Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə46/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

196                                                                          III fəsil                                                                                                                                   
kim çıraq yandırmasın. Özü də axşam dərviş paltan geyib 
şəhəri gəzməyə başlamışdı. Bir evdə işıq yandığını görərək 
gəlib pinəçinin evinə  çıxmışdı. Məlum olur ki, pinəçi hər 
axşam içki içməklə tənhalıqla mübarizə aparır. Şah Abbas 
pinəçini imtahana çəkir. Lakin bu ağır imtahanda 
zəhmətkeş Xalqın nümayəndəsi öz ağlı, dərrakəsi, fənd-
girliyi ilə şahı məğlub edir. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi 
nağıllardan çıxış edərək  Şah Abbası ciddi dövlət işlərini 
başlı-başına buraxıb, mənasız  əyləncələrlə gün keçirən, 
maraqlı, məzəli hadisələrlə vaxtını xoş keçirməyə can atan 
bir hökmdar kimi göstərmək həqiqətdən uzaqdır. Bu təbii 
ki, öz mütərəqqi ideyaları ilə bir çox padşahlardan qat-qat 
üstün olan Şah Abbasın dövrünü yaxşı bilməmək və eləcə 
də  Şah Abbas barədə özündən sonra yaranmış bir çox 
nağılların təsiri altında formalaşan qənaətin nəticəsidir. 
Doğrudur, bütün Azərbaycan nağıllarında  şahlar mənfi 
təsvir edilirlər (193, 89). Rus nağıllarında isə çarlar axmaq, 
səfeh təsvir edilirlər. Bundan çıxış edərək bütün rus çarları 
barədə hökm vermək nə qədər doğru olardı? 
Eləcə də Şah Abbasın zalım, ağılsız, ədalətsiz şah kimi 
təsvir edildiyi nağıllara böyük diqqət yetirərək, onun 
ədalətli, ağıllı, qayğıkeş bir hökmdar kimi tərifləndiyi 
nağılları hakim sinfin yaratdığı barədə hökm də doğru 
deyildir.  Şah Abbasın quruculuq işləri sayəsində 
karvansaralar, körpülər tikilir, yollar, kanallar çəkilir, 
məscidlər, mədrəsələr təsis edilirdi. Bu xeyirxah quruculuq 
işləri onun müsbət, ağıllı, uzaqgörən  şah olduğunu 
düşünməyə  əsas verir. Şah Abbasın vaxtında güclü ordu 
yaradılmış, Azərbaycanın  əvvəllər itirilmiş torpaqları,  о 
cümlədən də  İraq geri qaytarılmışdı (357, 30; 255, 85). 
Bütün bunlardan əlavə onu da unutmaq olmaz ki, Şah 
Abbas sadə xalq içərisindən çıxmış Allahverdinin ağlını, 
dərrakəsini yüksək qiymətləndirərək, onu özünə  vəzir 
götürmüş, onun ağıllı  məsləhətləri ilə oturub-durmuşdur. 
Tarixdən məlumdur 
Kərkük folklorunun janrları                                          197 
ki,  Şah Abbas abadlıq işləri aparır, xalqa güzəştlər edir, 
camaata qayğı ilə yanaşır, ləyaqətli və layiqli adamlara 
yüksək qiymət verirdi. İ.P.Petruşevski bu münasibətlə 
yazmışdır: «Şah yaxşı xidmət göstərən  ən aşağı  təbəqəyə 
mənsub kölələrdən  əmirlər təyin etməyə başladı. Belə 
kölələrdən biri də  Şah Abbasın  ən yaxşı  sərkərdələrindən 
olan Allahverdi xan idi» (315, 118). 
Deyilənlərə onu da əlavə etmək yerində olar ki, 
Kərkük nağıllarında olduğu kimi, bir çox Azərbaycan 
nağillarında da Şah Abbas müsbət qəhrəman kimi 
göstərilmişdir (193, 87; 111, 122). 
Tarixi nağıllarla bağlı bir cəhət də diqqəti cəlb edir. 
Görkəmli Azərbaycan folklorşünası M.H.Təhmasib tarixi 
nağıllardan danışarkən göstərir ki, Azərbaycan nağılları öz 
qəhrəmanlarını  bəzən Yəmən, Hindistan, Misir, Çin və 
başqa yerlərdən gətirir. Lakin buna baxmayaraq onların 
hamısı Azərbaycanın öz ictimai-siyasi, təbii varlığı 
içərisində yaranımışdır (213, 135). 
Buna biz «Palançı qızı» adlı Kərkük nağılında da rast 
gəlirik. Bu nağılda da padşah Çinə, Maçinə, Gül ölkəsinə 
səyahət edir. Bu, təbii sayılmalıdır. Çin və Maçində 
yaşayan çoxsaylı türkdilli xalqla - uyğurlarla  şübhəsiz, 
gediş-gəliş olmuş və bu öz əksini nağıllarda da tapmışdır. 
Bundan əlavə, «Palanıçı qızı» nağılında diqqəti cəlb edən 
bir neçə  cəhət vardır. Hər  şeydən  əvvəl, bir çox 
Azərbaycan nağıllarında təsadüf edilən ağıllı, bacarıqlı 
qadın surəti bütün müsbət keyfıyyətləri ilə bu nağılda da 
özünü göstərir. Palançı  qızı öz ağlı, zəkası, dərrakəsi, 
cəsarəti, təmkini, dözümü ilə padşahı məğlub edir. 
«Palançı qızı» nağılında diqqəti cəlb edən ikinci cəhət 
«İlyasın nağılı», «Üç şahzadə», «Dərzi şagirdi Əhməd» və 
s. Azərbaycan nağıllarında olduğu kimi, tapmacalardan 
istifadə edilməsidir. Bu cəhətə ailə-məişət nağıllarının  ən 
gözəl nümunəsi olan «Yola nərdivan ataq» və s. kimi İraq-
türkman nağıllarında da təsadüf edilir. 


198                                                                          III fəsil 
«Palançı qızı» nağılında diqqəti cəlb edən cəhətlərdən 
biri də sehrli nağıllarda olduğu kimi, ənənəvi priyoma 
sadiq qalınaraq hadisələrin üç dəfə  təkrar olunmasıdır. 
Nağılda üç bacıdan, padşahın üç səfərindən, Palançı 
qızının üç dəfə onun arxasınca səfərə çıxmasından, onunla 
üç dəfə  şahmat oynamasından, üç gecə padşaha mehman 
olmasından, padşahdan üç əşya - xəncər, təsbeh, yaylıq 
almağından, padşaha üç uşaq bəxş etməyindən və s. söhbət 
gedir. 
Göründüyü kimi, bu nağılda da məsələ üçüncü 
səfərdən sonra müsbət həll olunur, mətləbə çatılır. 
Sehrli nağıllarda olduğu kimi, bu nağılda da sonbeşik - 
kiçik bacı ən ağıllı, ən dərrakəli olur. Öz ağlı, dərrakəsi ilə 
padşahı məğlub edir. 
Son övladın daha ağıllı, daha dərrakəli təsvir olunması 
bir daha göstərir ki, nağıllar real həyatla bağlıdır. 
Məlumdur ki, bütün xalqların folklorunda son övlad böyük 
qardaş və bacılarına nisbətən daha ağıllı olur. Bizcə, bunun 
real həyatdan götürülmüş  əsası vardır. Buna yalnız 
təxəyyül məhsulu kimi baxmaq doğru olmazdı. Məsələ 
burasındadır ki, altı ilə  qədər Qafqaz xalqlarının həyat 
tərzini, adət-ənənəsini; yaşayışını  оуrənən, uzunömürlülər 
üzərində müşahidə və tədqiqat aparan amerikalı professor 
Sula Benet bu qənaətə gəlmişdir ki, insan yaşa dolduqdan 
sonra ondan dünyaya gələn övladlar daha ağıllı, daha 
bacarıqlı olurlar (200). 
Deməli, hələ  qədim zamanlardan insanlar öz həyat 
təcrübəsində bu həqiqətdən xəbərdar olmuş  və insan 
təxəyyülünün məhsulu olan nağıllarda bu real həyat 
həqiqəti öz əksini tapmışdır. 
AİLƏ-MƏİŞƏT NAĞILLARI.  İraq-türkman folklo-
runda məişət nağılları başqa qrup nağıllara nisbətən daha 
çoxdur. Həcm etibarilə nisbətən kiçik olsalar da, bu 
nağıllar Xalqın həyat tərzini, yaşayışını, güzəranını, adət-
ənənəsini, mübarizəsini, arzu, istək və ümidlərini yığcam 
Kərkük folklorunun janrları                                           199 
bədii boyalarla əks etdirir. «Yola nərdivan ataq», «Keçəl 
oğlan», «Tənbəl Əhməd», «Usta Nəzər», «İki keçəl» belə 
nağıllardandır. 
Onu da qeyd etmək vacibdir ki, əksər  İraq-türkman 
məişət nağılları Azərbaycan nağıllarından fərqlənmirlər. 
«İnad xoruz» - «Xoruzla padşah» nağılına, «Keçəl oğlan 
matalı» - «Cik-cikxanım» nağılına, «Keçəl oğlan» - 
«Dovşan» nağılına bənzəyir (17,43,48,56; 133, 
305,307,308). 
Xalqın həyatı, güzəranı, məişəti, adət-ənənəsinə dair 
maraqlı səhifələr olan bu nağıllarda hökmdar, vəzir, molla, 
tacir və başqaları ilə  zəhmətkeş xalq nümayəndələrinin 
qarşılaşmasından, ictimai haqsızlıq,  ədalətsizlik, özbaşı-
nalıq, dərəbəylik, yoxsulluq, ehtiyac və s.-dən danışılır. 
Bu nağılların baş  qəhrəmanları  ağıl, zəka, tədbir, 
ədalət, insaf, vicdan, doğruçuluq hesabına istəklərinə nail 
olur, mənəvi keyfiyyətləri ilə qələbə qazanırlar. 
Bu qəhrəmanların şəxsində xalq öz istək və arzularını 
təcəssüm etdirir. Ailə-məişət nağıllarında real həyat 
həqiqətləri, ictimai-siyasi fıkirlər daha qabarıq  şəkildə 
özünü göstərir. Həyat realist boyalarla verilir. Məhz buna 
görədir ki, V.Y.Propp yazır: «Məhz nağıllar, xüsusən də 
məişət nağılları yazılı realist nəsr  ədəbiyyatının soykökü, 
təkanverici mənbəyi olmuşdur» (320, 88). 
Maksim Qorki isə  məişət nağıllarının qəhrəman-
larından danışarkən göstərirdi ki, bu qəhrəmanlar çox 
qüdrətli olmasalar da, öz inadları sayəsində hər şeyə qalib 
gəlirlər (84, 18). 
«Yola nərdivan ataq» nağılı az-çox «Padşah və pinə-
çi» nağılı ilə  səsləşsə  də, müasir olmaqla, tamamilə 
tapmacalar üzərində qurulub (133, 160; 21, 158). 
Başqa xalqlarda olduğu kimi, dialoqlar şəklində olan 
və tapmacalar üzərində quralan məişət nağıllarının 
məğzini təzadlar təşkil edir. Bir tərəf tapmacalarla başqa 
tərəfi sınaqdan keçirir, о biri tərəf baş  sındırır, cavab 
hazırlayır. Biri ağıllı, dərrakəli olur, gözəl cavab verir, о 
biri 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə