçı vardı», «Var idi, yox 
idi, Həsən adında bir odunçu var idi», «Biri var idi, biri 
yox idi, bir yəhərçi var idi», «Bir gün-günnərdə su çox 
axdı. Su axınca dünyaın fəyazan etdi. Əldə qaldı bir dağ. О 
dağda bir tülkü, bir asları, bir qatır qaldı». «Var idi, yox 
idi, bir keçəl var idi». «Var idi, yox idi, darın dünyasında 
bir keçiynən bir qoyun var iydi», «Var idi, yox idi, darın 
dünyasında bir inad xoruz var idi». «Var iydi, yox iydi, 
darın dünyasında bir keçiynən bir qurt varıydı» və s. 
Nağılın ortasında Azərbaycanda olduğu kimi, Kərkük 
folklorunda da nağılçı uzun bir məsafənin qısa keçildiyini 
göstərınək üçün: 
- Dedi: «Ya Əli, sənə  mədəd. Yel kimin dərə, təpə, 
düz bilmədi, keçdi. Az getdi, üz getdi, dərə, təpə, düz 
getdi...» Və ya: «Az gedər, üz gedər, dərə, təpə, düz 
gedər...» 
Və ya: «Dərələrdən sel kimin, təpələrdən yel kimin 
keşdi» və s. kimi ifadələr işlədir. 
Mətləbin üstünə  gəlmək üçün uzun sözün qısası 
mənasına gələn «Nə başınızı  ağrıdım» - deyərək nağılda 
söhbət gedən qızın gözəlliyini uzun-uzadı  tərifləmək 
əvəzinə «Gəl məni gör, dərdimnən öl» və ya «Aya deyir 
sən bat, mən çıxım» və ya «Elə gözəl, elə gözəl,  Şam 
şamaması,  Əcəm alması» kimi ifadələrdən istifadə edilir. 
Əlçatmaz, ünyetməz, çox qorxulu bir yeri təsvir edərkən 
nağılçının: «Quş getsə qanad tökər, qatır getsə dırnaq tö- 
Kərkük folklorunun janrları                                             185 
kər», acıqlı bir məxluqu göstərmək üçün «Bir dodağı yer 
süpürür, bir dodağı göy» deməsi kifayət edir. 
Dinləyicilər hərdənbir «şəkər yer şəkər ye» - yəni 
gözəl danışırsan, davam et - deyə nağılçını ruhlarıdırırlar. 
Nağılın maraqlı yerinə, kulminasiya nöqtəsinə çatanda, 
müsbət qəhrəman dardan qurtaranda, istəyinə çatanda 
dinləyicilər deyirlər: «Dan başımıza» - yəni bizim də 
işimiz belə  uğurlu olsun, biz də istəyimizə çataq, murada 
yetək. 
Qeyd etmək lazımdır ki, Kərkük folklorunda nağılların 
sonluğu çox rəngarəng və maraqlı olur. Məsələn: «Mən də 
getdim, əlimə bir şey düşmədi», «Mən də getdim, mənə bir 
şey vermədilər. Bəlkə siz verəsiniz» - deyə nağılçı üzünü 
nağıla qulaq asanlara çevirir. Və ya: «Matal bitdi, ağzımı 
kimsə  şirin etmədi. Bəlkə siz edəsiniz». Və ya: «Fitnə-
fəsaddan xilas oldular. Əvvəlki kimi şadxürrəm yaşadılar. 
Siz də  şad olasız. Mənim bir nəsnəm yoxdu, mən  şad 
olmam. Bəlkə siz bir nəsnə verib məni şad edəsiz». 
Və ya: «Qırx gün qırx gecə toy etdilər.  Şadlıqla 
yaşadılar. Siz də  şad olasız. Darı başınıza. Toya mən də 
getmişdim. Başları qarışmışdı. Ağzımı  şirin edən olmadı. 
Bəlkə siz edəsiniz». Və ya: «Qırx gün qırx gecə toy 
etdilər.  Şəkərlər paylandı, sevinclər oldu. Mən də 
getmişdim, mənə bir şey düşmədi». 
Və ya: «Havadan üç alma düşdü. Biri matala, biri 
matal deyənə, biri də Qədriyyəyə». 
Və ya: «Göydən üç alma düşdü. Biri mənim, biri 
Əlinin, biri də nağıl söyləyənin». 
Maraqlıdır ki, Qədriyyə də, Əli də elə nağıl söyləyən 
özüdür (201, 99). Nağılçı öz adını nağılın bu məqamında, 
bu formada çəkməklə, bir yandan nağılın gedişində 
yaranmış  gərginliyi azaldır, dinləyiciləri güldürür, digər 
tərəfdən də gözlədiyi təmənnaya işarə edir. 
Əgər nəzərə alsaq ki, bir çox xalqlarda indinin özündə 


186                                                                           III fəsil 
belə müəyyən bir peşəni özünə  sənət etmiş adamlar, istər 
müğənni, istər rəqqasə, istər musiqiçi, istər masabəyi, istər 
pəhlivan, istər kəndirbaz, istər gözbağlayıcı  və ya başqa 
sənət sahibləri olsun, mütləq zəhmətləri müqabilində əmək 
haqqı  təmənnasında olurlar. Belə olan halda, keçmişdə 
xüsusi nağılçıların zəhmət haqqı diləməsi təəccüb 
doğurmur. 
Bizcə, nağılları  bəzəyən, onların bədii və emosional 
təsirini artıran, onları rövnəqləndirən belə ifadə 
vasitələrinin çoxu, nağıl bitəndə nağılçılara müəyyən 
hədiyyələrin verilməsi ilə bağlıdır. 
Demək lazımdır ki, Kərkük nağılları  nə pişrov, nə 
başlanğıc, nə nağılın ortasında, nə sonunda işlənən, Yusif 
Vəzir Çəmənzəminlinin «nağılın ziynəti» adlarıdırdığı (11, 
37) belə obrazlı ifadə və oynaq cümlələrə görə Azərbaycan 
nağıllarından fərqlənmirlər (194, 37-49; 111, 127-128). 
Hətta gündüz vaxtı «Nağıl söylə» deyə anasını  təngə 
gətirən uşağa anası Azərbaycanda olduğu kimi cavab verir 
və başından edir: 
- Əli, Vəli, Pirvəli, dördü də ondan irəli, Damda yatan, 
pambuq atan, bez satan, bir də  sənin rəhmətlik atan. 
Oğlum, əlim xamırdadı, ha buncası yadımdadı. 
Kərkük folklorunda «royat» adlanan bu deyimin (75) 
tədqiqatçılar uşaqların biri-birini acıqlandırmaq, cırnatmaq 
üçün «Yeri hey, on bir kişiyə varan nənəli» sözləri ilə 
əlaqədar yarandığını göstərir. Sübhi Saatçı və Məhəmməd 
Xurşid qeyd edir ki, bəzən uşaqlar deyilənlərə inanır və 
analarının yanına qaçırlar. Anaları isə zarafatla yuxarıda 
sadaladığımızı söyləyir (201, 45-46; 149, 92). 
Mövzu, ideya, məzmun, təsvir vasitələri və üsullarına 
görə müxtəlif və  rəngarəng olan İraq-türkman nağıllarını 
aşağıdakı kimi qruplaşdırmaq olar: heyvanlar haqqında 
nağıllar, sehrli nağıllar, tarixi nağıllar, ailə-məişət nağılları. 
Qeyd etmək lazımdır ki, təxəyyül və fantaziya İraq-
türkman folklorunda da bu və ya digər dərəcədə bu qrup- 
 
Kərkük folklorunun janrları                                           187 
lara daxil olan nağılların demək olar ki, hamısını  əhatə 
edir. 
HEYVANLAR HAQQINDA NAĞILLAR. Heyvan-
lar haqqında olan nağıllar  İraq-türkman folklorunda çox 
geniş yayılmışdır. Bunların arasında uşaqların yaş 
xüsusiyyətinə, psixologiyasına uyğun yaradılmış nağıllar 
daha çoxdur. Süjeti çox sadə, yığcam, dili anlaşıqlı olan bu 
nağıllarda insana məxsus cəhətlər heyvanların üzərinə 
köçürülür. Bu nağılların  əksəriyyətində heyvanlar insan 
kimi danışırlar. 
Başqa növ nağıllarda olduğu kimi, alleqorik nağıllarda 
da əsas məqsəd uşaqlarda və gənclərdə qorxaqlıq, paxıllıq, 
xəyanət, kələk, hiylə, tənbəllik, acgözlük və s. kimi mənfi 
keyfiyyətlərə qarşı ikrah hissi oyatmaq, onlarda dostluq, 
mərdlik, qorxmazlıq, dəyanət, səxavət,  əməyə  məhəbbət, 
böyüklərə hörmət, onların məsləhətlərinə qulaq asınaq, 
danışanı dinləmək qabiliyyəti, danışanın sözünü 
kəsməmək, rəvan və şirin daınşmağı bacarmaq və s. kimi 
müsbət keyfıyyətlər aşılamaqdır. 
Bu nağıllarda asları, qurd, qoyun, keçi, xoruz, tülkü, 
dovşan, tısbağa, at, çaqqal, toyuq və s. heyvan surətlərinə 
tez-tez rast gəlinir. Onların süjet xəttində əsas yeri yemək 
uğranda mübarizə tutur. Bu mübarizə müxtəlif gülməli 
üsullarla verilmişdir. 
Alleqorik nağılların bir çoxu Azərbaycan nağıllarından 
seçilmir. Məsələn, «Şəngülüm,  Şüngülüm, Məngülüm» 
nağılı  Kərkük dolaylarında «Titlə-Bitlə», «Xoruzla 
padşah» - «İnad Xoruz», «Dovşan» - «Keçəl oğlan», 
«Davzanqurdu və siçan Solub bəy» - «Davzanqurtağı», 
«Yının nağılı» - «Qurdla qoyun» nağıllarından demək olar 
ki, fərqlənmir. «Tülkü və leylək» nağılı isə eynidir. Az-çox 
seçilən «Qurdla qoyun» nağılındakı  şerlərdə - qoyuna-
keçiyə aldanan qoca qurd ata da aldanır. At qurda ölümcül 
zərbə endirir. Qurd yıxılıb can verməyə  və zarıltı ilə 
oxumağa başlayır: 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə