Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

172                                                                           II fəsil 
ispan və s. xalqlarda beşik nəğmələri arasında ana övladına 
ölüm dilədiyi nümunələrə də rast gəlinir. 
Demək lazımdır ki, ağır güzəranra nəticəsində 
meydana gələn belə laylalara nə Azərbaycan, nə  də  İraq-
türkman folklorunda təsadüf edilir. Əksinə, burada 
qadınların həyatları  nə  qədər faciəli, güzəranları  nə  qədər 
ağır keçsə  də, belə nümunələr yoxdur. Lakin kədərli, 
dərdli, üzüntülü nəğmələrin yuxarıdakı nümunələrdən 
göründüyü kimi, bununla əlaqədar yarandığını qeyd etmək 
doğru olardı. 
Oxşamalar  İraq-türkman folklorunda da iki və dörd 
misralı olmaqla iki yerə bölünür və arzu-dilək,  əzizləmə, 
əyləndirmə, oxşama məqamlarında işlənirlər. Məsələn: 
 
Dama dirəkdi oğlum,  
Xırımna kürəkdi oğlum, 
Vay nişi-nişi  
Çıxıbdı iki dişi. 
Və ya: 
Ataram-tutaram səni,  
Şəkərə qataram səni.  
Baban evə gələndə  
Qucuna ataram səni. 
 
Qızım qızlar içində,  
Altun hicil qıçında.  
Qızıma diləkçi gələr  
Bu gün, yarın içində. 
Oxşamalar böyük həsrət və intizarı ifadə etmək 
baximından da diqqəti cəlb edir: 
Kərkük folklorunun janrtarı                                          173 
Gündə mən; 
Kölgədə sən, gündə mən.  
İldə qurban bir olar, 
Qurbanınam gündə mən. 
Qurbanam özüm sənə, 
Həkətim, sözüm sənə. 
Işıqlı ulduz kimin  
Tikmişəm gözüm sənə. 
Layla və oxşamalarda bir yandan körpənin gələcək 
taleyi üçün ananın keçirdiyi hiss-həyəcanı, naralıatlığı, 
qorxu və təşvişi, başqa bir tərəfdən də körpənin tez boya-
başa çatması, sağlam böyüməsi, xəta-bəladan uzaq olması 
barədə ananın arzu-diləyi, istəyi, sevinci təkrarolunmaz 
boyalarla təsvir edilir. 
Bayatı  və sazlamaqlarda olduğu kimi, layla və 
oxşamaların dili aydın, sadə, yığcam və zəngindir. Burada 
da ən dərin fikirlər qısa və obrazlı şəkildə ifadə olunur. 
İstər Azərbaycan, istərsə  də  İraq-türkman folklorunda 
lirik növün «Beşik nəğmələri» janrı  həyatımızın, 
tariximizin, şüur və təfəkkürümüzün ayrılmaz hissəsi kimi 
diqqəti cəlb edir. 
ВAYATI – TAPMA CALAR 
İraq-türkman folklorunda lirik növün «bayatı-
tapmaca» janrına da təsadüf edilir. Təbiət və  cəmiyyət 
hadisələrinin, real varlıqların və s. şairanə  təsvirini  əks 
etdirən, formaca bayatı və qıfılbəndlərə oxşayan, lakin icra 
yeri və icra tərzinə, «üslubu, şeriyyəti, ifadə etdiyi məcazi 
mənasına» görə onlardan fərqlənən «bayatı-tapmaca»lar nə 
Azərbaycan folklorunda, nə  də onun qüdrətli qolu olan 
İraq-türkman folklorunda lirik növün ayrıca janrı kimi 
tədqiq olunmamışdır. Onlar gah tapmaca 


17 4                                                                          II fəsil                                                                                                                                 
(139, 69; 188, 71; 202, 61; 12, 199; 203, 104; 248, 541; 
140, 62), gah bayatı (49, 155), gah da cinaslı tapmacalar 
(48, 240-241) adı altında verilmişlər. 
Azərbaycan bayatılarının bədii xüsusiyyətləri barədə 
tədqiqat aparan A.Əliyev isə: 
 
Çağırdım bərkdən,  
Səs vərdi kənddən,  
Ağzı sümükdən  
Saqqalı ətdən. 
 
Salam, ay qəssabbaşı 
Məni göndərib yüzbaşı  
İki girvənkə ət istərəm  
Nə yazı olsun, nə qışı - 
kimi tapmacaları bayatı adı altında tədqiq edərək, 
Azərbaycan bayatıları arasında, guya, hər misrası 3, 4, 5, 
7, 8, 9 hecadan ibarət bayatılar olduğu fıkrini irəli 
sürınüşdür (264, 176). 
Onu da qeyd etmək vacibdir ki, folklorşünaslarımızın 
«bağlama bayatı» (63, 129), «qıfılbənd bayatı» (230, 47), 
«tapmaca-bağlama» (32, 11) adlarıdırdıqları  qıfılbənd və 
bağlamalar da «bayatı-tapmaca»lardan fərqlənirlər. 
Folklorşünas N.Seyidov haqlı olaraq bir çox 
tapmacaların bayatı biçimində düzəldildiyini göstərsə  də, 
doğru olaraq tapmacalara yaxın olan janrlardan biri də 
«bağlamalar»dır qənaətinə  gəlsə  də, elə oradaca 
«bağlamalar da tapmacaların bir növüdür» (203, 35) 
hökmünü verməklə  həqiqətdən uzaqlaşmışır. Doğrudur, 
sonralar folklorşünas V.Vəliyev «bağlama-bayatı» və 
tapmacalardan danışarkən: 
Aşıq eldən yuxarı,  
Şana telddən yuxarı. 
Kərkük folklorunun janrları                                          175 
Aşıq bir şey görübdü  
Dizi bеldən yuxarı. 
(Çəyirtkə) 
Buz bağlar; 
Qışda çaylar buz bağlar.  
Aşıq bir hikmət görüb  
Od içində buz bağlar. 
(Bişmiş südün qaymağı) 
- «bayatı-tapmaca»ları misal gətirərək yazmışdır: «Bizə 
belə  gəlir ki, tapmacaları bağlama-bayatı adlarıdırmaq 
olmaz. Çünki onların cavabı şerlə, bayatı şəklində yoxdur» 
(63, 144). 
Bu, eynilə  İraq-türkman tapmacalarında da belədir. 
Şübhəsiz, qıfılbənd və bağlamaları «bayatı-
tapmaca»lardan fərqləndirən başlıca fərq qıfılbəndlərin hər 
misrasının ayrıca cavabı olmasıdır. Eyni zamanda qıfil-
bəndin hər misrasının cavabının  şerlə, eyni qafiyədə ol-
ması tələb edilir. 
Xəstə Qasımla Ləzgi  Əhməd arasında yer aları 
qıfılbənddən verdiyimiz nümunə deyilənlərə  əyani 
sübutdur: 
Ləzgi Əhməd 
О nədir ki, dayanıbdı dayaqsız?  
О nədir ki, boyanıbdı boyaqsız?  
О nədir ki, doğar əlsiz-ayaqsız?   
Üç ay keçər, ayağı var, əli var? 
Xəstə Qasım 
Göy bir çadır, dayanıbdı dayaqsız, 
Ayla Gündür, boyanıbdı boyaqsız.  
Qurbağadı, doğar əlsiz-ayaqsız,  
Üç ay keçər, ayağı var, əli var. 


176                                                                          II fəsil 
«Bayatı-tapmaca»larda isə tamamilə başqa bir 
mənzərənin şahidi oluruq. Burada dördlüyün cavabıyalnız 
bir sözlə ifadə edilir. Məsələn: 
Ya qanı; 
Ver muradım, ya qanı  
Dəryadan bir quş uçdu  
Nə əti var, nə qanı, 
(Gəmi) 
Bir qutum var alamat,  
İçi yanar qiyamat.  
Yaş vurdum, quru çıxdı, 
 Məhəmmədə salavat. 
 (Təndir) 
Folklorşünas V.Vəliyev doğru olaraq «indi tapmacalar 
sırasında öz varlığın; saxlayan elə bayatılar vardır ki, onlar 
üslubu,  şeriyyəti, ifadə etdiyi məcazi mənası ilə 
tapmacalardan fərqlənirlər...» fikrinə gəlsə də, elə oradaca 
«... olsa-olsa onlar cavab hissəsini itirmiş «bağlama 
bayatılardır» (63, 145) deməklə həqiqətdən uzaqlaşır. 
Tədqiqatçı  İ.Abbasov isə bağlama və  qıfılbəndləri 
«tapmaca-bağlama» adı altında nəzərdən keçirərək
onların bir qisıninin bayatı biçimində yarandığını  nəzərə 
ala-raq, onları bayatılar sırasında verməyi məqsədəuyğun 
saymışdır (31, 11, 206-212). 
Maraqlıdır ki, İ.Abbasovun verdiyi nümunələrin 
iyirmiyə  qədərinə  İraq-tiirkman «bayatı-tapmaca»ları 
arasında da rast gəlinir (25, 206-212). 
Yeri gəlmişkən deyək ki, Kərkük xoyrat və 
manilərinin araşdırıcısı 
Əta Tərzibaşı «bayatı-
tapmaca»ların xoyrat və manilərdən fərqləndiyini duyaraq 
onları kitabına daxil etməmişdir. 
Tədqiqatçı bu münasibətlə yazmışdır: «Tapmacaya 
Kərkük folklorunun janrları                                           177 
gəlincə bunu xalq ədəbiyyatının daha çox folklor 
araşdırmalarının ümumi sahəsində mütaliə etmək 
gərəkdir» (212, 91). 
İraqlı  tədqiqatçı Sübhi Saatçı isə doğru olaraq 
«Mənzum tapmacaların bir qismi mani və xoyrat şəklində 
olurlar» (182, 56-57) desə  də,  Əta Tərzibaşının yolu ilə 
gedərək bunların müəyyən bir janr - «bayatı-tapmaca» 
janrını  əmələ  gətirdiyini görməmiş, onları adi tapmacalar 
arasında vermişdir. Bununla belə, tədqiqatçının bu cür 
tapmacalarla  əlaqədar dediyi «şeriyyət güclü olan 
tapmacaların uzun illər hafizələrdə yaşaması da 
bundandır» (201, 57) fıkri həqiqətlə səsləşir. 
İraq-türkman folkiorunda təsadüf edilən «bayatı-
tapmaca»lar nə forma, nə  də  məzmunca Azərbaycan 
«bayatı-tapmaca»larından fərqlənirlər. 
Onların əksəriyyəti biri-birinin eynidir: 
 
Dağdan enir dağ kimin, 
Qolları budaq kimin.  
Enir bulaq başına,  
Bağırır oğlaq kimin. 
(İldırım) 
 
Azara gedər;  
Azar bezara gedər.  
Babası bir yaşında  
Oğlu bazara gedər. 
(Qovun, qarpız) 
Bəzi «bayatı-tapmaca»ların isə ilk iki misrasında az-
çox fərqə  təsadüf edilsə  də, son iki misra hərfi-hərfinə 
uyğun gəlir. Məsələn: 
Bir əcayib quş gördüm 
Dizi beldən yuxarı 
(Çəyirtkə) 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə