Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

178                                                                          II fəsil                                                                                                                                        
О qədər oynamışlar  
Xurd-xəşil (xəmir) olmuşlar          
(Yağış) 
Aşağıdan sıı içər 
Yuxarıdan balalar 
(Buğda, xurma) 
Dimdiyi sümükdən 
Saqqalı ətdən 
(Xoruz) 
 
Gecə-gündüz yol gedər  
Yenə durub yerində 
(Dəyirman daşı) və s. 
Bir çox «bayatı-tapmaca»ları  fərqləndirən yeganə 
cəhət Kərkük dolaylarında onların «Lələm dəyər» ifadəsi 
ilə  işlənməsidir. Başqa misralar və «bayatı-tapmaca»nın 
açması eyni olur. Məsələn: 
  Lələm deyər, quş uşdu. 
  Uşdu daryahı keşdi.  
Bir ağacda beş alma  
İkisinə gün düşdü. 
(Beş vaxt namaz) 
Lələm deyər, yağ gəti. 
Gətirirsən sağ gəti. 
Sağılmamış inəkdən, 
Ərinməmiş yağ gəti. (Bal) 
Azərbaycanda folklorşünaslığa dair son vaxtlar çap 
olunan kitablarda «bayatı-tapmaca»ların açmasını 
verməmək meyli özünü göstərir. Hətta Aşıq  Şəmşir kimi 
müasirlərimizin belə «bayatı-tapmaca»larının açmasının 
verilməməsi təəssüf doğurur. Məsələn; 
Kərkük folklorunun janrları                                            179 
Ayağı-əli qandı,  
Dodağı-dili qandı. 
Möcüzə dərya gördüm 
Suyu duz, gülü qandı. 
İki at var uzaqda
Bərqərardı hər vaxtda. 
Qarası adam yıxar 
Ağı gəzər qucaqda (47, 240-241). 
Halbuki, «bayatı-tapmaca»ların açmasının verilməsi 
həm insanı düşünüb-daşınınağa sövq etmək baxımından, 
həm də ona təbiət və  cəmiyyət hadisələri, xalqın həyat 
tərzi, məşğuliyyəti, fikri-düşüncəsi barədə  məlumat 
vermək baxımından maraq doğurur, tədqiqatçılar üçün 
əvəzsiz xəzinəyə çevrilir. Digər tərəfdən də  vəzn və 
qafiyəsi yerli-yerində olan bu qiymətli poetik parçaların 
açması məlum olduqda dillər əzbərinə çevrilir, daha geniş 
yayılırlar. Bəzən sadə, bəzən də yüksək poetik dillə 
yazıları, xalq təfəkkürünün məhsulu olan, təşbih və 
təsvirlərlə, obrazlı ifadələrlə dolu olan bu dördlüklər ağlı, 
zəkanı, düşüncə  və mühakiməni inkişaf etdirmək 
baxımından xüsusi qiymət kəsb edirlər: 
Lələm elin aşına, 
El toplaşar başına. 
Nə əli, nə ayağı 
(Və ya: Əli yox, ayağı yox) 
Gedər əkin başına. 
(Su) 
Gözəl тənnən nar istər, 
Bağım yoxdu, bar stər. 
Əkilməmiş bostannan 
Toxumsuz xiyar istər, 
İctimai həyatın bütün sahələrini  əhatə edən «bayatı-
tapmaca»larda xalq, düşüncə və mühakiməsini, ictimai 


180                                                                     II fəsil 
varlığa münasibətini bədii şəkildə əks etdirən, dil səlisliyi
məna kəsəri ilə seçilən forma axtarıb tapmağa çalışmış və 
beləliklə  şifahi xalq ədəbiyyatının lirik növünün «bayatı-
tapmaca» janrı meydana gəlmişdir. Bu, daha təkmil sənətə 
meylin təbii nəticəsidir. 
Xalq yaradıcılığı prosesində özünü göstərən, bir 
janrdan başqa janrın meydana gəlməsinə qeyri xalqların 
folklorunda da təsadüf edilməsi (272, 87), nağıllardan 
dastanların, bayatılardan layla, oxşama, ağı-sazlamaq və s. 
janrların yaranması da deyilənlərə dayaq olur. 
ÜÇÜNCÜ FƏSİL 
EPİK NÖV 
İraq-türkman folklorunda ən geniş yayılan janrlar epik 
növə aiddir. Buraya nağıllar, atalar sözü və  məsəllər, 
tapmacalar, lətifələr və dastanlar daxildir. Bu janrlar istər 
uşaq, istərsə də yaşlı olsun, hamı tərəfindən eyni dərəcədə 
sevilir və  təbliğ edilir. Hər janrın özünəməxsus səciyyəvi 
xüsusiyyətləri və böyük elmi əhəmiyyəti vardır. Təsadüfi 
deyildir ki, tədqiqatçılar yorulmadan bu mənəvi incilərə 
istinad edir, onların vasitəsi ilə müəyyən hadisələrin 
izlərini və köklərini axtarırlar. Adı keçən janrlar nəinki 
Xalqın dünyagörüşü və  təfəkkürünü ifadə etmək 
baxımından, həm də Xalqın keçmişi barədə bir növ tarixi 
sənədə çevrilmək baxımından əhəmiyyət kəsb edir. 
NAĞILLAR 
Nağıllar  İraq-türkman folklorunda epik növün ən 
sevimli janrlarındandır. Evdən evə, eldən elə, dildən dilə 
gəzən, Xalqın həyata münasibətini, istək və arzularını, 
bəxt, tale, xoşbəxt həyat barədə dünyagörüşünü  əks 
etdirən, xeyrin şər, haqqın haqsızlıq üzərində  qələbəsini
ədalətin təntənəsini göstərən bu əvəzsiz incilər, təəssüf ki, 
elm və texnikanın sürətlə inkişaf etdiyi, xalq təxəyyülünün 
məhsulu olan «uçan xalçalar»ı  təyyarələrin, kosmik 
gəmilərin  əvəz etdiyi zəmanəmizdə öz mövqeyini əldən 
verməyə, unudulmağa yan almışlar. Nağılçılıq, nağıl 
söyləmək bir çox xalqlarda söyləniş tərzini dəyişə- 


182                                                                         III fəsil 
rək səhnə, radio və televiziyaya ayaq açdığı, maraqlı nağıl 
fılmləri yaradıldığı halda, İraq-türkman folklorunda bir 
sənət kimi aradan çıxır. 
Nağılların folklorşünaslıqda arxa plana keçməsinə təbii 
proses kimi baxılmalıdır. Bəzi janrlar təbii olaraq get-gedə 
aradan çıxır, bəziləri isə çiçəklənmə dövrü keçirir. 
Folklorşünasların fıkrincə, xalq mahnıları, atalar sözləri, 
lətifələr, uşaq nağılları  və s. janrlar əbədi olaraq yaşa-
yacaqlar (316, 4). Demək lazımdır ki, son illərə  qədər 
Kərkük dolaylarında uzun qış gecələri bir evə toplaşar, xalı 
və palazlar üzərinə buraxılan sinilərdə samovardan çay 
içər, kömür közü ilə dolu manqal ətrafında qızmar və 
nağılları dinləyərdilər. Başqa xalqlarda və Azərbaycanda 
olduğu kimi (198, 141), onları  əsasən peşəkar nağılçılar 
danışardılar. 
Kərkük dolaylarında gündüz nağıl söyləmək məsləhət 
görülmür. Uşaqlara belə bir inam təlqin edilib ki, kim 
gündüz nağıl danışsa, nağıl bitəndə çoqu çıxar, yəni 
başında buynuz bitər. Böyüklər arasında isə belə bir inam 
var ki, kim gündüz nağıl danışsa parası pul (qəpik-quruş) 
olar, yəni müflisləşər (255, 153; 117, 61). 
Müəyyən qismi toplanaraq çap edilən  İraq-türkman 
nağılları (255, 154-164; 168; 201, 100-131; 133, 145-162, 
303-315), bir qayda olaraq, nağılın məzmunu ilə  əlaqəsi 
olmayan pişrovla başlayır. Pişrovdan sonra giriş - 
başlarığıc gəlir. Lakin realist nağılların  əksəriyyəti 
pişrovsuz-filarısız «Var idi, yox idi, bir avçı vardı». «Biri 
var idi, biri yox idi, darın dünyasında bir padşah var idi» 
və s. kimi başlayır. 
Kərkük nağılları aşağıdakı pişrovlarla başlayır: 
«Biri var idi, biri yox idi, yaları gerçəkdən çox idi. 
Yalarnı doldurdular çuvala, dayadılar duvara. Gerçəyi 
qoydular meydan başına. Matal gəldi qapıya, hartdan-
hurtdan, sıxması qarpız qabığı, dügməsi turpdan. Aman-
zaman içində, qərbil saman içində, dəvə  bərbərlik edir, 
əski ha- 
 
Kərkük folklorunun janrları                                183                                   
mam içində. Hamamın tası yox, peştamalın ortası yox. 
Göyümüzə tazı gəlib, onun da xaltası yox...» 
Yaxud: 
«Var idi, yox idi, yaları gerçəkdən çox idi. Yalanı dol-
durdular çuvala, dayadılar duvara. Gerçəyi qoydular qaba
asdılar qazuğa. Aman-zaman içində, qərbil saman içində, 
dəvə  bərbərlik edir, əski hamam içində. Hamamçının tası 
yox, peştamalnı ortası yox. Birəyə vurdular palanı. Otuz 
iki yerdən çəkdilər kolanı.» 
Və ya: «Yalan bir yalanıydı, sərçə  pəhlivanıydı. 
Sərçəyə yüklədilər palanı, qırx yerdən çəkdilər kolanı. 
Dedi: Eşq olsun! və ya Afərin! Necə uydurdun bu 
yalanı...» (135, 105). 
Və ya: 
«Matal, matal mat atar, bir kişi xurma satar. Xurmanı 
gəti mən yeyim, görək kim borca batar. Hartdan-hurtdan, 
sıxması qarpız qabuğu, dügməsi turpdan...» 
Və ya: 
«Matal, matal, matına,  şeytan mindi atına.  Əlində 
qamçısını  və ya quyruğunu dolandırdı, çaldı filarıkəsin 
(nağıl danışan məclisdə əyləşən bir dostunun və ya uşağın 
adını  çəkir) suratına. Qamçıya qüvvət, Məhəmmədə 
salavat. Beləcə nağıl gəldi buraya...» 
Demək lazımdır ki, pişrovda sözlərin axıcılığı, 
ahəngdarlığı  əsas  şərtdir. Pişrovlara başqa türkdilli və 
eləcə  də qeyri xalqların nağıllarında da təsadüf edilir. 
Məsələn, ras dilində «priskazka» adı ilə tanınan pişrovlar 
vardır. Lakin Azərbaycan və  İraq-türkman nağıllarında 
olduğu kimi, onların nağılra məzmunu ilə heç bir əlaqəsi 
yoxdur. 
«Priskazka» da pişrov kimi, oxucunun diqqətini 
nağıllar aləminə yönəltmək üçün istifadə edilən maraqlı 
yaradıcılıq öməyidir. Məsələn: 
«На море-Океане, на острове Буяне, стоит дерево-
золотые  маковки;  по  этому  дереву  ходит  кот-баюн, 
вверх идет-песню поет, вниз идет сказки рассказывает. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə