Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

192                                                                             III fəsil 
Nağılda diqqəti cəlb edən  ənənəvi bir xüsusiyyət də 
vardır. Gülşən oğlanı  nə  qədər çox sevsə  də, oğlanın 
təklifinə «Mən qarışmam. Babam kimə versə, ona varram» 
-deyə cavab verir (133, 151). 
Göründüyü kimi, «Odunçu qızı» nağılında da başqa 
sehrli nağıllarda olduğu kimi, fantaziya arxasında həqiqi 
real həyat durar. Doğradan da «bütün sehrli nağıllarda real 
həyat ünsürləri özünü büruzə verir» (325, 42; 301, 27). Bu 
nağıl bir daha göstərir ki, nağıllar nə  qədər qədim olsalar 
da, bu gün belə öz əhəmiyyətini itirmir, həyatla səsləşirlər. 
«Sas tavuğun təlnəgi» (lələk)  İraq-türkman folklo-
runda sehrli nağılların ən yaxşı nümunəsi hesab edilə bilər 
(133, 147-150). 
Xalq fantaziyasının gözəl bədii nümunəsi olan bu 
nağılda haqqın-ədalətin təntənəsi parlaq şəkildə öz 
ifadəsini tapmışdır. 
Bu nağıl bir çox motivlərinə, xüsusiyyətlərinə görə 
Azərbaycan nağılları ilə səsləşir. 
«Dünya gözəllik kraliçası»  İraq-türkman nağıllarında 
kor olmuş atasının gözlərinin  əlacı olan torpaq və ceyran 
südü dalınca ölüm vadisinə kiçik qardaşın gedərək istəyinə 
nail olduğu kimi (117, 74), bu nağılda da (133, 147-156) 
kiçik qardaş müvəffəqiyyət qazanır, tale onun üzünə gülür. 
Bir çox Azərbaycan sehrli nağıllarında olduğu kimi, İraq-
türkman folklorunda məşhur olan «Sas tavuğun təlnəgi» 
nağılında da əsas surətlərdən biri divdir. Nağılda baş 
qəhrəman  əfsanəvi köməkçiləri ilə birgə çox güclü olan 
divlə mübarizə aparır, qırılmaz tilsimi açır, divi aldadır. 
Azərbaycan sehrli nağılları üçün səciyyəvi olan bir 
xüsusiyyətə də bu nağılda təsadüf edilir. Gözəl qız Gülnaz 
divlər tərəfindən oğurlanıb tilsimə salınır. 
Bu nağılda da baş  qəhrəman xeyirxahlığı ilə seçilir. 
Tələyə düşmüş tülkünü xilas edir, heyvan və quşları 
ovlamır, onları incitmir. 
Kərkük folklorunun janrları                                           193 
Nağılda uşaqlar və  gənclərə xeyirxahlıq, iradə, 
sədaqət, mərdlik, dəyanət, səxavət, böyüklərə hörmət, 
onların məsləhətlərinə qulaq asmaq və s. kimi müsbət 
keyfiyyətlər aşılanır. Paxıllıq, haqsızlıq, yalançılıq, 
namərdlik və s. kimi mənfi xüsusiyyətlər pislənir. 
Azərbaycan, rus və başqa xalqların sehrli nağılları 
üçün  ənənəvi priyom olan hadisələrin üç dəfə  təkrar 
olunmasına (301, 24) da bu nağılda təsadüf edilir. 
Məlumdur ki, Azərbaycan fantastik nağıllarında 
hadisələri daha təsirli, daha qüvvətli etmək üçün işlədilən 
üçləmələr aşağıdakı  şəkildə olur: üç qardaş, üç sual, üç 
şərt və s. (194,47). 
Qəhrəman üç dəfə gedər-gəlməzə, yaxud sehrli əşya-
lar gətirməyə göndərilir. Bu üçləmələr həm Azərbaycan, 
həm də  İraq-türkman folklorunda elə qurulmuşdur ki, 
üçüncü rəqəm  əvvəlki iki rəqəmdən fərqlənir. «Sas 
tavuğun təlnəgi»ndən göründüyü kimi, üçüncü qardaş - 
kiçik qardaş daha ağıllı, qorxmaz, şücaətli və  qəhrəman 
olur.  Şahzadənin Sas tavuğu  əldə etmək üçün üçüncü 
cəhdində məsələ həll olunur. 
Azərbaycan sehrli nağıllarında rast gəlinən hadisələrin 
şaxələndirilməsinə, haşiyəyə  çıxmaq, hadisələrin biri-
birinə bağlanması kimi bədii vasitələrə  də «Sas tavuğun 
təlnəgi» nağılında təsadüf edilir. Şahzadə Sas toyuğu əldə 
etmək üçün Günçıxan padşahın yanına gedir. Padşah onun 
qarşısında  şərt qoyur ki, onun üçün Kor Kosranın atını 
gətirsə istəyinə nail olacaq. Şahzadə Kor Kosranın dalınca 
gedir. Kor Kosra onun qarşısında  şərt qoyur ki, əgər 
düşmən divlərin  əsirliyində olan gözəl Gülnazı azad edib 
gətirə bilsə istəyinə nail olacaq. 
Göründüyü kimi, hadisələr qəribə bir tərzdə inkişaf 
edərək, biri digərindən asılı və daha çətin olmaq şərtilə üç 
dəfə  təkrar edilir. Dinləyici intizarla nağılın necə 
qurtaracağını gözləyir. Bu bədii priyom dinləyicini ram 
edir. Nağılın zənginləşməsinə kömək edir. 


194                                                                         III fəsil                                                                                                                                          
İraq-türkman folklorunda yeddi və  qırx rəqəmləri də 
özünü göstərir. Məsələn: 
«Simurq-Anqa onu yeddi qat göyə çıxartdı». 
Və ya: «Qara qoç üstünə minən kimsəni yeddi qat 
yerin dibinə endirir. Bəyaz qoç isə üstünə minən kimsəni 
yerin dibindən yeddi qat göyə çıxarır» (117, 66). 
Və ya: «Qırx gün, qırx gecə toy etdilər.  Şəkərlər 
paylarıdı. Sevinclər oldu. Şadlıqla yaşadılar» və s. 
Nağılda diqqəti cəlb edən məsələlərdən biri də tülkü 
obrazıdır. Kərkük nağıllarında da tülkü adi bir heyvan 
olmaqdan başqa, həm də «hiyləgərlik» rəmzidir. Doğrudur
«Sas tavuğun təlnəgi» nağılında da tülkü müxtəlif 
hiylələrə, kələklərə, fəndlərə  əl atır, dondan-dona girir, 
bununla belə, onun hiylələri xeyirxahlıq məqsədilə 
edildiyinə görə tülkü bu nağılda xeyirxahlıq rəmzinə 
çevrilir. 
Bu nağılı Azərbaycan nağılları ilə birləşdirən bir vacib 
məsələ  də vardır. Pəri tülkü Gülzarın donuna girərək 
Şahzadə ilə Kor Kosranın yanına gedəndə dönə-dönə 
şahzadəyə tapşırır ki, onu Kor Kosranın atına dəyişəndə 
atın qantarqa və cilovunu almamış sövdəyə razı olma-
sın(133, 149). Əks təqdirdə at qaçıb Kor Kosranın yanına 
qayıdacaq. Deməli, yüyəni, noxtanı  və s. əldən verdikdə 
sehr öz gücünü itirir. Eyni məsələyə  İraq-türkman folklo-
runda «Əhmədlə Sehrbaz sahibi», Azərbaycanda «Oxxayla 
Əhməd» adlanan nağılda da təsadüf edilir. Əhməd atasına 
deyir ki, bir tilsim oxuyub at olacaq. Aparıb onu ba-zarda 
satsın. Ancaq yüyəni əlindən verməsin (33, 69). 
«Keçəllə qazı» Azərbaycan nağılında isə şeytan keçələ 
deyir ki, bir dua oxuyum, olum qatır, apar məni qazıya sat. 
Amma noxtamı əlindən vermə, yəni məni satanda noxtanı 
özündə saxla (14, 304). 
Göründüyü kimi, bu məsələdə də Kərkük nağılları ilə 
Azərbaycan nağılları arasında bir doğmalıq vardır. 
İraq-türkman folklorunda da at murad rəmzidir. 
Şahzadə Kor Kosranın atını  əldə etdikdən sonra murada 
çatir. 
Kərkük folklorunun janrları                                           195 
Həm İraq-türkman, həm də Azərbaycan folklorunda at 
eyni zamanda vəfalı heyvan rəmzidir. Böyük qardaşları 
Şahzadəni quyuya atandan sonra Kor Kosranın atının 
qaçaraq gəlib quyunun başında kişnəməsi, onu oyatması bu 
baxımdan maraq doğurur. 
Onu da qeyd etmək lazımdır ki, bir çox Azərbaycan 
nağıllarında olduğu kimi, İraq-türkman sehrli nağıllarında 
məişət motivləri özünü qabarıq şəkildə büruzə verir. 
Bəzən  о  qədər qaynayıb qarışırlar ki, onları ayırmaq 
çətin olur. Tədqiqatçıların göstərdiyi kimi, adi məişət 
motivləri  ətrafında cərəyan edən bu nağıllarda ceyran, 
yaşılbaş sona, Simurq, göyərçin, xoruz, Pəri, div və s. 
qeyri-adi obrazlar olsalar da, mətnin tərkib hissəsinə 
çevrilirlər. 
TARİXİ NAĞILLAR.  İraq-türkman folklorunda 
tarixi nağıllar о qədər də geniş yayılmamışdır. Onlar həm 
məişət, həm də tarixi nağıllara aid edilə bilərlər. «Şah 
Abbas və Pinəduz» və «Palançı  qızı» belələrindəndir. Bu 
nağıllarda  Şah zalım, zülmkar kimi göstərilmir,  əksinə, 
onun hərəkətləri dinləyicini ona hüsn-rəğbət bəsləməyə 
vadar edir. Bununla belə, Kərkük nağıllarında müsbət 
qəhrəmanlar əsasən kütlə içindən çıxan, zəhmətlə dolanan 
adamlar olurlar. 
«Şah Abbas və Pinəduz» nağılı «Pinəçi Murad və 
Şah» və «Pinəçi» Azərbaycan nağıllarına çox yaxındır. 
Süjetdə yeganə fərq nağılın Azərbaycan variantında pinəçi 
Muradın evli olması, hər axşam qonaq qəbul etməsi, 
musiqiçilər dəvət etməsidir (157, 107; 21, 167). Nağılın 
Kərkük variantında isə pinəçinin kimsəsi yoxdur. 
Gündüzlər qazandığı qəpik-quruşa bir az yemək, bir az da 
içki alır, axşamlar içir və  tənhalığın ağrı-acılarını 
unutmağa çalışır. 
Nağılın həm Kərkük, həm də Azərbaycan 
variantlarında  Şah Abbasla Pinəçinin rastlaşması da elə 
buradan başlayır.  Şah Abbas rəiyyətinin onun əmrlərinə 
necə əməl etdiyini yoxlamaq üçün əmr vermişdi ki, həmin 
axşam heç 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə